Rəbbinin intiqamı çox şiddətlidir!(Əl-Buruc;12)

Axrıncı Yazılar

Səhifə: 1 ... 6 7 [8] 9 10
71
ƏHLİ SUNNƏ VƏL CƏMƏANIN ƏQİDƏSİ / XİTAB SƏNƏDİR, EY SÜNNƏ ƏHLİ!
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 09.22.2019, 01:31:48 »
قال الشيخ سليمان الرحيلي حفظه الله تعالى:

يا من أكرمك الله باعتقاد أهل السنة والجماعة اثبت واصبر، ولا تخف من قلة المعين في زمنك ، ومن قلة السائرين معك.فإنك من الفرقة الناجية ومن الفرقة المنصورة ولابد ، ومن أهل السنة والجماعة؛ ومن كان من هؤلاء فهو إمام ولو كان واحدا، وهو الجماعة ولو كان واحدا .
 
[ المجلس الثاني في شرح العقيدة  الواسطية ١٤٣٩/٢/١٣هـ

Şeyx Süleyman Ər-Ruheyli (Allah onu qorusun) demişdir:
Ey Allahın Əhli-Sünnə vəl-Cəməa etiqadını bəxş etdiyi kimsə! Möhkəm və səbrli ol, öz zamanında köməyin  və səninlə birlikdə addımlayanların azlığından qorxma! Belə ki, sən nicat tapmış və xilas olmuş firqədənsən və əlbəttə ki, Əhli-Sünnə vəl-Cəməanın əqidəsindənsən. Kim bunlardan olarsa, tək olsa belə, imamdır, tək olsa belə, camaatdır.("Aqidəul-Vasıtiyyə" əsərinin şərhi, 2-ci məclis. 13/2/1439 hicri.)
72
DUA VƏ ZİKRLƏR / ZİKRİN FƏZİLƏTİ
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 09.22.2019, 01:05:07 »
قال الشيخ عبد الرزّاق البدر -حفظه الله- : " والذاكرون الله كثيراً والذاكرات هم المفرِّدون السابقون إلى الخيرات المحظوظون بأرفع الدرجات وأعلى المقامات، روى مسلم في صحيحه عن أبي هريرة رضي الله عنه قال: ((كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَسِيرُ فِي طَرِيقِ مَكَّةَ فَمَرَّ عَلَى جَبَلٍ يُقَالُ لَهُ جُمْدَانُ فَقَالَ : سِيرُوا هَذَا جُمْدَانُ ، سَبَقَ الْمُفَرِّدُونَ ، قَالُوا وَمَا الْمُفَرِّدُونَ يَا رَسُولَ اللَّهِ ؟ قَالَ الذَّاكِرُونَ اللَّهَ كَثِيرًا وَالذَّاكِرَاتُ))(3).انتهى
 ـــــــــــــــــــــــــــــــــــــــــــــــ
 صحيح مسلم (2676)

Şeyx Abdurrazzaq Əl-Bədri (Allah onu qorusun) demişdir:
"Allahı çox zikr edən kişilər və qadınlar zikrdə davamlı olanlar, xeyir işlərdə yarışanlar, ən yüksək dərəcələrə və ən uca məqamlara nail olanlardır. Müslim öz "Əs-Səhih" əsərində Əbu Hüreyrədən (Allah ondan razı olsun) rəvayət etmişdir:
Peyğəmbər (Allahın salamı və xeyir-duası onun üzərinə olsun) Məkkə yolu ilə gedirdi və Cümdan deyilən bir dağın yanından keçdikdə dedi:
-"İrəliləyin, bu Cümdandır, müfərridlər önə keçdilər".
Onlar dedilər:
- Müfərridlər kimlərdir ey Allahın Rəsulu?
Dedi:
-Allahı çox zikr edən kişilər və qadınlar

Səhih Muslim (2676)

73
FAYDALAR / SƏBR HAQQINDA
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 09.22.2019, 00:20:54 »
قــال الشيخ العلامة محمد بن صالح العثيمين -رحمه الله- :
.
وكل إنسان يتصل بالناس فلابد أن يجد من الناس شيئًا من الإساءة، فموقفه من هذه الإساءة أن « يعفو ويصفح » وليعلم علم اليقين أنه بعفوه وصفحه ومجازاته بالحسنى سوف تنقلب العداوة بينه وبين أخيه إلى ولاية وصداقة . قال الله تعالى : { وَلَا تَسْتَوِي الْحَسَنَةُ وَلَا السَّيِّئَةُ ادْفَعْ بِالَّتِي هِيَ أَحْسَنُ فَإِذَا الَّذِي بَيْنَكَ وَبَيْنَهُ عَدَاوَةٌ كَأَنَّهُ وَلِيٌّ حَمِيمٌ } [فصلت:٣٤]
فما هو الأحسن، السيئة أم الحسنة ؟ الحسنة . وتأملوا أيها العارفون باللغة العربية كيف جاءت النتيجة بـ ( إذا ) الفجائية تدل على الحدث الفوري في نتيجتها . { فَإِذَا الَّذِي بَيْنَكَ وَبَيْنَهُ عَدَاوَةٌ كَأَنَّهُ وَلِيٌّ حَمِيمٌ } ، ولكن هل كل أحد يوفق إلى ذلك ؟ لا، { وَمَا يُلَقَّاهَا إِلَّا الَّذِينَ صَبَرُوا وَمَا يُلَقَّاهَا إِلَّا ذُو حَظٍّ عَظِيمٍ } [فصلا:٣٥]
كتاب العلم، صفحة (٢٦٤)


Şeyx Alləmə Muhamməd bin Saleh Əl-Useymin (rahiməhullah) demişdir:

Başqa insanlala münasibətdə olan hər bir kəsin insanlardan gələn pisliklərlə qarşılaşması  labüddür. Bu pisliklərə qarşı onun mövqeyi "əfv etmək və bağışlamaq" olmalıdır. Yəqinliklə bilməlidir ki, onun əfv etməsi, bağışlaması və (pisliyi) yaxşılıqla əvəz etməsi ilə özü və qardaşı arasındakı ədavət dostluğa çevriləcəkdir. Allah-Təala buyurur:
"Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mömin kimsə) Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbrlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlamaqla cavab ver!). Belə.olduqda aranızda düşmənçilik olan şəxsi sanki, yaxın bir dost görərsən!" [Fussilət/34]
Hansı daha yaxşıdır? Pislik yoxsa yaxşılıq? Yaxşılıq. Ey ərəb dilini yaxşı bilənlər! Fikir verin, ayə "izə əl-fəcəiyyə"(ani hadisəyə işarət edən "izə") ilə başlayır (bununla başlayan cümlədə nəticənin dərhal olacağına dəlalət edilir), lakin hər kəs buna müvəffəq ola bilirmi? Xeyr.
Bu (xislət) yalnız (dünyada məşəqqətlərə) səbr edənlərə verilir və yalnız böyük qismət (savab, fəzilət) sahiblərinə əta olunur. (Fussilət 35)
"Kitəbul-ilm", səh 264
74
DUA VƏ ZİKRLƏR / ZİKRİN FƏZİLƏTİ
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 09.22.2019, 00:06:06 »
قال ابن القيم رحمه الله : " أن أفضل أهل كلِّ عملٍ أكثرهم فيه ذكراً لله عز وجل ؛ فأفضلُ الصوَّام أكثرهم ذكراً لله عز وجل في صومهم ، وأفضل المتصدقين أكثرهم ذكراً لله عز وجل ، وأفضل الحجاج أكثرهم ذكراً لله عز وجل، وهكذا سائر الأعمال "


İbnul - Qayyim (Allah ona rəhmət etsin) demişdir: "Əməl sahibləri arasında  ən üstünü , əməli yerinə yetirərkən Allahı (Azzə və Cəllə) ən çox zikr edəndir, oruc tutanların ən fəzilətlisi oruclu ikən Allahı (Azzə və Cəllə) çox zikr edəndir, sədəqə verənlərin ən fəzilətlisi Allahı (Azzə və Cəllə) ən çox zikr edərək verənlərdir, həcc edənlərin ən fəzilətlisi həcdə olarkən Allahı ən çox zikr edəndir,  və s. digər əməllər"
(İbnul-Qayyim "Əl-Vəbil Əs-Sayyib", səh. 152)
75
FAYDALAR / SƏBR HAQQINDA
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 09.21.2019, 22:43:30 »
قال الإمام إبراهيم ​التيمي رحمه الله تعالى :

« مَا ​مِنْ ​عَبْدٍ ​وَهَبَ ​اللَّهُ ​لَهُ ​صَبْرًا ​عَلَى ​الْأَذَى ، ​وَصَبْرًا ​عَلَى ​الْبَلَاءِ ، ​وَصَبْرًا ​عَلَى ​الْمَصَائِبِ ، ​إِلَّا ​وَقَدْ ​أُوتِيَ ​أَفْضَلَ ​مَا ​أُوتِيهِ ​أَحَدٌ، ​بَعْدَ ​الْإِيمَانِ ​بِاللَّهِ »

 الصبر لابن أبي الدنيا (٢٨/١).


İmam İbrahim ət-Teymi rahiməhullah demişdir:

"Allahın əziyyətlərə, bəlaya və müsibətlərə qarşı səbr etməyi əta etdiyi elə bir bəndə yoxdur ki, Allaha iman gətirdikdən sonra hər kəsə verilə biləcək ən üstün şey ona verilməsin.

Əs-Sabr libni əbid-dunyə (1/28).
76
DUA VƏ ZİKRLƏR / Quran və sünnədə varid olan istiğfar (bağışlanma) duaları
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 05.28.2019, 02:10:49 »
Əbu Musa Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dua etdiyini deyib:

اللهم اغفر لي خطيئتي وجهلي وإسرافي في أمري وما أنت أعلم به مني، اللهم اغفر لي جدي وهزلي وخطئي وعمدي وكل ذلك عندي، اللهم اغفر لي ما قدمت وما أخرت وما أسررت وما أعلنت وما أنت أعلم به مني أنت المقدم وأنت المؤخر وأنت على كل شيء قدير

"Allahım, xətalarımı, cahilliyimi, işlərimdəki israfımı, Sənin məndən daha yaxşı bildiyini (səhvlərimi) bağışla. Ciddi və zarafatla, səhvən və bilərəkdən etdiklərimi bağışla. Bunların hamısı məndə var.  Allahım keçmişdə etdiklərimi, sonraya saxladıqlarımı, gizlində və aşkarda etdiklərimi və Sənin məndən daha yaxşı bildiyin  qüsurlarımı bağışla. Sən irəli çəkilməsi lazım olanı irəli çəkən , təxirə salınması lazım olanı da təxirə salansan və Sən hər şeyə Qadirsən."
Buxari; 5919, Muslim; 4896.
77
FƏRZ ORUCLAR / Qədr gecəsini heç bir şübhə olmadan necə bilmək olar?
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 05.28.2019, 02:05:15 »
Qədr gecəsini heç bir şübhə olmadan necə bilmək olar?
İbn Baz (Allah ona rəhmət etsin) buyurub: Kim axır on günün hamısında namazla , Quranla, dua və başqa xeyir işlərlə çalışarsa Qədr gecəsinə şübhəsiz nail olar. Və əgər bunları imanla və Allahdan əcrini umaraqdan edərsə, Allahın Qədr gecəsini əda edənə vəd etdiyi mükafata yiyələnər.
Məcmuəl Fətəvə İbn  Baz ( 6/398)
78
FƏRZ ORUCLAR / RAMAZANIN SON ON GÜNÜ VƏ QƏDR GECƏSİ
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 05.28.2019, 02:04:03 »
Hafiz ibnu Rəcəb (Allah ona rəhmət etsin ) deyib: İstiğfar bütün saleh əməllərin sonudur. Namaz, həcc , gecə namazı istiğfarla sonlandırılır. Bütün məclislərin sonunda istiğfar edilir. Əgər zikr məclisidirsə, istiğfar onun özündəndir və əgər boş bir məclisdirsə istiğfar onun kəffarəsidir.
Ramazan orucunu da Allahdan bağışlanma diləyərək sonlandırmaq lazımdır.
Lətaiful Məarif 1/214
79
FƏRZ ORUCLAR / Cvb: Qadınların orucu ilə bağlı fətvalar
« Axrıncı Yazı Göndərən: Lesswaste_Muslimah 05.12.2019, 12:22:34 »
Allah razi olsun! Cox deyerli melumatlardir!
80
FƏRZ ORUCLAR / Fitrə Zəkatının Müxtəsər Hökmü
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 05.11.2019, 16:00:19 »
Fitrə zəkatının hökmü nədir?
İbn Baz (Allah ona rəhm etsin) buyurub:
“Fitrə zəkatı, kiçik , böyük, kişi , qadın, azad, qul- hər kəsə vacibdir. (Fətva: 14/ 197)
****************************
Fitrə Zəkatı nələrdən verilir?
İbn Baz (Allah ona rəhm etsin) buyurub:
Alimlərin ən səhih rəyinə əsasən yemək, xurma, arpa, kişmiş, qurut və bunlara bənzər qidalardan 1 sa` verilir, düyü, qarğıdalı, darı kimi insanların öz ölkələrinə müvafiq qidalarını təşkil edən ərzaqlardan (çıxarılır).
****************************
Fitrə zəkatı nə vaxt çıxarılır?
İbn Baz (Allah ona rəhm etsin) buyurub:
Ayın (Ramazanın) 28-i və 29-u günləri, 30-u gecəsi və səhər bayra namazına qədər fitrə zəkatının çıxarılma vaxtıdır. ( Fətva 14/32-33)
****************************
Fitrə zakatının çıxarılma səbəbi.
Şeyx İbn-u Useymin (Allah ona rəhm etsin) buyurub:
(Fitrə zəkatı )Ramazanı (orucu) açma (sonlandırma) və tamamlama üçün qulun Allahın nemətinə şükrünün izharıdır. (Fətva 18-257)
****************************

Fitrə zəkatı kimlərə verilir?
Şeyx İbn-u Useymin (Allah ona rəhm etsin) buyurub:
Fitrə zəkatı ancaq fəqirlərə verilir.(Fətva 18-259)
****************************
Fitrə zəkatının çıxarılmasını insanın öz övladına həvalə etməyinin hökmü nədir?
Şeyx İbn-u Useymin (Allah ona rəhm etsin) buyurub:
İnsanın öz fitrə zəkatını övladına vaxtında verməsini həvalə etməyi icazəlidir. Hətta bu onun işlədiyi başqa ölkənin vaxtı ilə olsa da.(Fətva 18-262)
****************************
Kasıb olan başqasının onun əvəzinə fitrə zəkatı çıxarmasını istəyə bilərmi?
Şeyx İbn-u Useymin (Allah ona rəhm etsin) buyurub:
Bəli bu icazəlidir.(Fətva 18-268)
****************************
Fitrə zəkatı çıxarılarkən deyilməli xüsusi söz varmı?
Zəkat çıxararkın deyilməli xüsusi dua bilmirik. (Ləcnə Dəimə: 9-387)
****************************
Fitrə zəkatını pul kimi çıxarmaq olarmı?
İbn Baz (Allah ona rəhm etsin) buyurub:
Fitrə zəkatının dəyəri qədər məbləğ çıxarmaq elm əhlinin əksəriyyətinin rəyinə əsasən icazəli deyil. Çünki bu Peyğəmbərdən (Allahın salamı və xeyir duası onun və ailəsinin üzərinə olsun) və əshabından (Allah onlardan razı olsun) gələn dəlillərə müxalifdir. (Fətva 14-32)
****************************
Şeyx İbn-u Useymin (Allah ona rəhm etsin) buyurub:
Pul kimi çıxarmaq icazəli deyil, çünki qida kimi çıxarmaq fərz olunub. (Fətva 18-265)
****************************
Fitrə zəkatının miqdarı nə qədərdir?
İbn Baz (Allah ona rəhm etsin) buyurub:
Ölkədə yeyilən qidalardan 1 sa` qədərdir. Və bu kiloqramla təxminən 3 kiloqram edir. (Fətva 14-203)
****************************
Zəkat verənin zəkatı başqa ölkəyə verməyinin hökmü nədir?
İbn Baz (Allah ona rəhm etsin) buyurub:
Sünnə olan odur ki, zəkat verən zəkatı özünün olduğu ölkədəki fəqirlərin ehtiyaclarını ödəmək üçün paylasın və onu başqa ölkəyə göndərməsin. (Fətva 14-213)
****************************
Fitrə zəkatı harada çıxarılır?
Şeyx İbn-u Useymin (Allah ona rəhm etsin) buyurub:
Fitrə zəkatı Ramazan ayını sonlandırdığın və sənin mövcud olduğun yerdə verilir. Hətta öz ölkəndən uzaq olsan belə.
****************************
Evdə işləyən xadimə fitrə zəkatı çıxarmalıdırmı?
Şeyx İbn-u Useymin (Allah ona rəhm etsin) buyurub:
a)Evdə işləyən xadimə də fitrə zəkatı verməlidir.Çünki o da müsəlmandır.
b) Fitrə zəkatı onun öz üzərinə vacibdir, özü verməlidir. Amma əgər ev əhli onun əvəzindən çıxarsa, burda problem yoxdur.
****************************
Doğulmamış uşağın əvəzindən fitrə zəkatı verilirmi?
Şeyx İbn-u Useymin (Allah ona rəhm etsin) buyurub:
Doğulmamış uşaq üçün fitrə zəkatı vacib olaraq yox, müstəhəb olaraq verilir. (Fətva 18-263)
****************************
Fitrə zəkatını qeyri - müsəlman işçilərə vermək olarmı?
Şeyx İbn-u Useymin (Allah ona rəhm etsin) buyurub:
Fitrə zəkatını fəqir müsəlmanlardan başqa heç kimə vermək olmaz. (Fətva 18-285)
****************************
Bir nəfər öz fitrə zəkatını ancaq bir nəfərə verməlidir, yoxa bir neçə nəfər arasında bölə bilər?
Bir nəfər öz fitrə zəkatını yalnız bir nəfərə də verə bilər, bir neçə şəxs arasında paylaya da bilər.(Ləcnə Dəimə;9-377)
****************************
Fitrə zəkatı verilən şəxsin onun satmasının hökmü nədir?
Əgər fitrə zəkatı alan şəxs bu zəkata layiqdirsə (fəqirdirsə), zəkatı aldıqdan sonra satmağı icazəlidir. (Ləcnə Dəimə;9-380)
****************************
Heç bir üzr olmadan fitrə zəkatını bayram namazından sonra vermək olarmı?
Şeyx İbn-u Useymin (Allah ona rəhm etsin) buyurub:
Fitrə zəkatını bayram namazından sonra vermək haramdır, icazəli deyil. (Fətva 266/18 )
*Müsəlmanlara xeyir vermək üçün paylaşın.

Səhifə: 1 ... 6 7 [8] 9 10