Ahlul Quran Forum

İSLAM DİNİ => FİQH => ORUC => Mövzunu başladan: Ahlul-Quran - 01.08.2023, 21:15:53

Başlıq: ZİLHİCƏ AYININ İLK 10 GÜNÜ TƏKBİRLƏRİ
Göndərən: Ahlul-Quran - 01.08.2023, 21:15:53
Zilhiccənin ilk 10 günündə iki  cür təkbir olur:
1.Ət-Təkbir əl-Muqayyəd
2.Ət-Təkbir əl-Mutləq

🔹Təkbir Mutləq (xüsusi vaxtı olmayan)Zilhiccənin ilk günündən başlayaraq  Təşriq günlərinin sonuna qədər yəni zilhiccənin 13-ü əsr namazının bitməsinə qədər  davam edən və istənilən vaxt edilən təkbirdir.

🔹Təkbir Muqayyəd (xüsusi vaxtı olan) isə fərz namazlarından dərhal sonra heç bir başqa zikr etmədən edilən təkbirdir. Bu həm imama,  həm də imama uyanlara aiddir. Yəni salam verən kimi belə deyilir: " Allahu Əkbər, Allahu Əkbər, Lə iləhə illəllahu vəllahu Əkbər, Allahu Əkbər və lilləhil Hamd" , sonra isə ardınca namazdan sonra deyilən istiğfar və digər zikirlər oxunur.
Təkbir muqayyədə dəlil alimlərin icması və səhabələrdən gələn rəvayətlərdir.  Əlidən (radiyallahu anhu) İbn Əbi Şeybənin rəvayət etdiyi hədisdə, həmçinin , İbn Abbasdan (radiyallahu anhu) və bir çox səhabədən varid olan bütün rəvayətlərə görə təkbir muqayyədin vaxtı Ərafa günü fəcr namazından sonra başlayır. İmam Əhmədin (rahiməhullah) məzhəbi də bu rəydə ittifaq edib.
 Həcdə olmayanlar Ərafa günü fəcr namazından sonra təkbir etməyə başlayır ta ki, Zilhiccənin 13-ü əsr namazından sonraya kimi. Yəni namazlardan dərhal  sonra olan son təkbir, Zilhiccənin 13-ü əsr namazınından sonradır. Bununla da təkbir muqayyədin vaxtı bitir.
Bir çox alimlərin, habelə İmam Əhmədin görüşünə əsasən , bir çox səhabədən nəql olunduğu üçün təkbir muqayyəd fərz namazlarından sonra olduğu kimi, nafilə namazlarından sonra da deyilir.
Təkbir muqayyəd kişilərə aid olduğu kimi qadınlara da aiddir. Buxaridən (rahiməhullah) rəvayət olunur ki, Ömər bin Abdulazizin dövründə qadınlar örtük arxasında namaz qılar və təkbir muqayyədi deyərdilər.

Təkbir Mutləq isə Zilhiccənin ilk günündən başlayaraq Zilhiccənin 13-ü məğrib namazınadək istənilən  vaxt oxunur .
Buxaridən rəvayət olunur ki, İbn Ömər və Əbu Hureyrə Zilhiccənin ilk 10 günündə bazara çıxar və yüksək səslə təkbir gətirərdilər, insanlar da onların ardınca təkbir gətirərdi.

Xülasə: Ərafa günü fəcr namazından etibarən həm təkbir muqayyəd, həm də təkbir mutləq deyilir. Yəni həm namazlardan dərhal sonra , həm də günün istənilən vaxtı təkbir oxunur.

 {وَاذْكُرُوا اللَّهَ فِي أَيَّامٍ مَّعْدُودَاتٍ} [البقرة: ٢٠٣]
Allah Quranda buyurur: " Sayılı günlərdə Allahı zikr edin" (Əl-Bəqara;203)
Sayılı gün dedikdə Təşriq günləri nəzərdə tutulur.