İnsanlarla xoş danışın... (Əl-Bəqara; 83)

İstifadəçilik müqaviləsi


Bu forumda qəbul etdiyiniz şərtlər kontekstində; qəti şəkildə cinsilik, səhv, çaşdırıcı, qeyri-qanuni təşkilatlanma, incidici, fərdi məxfilik haqqlarını pozan, beynəlxalq hüquqa və Azərbaycan Respublikası Qanunlarına zidd məzmunu olan yazılar göndərə bilməzsiniz . Bundan əlavə, müəlliflik hüququ olan fayllar və s. materialları bölüşə bilməzsiniz. Spam, reklam, zəncirvari məktublar, qrup marketinqi və şantaj qəti qadağandır.Bilməlisiniz ki, bu forumun sahibinin və ya idarəçilərinin, göndərilən hər yazının məzmununun etibarlılığına nəzarət edib,  tədbir görmələri qeyri-mümkündür. Unutmayın ki,  hər bir yazını dərhal  görə bilmərik və yazıların məzmunundan idarə heyəti məsuliyyət daşımır. Paylaşılan / verilmiş məlumatlardan hər birinin faydalı və obyektiv olduğuna təminat vermirik. Göndərilən yazılar yalnız müəllifin fikirlərini göstərir; forumun , forum komandasının, tərəfdaşlarının və ya forumun sahibinin fikirlərini deyil.
Bir yazıda hər hansı bir  problem  olduğu qənaətinə gəlmisinizsə, vəziyyəti dərhal administratora və ya moderatora bildirin. Forumun sahibləri və forum qrupu, məqbul bir zaman çərçivəsində, təhlükəli olaraq xarakterizə edilən məzmunun qaldırılmasına istiqamətli bir qərar alma haqqına malikdir. Xatırladaq ki, bu, tamamilə əllə idarə olunan bir prosesdir, buna görə mesajı aradan qaldırmaq və ya qismən düzəltmək mümkün olmaya bilər. Bütün bu sadaladıqlarımız  istifadəçilərin profil məlumatlarına da aiddir.
Göndərdiyiniz yazılara görə məsuliyyət daşıyırsınız. Həmçinin bu şərtləri qəbul edərkən , bu forumu, forumla bağlı digər web saytları, forum qrupunu və ortaqlarını zərərə uğratmamağı və meydana gələ biləcək zərərlərdən qorumağı qəbul etmiş sayılırsınız. Bu forumun sahibləri, forumdan istifadə tərzinizin  səbəb olduğu bir vəziyyətə görə rəsmi bir şikayət alarsa və ya qanuni əməliyyatlar bunu tələb edərsə, şəxsiyyətinizi (əlavə olaraq, bu xidməti istifadə edərkən haqqınızda toplanmış olan digər məlumatlarınızı) bəyan etmə haqqlarını gizli saxlayır.
Qeydiyyat zamanı istədiyiniz bir istifadəçi adını seçmək hüququnuz var. Tövsiyəmiz budur ki, adınız sizin üçün unikal və etikanıza müvafiq olsun.
 Qeydiyyat zamanı istifadəçi hesabınızın parolunu lazım olduğunda təhlükəsizlik və təsdiqləmə səbəbiylə bir idarəçi istisna olmaqla heç kimsəyə verməməyi qəbul etmiş hesab olunursunuz. Habelə, başqa bir istifadəçinin hesabından  istifadə etməməyə də razı olumuş sayılırsınız.
Hesabınızın təhlükəsizliyinə dair məsləhət görürük ki, çətin və təkrarlanmayan parollardan istifadə edəsiniz. Qeydiyyatdan keçib sayta daxil olduqdan  sonra, məlumatınıza düzəliş edə bilərsiniz. Özünüz haqqında düzgün məlumat yazmalısınız.
Əgər Forum administratorları sizin təqdim etdiyiniz məlumatlarda uyğunsuzluq və ya əxlaqi olmayan bir vəziyyət aşkar edərsə, xəbərdarlıq edərək və ya xəbərdarlıq etmədən məlumatınıza düzəliş edə bilərlər. Lazım gələrsə, vəziyyətə müvafiq  bəzi sanksiyalar tətbiq edilə bilər .
Bilin ki, IP ünvanınız göndərdiyiniz hər bir yazı ilə qeydiyyata alınır. Bu məlumat, foruma girişinizə maneə törətmək üçün İnternet provayderinizə (ISP) müraciət etmək üçün istifadə edilə bilər. Bu hal, İstifadəçi Müqaviləsinin  əhəmiyyətli bir hissəsini pozduğunuz halda baş verə bilər.
 Qeyd: Forum proqramı brauzerinizin keşindəki istifadəçi adı və şifrəniz kimi kiçik məlumatlar olan cookie adlı bir mətn sənədini saxlayır. Bu məlumat yalnız foruma daxil olmaq və forumdan çıxmaq üçün istifadə olunur. Proqram bu məlumatdan başqa kompüterinizdən heç bir məlumat almır və kompüterinizə məlumat göndərmir.