Ahlul Quran Forum

İSLAM DİNİ => FAYDALAR => Mövzunu başladan: Ahlul-Quran - 09.21.2019, 22:43:30

Başlıq: SƏBR HAQQINDA
Göndərən: Ahlul-Quran - 09.21.2019, 22:43:30
قال الإمام إبراهيم ​التيمي رحمه الله تعالى :

« مَا ​مِنْ ​عَبْدٍ ​وَهَبَ ​اللَّهُ ​لَهُ ​صَبْرًا ​عَلَى ​الْأَذَى ، ​وَصَبْرًا ​عَلَى ​الْبَلَاءِ ، ​وَصَبْرًا ​عَلَى ​الْمَصَائِبِ ، ​إِلَّا ​وَقَدْ ​أُوتِيَ ​أَفْضَلَ ​مَا ​أُوتِيهِ ​أَحَدٌ، ​بَعْدَ ​الْإِيمَانِ ​بِاللَّهِ »

 الصبر لابن أبي الدنيا (٢٨/١).


İmam İbrahim ət-Teymi rahiməhullah demişdir:

"Allahın əziyyətlərə, bəlaya və müsibətlərə qarşı səbr etməyi əta etdiyi elə bir bəndə yoxdur ki, Allaha iman gətirdikdən sonra hər kəsə verilə biləcək ən üstün şey ona verilməsin.

Əs-Sabr libni əbid-dunyə (1/28).
Başlıq: SƏBR HAQQINDA
Göndərən: Ahlul-Quran - 09.22.2019, 00:20:54
قــال الشيخ العلامة محمد بن صالح العثيمين -رحمه الله- :
.
وكل إنسان يتصل بالناس فلابد أن يجد من الناس شيئًا من الإساءة، فموقفه من هذه الإساءة أن « يعفو ويصفح » وليعلم علم اليقين أنه بعفوه وصفحه ومجازاته بالحسنى سوف تنقلب العداوة بينه وبين أخيه إلى ولاية وصداقة . قال الله تعالى : { وَلَا تَسْتَوِي الْحَسَنَةُ وَلَا السَّيِّئَةُ ادْفَعْ بِالَّتِي هِيَ أَحْسَنُ فَإِذَا الَّذِي بَيْنَكَ وَبَيْنَهُ عَدَاوَةٌ كَأَنَّهُ وَلِيٌّ حَمِيمٌ } [فصلت:٣٤]
فما هو الأحسن، السيئة أم الحسنة ؟ الحسنة . وتأملوا أيها العارفون باللغة العربية كيف جاءت النتيجة بـ ( إذا ) الفجائية تدل على الحدث الفوري في نتيجتها . { فَإِذَا الَّذِي بَيْنَكَ وَبَيْنَهُ عَدَاوَةٌ كَأَنَّهُ وَلِيٌّ حَمِيمٌ } ، ولكن هل كل أحد يوفق إلى ذلك ؟ لا، { وَمَا يُلَقَّاهَا إِلَّا الَّذِينَ صَبَرُوا وَمَا يُلَقَّاهَا إِلَّا ذُو حَظٍّ عَظِيمٍ } [فصلا:٣٥]
كتاب العلم، صفحة (٢٦٤)


Şeyx Alləmə Muhamməd bin Saleh Əl-Useymin (rahiməhullah) demişdir:

Başqa insanlala münasibətdə olan hər bir kəsin insanlardan gələn pisliklərlə qarşılaşması  labüddür. Bu pisliklərə qarşı onun mövqeyi "əfv etmək və bağışlamaq" olmalıdır. Yəqinliklə bilməlidir ki, onun əfv etməsi, bağışlaması və (pisliyi) yaxşılıqla əvəz etməsi ilə özü və qardaşı arasındakı ədavət dostluğa çevriləcəkdir. Allah-Təala buyurur:
"Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mömin kimsə) Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbrlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlamaqla cavab ver!). Belə.olduqda aranızda düşmənçilik olan şəxsi sanki, yaxın bir dost görərsən!" [Fussilət/34]
Hansı daha yaxşıdır? Pislik yoxsa yaxşılıq? Yaxşılıq. Ey ərəb dilini yaxşı bilənlər! Fikir verin, ayə "izə əl-fəcəiyyə"(ani hadisəyə işarət edən "izə") ilə başlayır (bununla başlayan cümlədə nəticənin dərhal olacağına dəlalət edilir), lakin hər kəs buna müvəffəq ola bilirmi? Xeyr.
Bu (xislət) yalnız (dünyada məşəqqətlərə) səbr edənlərə verilir və yalnız böyük qismət (savab, fəzilət) sahiblərinə əta olunur. (Fussilət 35)
"Kitəbul-ilm", səh 264
Başlıq: Cvb: SƏBR HAQQINDA
Göndərən: Ahlul-Quran - 01.08.2023, 17:31:08
رَبَّنَا وَسِعْتَ كُلَّ شَيْءٍ رَحْمَةً وَعِلْمًا
 “Ey Rəbbimiz! Sənin mərhəmətin və elmin hər şeyi əhatə etmişdir. (Ğafir;7)

Birdən dünyada heç bir təsəllisi olmayan , çox acı dərdlər olur. Amma Allahın Elmi və Mərhəməti ilə hər şeyi əhatə etdiyini  xatırlayanda, sənin sevdiyini , Allahın daha çox sevdiyini  və sənə acı gələni  Allahın rəhməti ilə etdiyini və bunun  əslində  görmədiyimiz, başa düşmədiyimiz nemət olduğunu dərk etmək insan üçün qurtuluşdur, bunlar, ən xoşbəxt möminə aid ən gözəl hislərdir.
Başlıq: Cvb: SƏBR HAQQINDA
Göndərən: Ahlul-Quran - 01.08.2023, 23:45:35

Süleyman bin Qasim (Allah rəhmət etsin) deyir: Səbrdən başqa bütün əməllərin savabı məlumdur, Allah (Azzə və Cəllə) buyurur: "Ancaq səbir edənlərə mükafatları saysız-hesabsız veriləcəkdir." (Əz-Zumər;10).
Süleyman bin Qasim deyir: "Yəni leysan yağış kimi."