Allah batili silib yox edər.(Əş-Şura;24)

Axrıncı Yazılar

Səhifə: 1 2 3 [4] 5 6 ... 10
31
İCMA - Peyğəmbərin ( sallallahu aleyhivə səlləm ) ölümündən sonra hər hansı şəri məsələdə o dövrün bütün  müctəhid alimlərinin ittifaq etməsinə deyilir.
Müctəhid alimlərin bir məsələdə ittifaqı hüccətdir. Ona qarşı çıxmaq küfrdür. Çünki müctəhid alimlər bir məsələdə ittifaq etmək üçün həmin məsələyə aid olan bütün dəlilləri  hərtərəfli şəkildə araşdırır, sonra bu araşdırmadan çıxan nəticəyə uyğun fikirlərini bildirirlər.  Və icma, alimlərin bir məclisdə toplaşıb qərar verməsinə deyilmir.
Bir məsələdə hər biri özlüyündə araşdırma edib fikir bildirdikdən sonra əgər bu fikirlər hamısı üst-üstə düşərsə ,  o zaman bu icma sayılır. Yəni hər biri özlüyündə araşdırıb və hər biri tamamilə eyni qənaətə gəlib. Alimlərin harda yaşamasının, bir-birinə yaxın uzaq olmasının  buna aidiyyəti yoxdur.
Peyğəmbərin (sallallahualeyhi və səlləm) ölümündən sonra  alimlərin (səhabələrin) ilk icması  ( bütün səhabələrin Həmfikir olduğu məsələ) bilirsiniz nə olub????

Əbu Bəkrin (radiyallahu anhu) imaməti.

 Yəni xəlifə olaraq qəbul olması, istisnasız bütün səhabələr (o dövrün bütün müctəhid səhabə alimləri) tərəfindən  təsdiqlənib.
İcma olunan məsələlər  o məsələlərdir  ki, artıq müzakirəyə açıq deyil.
Məsələn, alimlər icma edib ki,  qeybət böyük günahlardan sayılır. Kiçik günahlardan deyil.
Qurtubi öz təfsirində deyib: "لا خلاف ان الغيبة من الكبائر، وأن من اغتاب أحدا عليه ان يتوب إلى الله".
Qeybətin böyük günahlardan olmasında heç bir ixtilaf yoxdur, kim başqasının qeybətini qırarsa, Allaha tövbə etməlidir. "
Qeybət alimlərin icmasına görə haramdır , buna Qurani kərimdən dəlil (əl-Hucurat surəsi; 2) ayədir.

Qeybətin ən pis növlərindən biri dövlət başçısının qeybətini etməkdir.  Çünki, dövlət başçısının qeybətini etmək, böyük fitnələrı səbıb olur və  insanların qəlbində dövlətə qarşı birləşmək hissi oyadır.
Əhli-Sünnə vəl Cəmaat olmağın əsas əlamətlərindən biri dövlət başçısına sadiq olmaq və ona qarşı çıxmamaqdır. Sələfin ən böyük alimlərindən  dövlətə qarşı çıxmağı icazəli görən heç bir nəfər yoxdur. Dövlətə qarşı çıxıb, haqq iddia etmək xavariclərin və azğın bidətçilərin yoludur.
Sələmə bin Yəzid əl Cufi Rasulullaha (sallallahualeyhi vəsəlləm) sual verir:
" Əgər bizə bizdən haqqını tələb edib, bizim haqqımızı isə  verməyən başçılıq edərsə, nə edək?
Rasulullah ( sallallahu aleyhi və səlləm) cavab verir: " Onlara qulaq asın və itaət edin, siz öz öhdəliklərinizdən, onlar da öz öhdəliklərindən məsuldurlar" (Tirmizi. Fitən; 30)
Yəni insanların ödəliyi itaətdir, Cəzanı, mükafatı isə Allah verir.
Dövlət başçısının əleyhinə danışmaq və qeybət qırmaq da itaətsizlikdəndir.
 Sələf alimlərindən bu məsələdə misallara baxaq.
” إذا رأيت الرجل يدعو على السلطان فاعلم أنه صاحب هوى، وإذا سمعت الرجل يدعو للسلطان بالصلاح، فاعلم أنه صاحب سنة “
كتاب السنة للإمام البربهاري
İmam Barbahari deyib: Əgər bir insanı sultanın əleyhinə dua edən görsən bil ki o, həva əhlidir, əgər  sultan üçün dua edən görsən, bil ki , Allahın izni ilə o , sünnə sahibidir". ("Kitab əs-Sunnə, İmam Əl-Barbahari"
Sonra davam edir:
فأمرنا ان ندعو لهم بالصلاح ولم نؤمر  أن ندعو عليهم ، وإن  ظلموا وجاروا؛ لأن ظلمهم وجورهم  على أنفسهم،  وصلاحهم لأنفسهم وللمسلمين.
Bizə onların islahı üçün dua eləmək əmr olunub, onların əleyhinə  deyil. Hətta zülm və azğınlıq etsələr belə. Çünki, zülmləri və azğınlıqları öz əleyhlərinədir, lakin islahları həm özlərinin həm də müsəlmanların lehinədir.
İmam Tahavi öz "Əqidə" sində deyir:
ولا نرى الخروج على أئمتنا وولاة أمورنا و إن جاروا، ولا ندعو عليهم، ولا ننزع يدا من طاعتهم ، و نرى طاعتهم من طاعة الله فريضة ، ما لم يأمروا بمعصيى، وندعو لهم بالصلاح  والمعافاة". (العقيدة الطحوية بتخريج الألباني (ص.٦٨)
Hətta azğınlıq etsələr belə,  idarəçilərimizin və dövlət başçılarımızın əleyhinə  baş qaldırmağı (öz əqidəmizdən) görmürük, onların əleyhinə (bəd) dua etmirik,  onlara itaətdən üz çevirmirik,  Allaha asi olmağı əmr etmədikləri müddətcə, onlara itaəti Allaha fərz olan itaətdən görürük, onlara doğru yol və bağışlanma diləyirik.  ( Aqidətut-Tahaviyyə(Albaninin təxrici ilə); səh 68)
Əbu Bəkr Əl-İsmaili deyir:
يرون  الدعاء لهم بالصلاح والعطف إلى العدل"
(اعتقاد أهل السنة؛ ص:٥)
(Əhli-Sünnə əqidəsinə görə)  onlara  (dövlət başçılarına) doğru yola və ədalətə müvəffəq olmaları üçün  dua edilir. (Əhli sünnənin etiqadı ; səhifə 5).
32
FAYDALAR / Cvb: SƏBR HAQQINDA
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 01.08.2023, 17:31:08 »
رَبَّنَا وَسِعْتَ كُلَّ شَيْءٍ رَحْمَةً وَعِلْمًا
 “Ey Rəbbimiz! Sənin mərhəmətin və elmin hər şeyi əhatə etmişdir. (Ğafir;7)

Birdən dünyada heç bir təsəllisi olmayan , çox acı dərdlər olur. Amma Allahın Elmi və Mərhəməti ilə hər şeyi əhatə etdiyini  xatırlayanda, sənin sevdiyini , Allahın daha çox sevdiyini  və sənə acı gələni  Allahın rəhməti ilə etdiyini və bunun  əslində  görmədiyimiz, başa düşmədiyimiz nemət olduğunu dərk etmək insan üçün qurtuluşdur, bunlar, ən xoşbəxt möminə aid ən gözəl hislərdir.
33
TƏHARƏT / Cvb: Təharətin Fiqhi
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 09.19.2022, 21:24:40 »
Ayaqyolu ədəbi
İstinca- ayaqyoluna çıxdıqda su ilə təmizlənmək
İsticmar- ayaqyoluna çıxdıqda su ilə deyil, daş və ona bənzər, şəriətimizdə icazə verilən şeylərlə təmizlənmək
عن سلمان-رضي الله عنه- أنه قال: لقد نهانا أن نستقبل القبلة لغائط أو بول أو أن نستنجي باليمين أو أن نستنجي بأقل من ثلاثة أحجار أو أن نستنجي برجيع أو بعظم.صحيح مسلم: 262
Salmanın (Allah ondan razı olsun) belə dediyi rəvayət olunur: Rasulullah (sallallahu aleyhi və səlləm) bizə ayaqyoluna çıxarkən qibləy tərəf yönəlməyi, sağ əllə, 3-dən az sayda daşla, peyin və sümüklə təmizlənməyi qadağan etdi. (Muslim;262)

Ayaqyoluna çıxdıqda üzü və ya arxası qibləyə tərəf yönəlmək ancaq  açıq ərazidə qadağandır. Divarlı örtülü yerdə isə qadağan deyil. Buna dəlil olan hədislər çoxdur.

عن ابن عمر رَضِيَ اللّهُ عَنْهما قال: ]ارْتَقَيْتُ فَوقَ بَيْتَ حَفْصَةَ رَضِيَ اللّهُ عَنْها لِبَعْضِ حَاجَتِى، فَرَأيْتُ رسولَ اللّهِ يَقضَى مُسْتَقْبِلَ الشَّامِ مُسْتَدْبِرُ الْقِبْلَةِ[. أخرجه الستة،

İbn Ömərdən (Allah ondan razı olsun) rəvayət olunur ki, bir dəfə ehtiyac səbəbilə Hafsanın evinin başına çıxdım və Rasulullahı üzü şama , arxası qibləyə tərəf ayaqyoluna çıxdığını gördüm. ( Hədis Kutubu sittədə rəvayət olunub)
İnsanlar sağ əli ilə yeçək yedikləri və insanlarla görüşdükləri üçün sağ əli ilə yuyunmaq şəriətimizdə icazəli deyil.
عن أنس بن مالك-رضي الله عنه-أنه قال:كانَ النبيُّ صَلَّى اللهُ عليه وسلَّمَ إذَا دَخَلَ الخَلَاءَ قالَ: اللَّهُمَّ إنِّي أعُوذُ بكَ مِنَ الخُبُثِ والخَبَائِثِ.
أخرجه البخاري (142)، ومسلم (375).
Ənəs bin Malikin (Allah ondan razı olsun) belə dediyi rəvayət olunur: Rasulullah (sallallahu aleyhi və səlləm) ayaqyoluna daxil olarkən belə deyərdi: Allahım erkək və dişi cinlərin şərrindən Sənə sıxınıram".(Buxari;142, Muslim; 375)

Bu duanın iki cür tərcüməsi var: Xubus kimi oxunarsa, mənası erkək cindir.
Xubs kimi oxunarsa, mənası şər deməkdir.

Yəni duanı iki cür tərcümə etmək olar. "Allahım erkək və dişi cinlərin şərrindın Sənə sığınıram" və ya "Allahım şərdən və şər əhlindən Sənə sığınıram."
Bu dua ayaqyoluna çıxarkən paltarı aşağı çəkmədən öncə oxunur.
 Ayaqyolundan  sağ ayaqla çıxmaq və çıxarkən  "Ğufranəkə" demək lazımdır.
عن عائشة قالت : كان النبي صلى الله عليه وسلم إذا خرج من الغائط قال: "غُفْرَانَكَ".
صحيح أبي داود (30)
Aişədən (Allah ondan razı olsun) belə dediyi rəvayət olunur: Rasulullah (sallallahu aleyhi və səlləm)  ayaqyolundan çıxarkən belə deyərdi: "Ğufranəkə" (Allahım məni bağışla) .( Səhih Əbu Davud;30)
İnsanların gəzdiyi, dincəldiyi , kölgələndiyi yerlərə, durğun sulara ayaqyoluna çıxmaq İslam dininə görə icazəli deyil, günahdır. Çünki İslamda qul haqqına girmək haramdır.
34
TƏHARƏT / Cvb: Təharətin Fiqhi
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 09.19.2022, 21:23:31 »
 
Qüsl almaq
Qüsl (ərəbcə الغسل) sözünün mənası yuyunmaqdır, الإغتسال sözünü məsdəridir.
Şər'i mənası: şəriətdə varid olan formada bədənin yuyulmasıdır.

Cənabət halında olan insana Quran oxumaq, Qurana toxunmaq, namaz qılmaq, məscidə girmək icazəli deyil.
Qüslün vacib olduğu hallar :
1.Cənabət halı.Yəni məninin insan bədənindən şəhvətlə xaric olması
2.Ehtilam olmaq (yuxuda cünüb olmaq). Bu halda məninin şəhvətlə axması şərt deyil. İnsan yuxusunu unuda da bilir.
3.Məni xaric olmasa belə cinsi əlaqədə olmaq
4.Heyz və ya nifasın bitməsi
5. Başqa dindən İslam dininə daxil olmaq
6. Müsəlmanın öldükdən sonra qəbrə qoyulmadan yuyulması

Qüsl almağın kamil forması barədə Aişədən (Allah ondan razı olsun) rəvayət olunur: Rasulullah (sallallahu aleyhi və səlləm) cənabət qüslü alarkən ilk olaraq əllərini yuyardı, sonra sağ əli ilə suyu sol əlinə töküb övrət yerini yuyardı, sonra dəstəmaz alardı, daha sonra əlini isladıb, barmaqlarını saçının dibinə salıb,  başını ovuşdurardı. Sonra başına üç ovuc su tökərdi, sonra bədənin digər hissələrini su töküb yuyardı, sonra ayaqlarını yuyardı.(Buxari və Muslim)
Cümə günü cümə namazına gedənlərə qüslün vacib olub olmaması barədə ixtilaf var, bəziləri sünnə, bəziləri təkid olunmuş sünnə, bəziləri isə vacib olduğu görüşündədirlər. Hər ehtimala qarşı cümə qüslünü çox zəruri səbəb olmadan tərk etməmək daha yaxşıdır.
35
TƏHARƏT / Cvb: Təharətin Fiqhi
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 09.19.2022, 21:21:53 »
Xuflərə məsh etmək
Biz təkcə xufların üzərinə deyil, digər materiallardan olan ayaq geyimlərinin üzərinə məsh etməkdən danışacağıq.

عن ثوبان رضي الله عنه ، قال:
بعث رسولُ اللهِ صلَّى اللهُ عليهِ وسلَّم سَرِيَّةً ، فأصابهم البَردُ ، فأمرهم أن يمسَحوا على العصائبِ والتَّساخِينَ (صحيح أبي داود)
Səvbənin (Allah ondan razı olsun) belə dediyi rəvayət olunur: Rasulullah (sallallahu aleyhi və səlləm) (kafirlərin yanına) kəşfiyyatçı göndərdi, onlar soyuğa düşdülər, Rasulullah ( sallallahu aleyhi və səlləm) onlara əmmamələrinin və ayaqlarını isti saxlamaq üçün istifadə etdikləri geyimlərinin üzərinə məsh çəkməyi əmr etdi.(Əbu Davud)
 Səvbən (Allah ondan razı olsun) deyir ki, bu səhabələrin ayaq geyimləri yundan, parçadan və dəridən idi.

Məshin şərtləri:
1. Məshi təharətli geyinmək
عن المغيرة بن شعبة-رضي الله عنه- قال: كُنْتُ مع النبيِّ صَلَّى اللهُ عليه وسلَّمَ في سَفَرٍ، فأهْوَيْتُ لأنْزِعَ خُفَّيْهِ، فَقالَ: دَعْهُمَا، فإنِّي أدْخَلْتُهُما طَاهِرَتَيْنِ. فَمَسَحَ عليهمَا.
صحيح مسلم (274)، صحيح البخاري (206)
Muğira bin Şöbənin (Allah ondan razı olsun) belə dediyi rəvayət olunur: Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə səfərdə idim. (Dəstəmaz alarkən) onun xüflərini çıxartmaq üçün dartdım, dedi: " qoy qalsın, mən onları təharətli halda geyinmişəm və onların üzərinə məsh etdi." ( Buxari;206, Muslim274)
2. Dəstəmaz əzasını örtməlidir.
3. Xufların özləri təmiz olmalıdır
4. Qəsb edilmiş xufla namaz qılmaq icazəli deyil.
5. Səfərdə olan xuffun üzəri  3 gün və 3 gecə, səfərdə olmayan 1 sutka,  yəni, 1 gün və 1 gecə məsh edə bilər.
أتَيْتُ صفْوانَ بنَ عسَّال -رضي الله عنه- أنه قال: كان يأمُرُنا -صلَّى الله عليه وسلم- إذا كنَّا سَفْرًا -أو مُسافرينَ- ألَّا ننزِعَ خِفافَنا ثلاثةَ أيَّامٍ ولياليَهنَّ إلَّا مِن جَنابَةٍ، لكنْ مِن غائطٍ وبَولٍ ونومٍ
سنن الترمذي (3535)
Safvan  bin Assəl (Allah ondan razı olsun) demişdir: Səfərdə olduqda Peyğəmbər (sallallahu aleyhi və səlləm)  cünüb olanlarımız xaric, yatmaqla və ayaqyoluna çıxmaqla dəstəmazını pozanlara  xuflarını üç gün, üç gecə çıxartmamağı ( üzərinə məsh etməyi) əmr etmişdi.
(Sünən Tirmizi; 3535)

Məshi corabların altına deyil üzərinə  etmək lazımdır.

عن علي -رضي الله عنه- قال: لو كان الدينُ بالرأي لكان أسفلُ الخفِّ أولَى بالمسحِ من أعلاهُ ، وقد رأيتُ رسولَ اللهِ صلَّى اللهُ عليه وسلم يمسحُ على ظاهرِ خفَّيهِ
أخرجه أبو داود (162) واللفظ له، والنسائي في ((السنن الكبرى)) (119)، وأحمد (737)
Əli (Allah ondan razı olsun) demişdir: Əgər din ağıla əsaslansa idi, o zaman xuffun üstünə deyil , altına məsh etmək lazım olardı. Mən Rasulullahı (sallallahu aleyhi və səlləm) xuffunun üzərinə məsh edərkən gördüm.( Əbu Davud;162, Nəsai: Əs-Sunən əl-kubra;119, Əhməd; 737)
Məshi batil edən amillər:
1. Məshin vaxtının bitməsi
(Məshin maksimum müddəti səfərdə olan üçün 3 sutka , səfərdə olmayan üçün 1 sutka)
2. Dəstəmaz pozulduqdan sonra məshi çıxartmaq
3. Cünüb olmaq
Məshin müddəti məshi geyindikdən sonra ilk dəstəmazın pozulduğu vaxtdan başlayır.
Yara sarğısının üzərinə yara sağalana kimi məsh etmək olar. Lakin sarğıdan kənar yerlər yuyulmalıdır.
36
TƏHARƏT / Cvb: Təharətin Fiqhi
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 09.19.2022, 21:19:59 »
Dəstəmaz fəsli
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا قُمْتُمْ إِلَى الصَّلَاةِ فَاغْسِلُوا وُجُوهَكُمْ وَأَيْدِيَكُمْ إِلَى الْمَرَافِقِ وَامْسَحُوا بِرُءُوسِكُمْ وَأَرْجُلَكُمْ إِلَى الْكَعْبَيْنِ
Ey iman gətirənlər! Namaza duracağınız zaman üzlərinizi, dirsəklərlə birlikdə əllərinizi yuyun və başınıza məsh çəkib ayaqlarınızı topuqlarla birlikdə yuyun.
(əl-Maidə surəsi, 6-cı ayə)

Ərəbcə dəstəmaz mənasına gələn "vudu" -وضوء sözü "vədaaəh" -وضاءة kökündən düzəlib. Lüğəti mənası gözəllik və parlaqlıqdır.
Şəri  mənası isə xüsusi əzaların ibadət niyyətilə yulması və ya məsh edilməsidir

عَنْ حُمْرَانَ «أَنَّ عُثمانَ بنِ عفَّانَ: أنَّه دعا بماءٍ فتوضَّأَ ومَضمَضَ واستَنشَقَ، ثمَّ غسَلَ وجهَه ثلاثًا، وذِراعَيْه ثلاثًا ثلاثًا، ومسَحَ برأسِه، وظَهْرِ قدَمَيْه، ثمَّ ضَحِك، فقال لأصحابِه: ألَا تَسألوني عمَّا أضحَكَني؟ فقالوا: ممَّ ضَحِكتَ يا أميرَ المؤمنينَ؟ قال: رأيتُ رسولَ اللهِ صلَّى اللهُ عليه وسلَّمَ دعا بماءٍ قريبًا مِن هذه البُقعةِ، فتوضَّأَ كما توضَّأتُ، ثمَّ ضَحِك، فقال: ألَا تَسألوني ما أضحَكَني؟، فقالوا: ما أضحَكَك يا رسولَ اللهِ؟ فقال: إنَّ العبدَ إذا دعا بوَضوءٍ فغسَلَ وجهَه، حَطَّ اللهُ عنه كلَّ خطيئةٍ أصابَها بوجهِه، فإذا غسَلَ ذِراعَيْه كان كذلك، وإنْ مسَحَ برأسِه كان كذلك، وإذا طهَّر قدَمَيْه كان كذلك.
تخريج المسند الصفحة أو الرقم : 415
Humrandan rəvayət olunur ki, Osman bin Affan (radiyallahu anhu) dəstəmaz almaq üçün bir qab gətizdirdi. Ağzına su aldı və burnuna su çəkib yudu, sonra üzünü 3 dəfə yudu hər iki əlini dirsəklərə kimi 3 dəfə yudu, əvvəl başına, daha sonra isə ayaqlarının üstünə  məsh çəkdi və güldü. Yanındakılara çevrilərək dedi: "məni nəyin güldürdüyünü soruşmayacaqsınızmı?" Dedilər: " Nə üçün güldün, ey möminlərin əmiri?"  Osman (radiyallahu anhu) dedi: Bir dəfə Rasulullahı bizim olduğumuz yerə yaxın olan bir yerdə  dəstəmaz almaq üçün su istədiyini gördüm, sonra mənim dəstəmaz aldığım kimi dəstəmaz aldı, sonra isə güldü və dedi: " Məni nəyin güldürdüyünü soruşmayacaqsınızmı?" Dedilər : " Səni nə gülüdürdü, Ey Allahın elçisi?" Dedi: "Bir qul dəstəmaz üçün su istəyib, üzünü yuduqda Allah onun üzü ilə etdiyi bütün xətaları silər, eləcə də qollarını yuduqda. Həmçinin başına məsh etdikdə və ayaqlarını yuduqda (xətalarını silər). (Musnəd ; səh 415)
Hədis nisbətən fərqli mətnlə başqa hədis kitablarında da rəvayət olunub:
Humrandan rəvayət olunur ki, Osman bin Affan (radiyallahu anhu) dəstəmaz almaq üçün bir qab gətizdirdi.Əlini üç dəfə yudu, ağzına  və burnuna su çəkib yudu, sonra üzünü üç dəfə yudu,daha sonra sağ əlini dirsəklərə kimi 3 dəfə yudu, sol əlini də sağ əli kimi yudu. Başına məsh çəkdi. Sağ ayağını topuqlara qədər üç dəfə yudu, sol ayağını da eyni şəkildə yudu və dedi: "Rasulullahı mənim dəstəmaz aldığım kimi dəstəmaz aldığını gördüm." (Buxari və Muslim)
Quranda varid olan 4 fərz dəstəmaz üzvü haqqında alimlərin ittifaq ediblər. Sünnədə varid olanlara baxaq:
Osmanın hədisinə görə:
- Əllər 3 dəfə yuyulur. Bu sünnə olmaqla yanaşı digər üzvləri yumaq üçün əllər avtomatik olaraq yuyulur.
- Mazmaza(ağıza su alıb yumaq və İstinşaq (buruna su alıb yumaq).  Bunun vacib və ya sünnət olması barədə ixtilaf var. Lakin səhih olan vacib olmasıdır. Çünki ağız və burun da  üzdə yerləşir, üzün yuyulmasının fərz olduğu isə Quranda qeyd olunub. Sünnədə izah olunduğu kimi sağ ovucla bir dəfəyə ağıza və buruna su alıb sol əllə burundakı suyu sıxmaq lazımdır. Həmçinin bunu 3 dəfə təkrarlamaq sünnədir.

- Üzü yumaq ayətdə varid olduğu üçün fərzdir. Üz nahiyəsi eninə sağ qulaq dibindən sol qulaq dibinə kimi, uzununa  alının qurtaracağından (saçın başladığı yerdən) buxağa kimidir.  Birçəklə qulaq arasında qalan tüksüz nahiyədə ixtilaf olsa da , doğru rəy onun da üzə aid olmasıdır.
Bütün üzvləri 3 dəfə yumaq müstəhəb , ən azı 1 dəfə yumaq isə fərzdir.
-Əlləri barmaqların ucundan dirsəklərə kimi yumaq lazımdır.Cumhur alimlərinə görə dirsəklər də  mütləq yuyulmalıdır.
-Başa məsh edin dedikdə , başın hər yeri nəzərdə tutulur, çünki Allah  ayədə əlləri dirsəklərə qədər, ayaqları isə topuqlara qədər yumağı əmr edir və bu əzaların yuyulmasında xüsusi hədd qeyd edir, başa məsh edin hissəsində isə başın bir hissəsi və ya yarısı və ya hər hansı hissəsinə qədər yeri məhdudlaşdırmır.
-Qulaqlar da başın bir hissəsidir və onlara da məsh etmək lazımdır.
- ayaqları topuqlara qədər yumaq. (topuqlar da daxil olmaqla). Bu ayədə ayaqlar ismi qrammatik cəhətdən yumaq feilinə aiddir.
Dəstəmaz üzvlərini sünnədə varid olandan daha artıq və daha çox sayda yumaq olarmı? Xeyr bu icazəli deyil. Səhih Əbu Davudda rəvayət olunur ki, bir dəfə Abdullah bin Muğaffəl oğlunun belə dua etdiyini eşidir:
أنَّ عبدَ اللَّهِ بنَ مُغفَّلٍ، سمعَ ابنَهُ يقولُ: اللَّهمَّ إنِّي أسألُكَ القَصرَ الأبيضَ، عن يمينِ الجنَّةِ إذا دخلتُها، فقالَ: أي بُنَيَّ، سلِ اللَّهَ الجنَّةَ، وتعوَّذ بِهِ منَ النَّارِ، فإنِّي سَمِعْتُ رسولَ اللَّهِ صلَّى اللَّهُ عليهِ وسلَّمَ يقولُ: إنَّهُ سيَكونُ في هذِهِ الأمَّةِ قومٌ يَعتدونَ في الطَّهورِ والدُّعاءِ
Allahım! Mən Səndən Cənnətə girən kimi Cənnətin sağ tərəfində bəyaz köşk istəyirəm.'' Və ona deyir: Əziz oğlum, Allahdan Cənnət istə və Cəhənnəm atəşindən Ona sığın. Çünki mən Rasulullahın (sallallahu aleyhi və səlləm) belə dediyini eşitdim: "Bu ümmətdə təharətdə və duada həddi aşan insanlar olacaqlar"(Səhih Əbu Davud ;96)
Dəstəmaz aldıqdan sonra 2 rükət nafilə namazı qılmaq sünnədir.  Rasulullah (sallallahu aleyhi və səlləm) demişdir :
من توضأَ كما أُمِرَ ، و صلَّى كما أُمِرَ ، غُفِرَ له ما قدَّم من عملٍ
أخرجه النسائي (144)، وابن ماجه (1396)، وأحمد (23595)
"Kim ona əmr edildiyi kimi dəstəmaz alar və ona əmr edildiyi kimi namaz qılarsa, keçmiş günahları bağışlanar" (Nəsai:144; İbn Macə:1396; Əhməd: 23595)

Dəstəmaz almağa başladıqda "bismilləh" demək lazımdır və Cumhur alimlərinə görə (Əbu Hənifə, Malik,Şafii, Əhməd) bu sünnədir, müstəhəbdir, vacib deyil.
Dəstəmazlı halda olmağın üstünlükləri çoxdur. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) imkan daxilində hər dəstəmazlı olsa belə hər namaz üçün dəstəmaz alardı və namazdan qeyri vaxtlarda da dəstəmazlı olmağa çalışardı.

Dəstəmaz aldıqda bütün üzvləri diqqtli şəkildə və sırası ilə yumaq vacibdir.
  عن أنس-رضي الله عنه- قال: -رأى النبي- صلى الله عليه وسلم- رجلا، وفي قدمه مثل  الظفر لم   يصبه الماء . فقال:"إرجع  فأحسن  وضوءك"- أخرجه أبو داود والنسائي.
Ənəsdən (Allah ondan razı olsun) belə dediyi rəvayət olunur: Rasulullah (sallallahu aleyhi və səlləm) bir kişinin ( dəstəmaz alarkən) ayağında dırnaq boyda bir yə su getmədiyini görür və deyir: "Get, gözəl şəkildə dəstəmaz al!" (Əbu Davud, Ən-Nəsəi. )
Hədisdən də aydın olduğu kimi dəstəmaz alarkən əzaları diqqətlə və tam şəkildə yumaq lazımdır. Əks təqdirdə dəstəmaz batildir və yenidən almaq lazımdır.

Bu mövzuda başqa hədislər də mövcuddur.  Məsələn:
أنَّ النبيَّ صَلَّى اللَّهُ عليه وسلَّمَ رَأَى رَجُلًا لَمْ يَغْسِلْ عَقِبَيْهِ فقالَ: ويْلٌ لِلأَعْقابِ مِنَ النَّارِ.
(متفق عليه)
Peyğəmbər (sallallahu aleyhi və səlləm) dəstəmaz alarkən dabanını yumayan bir kişi görür və deyir: Vay olsun Cəhənnəmdə yanan dabanların halına. (Buxari və Muslim)
عَنْ أَبِي هُرَيْرَةَ، أَنَّهُ رَأَى قَوْمًا يَتَوَضَّئُونَ مِنَ الْمِطْهَرَةِ فَقَالَ أَسْبِغُوا الْوُضُوءَ فَإِنِّي سَمِعْتُ أَبَا الْقَاسِمِ صلى الله عليه وسلم يَقُولُ ‏ "‏ وَيْلٌ لِلْعَرَاقِيبِ مِنَ النَّارِ ‏"‏ ‏.‏
(صحيح مسلم: 242)
Əbu Hureyrədən Muslimdə (242) rəvayət olunur ki, bir dəfə o bir qabdan dəstəmaz alan insanlar görür və deyir dəstəmaz üzlərinizi diqqətlə yuyun, çünki mən Əbul Qasimin (sallallahu aleyhi və səlləm) belə dediyini eşitdim.:"Vay olsun Cəhənnəmdə yanan topuqların halına."

Dəstəmazın 6 fərzi var, bunlardan 4-ü Quranda keçən 4 üzvdür, yəni:
1. Üzü ( ağız və burun da daxil olmaqla) yumaq
2. Əlləri dirsəklərlə birlikdə yumaq
3. Başa məsh etmək (qulaqlarla birlikdə)
4. Ayaqları topuqlarla birlikdə yumaq
5. Ayədə gələn sıra ilə yuyunmaq
6. Əzaları diqqətlə,  ard-arda, qurumadan , hər yerinə su dəyəcək şəkildə yumaq

Dəstəmazın bəzi sünnətləri:
1.Dəstəmazdan əvvəl dişləri misvaklamaq
2. Bismilləhlə başlamaq
3. Dəstəmazdan əvvəl əlləri 3 dəfə yumaq.
4. Oruclu olanlar istisna olmaqla mazmaza və istinşaqda ağzına və burnuna  bol su almaq
5. Dəstəmaz üzvlərini sürtərək yumaq
6. Dəstəmaz üzvlərini 2 və ya 3 dəfə yumaq
7. Dəstəmazdan sonra oxunan bu duanı demək:

عَنْ عُمَرَ بْنِ الخَطَّابِ رضي الله عنه، أنه قَالَ: قَالَ رَسُولُ اللَّهِ صلى الله عليه وسلم: "مَنْ تَوَضَّأَ فَأَحْسَنَ الوُضُوءَ ثُمَّ قال: أَشْهَدُ أَنْ لَا إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ، اللَّهُمَّ اجْعَلْنِي مِنَ التَّوَّابِينَ، وَاجْعَلْنِي مِنَ المُتَطَهِّرِينَ. فُتِحَتْ لَهُ ثَمَانِيَةُ أَبْوَابِ الجَنَّةِ يَدْخُلُ مِنْ أَيِّهَا شَاءَ".
مسلم (234)، وأبو داود (169)، والترمذي (55) ، والنسائي (148)، وابن ماجه (470)، وأحمد (121)
Ömər bin Xattabdan (Allah ondan razı olsun) belə dediyi rəvayət olunur: Rasulullah (sallallahu aleyhi və səlləm) demişdir. Kim dəstəmaz alarsa və dəstəmazı kamil şəkildə alarsa, sonra :
Əşhədu ən lə iləhə illəllahu vəhdəhu lə şərikə ləh və əşhədu ənnə Muhammədən abduhu və rasuluhu. Allahumməcalni minəttəvvəbinə vəcalni minəl mutətahhirin
Şəhadət edirəm ki, Allahdan başqa ibadətə layib heç bir ilah yoxdur, Təkdir, şəriki yoxdur və şəhadət edirəm ki, Muhamməd Onun  qulu və rəsuludur. Allahım məni tövbə edənlərdən və təmizlənənlərdən et."
-deyərsə ona Cənnətin 8 qapısı açılar və istədiyindən (Cənnətə) daxil olar.
(Muslim;234, Əbu Davud;169, Tirmizi;55, Nəsəi;148, İbn Macə ;470, Əhməd;121.)

8. Dəstəmazdan sonra 2 rükət namaz qılmaq

Dəstəmazı pozan amillər:
1. Yatmaq , huşun getməsi, sərxoş olmaq.
Mürgüləmək isə dəstəmazı pozmur:
عَنْ أَنَسٍ-رضي الله عنه-قال: كَانَ أَصْحَابُ رَسُولِ اللَّهِ -صلى الله عليه وسلم- يَنْتَظِرُونَ الْعِشَاءَ  حَتَّى تَخْفِقَ رُءُوسُهُمْ ثُمَّ يُصَلُّونَ وَلاَ يَتَوَضَّئُونَ .(أبو داود)
Ənəsdən (Allah ondan razı olsun) belə dediyi rəvayət olunur: "Rasulullahın (sallallahu aleyhi və səlləm) səhabələri boyunları əyilənə kimi (mürgüləyənə kimi) gözləyərdilər, sonra isə yenidən dəstəmaz almadan namaz qılardılar (Əbu Davud)
2. Hə iki yoldan xaric olanlar.
Həmçinin nəcisin və ya sidiyin övrət yerindən deyil, bədənin başqa hissəsindən çıxmağı da dəstəmazı pozur.
Şübhə səbəbiylə isə namazdan çıxmaq olmaz.
عن أبي هريرة -رضي الله عنه- قال: قال رسول الله-صلى الله عليه وسلَّم- إذا وجَدَ أحَدُكُمْ في بَطْنِهِ شيئًا، فأشْكَلَ عليه أخَرَجَ منه شيءٌ أمْ لا، فلا يَخْرُجَنَّ مِنَ المَسْجِدِ حتَّى يَسْمع صَوْتًا، أوْ يَجِدَ رِيحًا. صحيح مسلم(362)
Əbu Hureyrədən rəvayət olunur ki, Rasulullah (sallallahu aleyhi və səlləm) demişdir: Sizdən biriniz qarnında narahatlıq hiss edərsə və yelin çıxıb-çıxmadığından şübhə  edərsə, səs və ya iy hiss etməyincə, məsciddən çıxmasın. (Səhih Muslim;362)
3. Övrətinə əl vurmaq.
عن بُسرَةَ بنتِ صَفوانَ رَضِيَ اللهُ عنها، أنَّها سمعتْ رسولَ الله صلَّى اللهُ عليه وسلَّم يقولُ: ((مَن مسَّ ذَكَره فليتوضَّأْ ))
أبو داود (181)، وابن ماجه (479) باختلاف يسير، والترمذي (82)، والنسائي (447)، وأحمد (27295)
Busra bint Safvandan ( Allah ondan razı olsun)  Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini eşitdiyi rəvayət olunur: "Kim övrətinə əl vurarsa dəstəmaz alsın" (Əbu Davud;181, İbn Macə;479, Tirmizi;82, Nəsai;447, Əhməd 27295)
4. Dəvə əti yemək
5. İslamdan çıxmaq bütün əməlləri batil etdiyi kimi, dəstəmazı da pozur

Namaz qılmaq, təvaf etmək və Qurana toxunmaq üçün dəstəmaz almaq vacibdir.
37
TƏHARƏT / Cvb: Təharətin Fiqhi
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 09.19.2022, 21:17:12 »
Nəcasətdən təharət
Nəcasət şəri cəhətdən təmizlənilməsi vacib olan zibildir.
Nəcasətin bütün növləri zibildir. Ancaq bütün zibillər nəcasət deyil.  Məsələn, sümük zibildir, ancaq nəcasət deyildir.
Şəriətdə nəcasət olduğuna dair dəlil varid olmadıqca, bütün şeylər təmizdir və halaldır. Kimsə bir şeyin haram olduğunu iddia edərsə, buna dəlil gətirməlidir. Həmçinin kimsə bir şeyin nəcasət olduğunu iddia edərsə, yenə də buna dəlil gətirməlidir.  İbadət məsələlərində isə əksinədir. Heç bir şey onun ibadət olduğuna şəriətdə dəlil mövcud olmadıqca ibadət sayılmaz. Kim bir  əməlin ibadət olduğunu iddia edərsə, buna Qurandan və Sünnədən dəlil gətirməlidir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir : "Kim bizim etmədiyimizi edərsə, bu ondan qəbul olunmaz."

Süleyman bin Yəsardan kişin paltarına bulaşan məni barədə soruşdum: paltarı yumalıdır, yoxsa mənini (spermanı) (yumağı kifayətdir)? Dedi: "Aişə (radiyallahu anhə)  mənə belə xəbər verdi": "Rasulullah (sallallahu aleyhi və səlləm) (paltarındakı) mənini (spermanı) yuyar, sonra həmin paltarla namaz qılmağa gedərdi. Mən isə suyun paltrdakə izinə baxardım." (Buxari və Muslim)

سَأَلْتُ سُلَيْمانَ بنَ يَسارٍ، عَنِ المَنِيِّ يُصِيبُ ثَوْبَ الرَّجُلِ أيَغْسِلُهُ أمْ يَغْسِلُ الثَّوْبَ؟ فقالَ: أخْبَرَتْنِي عائِشَةُ، أنَّ رَسولَ اللهِ صَلَّى اللَّهُ عليه وسلَّمَ كانَ يَغْسِلُ المَنِيَّ ثُمَّ يَخْرُجُ إلى الصَّلاةِ في ذلكَ الثَّوْبِ، وأنا أنْظُرُ إلى أثَرِ الغَسْلِ فِيهِ.
(صحيح مسلم 289)

Başqa rəvayətdə isə deyilir: 
لقد كنت أحكه يابسا بظفري من ثوبه
 Quruduqdan sonra onu ( mənini) dırnağımla qaşıyıb ( təmizləyirdim)

Aişədən (radiyallahu anhə) rəvayət olunan  bu hədisdə məninin(spermanın) nəcasət olmadığı aşkar olunur. Çünki əgər nəcasət olmadığı aydınlaşır

Çünki əgər nəcasət  olsaydı onu mütləq yumaq lazım olardı, tək ovxalamaqla təmiz sayılmazdı.

Ön ifrazat orqanlarından xaric olan mayelərin növləri:
1. Sidik ( nəcasət sayılır)
2. Məni-sperma ( nəcasət sayılmır)
3. Vədi - sidik ifrazından bir az sonra axan selikli ağ maye ( nəcasət sayılır)
4. Məzi - güclü cinsi həyəcan səbəbilə ifraz olunan az miqdarda selikli şəffaf maye (nəcasət sayılır)

يقولُ أبو السَّمحِ رضيَ الله عنه:كنتُ أخدُمُ النَّبيَّ صلَّى اللهُ عليه وسلَّم فكان إذا أراد أن يغتسِلَ قال ولِّني قفاك فأُولِّيه قفايَ فأستُرُه به فأتي بحسنٍ أو حسينٍ رضي اللهُ عنهما فبال على صدرِه فجئتُ أغسِلُه فقال يُغسَلُ من بولِ الجاريةِ ويُرَشُّ من بولِ الغلامِ .أخرجه أبو داود (376)

Əbu Əs-Səmhin (radiyallahu anhu) belə dediyi rəvayət olunmuşdur: Mən Rasulullaha (sallallahu aleyhi və səlləm) xidmət edirdim. O, çimmək istədikdə "üzünü çevir" deyərdi, mən də üzümü çevirib, kürəyimlə onu örtərdim (gizlədirdim). (Bir dəfə)Həsən və ya Hüseyn (Allah hər ikisindən razı olsun) gətirildi. Rasulullahın (sallallahu aleyhi və səlləm) sinəsinin üstünə işədi.  Dərhal yumaq üçün gəldim. Lakin Rasulullah (sallallahu aleyhi və səlləm) dedi: " Körpə qızın sidiyi  yuyulur, körpə oğlanın sidiyinə isə su səpilərək təmizlənir. (Əbu Davud ;376 və Ən-Nəsəi rəvayət etmişdir. Hakim hədisi səhihləşdirmişdir.)


روي  عن أسماءُ بنتُ أبي بكرٍ الصِّدِّيقِ رَضيَ اللهُ عنها جَاءَتِ امْرَأَةٌ النبيَّ صَلَّى اللهُ عليه وسلَّمَ فَقالَتْ: أرَأَيْتَ إحْدَانَا تَحِيضُ في الثَّوْبِ، كيفَ تَصْنَعُ؟ قالَ: تَحُتُّهُ، ثُمَّ تَقْرُصُهُ بالمَاءِ، وتَنْضَحُهُ، وتُصَلِّي فِيهِ.  صحيح البخاري
الصفحة أو الرقم: 227\

Əsma bint Əbu Bəkrdən rəvayət olunur ki, bir qadın Rasulullahın ( sallallahu aleyhi və səlləm) yanına gəldi və deydi: "Heyz qanı paltarımıza bulaşdıqda nə etməliyik?

Rasulullah (sallallahu aleyhi və səlləm) dedi: "(Qurumuş qanı dırnağınla) qaşı , sonra su ilə ovxalayıb yu. Bundan sonra o paltarla namaz qıla bilərsən" (Buxari;227)

Bu hədis heyz qanının nəcis olduğuna  dəlalər edir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) onun təmizlnib yuyulmasını əmr edib.
Lakin bununla yanaşı heyz qanı bulaşmış paltarda  qan yuyulduqdan sonra namaz qılmağın icazəli olduğu aydın  olur.
Nəcasət hər nə olur olsun, təmizləndikdən sonra, hökmü  qüvvədən düşür.

Namaz qılarkən üzərində murdar bir şey olduğunu xatırlayan insan namazdan çıxmadan həmin nəcasəti kənarlaşdırıb namazına davam edə bilər. Buna dəlil olaraq hədisdə deyilir:

عن أبي سعيد الخُدْري -رضي الله عنه- قال: بينما رَسولُ اللهِ يصَلِّي بأصحابِه إذ خَلَع نَعْلَيه فوضَعَهما عن يسارِه، فخَلَع النَّاسُ نِعالَهم، فلمَّا قضى رَسولُ اللهِ صلاتَه، قال: ما حمَلَكم على إلقائِكم نِعالَكم؟ قالوا: رأيناك ألقَيتَ نَعْلَك فألقَينا نِعالَنا، قال: إنَّ جِبريلَ أتانى فأخبَرَنى أنَّ فيهما قَذَرًا (رواه أبو داود وأحمد والدارمي)

Əbu Səid Əl-Xudrinin (radiyallahu anhu) belə dediyi rəvayət olunur: " Peyğəmbər (sallallahu aleyhi və səlləm) əshabına namaz qaldırarkən ayaqqabılarını çıxarıb sol tərəfinə qoydu. İnsanlar da , ayaqqabılarını çıxardılar. Namazı bitirdikdən sonra Rasulullah  (sallallahu aleyhi və səlləm) soruşdu: " Nə üçün ayaqqabılarınızı çıxardınız?" Cavab verdilər: " Sənin çıxardığını görüb çıxardıq."  Rasulullah (sallallahu aleyhi və səlləm) dedi: "Cibril gəlib , mənə ayaqqabımda nəcasətin olduğunu bildirdi."(Əbu Davud, Əhməd, Əd-Dərimi)

Lakin əgər insan üzərində murdar bir şeyin olduğunu namazı bitirdikdən sonra öyrənərsə və ya xatırlayarsa, bu onun namazını batil etməz. Allah Quranda buyurur:
رَبَّنَا لَا تُؤَاخِذْنَا إِنْ نَسِينَا أَوْ أَخْطَأْنَا
“Ey Rəbbimiz, unutsaq və ya yanılsaq, bizi cəzalandırma! (Əl-Bəqara;286)

عن أبي هريرة -رضي الله عنه-:- أنَّ خولةَ بِنتَ يسارٍ أتتِ النَّبيَّ صلَّى اللَّهُ عليهِ وسلَّمَ في حَجٍّ أو عُمرة فقالَت : يا رسولَ اللَّهِ ، ليسَ لي إلَّا ثوبٌ واحدٌ ، وأَنا أَحيضُ فيهِ ، قالَ : فإذا طَهُرتِ فاغسِلي موضعَ الدَّمِ ، ثمَّ صلِّي فيه ، قالَت : يا رسولَ اللَّهِ ، إن لم يَخرُجْ أثرُهُ ، قالَ : يَكْفيكِ الماءُ ، ولا يضرُّكِ أثرُهُ
 أخرجه أبو داود (365) وأحمد (2/ 364)

Əbu Hureyrədən (radiyallahu anhu) rəvayət olunur ki, Xoulə bintu Yəsar Ümrə və ya Həcc zamanı Rasulullahın (sallallahu aleyhi və səlləm) yanına gəlib dedi: "Ey Allahın rəsulu, mənin bir tək paltarım var, heyz günlərimdə də onu geyinirəm. Rasulullah (sallallahu aleyhi və səlləm) dedi: "Heyzdən təmizləndikdən sonra qan izlərini yuyub, o paltarla yenidən namaz qıla bilərsən.(Qadın ) Dedi: "Bəs əgər qan ləkəsi getməzsə?" Rasulullah (sallallahu aleyhi və səlləm) cavab verdi: " Yumaq kifayətdir, ləkələrin isə heç bir xiyanı yoxdur." (Əbu Davud 365; Əhməd 2/364)

Hədisdən də aydın olduğu kimi, heyz qanı yuyulduqdan sonra ləkəsi qalarsa, bu təmiz sayılır. Və ləkəli paltarda namaz qılmaq icazəlidir.
38
TƏHARƏT / Cvb: Təharətin Fiqhi
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 09.19.2022, 21:14:51 »
باب الآنية - Qablar fəsli
الآنية (əniyə)- qablar الإناء (inə) qab sözünün cəmidir.

Qablar fəslinin təharət fiqhində yerləşdirilməsinin səbəbi, qabların və onun içinə tökülən suların hökmünün müxtəlif olmasıdır

عن حذيفة بن اليمن رضي الله عنهما أن النبي صلى الله عليه وسلم قال: " لا تشربوا في آنية الذهب  والفضة ، ولا تأكلوا في صحافها، فإنها لهم في الدنيا ولكن في الآخرة". متفق عليه.
Huzeyfə bin Əl-Yəməndən (Allah ondan razı olsun) Rəsulullahın (sallallahu aleyhi və səlləm) belə dediyi rəvayət olunur: " Qızıl və gümüş qablarda içki içməyin, qızıl və gümüş boşqablarda yemək yeməyin, bunlar dünyada kafirlərin, axirətdə isə sizindir." (Buxari və Muslim)

Hədisdə həm qızıl və gümüş qablarda yeyib içmək qadağan edilir , həm də kafirlərə bənzəmək  qadağan edilir. Çünki əslində qızıl və gümüş qablarda yeyib içmək elə kafirlərin adətidir

Müsəlmanlara adət-ənənədə kafirlərə bənzəmək qadağan edilib. İbadətlərdə isə İslam şəriətində əksini tapmayan məsələlərdə onlara bənzəmək qadağan edilib.  Əhli kitabla İslamda  ortaq olan hər hansı bir ibadəti,  əhli kitab rəvayət etdiyi üçün deyil, sırf İslam şəriətində əmr olunduğu üçün yerinə yetiririk.

عن عبد الله بن عمر رضي الله عنهما أن النبي صلى الله عليه وسلم قال: من تشبه بقوم فهو منهم. ( أخرجه أبي داوود  وقال ابن تيمية:إسناده جيد)

Abdullah bin Ömərdən  (radiyallahu anhumə) rəvayət olunan hədisdə Rasulullah (sallallahu aleyhi və səlləm) deyir: "Kim özünü hansı qövmə bənzədərsə, onlardan sayılar" (Əbu Davud rəvayət etmişdir. İbn Teymiyyə demişdir: Hədisin sənədi yaxşıdır.)

عن أم سلمة رضي الله عنها قالت: قال رسول الله صلى الله عليه وسلم: الذي يشرب في إناء الفضة إنما يجرجر في بطنه نار جهنم. متفق عليه.
Ummu Sələmədən rəvayət edilən hədisdə Rasulullah (sallallahu aleyhi və səlləm) belə demişdir: "Gümüş qabdan içən , qarnına cəhənnəm odu doldurmuş olar.(Buxari və Muslim)

Bu hədis qızıl və gümüş qablardan yemək-içmək üçün istifadə etməyin haram olduğuna dəlildir. Nəinki təkcə haram olduğuna , həmçinin böyük günahlardan biri olduğuna da dəlildir.

Çünki şəriətdə varid olan hər hansı bir qadağaya əzab vəd olunarsa , bu həmin qadağanın böyük günah olduğuna işarədir.

Xülasə elm əhli qızıl və gümüş qablardan yemək və içmək üçün istifadə etməyin haram olduğuna dair ittifaq ediblər.

Sual: Bu qadağa təkcə yemək və içməyə xasdırmı?

Bu məsələdə ixtilaf olsa da, ən düzgün rəy İmam Şafinin görüşünə əsasən, qadağanın yalnız yeməyə və içməyə xas olmasıdır. Çünki Peyğəmbərimizin  (sallallahu aleyhi və səlləm) zövcəsi, möminlərin anası Ummu Sələmə (radiyallahu anhə)

evində içində Rasulullahın (sallallahu aleyhi və səlləm) saçını saxladığı gümüş qabı var idi.  Bu  da ona sübütdur ki,  qızıl və gümüş qabın yalnız yemək-içmək üçün  istifadəsi qadağamdır. Digər məqsədlər üçün isə istifadə oluna bilər.

Qızıl və ya gümüş suyuna çəkilmiş həmçinin qızıl və ya gümüşlə deşik hissəsi yamammış qab barədə ixtilaf var.
Alimlərin bir çoxunun rəyinə əsasən qızıl və gümüş suyuna çəkilən qabdan yemək-içmək üçün istifadə etmək də icazəli deyil.
Qızıl və gümüşlə yamammış qabdan yamaq hissəsinə ağızın dəyməməsi şərti ilə istifadə etmək isə Hənəfi və Hənbəli məzhəbinə görə icazəlidir.

عن أبي ثغلبة الخشني -رضي الله عنه- قال: اتيت رسولَ اللَّهِ صلَّى اللَّهُ عليهِ وسلَّمَ فقلتُ يا رسولَ اللَّهِ إنَّا بأرضِ قومٍ أهْلِ كتابٍ نأكلُ في آنيتِهِم ؟ قالَ : إن وجدتُمْ غيرَ آنيَتِهم فلا تأكُلوا فيها . فإن لم تجِدوا فاغسِلوها وَكُلوا فيها
أخرجه البخاري (5478) بنحوه، والترمذي (1560)

Əbu Sə'ləbə Əl-Xuşəninin (radiyallahu anhu) belə dediyi rəvayət olunur: Rasulullahın yanına gəldim və dedim : "Ey Allahın Rəsulu, biz əhli-kitabın yaşadığı torpaqlardayıq, onların qabında yemək yeyə bilərikmi? Rasulullah (sallallahu aleyhi və səlləm) cavab verdi: " Əgər başqa qab tapsanız, onların qabında yeməyin, başqa qab tapmasanız, onların qabını yuduqdan sonra istifadə edin.( Buna oxşar hədisi Buxari (5478) rəvayət edib, Tirmizi (1560)

Bu hədisin başqa rəvayətində Əbu Sələbə əl-Xuşəni (radiyallahu anhu) Rasulullaha (sallallahu aleyhi və səlləm) bu qablarda haram yeyilib içildiyini vurlayır. Bu səbəbə görə də Rasulullah (sallallahu aleyhi və səlləm) istifadədən əvvəl onu yumağı vurğulayır. Lakin haram qidaların yeyilib içildiyi yəqinliklə məlum olmazsa, o zaman o qablardan istifadə mübahdır.  Çünki bəzi başqa hədislərdə səhabələr bir sıra hallarda əhli kitabın qablarında yemək yediyi, lakin Rasulullahın (sallallahu aleyhi və səlləm)  buna etiraz  bildirmədiyi rəvayət edilib.
39
TƏHARƏT / Təharətin Fiqhi
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 09.19.2022, 21:05:47 »
Təharət

Lüğəvi cəhətdən: aydınlıq, təmizlik deməkdir.
Şəri cəhətdən: hədəsi və nəcasəti aradan qaldırmaq mənasındadır
Hədislərdə təharət dedikdə, lüğəvi mənası deyil, şəri mənası nəzərdə tutulur, yəni, təharət dedikdə ümumi təmizlik yox, hədəsin və ya nəcasətin arasan qalxması nəzərdə tutulur.
Ərəbcə "hədəs" dedikdə, dəstəmazsız və ya qüslsüz olmaq nəzərdə tutulur. Kiçik hədəs dedikdə dəstəmazsız, böyük hədəs dedikdə isə qüslsüz olmaq nəzərdə tutulur. Hədəsdən təharət , yəni hədəsi aradan qaldırmaq namazın şərtidir. Bunun üçün sudan , su tapılmadıqda isə təyəmmüm üçün torpaqdan istifadə olunur. Sular cumhur alimlərinin rəyinə əsasən  (yəni fiqh alimlərinin əksəriyyətinə görə) 3 qismə ayrılır:
1. Tahur
2. Tahir
3. Nəcis
Hədəsdən təmizlik "tahur"  su ilə olur. Tahur yəni dəyişikliyə uğramamış, təmiz  olan və təmizləyən sudur. Buna yağış, dəniz, çay , bulaq, quyu suları, ərimiş qar suyu və s. sular aiddir.
"Tahir" isə dəyişikliyə uğramış, təmiz,lakin təmizləməyən mayedir, məsələn, meyvə şirəsi, kompot, sirkə, çay və s. Bunla dəstəmaz almaq icazəli deyil.
Ancaq əgər əsli dəyişməmiş, lakin ətrafdakı amillərdən təsirlənmiş su isə tahur sayılır, dəstəmaz üçün yararlıdır. Buna ətrafdakı hər hansı bir qoxunun, tüstünün nüfuz etdiyi və ya duz əlavə olunmuş suyu misal göstərmək olar. Çünki bu su öz əsl halında qalmaqdadır
Bu cür su ilə , həmçinin nəcis yandırılaraq qızdırılmış su ilə dəstəmaz almaq məkruhdur (bəyənilmir) lakin icazəlidir.
Boyat su ilə dəstəmaz almaq Cumhur alimlərinin rəyinə əsasən icazəlidir.
Günəş altında qızdırılmış su ilə dəstəmaz almaq isə icazəlidir, məkruh deyildir.
Başqasının dəstəmaz suyu ilə dəstəmaz almağın hökmü:
1. Hədəsdən təharət üçün istifadə edilmiş su ilə təkrar dəstəmaz almaq icazəli deyil.
2. Dəstəmazlı bir insanın yenidən dəstəmaz alması üçün istifadə etdiyi sudan başqasının təkrar dəstəmaz alması icazəlidir.
Çünki birinci halda hədəs aradan qaldırılıb, ikinci halda isə hədəs olmayıb.
Nəcis qarışmış suyun hökmü:
Az suya qarışarsa:
1. Dadı, iyi , rəngi dəyişsə, bu su nəcisdir.
2. Dadı, iyi , rəngi dəyişməsə, bu suyun hökmündə ixtilaf var, İmam Əbu Hanifə, İmam Şafii və  İmam Əhmədə görə bu suyun hökmü nəcisdir.
2 qullə -qulləteyn ( 160.5 litr) suya qarışarsa:
1. Dadı, iyi , rəngi dəyişsə, bu su nəcisdir.
2. Dadı, iyi , rəngi dəyişməsə, bu suyun hökmü tahurdur. Dəstəmaz almaq üçün yararlıdır.
Qullə - iri tutumlu saxsı qablara deyilir. İki qullə su minimum 160.5 litr sudur

Fiqh kitablarında ən birinci bölmə "təharət" bölməsidir. Çünki o namazın şərtlərindən biridir. Lakin ən əsas şərti deyil, namazın ən əsas şərti "vaxtdır. Çünki namazı vaxtımdan şəri üzr olmadan gecikdirmək olmaz. Şəri üzr isə, yatmaq və unutmaqdan ibadətdir

Ancaq kim bu hallardan birində olmazsa, o namazı vaxtında qılmalıdır. İstər xəstə olsun, istər səfərdə olsun, namazı vaxtını ötürə bilməz.

Lakin bəzi istisna hallar vardır ki, bu hallarda heç bir şey etmək mümkün deyil. Məsələn, döyüşün qızışdığı vaxt. Belə hallarda namazın vaxtını gecikdirmək icazəlidir. Necə ki, Rasulullah (sallallahu aleyhi və səlləm) Xəndək döyüşündə namazın vaxtını gecikdirmişdi və demişdi:

كُنَّا مع النَّبيِّ صَلَّى اللهُ عليه وسلَّمَ يَومَ الخَنْدَقِ، فَقَالَ: مَلَأَ اللَّهُ قُبُورَهُمْ وبُيُوتَهُمْ نَارًا، كما شَغَلُونَا عن صَلَاةِ الوُسْطَى حتَّى غَابَتِ الشَّمْسُ. وهي صَلَاةُ العَصْرِ.

الراوي : علي بن أبي طالب| المحدث : البخاري | المصدر : صحيح البخاري

Əlidən (radiyallahu anhu) belə dediyi rəvayət olunur: "Biz Xəndək günü Rasulullah (sallallahu aleyhi və səlləm) ilə birlikdəydik. Və (Rasulullah) dedi: "Bizi günəş batanacan orta namazdan yayındırdıqları üçün Allah onların qəbirlərini və evlərini odla doldursun." Bu Əsr namazı idi" (Səhih Buxari)

Bu hədis ona dəlildir ki, döyüşün qızışması kimi çox böyük zəruri hallarda namazı vaxtını gecikdirmə olar, hansı ki, belə vəziyyətdə hər hansı bir əməl etməyə heç cür imkan yoxdur. Lakin başqa vəziyyətlərdə isə namazın  vaxtını  ötürmək qəti şəkildə icazəli deyil

Yuxarda qeyd olunan üzrlər olmadan namazını ötürən  kəs, qəzasını qılmamalıdır. Qılsa da namazı qəbul olunmaz. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:
 مَنْ عَمِلَ عَمَلًا لَيْسَ عَلَيْهِ أَمْرُنَا فَهُوَ رَدٌّ
Kim bizim etmədiyimiz bir iş görərsə, o qəbul olunmaz. Rasulullah (sallallahu aleyhi  və səlləm) bir namazı digərinin vaxtında qılmayıb

Namazın digər şərtləri bəzi hallarda tərk oluna bilir. Təharət təyəmmümlə əvəz edilə bilir, bəzən qibləyə çevrilmədən namaz qılınır,  bəzən övrət zərurətdən örtülmədən namaz qılınır. Amma vaxt yuxarıda qeyd etdiyimiz çox zəruri hallar olmadıqca heç vaxt ötürülmür.

Fiqhdə ilk bölmənin  Təharət olmasının səbəbləri:
1. Peyğəmbərimizin sünnəsinə riayət:
مفتاح الصلاة  الطهور
 "Namazın  açarı təharətdir." ( Əbu Davud; 61)

2. Namazın şərti olmasıilə yanaşı, təharətə aid olan məsələlərin çoxluğu.
Suların vəsfi:
1. Təmiz (Tahur -ماء طهور)
2. Murdar su ( Təmiz olmayan su-ماء نجس)
Suların mənbəsi: bulaq suyu, çay suyu, dəniz suyu, yağış suyu, quyu suyu, artezian suyu və s.

عن أبي هريرة رضي الله عنه أنه قال: سألَ رجلٌ رسولَ اللهِ صلَّى اللهُ عليهِ وسلَّمَ فقال يا رسولَ اللهِ إنَّا نركبُ البحرَ ونحملُ معَنا القليلَ مِنَ الماءِ فإنْ توضأْنا بِهِ عطِشْنا أفنتوضأُ بماءِ البحرِ فقال رسولُ اللهِ صلَّى اللهُ عليهِ وسلَّمَ هوَ الطهورُ ماؤُهُ الحلُّ ميتتُهُ (أخرجه الأربعة، وابن أبي شيبة، وصححه  ابن خزيمة والترمزي. والحديث صححه البخاري، والترمزي، وابن خزيمة، وابن حبان،وابن عبد البر، وغيرهم)

Əbu Hureyrədən belə dediyi rəvayət olunur: "Bir kişi Rasulullahdan (sallallahu aleyhi və səlləm) soruşdu: Biz dənizə açılırıq və özümüzlə içməyə azca su götürürük, onunla dəstəmaz alsaq, içməli susuz qalarıq, dəniz suyu ilə dəstəmaz ala bilərikmi?" Rasulullah (sallallahu aleyhi və səlləm) dedi: " Dənizin suyu təmiz (tahur), ölüsü  halaldır. ( 4 sünən sahibi; Əbu Davud, Nəsai, Tirmizi, İbn Macə, rəvayət edib, İbn Xuzeymə və Tirmizi  hədisi səhihləşdirib. Hədisi onlardan əlavə İmam Buxari, İbn Hibban, İbn Abdil-Bərr və başqaları da səhihləşdirib)

الطَّهور - tahur
Ta hərfi fəthə ilə yazıldıqda  təmizləyən (su) mənasındadır.
الطُّهور -tuhur
Təmizlənmə deməkdir.

Bu hədisə görə yalnız suda yaşayan (suyun sakini olan) heyvanlardan istər suyun içində, istərsə də sudan kənarda ölənlər müsəlmanlara halaldır.

Hədisdən əldə olunan faydalar:
1. Bu hədis təharət fəslinin əsası sayılır.
2.Dəniz suyu tahurdur, onunla dəstəmaz almaq olar.
3. Axar suyun xarici amillərə toxunmaq səbəbi ilə keyfiyyəti dəyişsə belə , o təmiz su olaraq qalır. Məsələn, dəniz suyu duzludur, bulanlıqdır , lakin təmizdir.  Axar olmayan suda isə vəziyyət fərqlidir. Axar olmayan , yəni durğun suyun adı dəyişərsə, onunla dəstəmaz almaq olmaz. Məsələn, çayla, kompotla dəstəmaz almaq olmaz. Lakin adı dəyişməzsə olar. Sunən Əbu Davudda rəvayət olunan hədisdə Rəsulullahın (sallallahu aleyhi və səlləm) xamırlı ləyəndəki su ilə dəstəmaz alması buna dəlildir. Çünki kompotta su başqa bir şeylə qarışıb, lakin xamırlı ləyəndəki su qarışmayıb. Sadəcə ona toxunaraq az miqdarda nisbətən dəyişib.
4. Sular 2 yerə bölünür. Tahur və nəcisli. Öz əslini dəyişmiş sular isə su sayılmır.  Su murdar deyilsə, deməli tahurdur.
5. Digər ölü heyvanlardan fərqli olaraq ölü dəniz heyvanlarının əti halaldır.
6. Rəsulullahın (sallallahu aleyhi və səlləm) səhabəyə cavabı ən gözəl təfsilatlı cavabdır. Bir cümləsi ilə bütün mövzuya tam aydın cavab verib.

Su ilə nəcasətin qarışmasının 3 halı var:
1. Çox miqdarda suya nəcasət qarışıb, suyun keyfiyyətində heç bir dəyişiklik etməsə. Alimlərin icmasına görə bu suyun hökmü tahurdur.
2. İstər az su olsun, istərsə də çox su, nəcasət qarışdıqdan sonra iyi, dadı və ya rəngi dəyişərsə, alimlərin icmasına görə bu suyun hökmü murdardır.
3. Az suya nəcasət qarışdıqdan sonra keyfiyyəti dəyişməzsə. Bu məsələdə alimlərin 2 müxtəlif rəyi var:
Birinci rəy: Keyfiyyəti dəyişməsə belə az suya nəcasət qarışdıqda  murdar sayılır. Bu, cumhur (Hənəfi, Şafii və Hənbəli) alimlərinin rəyidir. Dəlilləri isə çoxdur. Məsələn:

حديث ابن عمر رضي الله عنها ان النبي صلى الله عليه وسلم سئل عن الماء وما ينوبه من الدواب والسباع، فقال: (إذا كان الماء قلتين لم يحمل الخبث)
İbn Ömərdən (radıyəllahu anhu) rəvayət olunan hədisdə Rəsulullahdan (sallallahu aleyhi və səlləm) evcil və yırtıcı heyvanların toxunduğu  su hövzəsi barədə  soruşulur: o isə belə cavab verir: "Əgər suyun miqdarı iki qüllədirsə, nəcasət ona xələl yetirməz."

Bu hədisdən belə nəticəyə bəliblər ki, 2 qullədən az suya nəcis qarışarsa murdar sayılır, 2 qullə və dah a çox suya qarışdıqda keyfiyyəti pozulmasa o zaman nəcis sayılmır.
İkinci rəy: Su keyfiyyətini dəyişmədiyi və birbaşa nəcislə təmasda olmadığı müddətcə murdar sayılmır. İstər az miqdarda istərsə də çox miqdarda su olsun.

Bu Maliki məzhəb alimlərinin, İmam Əhmədin, İbn Teymiyyənin, İbn Qayyimin, Muhamməd bin AbdulVahhabın, İbn Bazın, İbn Useyminin rəyidir.

Dəlilləri isə Əbu Səid Əl-Xudridən rəvayət olunan bu hədisdir: "Su tahurdur, onu heç nə murdarlamaz."  Bu hədisdən belə nəticə çıxır ki, suyun əsli tahurdur, nəcasəti təmizləyir. Əgər ona nəcasət qarışıb keyfiyyətini (əslini) dəyişməzsə və ya yəqinliklə murdarlandığı aşkar olmazsa tahurdur.

Cumhurun rəyinə cavabları isə belədir:
Rəsulullahın (sallallahu aleyhi və səlləm) "əgər suyun miqdarı iki qüllədirsə, nəcasət ona xələl yetirməz" cavabı nəcasət qarışıb keyfiyyətini dəyişmədiyi suyun tahur olmasına dəlildir. Çünki peyğəmbər suyun çox olduğunu və bu səbəblə də suda nəcasətin təsir etmədiyini qeyd edir. Şübhəsiz ki, istər az miqdarda istərsə də çox miqdarda suya nəcis qarışıb keyfiyyətini dəyişsə , alimlərin icmasına görə o su murdar sayılır. Deməli, dəlil gətirilən hədisdə diqqət edilməli məsələ, nəcasətin suya xələl gətirib, gətirməməsidir. Ona görə də, istər çox miqdarda suya, istərsə də az miqdarda suya nəcasət qarışıb keyfiyyətini dəyişməzsə o su tahur sayılır. Allah isə  ən doğru olanı bilir.

عن أبي هريرة -رضي الله عنه- قال:قال رسول الله -صلى الله عليه وسلم- طهورُ إناءِ أحدكُم إذا ولغَ فيهِ الكلبُ أن يغسلهُ سبعَ مراتٍ أولاهنّ بالترابِ-أخرجه مسلم

Əbu Hureyrədən (radıyəllahu anhu) belə dediyi rəvayət olunur: Rəsulullah (sallallahu aleyhi və səlləm) demişdir: Sizdən birinin qabını it yaladıqda onun təmizlənməsi birincisi torpaq olmaqla 7 dəfə yuyulmağıdır." (Səhih Muslim)

Cumhurun rəyinə görə tuhur sözünün şəri mənası hədəsi və nəcasəti aradan qaldırmaqdırvə hədislərdə də sözlərin leksik mənası deyil, şəri mənası əsas götürülür. Hədisdə tuhur kəlməsi istifadə olunur. Deməli, itin ağzının suyu nəcasətdir. Bu nəcasətdən təmizlənmə üçün birincisi torpaqla olmaq şərtilə yeddi dəfə yumaq lazımdır.

İmam Malikin rəyinə əsasən itin ağız suyu nəcasət deyil, belə etməyə  əmr olunduğumuz üçün 7 dəfə yuyuruq. Çünki Allah ov itinin ağzının dəydiyi yeri 7 dəfə yumağı əmr etməyib. Və islamda nəcasət 7 dəfə deyil, 3 dəfə yuyulur.

İtin bədənin digər yerləri nəcasətdirmi?
Yaş tüpürcək olan hissəsi nəcasət sayılır, quru olan hissəsi isə təmiz sayılır.
40
ƏHLİ SUNNƏ VƏL CƏMƏANIN ƏQİDƏSİ / Cvb: 3 ƏSAS
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 03.10.2022, 20:20:13 »

*الأَصْلُ الثَّانِي*
İkinci Əsas
مَعْرِفَةُ دِينِ الإِسْلامِ بِالأَدِلَّةِ
İslam dinini dəlillərlə bilmək.
وَهُوَ: الاسْتِسْلامُ للهِ بِالتَّوْحِيدِ، وَالانْقِيَادُ لَهُ بِالطَّاعَةِ، وَالْبَرَاءَةُ مِنَ الشِّرْكِ وَأَهْلِهِ، وَهُوَ ثَلاثُ مَرَاتِبَ: الإسْلامُ، وَالإِيمَانُ، وَالإِحْسَانُ. وَكُلُّ مَرْتَبَةٍ لَهَا أَرْكَانٌ.
İslam dini-Allaha Tövhidlə təslim olmaq, Ona itaətlə boyun əymək, şirkdən və şirk əhlindən uaq olmaq. İslam dininin 3 mərtəbəsi var:
1.İslam
2.İman
3.Ehsan
Hər mərtəbənin də özünə xas olan rükunları var.
المرتبة الأولى: الإسلام
Birinci mərtəbə-İslamdır.
فَأَرْكَانُ الإِسْلامِ خَمْسَةٌ: شَهَادَةُ أَن لا اله إِلا اللهُ وَأَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ، وَإِقَامُ الصَّلاةِ، وَإِيتَاءُ الزَّكَاةِ، وَصَوْمُ رَمَضَانَ، وَحَجُّ بَيْتِ اللهِ الْحَرَامِ.
İslamın 5 rüknu var:
1.Allahdan başqa ibadətə layiq heç bir məbud olmadığına və Muhammədin Allahın rəsulu olduğuna şəhadət gətirmək
2.Namaz qılmaq
3.Zəkat vermək
4.Ramazan orucu tutmaq
5.Allahın evini həcc etmək
فَدَلِيلُ الشَّهَادَةِ: قَوْلُهُ تَعَالَى: ( شَهِدَ اللّهُ أَنَّهُ لاَ اله إِلاَّ هُوَ وَالْمَلاَئِكَةُ وَأُوْلُوا الْعِلْمِ قَآئِمًا بِالْقِسْطِ لاَ اله إِلاَّ هُوَ الْعَزِيزُ الْحَكِيمُ )[آل عمران، 18].
Şəhadətə dəlil Allahın bu ayəsidir: "Allah şahidlik etdi ki, Özündən başqa heç bir ilah yoxdur. Mələklər və elm sahibləri də ədalətlə (buna şahidlik etdilər). O qüdrətli və hikmət sahibindən başqa heç bir ilah yoxdur." (Əli-İmran;18)

وَمَعْنَاهَا: لا مَعْبُودَ بِحَقٍّ إلا اللهُ، و(لا إله) نَافِيًا جَمِيعَ مَا يُعْبَدُ مِنْ دُونِ اللهِ، (إِلا اللهُ) مُثْبِتًا الْعِبَادَةَ للهِ وَحْدَهُ لا شَرِيكَ لَهُ فِي عِبَادَتِهِ، كَمَا أَنَّهُ لَيْسَ لَهُ شَرِيكٌ فِي مُلْكِهِ
Mənası belədir: Allahdan başqa ibadətə layiq heç bir məbud yoxdur. "Lə iləhə" -"heç bir məbud yoxdur" sözü ilə Allahdan başqa ibadət edilən bütün ilahlar inkar edilir. "İllə Allah" (Allahdan başqa) - sözü ilə ibadət tamamilə heç bir şəriki olmayan, tək Allaha aid edilir. Onun mülkündə heç kimin ortaqlığı olmadığı kimi, ona ibadətdə də heç kim ortaq deyil.
:وَتَفْسِيرُهَا: الَّذِي يُوَضِّحُهَا قَوْلُهُ تَعَالَى
Bu cümlənin təfsiri Allahın ayələrində izah olunur:
 وَإِذْ قَالَ إِبْرَاهِيمُ لأَبِيهِ وَقَوْمِهِ إِنَّنِي بَرَآء مِّمَّا تَعْبُدُونَ * إِلاَّ الَّذِي فَطَرَنِي فَإِنَّهُ سَيَهْدِينِ * وَجَعَلَهَا كَلِمَةً بَاقِيَةً فِي عَقِبِهِ لَعَلَّهُمْ يَرْجِعُونَ [الزخرف: 26 ـ 28]
Bir zaman İbrahim öz atasına və qövmünə demişdi: “Mən sizin ibadət etdiklərinizdən uzağam. Yalnız məni yaradandan başqa! Şübhəsiz ki, O məni doğru yola yönəldəcəkdir”. İbrahim bu sözü özündən sonrakı nəslinə miras qoydu ki, bəlkə onlar (haqq yola) qayıdalar. (Əz-Zuxruf; 26-28)
 وقَوْلُهُ تَعَالَى: ( قُلْ يَا أَهْلَ الْكِتَابِ تَعَالَوْا إِلَى كَلَمَةٍ سَوَاءٍ بَيْنَنَا وَبَيْنَكُمْ أَلاَّ نَعْبُدَ إِلاَّ اللّهَ وَلاَ نُشْرِكَ بِهِ شَيْئًا وَلاَ يَتَّخِذَ بَعْضُنَا بَعْضًا أَرْبَابًا مِّن دُونِ اللّهِ فَإِن تَوَلَّوْاْ فَقُولُواْ اشْهَدُواْ بِأَنَّا مُسْلِمُونَ )
Başqa bir ayədə isə Allah deyir: De: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (ortaq) bir sözə gəlin! (Beləki,) Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!” Əgər yenə də onlar üz döndərərlərsə, belə deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!”(Əli-İmran; 64)
وَدِليلُ شَهَادَةِ أَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ: قَوْلُهُ تَعَالَى: ( لَقَدْ جَآءكُمْ رَسُولٌ مِّنْ أَنفُسِكُمْ عَزِيزٌ عَلَيْهِ مَا عَنِتُّمْ حَرِيصٌ عَلَيْكُم بِالْمُؤْمِنِينَ رَؤُوفٌ رَّحِيمٌ )[التوبة: 128].
"Muhamməd Allahın rəsuludur" şəhadətinə dəlil bu ayədir: "Həqiqətən, sizə öz içinizdən elə bir peyğəmbər gəlmişdir ki, sizin çətinliyə düşməyiniz ona ağır gələr. O, sizə qarşı qayğıkeşdir, möminlərə qarşı çox şəfqətli və mərhəmətlidir." (Ət-Tövbə:128)
وَمَعْنَى شَهَادَة أَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ: طَاعَتُهُ فِيمَا أَمَرَ، وَتَصْدِيقُهُ فِيمَا أَخْبَرَ، واجْتِنَابُ مَا نَهَى عَنْهُ وَزَجَرَ وأَلا يُعْبَدَ اللهُ إِلا بِمَا شَرَعَ
"Muhamməd Allahın rəsuludur" şəhadətinin mənası belədir: Əmr etdiyinə tabe olmaq, xəbər verdiyini təsdiq etmək, qadağan etdiyindən və çəkindirdiyindən uzaq durmaq, Allaha ancaq onun buyurduğu kimi ibadət etmək.
وَدَلِيلُ الصَّلاةِ، وَالزَّكَاةِ، وَتَفْسِيرُ التَّوْحِيدِ: قَوْلُهُ تَعَالَى: ( وَمَا أُمِرُوا إِلاَّ لِيَعْبُدُوا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ حُنَفَآءَ وَيُقِيمُوا الصَّلاةَ وَيُؤْتُوا الزَّكَاةَ وَذَلِكَ دِينُ الْقَيِّمَةِ )[البينة: 5].
Namaza, zəkata və tövhidin izahına aid dəlil:"Halbuki onlara, dini məhz Allaha məxsus edərək, həniflər kimi ibadət etmək, namaz qılmaq və zəkat vermək əmr olunmuşdu. Doğru din də elə budur!" (Əl-Bəyyinə; 97)
ودَلِيلُ الصِّيَامِ: قَوْلُهُ تَعَالَى: ( يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ كُتِبَ عَلَيْكُمُ الصِّيَامُ كَمَا كُتِبَ عَلَى الَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ )[البقرة: 183].
Oruca dəlil, Allahın bu ayəsidir: "Ey iman gətirənlər! Siz-dən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz." (Əl-Bəqara; 183)
ودَلِيلُ الْحَجِّ: قَوْلُهُ تَعَالَى: ( وَلِلّهِ عَلَى النَّاسِ حِجُّ الْبَيْتِ مَنِ اسْتَطَاعَ إِلَيْهِ سَبِيلًا وَمَن كَفَرَ فَإِنَّ الله غَنِيٌّ عَنِ الْعَالَمِينَ )[آل عمران: 97].
Həccə dəlil Allahın bu ayəsidir: "Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur. Kim (bunu) inkar edərsə, (bilsin ki,) Allahın aləmlərə ehtiyacı yoxdur." (Əli-İmran; 97)

الْمَرْتَبَةُ الثَّانِيَةُ: الإِيمَانُ
İkinci mərtəbə : İman mərtəbəsidir.
وَهُوَ بِضْعٌ وَسَبْعُونَ شُعْبَةً، فَأَعْلاهَا قَوْلُ لا اله إِلا اللهُ، وَأَدْنَاهَا إِمَاطَةُ الأَذَى عَنِ الطَّرِيقِ، وَالْحَيَاءُ شُعْبَةٌ مِنْ الإِيمَانِ.
Və onun yetmişdən çox  ( yetmiş neçəsə) hissəsi var. Ən üst hissəsi "Lə iləhə illəllah" kəliməsidir. Ən aşağı hissəsi isə yoldakı maneəni aradan qaldırmaqdır.  Həya da imandan bir hissədir.
وَأَرْكَانُهُ سِتَّةٌ: أَنْ تُؤْمِنَ بِاللهِ، وَمَلائِكَتِهِ، وَكُتُبِهِ، وَرُسُلِهِ، وَالْيَوْمِ الآخِرِ، وَتُؤْمِنَ بِالْقَدَرِ خَيْرِهِ وَشَرِّهِ، وَالدَّلِيلُ عَلَى هَذِهِ الأَرْكَانِ السِّتَةِ: قَوْلُهُ تَعَالَى: ( لَّيْسَ الْبِرَّ أَن تُوَلُّواْ وُجُوهَكُمْ قِبَلَ الْمَشْرِقِ وَالْمَغْرِبِ وَلَكِنَّ الْبِرَّ مَنْ آمَنَ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ وَالْمَلآئِكَةِ وَالْكِتَابِ وَالنَّبِيِّينَ )[البقرة: 177].
İmanın 6 rüknu (əsası) var: Allaha, mələklərinə, kitablarına, peyğəmbərlərinə, Axirət gününə, qədərə- xeyrinə və şərrinə iman etmək. Bu 6 rükna dəlil Allahın bu ayəsidir: "Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl (sahibləri) Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən şəxslərdir." (Əl-Bəqara; 177)
ودليل القدر: قَوْلُهُ تَعَالَى: ( إِنَّا كُلَّ شَيْءٍ خَلَقْنَاهُ بِقَدَرٍ )[القمر: 49]
Qədərə dəlil isə bu ayədir: "Biz, həqiqətən də, hər şeyi qədərincə yaratdıq." (Əl-Qəmər;49)
الْمَرْتَبَةُ الثَّالِثَةُ: الإِحْسَانُ
Üçüncü mərtəbə - Ehsan mərtəbəsidir.
رُكْنٌ وَاحِدٌ ، وهو : ( أَنْ تَعْبُدَ اللهَ كَأَنَّكَ تَرَاهُ، فَإِن لَمْ تَكُنْ تَرَاهُ فَإِنَّهُ يَرَاكَ ). وَالدَّلِيلُ قَوْلُهُ تَعَالَى: ( إِنَّ اللّهَ مَعَ الَّذِينَ اتَّقَواْ وَّالَّذِينَ هُم مُّحْسِنُونَ )[النحل: 128]. وقَوْلُهُ تَعَالَى: ( وَتَوَكَّلْ عَلَى الْعَزِيزِ الرَّحِيمِ * الَّذِي يَرَاكَ حِينَ تَقُومُ * وَتَقَلُّبَكَ فِي السَّاجِدِينَ * إِنَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ )[الشعراء: 217 ـ 220]. وقَوْلُهُ تَعَالَى: ( وَمَا تَكُونُ فِي شَأْنٍ وَمَا تَتْلُو مِنْهُ مِن قُرْآنٍ وَلاَ تَعْمَلُونَ مِنْ عَمَلٍ إِلاَّ كُنَّا عَلَيْكُمْ شُهُودًا إِذْ تُفِيضُونَ فِيهِ ) [يونس: 61].
Bir rüknu var: "Allaha Onu görürmüş kimi ibadət etmək. Sən Onu görməsən belə, O səni görür."
Dəlil Allahın bu ayəsidir: "Həqiqətən də, Allah (Ondan) qorxanlar və yaxşı işlər görənlərlədir (muhsin olanlarladır). (Ən-Nəhl; 128).
Həmçinin bu ayəsi: "Qüdrətli və Rəhmli olana təvəkkül et! (217)
O, səni (namaza) duranda da görür, (218)
səcdə edənlər içində hərəkət edəndə də.(219)
Həqiqətən də, O, Eşidəndir, Biləndir! (220) (Əş-Şüara; 217-220)
Başqa bir dəlil Allahın bu ayəsidir: Sən hansı bir işdə olsan, Qurandan nə oxusan, siz nə iş görsəniz, başınız ona qarışarkən Biz sizə şahid olarıq. (Yunus; 61)
Sünnədən dəlil isə məşhur Cibril hədisidir:
وَالدَّلِيلُ مِنَ السُّنَّةِ: حَدِيثُ جِبْرِيلَ الْمَشْهُورُ: عَنْ عُمَرَ بنِ الْخَطَّابِ ـ رَضِيَ اللهُ عَنْهُ ـ قَالَ: بَيْنَمَا نَحْنُ جُلُوسٌ عِنْدَ النَّبِيِّ ـ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ـ إِذْ طَلَعَ عَلَيْنَا رَجُلٌ، شَدِيدُ بَيَاضِ الثِّيَابِ، شَدِيدُ سَوَادِ الشَّعْرِ، لا يُرَى عَلَيْهِ أَثَرُ السَّفَرِ، وَلا يَعْرِفُهُ مِنَّا أَحَدٌ، فَجَلَسَ إِلَى النَّبِيِّ ـ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ـ فَأَسْنَدَ رُكْبَتَيْهِ إِلَى رُكْبَتَيْهِ، وَوَضَعَ كَفَّيْهِ عَلَى فَخِذَيْهِ، وَقَالَ: يَا مُحَمَّدُ أَخْبِرْنِي عَنِ الإِسْلامِ فَقَالَ: ( أَنْ تَشْهَدَ أَنْ لا اله إِلا اللهُ وَأَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ، وَتُقِيمَ الصَّلاةَ، وَتُؤْتِيَ الزَّكَاةَ، وَتَصُومَ رَمَضَانَ، وَتَحُجَّ الْبَيْتَ إِنْ اسْتَطَعْتَ إِلَيْهِ سَبِيلًا ). قَالَ: صَدَقْتَ. فَعَجِبْنَا لَهُ يَسْأَلُهُ وَيُصَدِّقُهُ. قَالَ: أَخْبِرْنِي عَنِ الإِيمَانِ. قَالَ:(أَنْ تُؤْمِنَ بِاللهِ، وَمَلائِكَتِهِ، وَكُتُبِهِ، وَرُسُلِهِ، وَالْيَوْمِ الآخِرِ، وَتُؤْمِنَ بِالْقَدَرِ خَيْرِهِ وَشَرِّهِ ). قَالَ: صَدَقْتَ. قَالَ: أَخْبِرْنِي عَنِ الإِحْسَانِ. قَالَ: ( أَنْ تَعْبُدَ اللهَ كَأَنَّكَ تَرَاهُ، فَإِنْ لَمْ تَكُنْ تَرَاهُ فَإِنَّهُ يَرَاكَ ). قَالَ: أَخْبِرْنِي عَنِ السَّاعَةِ. قَالَ: (مَا الْمَسْؤُولُ عَنْهَا بِأَعْلَمَ مِنَ السَّائِلِ ). قَالَ: فَأَخْبِرْنِي عَنْ أَمَارَاتِهَا. قَالَ: ( أَنْ تَلِدَ الأَمَةُ رَبَّتَهَا، وَأَنْ تَرَى الْحُفَاةَ الْعُرَاةَ الْعَالَةَ رِعَاءَ الشَّاءِ يَتَطَاوَلُونَ فِي الْبُنْيَانِ ). قَالَ: فَمَضَى، فَلَبِثْنَا مَلِيَّا، فَقَالَ: ( يَا عُمَرُ أَتَدْرُونَ مَنِ السَّائِلِ؟ ). قُلْنَا: اللهُ وَرَسُولُهُ أَعْلَمُ، قَالَ: ( هَذَا جِبْرِيلُ أَتَاكُمْ يُعَلِّمُكُمْ أَمْرَ دِينِكُم ).
Ömər bin Əl-Xattabdan (Allah ondan razı olsun) belə dediyi rəvayət olunur: “ Bir gün Rasulullahın (Allahın salamı onun üzərinə olsun) yanında oturmuşduq. Düm ağ paltarlı, qara şəvə saçlı, səfərdən gələnə oxşamayan və bizdən heç kimin tanımadığı bir kişi gəldi. Rasulullahın (Allahın salamı onun üzərinə olsun) yanında oturdu. Dizlərini onun dizlərinə dayadı, əllərini də dizinin üstünə qoyub dedi : Ey Muhamməd! Mənə İslam haqda xəbər ver. Rasulullah (Allahın salamı onun üzərinə olsun) dedi: İslam, Allahdan başqa ibadətə və itaətə layiq ilah olmadığına və Muhammədin Onun rəsulu olduğuna şəhadət gətirməyin, namaz qılmağın, zəkat verməyin, ramazan orucunu tutmağın və imkan daxilində Allahın evini Həcc etməyindir.
-Doğru söylədin!- dedi.
Biz onun həm sual verib, həm də cavabı təsdiqləməsinə təəccüb etdik.
Yenə soruşdu: Mənə iman haqda xəbər ver. Rasulullah (Allahın salamı onun üzərinə olsun) buyurdu: İman, Allaha, mələklərinə, kitablarına, peğəmbərlərinə, axirət gününə və qədərə- xeyrinə də, şərrinə də iman etməyindir.
-Doğru söylədin!-dedi.
Yenə soruşdu: Mənə Ehsan haqda xəbər ver. (Rasulullah (Allahın salamı onun üzərinə olsun)) buyurdu: Allaha Onu görürsənmiş kimi ibadət etməyindir. Sən Onu görməsən də, O səni görür.
 Mənə Qiyamət saatı haqda xəbər ver-dedi. (Rasulullah (Allahın salamı onun üzərinə olsun)) cavab verdi: Bu barədə soruşulan şəxs sualı verəndən daha artıq bilmir.
O zaman, mənə onun əlamətləri haqda xəbər ver-dedi. (Rasulullah (Allahın salamı onun üzərinə olsun)) dedi: Cariyənin öz sahibini doğması və ayaqyalın, çılpaq, tüfeyli qoyun çobanlarının hündür bina yarışına girdiklərini görməyin. Sonra çıxıb getdi. Bir müddət dayandıq.Daha sonra Rasulullah (Allahın salamı onun üzərinə olsun) mənə dedi:
Ey Ömər, sual verənin kim olduğunu bilirsənmi?
-“Allah və rəsulu daha yaxşı bilir” - dedik. Rasulullah (Allahın salamı onun üzərinə olsun) dedi: O, Cibril idi, sizə dininizi öyrətməyə gəlmişdi. (Muslim rəvayət edib)
Səhifə: 1 2 3 [4] 5 6 ... 10