Ahlul Quran Forum

İSLAM DİNİ => DUA VƏ ZİKRLƏR => Mövzunu başladan: Ahlul-Quran - 05.28.2019, 02:10:49

Başlıq: Quran və sünnədə varid olan istiğfar (bağışlanma) duaları
Göndərən: Ahlul-Quran - 05.28.2019, 02:10:49
Əbu Musa Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dua etdiyini deyib:

اللهم اغفر لي خطيئتي وجهلي وإسرافي في أمري وما أنت أعلم به مني، اللهم اغفر لي جدي وهزلي وخطئي وعمدي وكل ذلك عندي، اللهم اغفر لي ما قدمت وما أخرت وما أسررت وما أعلنت وما أنت أعلم به مني أنت المقدم وأنت المؤخر وأنت على كل شيء قدير

"Allahım, xətalarımı, cahilliyimi, işlərimdəki israfımı, Sənin məndən daha yaxşı bildiyini (səhvlərimi) bağışla. Ciddi və zarafatla, səhvən və bilərəkdən etdiklərimi bağışla. Bunların hamısı məndə var.  Allahım keçmişdə etdiklərimi, sonraya saxladıqlarımı, gizlində və aşkarda etdiklərimi və Sənin məndən daha yaxşı bildiyin  qüsurlarımı bağışla. Sən irəli çəkilməsi lazım olanı irəli çəkən , təxirə salınması lazım olanı da təxirə salansan və Sən hər şeyə Qadirsən."
Buxari; 5919, Muslim; 4896.