Rəbbinin intiqamı çox şiddətlidir!(Əl-Buruc;12)

Axrıncı Yazılar

Səhifə: 1 ... 7 8 [9] 10
81
FƏRZ ORUCLAR / Süd Verən Qadına Ziyan Deyilsə, Oruc Tutmaq Vacibdir
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 05.11.2019, 15:58:10 »
Sual: Qadın şaban ayında zahı olub, Ramazanın 10-u təmizlənib. Əgər gücü çatarsa, oruc tuta bilərmi?

Cavab: Əgər süd əmizdirirsə və bununla südü azalmırsa, uşağa ziyan vermirsə, nifasdan təmizlənən kimi oruc tutmaq ona vacib olur. Əgər gün ərzində təmizlənərsə, günün yerdə qalan hissəsini oruclu keçirməli deyil. Hətta heyzli qadın məsələn, günün yarısında təmizlənərsə, günün qalan hissəsini oruc tutmur, həmin gün yeyir- içir. Bu ən üstün rəydir.

İbn Useymin “Fətvalar toplusu”(19/164)   
82
FƏRZ ORUCLAR / Səhlənkarlıq Səbəbi İlə Ramazan Qəzasını Ötürmək
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 05.11.2019, 15:57:07 »
Sual: Qadın keçən Ramazanda ötürdüyü beş aybaşı gününün qəzasını səhlənkarlıq edərək növbəti Ramazan girənədək tutmayıb.. Nə etməlidir?
Cavab: Əgər heç bir üzr olmadan qəzasını növbəti ramazan girənə qədər təxirə salıbsa, bu səhlənkarlıqdır.İki şey etməlidir: qəzasını tutmalı və ötürdüyü hər gün üçün bir miskin yedizdirməlidir.
83
FƏRZ ORUCLAR / On Bir Yaşında İlk Dəfə Heyz Oldu, Ona Oruc Vacibdirmi?
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 05.11.2019, 15:56:07 »
Sual: Qız ilk dəfə 11 yaşında heyz olub, lakin sağlamlığı ona oruc tutmağa imkan vermir, buna gücü çatmır. Bu halda ona düşən nədir, oruc tutmalıdırmı?

Cavab: Belə halda oruc tutmalıdır. Çünki heyz 9 və daha böyük yaşda gələrsə, qadınların büluğa çatma əlaməti sayılır. Əgər gücü çatarsa, orucu öz vaxtında tutmaq ona vacibdir. Ancaq gücü çatmasa və ya hər hansı bir məşəqqət olsa, orucu aça bilər. Və bu halda ona gücü çatdığı başqa günlərdə ötürdüyü orucalrın qəzasını tutmaq vacib olur.

Ləcnə Dəimə (10/145)
84
FƏRZ ORUCLAR / Qadın Heyzdən Fəcr Namazından Əvvəl Təmizlənərsə
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 05.11.2019, 15:54:15 »
Sual: Sübh namazından əvvəl heyzdən təmizlənən qadının həmin günü oruc tutmasının hökmü nədir?

Cavab: Həmin günü oruc tutmalıdır. Hətta sübh namazı girdikdən sonra qüsl alsa belə. Qüslü fəcr namazına qədər təxirə salmaq oruca təsir etmir.

Ləcnə Dəimə (10/327)

   
85
FƏRZ ORUCLAR / Ramazanda Heyzi Dayandırmaq Üçün İstifadə Edilən Dərmanların
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 05.11.2019, 15:52:33 »
Sual: Ramazanda qadına heyzi dayandırmaq üçün dərmandan istifadə etmək icazəlidirmi?

Cavab: Bilgə və əmin həkimlər bu dərmanın ziyanının olmadığını və qadınlıq orqanlarına təsir etmədiyini təsdiq edərlərsə, Ramazanda qadına heyzi saxlamaq üçün dərmandan istifadə etmək icazəlidir. Lakin bundan çəkinmək daha yaxşıdır. Çünki Allah qadına Ramazanda heyz gələrsə, orucunu açmağa rüsxət verib.Ötürdüyü orucların başqa günlərdə qəzasını tutmağı buyurub və dini cəhətdən onun bu əməlindən razı olub.

Ləcnə Dəimə (10/150)
86
FƏRZ ORUCLAR / İmthanlarına Görə Ramazanda 6 Gün Oruc Tutmayıb.Nə Etməlidi?
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 05.11.2019, 15:50:53 »
Sual: Qadın deyir ki, mən Ramazanda zərurətə görə 6 gün orucumu açdım. Zərurətimin səbəbi isə imtahanlar idi. Çünki onlar Ramazan ayında başladı və çox çətin fənlər idi. Əgər orucumu açmasa idim, çətin olduqlarına görə onları oxuya bilməzdim. Xahiş edirəm ki, Allahın məni bağışlaması üçün nə etməli olduğumu mənə deyəsiniz.

Cavab: Əvvəla bunu zərurət saymaq xətadır. Daha yaxşı olardı ki, “ehtiyac duydu” və ya başqa buna oxşar söz işlədilsin. Ikincisi, Ramazanda imtahanlara görə orucu açmağı da xətadır, olmaz. Çünki gecə oxuya bilərdi. Və ümumiyyətlə bunda orucu açmasına zərurət yoxdur. O Allaha (Azzə və cəllə) tövbə etməlidir və qəzalarını tutmalıdır.Çünki o etinasizliq səbəbi ilə yox səhv anlayış səbəbi ilə oruclarını ötürüb.

İbn Useymin “Fətvalar toplusu”(19/84)


87
Sual: Kişi zövcəsini Ramazan ayında gündüz vaxtı cinsi yaxınlığa məcbur edir. Bu halda qadın da zihar kəffarəsi verməlidirmi?

Cavab:
Bu halda qadına ərinə itaət etmək və ya buna imkan vermək haramdır. Çünki o fərz orucundadır. Qadın bacardığı qədər ona qarşı çıxmalıdır. Ərinə də belə halda onunla əlaqədə olmaq haramdır. Əgər ərini dəf edə bilmirsə, o zaman qadına nə qəza, nə də kəffarə düşmür, Çünki o bunu ikrahla edib. Zihar kəffarəsi dedikdə yəqin ki, qadın Ramazanada gündüz vaxtı əlaqədə olanın kəffarəsini nəzərdə tutur. Çünki üzərinə Ramazan orucu fərz olan adam bu ayda gündüz vaxtı əlaqədə olarsa, ona qəza ilə birgə qul azad etmək vacibdir. Əgər qul tapmazsa, iki ay ar-arda oruc tutmalıdır. Bunu da bacarmazsa, 60 miskin yedizdirməlidir.

Ancaq əgər ona oruc fərz olmadığı halda əlaqədə olarsa, məsələn, əgər zövcəsi ilə bərabər səfərdədirsə, oruc tutub sonra elə həmin günü zövcəsi ilə yaxınlıq edərsə, ancaq bu günün qəzasını tutmalıdır. Çünki bu halda ona oruc fərz deyil. Deməli , səfərdə olana gündüz vaxtı orucunu açmaq icazəlidir.

İbn Useymin “Fətvalar toplusu”(19/339)
88
FƏRZ ORUCLAR / Hamilə Qadına Övladına Ziyandırsa, Oruc Tutmaq Vacibdirmi?
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 05.11.2019, 15:44:46 »
 

Sual: Hamiləliyinin 8-ci ayında olan qadın, Ramazan günlərində hava çox isti olmağına baxmayaraq oruc tutdu və açmadı. Bu müddət ərzində uşaq qarnında çox hərəkət edirdi. Bir həftədən sonra isə uşaq ölü doğuldu.Bu halda anaya günah varmı?

Cavab: Şübhə yoxdur ki, ona əziyyət verdiyi halda oruc tutan hamilə qadın səhv edib. Və Allahın ona verdiyi rüsxətə müxalif olub. Əgər uşağın qadının bu əməli səbəbilə ölməsi dəqiqləşərsə, qadın buna cavabdehdir. Həmçinin, kəffarə ödəməlidir. Yəni, bir qul azad etməli, qul tapmasa, iki ay ard-arda oruc tutmalıdır. Bu halda kasıb yedizdirə bilməz. Bu bilməyərəkdən adam öldürən üçündür. Bilərəkdən öldürənin - Allah qorusun!- kəffarəsi yoxdur. Çünki Allah buyurur:

وَمَنْ يَقْتُلْ مُؤْمِنًا مُتَعَمِّدًا فَجَزَاؤُهُ جَهَنَّمُ خَالِدًا فِيهَا وَغَضِبَ اللَّهُ عَلَيْهِ وَلَعَنَهُ وَأَعَدَّ لَهُ عَذَابًا عَظِيمًا

Hər kim qəsdən bir mömini öldürərsə, onun cəzası içərisində əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəblənər, onu lənətləyər və onun üçün böyük bir əzab hazırlayar.(Ən-Nisa;93)

Bu halda cəzası budur və ona heç bir kəffarə fayda verməz.

Bilməyərəkdən öldürdükdə isə onun kəffarəsi var. Əgər uşağın ölüm səbəbi onun əməli olduğu aydınlaşarsa, cərimələnir və uşağın varisinə qanbahası ödəməli olur. Lakin elm əhlinə görə bu qanbahası tam adamınkı kimi yox, “ğurra” olur. Yəni ananın qanbahasının 1/10-i. Məlumdur ki, qadının qanbahası kişinin qanbahasının yarısı qədərdir. Əgər kişinin qanbahası hazırda yüz mindirsə, deməli qadınınki əlli mindir. Uşağın qanbahası isə, bu əlli minin onda biri olur, yəni beş min.

Amma əgər uşağın ölüm səbəbi qadının əməli olduğu dəqiqləşməsə, bu zaman qadına heç bir günah yoxdur. Və məsuliyyətdən azad olunur. Deməli, uşağın ölüm səbəbinin qadının əməli olub-olmadığını araşdırmaq vacibdir.

İbn Useymin “Fətvalar toplusu”(19/157)
89
FƏRZ ORUCLAR / Heyz Ağrısı Hiss Edən Qadının Orucu Pozulurmu?
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 05.11.2019, 15:41:11 »
 

Sual:Heyz ağrısı hiss edən qadının orucu pozulurmu?

Cavab: Günəş batmazdan əvvəl heyz gələrsə, özünü orucu açılmış say və həmin günü qəza etməlisən. Amma heyzdən əvvəl gələn ağrı orucu pozmur. Əgər ağrı gün batanadək davam edərsə, amma qan gəlməzsə, oruc səhih sayılır və həmin günün qəzası tutulmur.

(Şeyx İbn Baz, Nurun aləddarb fətvaları 3/1223)
90
FƏRZ ORUCLAR / Müstəhazə kimə deyilir?
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 05.11.2019, 11:50:51 »
Sual: Müstəhazə kimə deyilir? Müstəhazə olan qadın ərinə halaldırmı?

Cavab: İstihazə heyz və ya nifasdan əlavə qadından axan qandır. Bu halda olan qadına isə müstəhazə deyilir. Hökmü təmiz qadınla eynidir. Oruc tutur, namaz qılır və ərinə də halaldır. Daimi ayaq yolu problem olanlar kimi hər namaz üçün dəstəmaz alır. Belə qadın peyğəmbərdən (Allahın salamı və xeyir-duası onun üzərinə olsun) varid olan səhih hədislərə əsasən, qan axınını pambıq və ya başqa bir şeylə saxlamalıdır ki, bədəninə və paltarına bulaşmasın.

(İbn Bazın fətvalar toplusu15/195)

Səhifə: 1 ... 7 8 [9] 10