Ahlul Quran Forum

İSLAM DİNİ => FİQH => ORUC => Mövzunu başladan: Ahlul-Quran - 01.08.2023, 23:48:49

Başlıq: ORUCLA BAĞLI FAYDALAR
Göndərən: Ahlul-Quran - 01.08.2023, 23:48:49

İbn Useymin (Allah rəhmət eləsin) demişdir: Oruc tutan namazla, zikrlə ,dua ilə və Quran qiraəti ilə məşğul olmalıdır. Əgər o orucu ilə bir sıra ibadətləri cəmləyərsə, oruclu ikən özünü ibadətlərə alışdırarsa, bu onun üçün asanlaşar." ( Oruc və zəklatla bağlı fətvalar; 556)
Başlıq: Cvb: ORUCLA BAĞLI FAYDALAR
Göndərən: Ahlul-Quran - 01.08.2023, 23:49:41
İbnul-Qayyim demişdir: " Əməl sahiblərinin ən üstünü , gördüyü əməldə Allahı ən çox zikr edənlərdi. Oruc tutanların ən üstünü, oruc əsnasında Allahı ən çox zikr edənlərdir. Sədəqə verənlərin ən üstünü , sədəqə verərkən Allahı ən çox zikr edənlərdir. Bu bütün digər əməllərə də aiddir. (Əl-Vəbilus-Sayyib,  səh. 104)