Əssələmu aleykum,
bu postumuzda Edmodo proqramı haqqında ətraflı məlumat əldə edə bilərsiz.
Edmodo nədir?
Edmodo onlayn tədris platformasıdı. Müəllimlər, tələbələr və onların valideynləri arasında ünsiyyət qurmaq, ev tapşırıqlarını asanlıqla paylaşmaq və qiymətləndirmək üçün onlayn məkandır.
Edmodo proqramının müsbət cəhətləri
Tələbələrin şəxsi informasiyası qorunur, tələbələr arasında şəxsi yazışmalar mümkün deyil. Sinifə daxil olmaq yalnız müəllimin dəvətnaməsi və kod ilə mümkündür.
Edmodo proqramına həm sayt həm də Android/İOS tətbiqi ilə qoşulmaq mümkündür.
Edmodoya Tələbə kimi qoşulmaq
https://www.edmodo.com/ Saytına daxil olun. Student (Tələbə) düyməsini seçin
Məlumatınızı daxil edin
Name (Ad)
Surname (Soyad)
Username (istifadəçi adı)
Password (məxfi söz)
Group code (Sinifin kodu – Müəllim veribsə daxil edin, verməyibsə, sonra da daxil etmək mümkün olacaq)
Sign up (Qeydiyyatdan keç)
Sinifə qoşulmaq – Android/İOS tətbiqi ilə
Classes bölümünə daxil olun. + İşarəsini basıb Qrup kodunu yazın və Join düyməsinə basın
Sinifə qoşulmaq – Saytdan
Sinifə qoşulmağın iki üslubu var.
Müəllimin sizə verdiyi linkdən daxil olub Send Join Request düyməsinə basmaq
Join a Group (Sinifə qoşul) düyməsinə basıb Qrupun kodunu daxil etmək və Join (Qoşul) düyməsinə basmaq
Edmododa Sinifə mesaj yazmaq
Post (Göndər) düyməsinin altında mesajınızı yazı bilərsiz. Sonra Send (Göndər) düyməsinə basın. Mesaj Sinifdəki bütün tələbələr tərəfindən görünəcək
Edmododa Müəllimə şəxsi mesaj yazmaq
Messaging bölümünə daxil olun. Müəlliminizin adını seçib, mesajınızı yazın.
Ev tapşırığını göndərmək
Sinifin səhifəsində Ev tapşırığı (Assignment) iki yerdə görsənə bilər. Sağda Turn in və Sinif yazılarının arasında Open Assignment. Hər iki düyməyə basıb tapşırığı aça bilərsiz.
Tapşırığa aid müəllimin qeydlərini oxuyun. Müəllim tapşırıqda sizə fayl, link, şəkil və s göndərə bilər.
Due date – Tapşırığın son təhvil verə biləcəyiniz günü və saatı göstərir. Bundan sonra tapşırıq Locked (Qıfıllanmış) ola bilər.
Tapşırığı mətn qutusunda yaza bilərsiz. Əgər fayl yaxud şəkil əlavə etməlisizsə, onda Attach düyməsinə basıb münasib olanı seçin.
Add File (Fayl əlavə edin)
Take Photo/Video (Şəkil çəkin)
Comments bölümündə müəllimə tapşırığa aid qeydlər yaza bilərsiz
Hamısı hazır olandan sonra Turn in Assignment düyməsinə basın
Android/İOS tətbiqi ilə
Sinifin səhifəsindən Tapşırığı açın
Yaxud Whats’s Due (Təhvil olunası tapşırıqlar) bölümünə baxın
Submissions (Təhvillər) – Mətn qutusuna yazın yaxud Attach (Əlavə) fayl ya şəkil əlavə edin – Submit düyməsi ilə tapşırığı göndərin
Testdən keçmək
Sinifin səhifəsində Müəllimin qoyduğu Quzi (Testi) aça bilərsiz.
Start Quiz düyməsinə basın
Düzgün cavabı seçin, Növbəti suala keçmək üçün ox (Next) işarəsinə basın. Tamamlayanda Submit Quiz (Testi təhvil ver) düyməsinə basın.
0 responses on "Edmodo proqramından istifadə qaydası"