Yalnız Səndən kömək diləyirik (Əl-Fatihə;5)

Axrıncı Yazılar

Səhifə: 1 [2] 3 4 ... 10
11
FAYDALAR / İSTİĞFARIN FƏİLƏTİ
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 01.08.2023, 23:45:02 »
Hafiz ibnu Rəcəb (Allah ona rəhmət etsin ) deyib: İstiğfar bütün saleh əməllərin sonudur. Namaz, həcc , gecə namazı istiğfarla sonlandırılır. Bütün məclislərin sonunda istiğfar edilir. Əgər zikr məclisidirsə, istiğfar onun özündəndir və əgər boş bir məclisdirsə istiğfar onun kəffarəsidir.
Ramazan orucunu da Allahdan bağışlanma diləyərək sonlandırmaq lazımdır.
Lətaiful Məarif 1/214
12
FAYDALAR / Cvb: İnsanla heyvanın fərqi
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 01.08.2023, 23:43:24 »
Heyvanlarda olan bu keyfiyyətlər , insanlarda da var, bəzilərində az var bəzilərində çox ...
Bəzilərində bütün bu sayılanlar heyvanlardan da azdır.
"İnsanın heyvandan fərqi ağlıdır".... deyirlər.
"Heyvanlarda olan instinkdir, ağıl deyil"... deyirlər....
Əgər ağıl dedikdə zəka nəzərdə tutulursa, onda  elə əslində insanda olan da instinkdir.
Bəs o hansı ağıldır ki, insanı heyvandan fərqli edir ? Ağıl nədir?
Haşiyəyə çıxıb , yadıma düşən adını unutduğum bir türk şairinin Allaha müraciət edərək yazdığı iki misrasını qeyd etmək istəyirəm:

 Özbaşına bırakıp da insanı,
Yapma arzın en korkulu hayvanı....

İnsanı heyvandan fərqləndirən onun əxlaqi və etiqadi dəyərləridir.
Bu dəyərlərdən nə qədər uzaqlaşsa, o qədər "heyvanlaşar",
Bu dəyərlərə nə qədər sarılsa, bir o qədər daha üstün məxluqa , insana çevrilər.
Etiqadi dəyərləri izhar edən orqanlar
Göz
Qulaq

Qəlbdir.
Bu orqanlar heyvanlarla insanlarda müştərəkdir. Amma icra etdiyi funkaiyaları  fərqlidir, gəlin baxaq:
Heyvanlar baxır
İnsanlar görür
(Bəsirəti ilə, haqqı görür)
*
Heyvanlar eşidir
İnsanlar duyur
( haqqı, hidayəti, doğru olanı duyur)
*
Heyvanlar fikirləşir, düşünür
İnsanlar Allahı dərk edir.
Allah Quranda deyir:
لَهُمْ قُلُوبٌ لَا يَفْقَهُونَ بِهَا وَلَهُمْ أَعْيُنٌ لَا يُبْصِرُونَ بِهَا وَلَهُمْ آذَانٌ لَا يَسْمَعُونَ بِهَا ۚ أُولَٰئِكَ كَالْأَنْعَامِ بَلْ هُمْ أَضَلُّ ۚ أُولَٰئِكَ هُمُ الْغَافِلُونَ
Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır.
(Əl-Əraf;179)
Allah buyurur ki,
 "Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar."

Çünki  heyvandan fərqli olaraq bəzən insan kor , kar, dərrakəsiz olmaqla kifayətlənmir, inkar edir, mübahisə edir.

وَلَقَدْ صَرَّفْنَا فِي هَٰذَا الْقُرْآنِ لِلنَّاسِ مِنْ كُلِّ مَثَلٍ ۚ وَكَانَ الْإِنْسَانُ أَكْثَرَ شَيْءٍ جَدَلًا
Biz bu Quranda insanlar üçün hər cür məsəli ətraflı izah etdik. İnsan isə ən çox mübahisə edəndir.
(Əl-Kəhf ; 54)
أَمْ تَحْسَبُ أَنَّ أَكْثَرَهُمْ يَسْمَعُونَ أَوْ يَعْقِلُونَ ۚ إِنْ هُمْ إِلَّا كَالْأَنْعَامِ ۖ بَلْ هُمْ أَضَلُّ سَبِيلًا
Yoxsa sən onların əksəriyyətinin söz dinləyəcəyini, yaxud düşünəcəyinimi zənn edirsən? Onlar heyvan kimidirlər, hətta daha da azğın bir yoldadırlar.
(Furqan;44)
وَلَوْ شِئْنَا لَرَفَعْنَاهُ بِهَا وَلَٰكِنَّهُ أَخْلَدَ إِلَى الْأَرْضِ وَاتَّبَعَ هَوَاهُ ۚ فَمَثَلُهُ كَمَثَلِ الْكَلْبِ إِنْ تَحْمِلْ عَلَيْهِ يَلْهَثْ أَوْ تَتْرُكْهُ يَلْهَثْ ۚ ذَٰلِكَ مَثَلُ الْقَوْمِ الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا ۚ فَاقْصُصِ الْقَصَصَ لَعَلَّهُمْ يَتَفَكَّرُونَ

سَاءَ مَثَلًا الْقَوْمُ الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا وَأَنْفُسَهُمْ كَانُوا يَظْلِمُونَ
Biz istəsəydik, bunun (həmin ayələrin) sayəsində onu ucaldardıq. Lakin o, dünyaya meyl saldı və öz istəyinə uydu. Onun məsəli itin məsəlinə bən-zəyir; onu qovsan da dilini çıxardıb ləhləyər, qovmasan da. Ayələrimizi yalan hesab edənlərin məsəli belədir. Bu əhvalatları (onlara) danış ki, bəlkə fikirləşələr.

Ayələrimizi yalan sayıb özlərinə zülm edən adamlar barəsindəki məsəl necə də pisdir!
(Əl-Əraf 176,177)
Əxlaqi dəyərlər isə olduqca çoxdur:
Abır, ismət, həya, namus, qeyrət, hörmət, təmizlik, təvazökarlıq, gözütoxluq, alicənablıq, gözəl zənn, səbr və s.

Bunların əksi heyvani xüsusiyyətlərdir
Qurandan və sünnədən  nümunələrə baxaq:
وَاقْصِدْ فِي مَشْيِكَ وَاغْضُضْ مِنْ صَوْتِكَ ۚ إِنَّ أَنْكَرَ الْأَصْوَاتِ لَصَوْتُ الْحَمِيرِ
Yerişində mötədil ol və səsini alçalt! Şübhəsiz, səslərin ən çirkini uzunqulaqların səsidir.
(Loğman;19)
قَالَ رسولُ اللَّه ﷺ: أَكْمَلُ المُؤمِنِينَ إِيمَانًا أَحسَنُهُم خُلُقًا، وخيارُكُم خِيَارُكُمْ لِنِسَائِهمْ.
رواه الترمذي وَقالَ: حديث حسن صحيح.

Rasulullah (sallallahu aleyhi və səlləm) demişdir:
" Ən kamil imanlı möminlər, əxlaqı ən gözəl olanlardır, sizin ən xeyirliniz, qadınlarına qarşı ən yaxşı davranandır"
(Tirmizi, hədis həsən səhihdir)
 لَا تَعْبُدُونَ إِلَّا اللَّهَ وَبِالْوَالِدَيْنِ إِحْسَانًا وَذِي الْقُرْبَىٰ وَالْيَتَامَىٰ وَالْمَسَاكِينِ وَقُولُوا لِلنَّاسِ حُسْنًا

 “Allahdan başqasına ibadət etməyin! Valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə və yoxsullara yaxşılıq edin! İnsanlarla xoş danışın! (Əl-Bəqara;83)
Və s.
Gözəl əxlaqa dair nümunələr çoxdur.
Allahın razılığını qazanmaq, gözəl insan olmaq üçün daha çox çalışmalıyıq.

Allah hər birimizi , valideynlərimizi, ailəmizi,övladlarımızı razı qaldığı əməllərə müvəffəq etsin❣️
13
FAYDALAR / Cvb: İnsanla heyvanın fərqi
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 01.08.2023, 23:42:38 »
fəaliyyət,  çətinliklərlə mübarizə aparmaq,  çözüm tapmaq, heç də ağılsız varlıqlar kimi görünmürlər, elə deyilmi?
14
FAYDALAR / İnsanla heyvanın fərqi
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 01.08.2023, 23:41:14 »
Bəzi heyvanlar çox ağıllı olur, çətinliklərdən baş açır, yeni şeylər kəşf edir. Yeni bacarıqlara yiyələnir və s.   Buna nümunələr çoxdur. İnsanlar kimi, yaşamaq üçün yeni yollar, vərdişlər əldə edirlər, yemək üçün çaba sərf edirlər. Bəzilərinin hobbiləri, əlavə üstün qabiliyyətləri belə ola bilir,  bu fil kimi)))
15
FAYDALAR / BİZDƏ OLAN HANSI NEMƏTLƏR TÜKƏNƏCƏK?
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 01.08.2023, 23:36:35 »
Kimə Allah
1. Fürsət (vaxt) veribsə
2. Can sağlığı veribsə
3. Ona cahillər təbəqəsindən çıxmağı sevdiribsə
4. Dinini öyrənməyə qəlbində əzm varsa
 
O zaman gec olmadan, bu nemətlər onun əlindən alınmadan, bu fürsətlərdən istifadə etsin,  ona mane olan səbəblərə qarşı daha ciddi tədbir görsün.
(Xatib əl-Bağdadi (rahimahullah): "Əl-Fəqih vəl mutəfəqqih 2/170")

Çünki, insanda olan bütün nemətlər gec-tez tükənə bilir:
وما عندكم ينفد

Bir bacı sual verir:
O nə nemətdir ki, Allah deyib ki sizdə tükənəcək, sadalananmı, yoxsa başqa nemətlərmi? Və niyə tükənəcək; müəyyən şərtlər daxilindəmi, yoxsa hamıdamı tükənəcək?
 Cavab: ən-Nəhl 96-cı ayənin Qurtubidə təfsirinə baxaq:
القرطبى : مَا عِندَكُمْ يَنفَدُ ۖ وَمَا عِندَ اللَّهِ بَاقٍ ۗ وَلَنَجْزِيَنَّ الَّذِينَ صَبَرُوا أَجْرَهُم بِأَحْسَنِ مَا كَانُوا يَعْمَلُونَ
ما عندكم ينفد وما عند الله باق فبين الفرق بين حال الدنيا وحال الآخرة بأن هذه تنفد وتحول ، وما عند الله من مواهب فضله ونعيم جنته ثابت لا يزول لمن وفى بالعهد وثبت على العقد . ولقد أحسن من قال :
المال ينفد حله وحرامه يوما وتبقى في غد آثامه...
Sizdə olan nemətlər tükənəcək, Allahın dərgahında olan nemətlər isə daim qalacaqdır. Səbrli olanlara etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik.(Ən-Nəhl;96)
Allah dünya ilə Axirətin halı arasındakı fərqi izah edir; dünyanın halı tükənəndir, dəyişkəndir, Allahın Axirətdə bəxş etdikləri və Cənnət nemətləri isə sabitdir,  əhdinə vəfa göstərən və əqdinə sadiq qalanlar üçün əbədidir.
Bu sözün sahibi gözəl demişdir:
Malın halalı da, haramı da bir gün tükənər, sabaha  isə günahları qalar...
Sizdə olan nemətlər tükənəcək
(Ən-Nəhl;96)
16
HƏDİS / HƏDİSİN İSNADI NƏ DEMƏKDİR?
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 01.08.2023, 23:33:27 »
Yəqin ki, əksəriyyətiniz  filan hədisin isnadı səhihdir , həsəndir, filan hədis zəifdir və s. sözləri eşitmisiniz, bəs bilirsiniz bu nə deməkdir? Hədisin isnadı bizim nəyimizə lazımdır? Ümumiyyətlə  isnad nə deməkdir?

Islam dini bizə 2 vəhylə  çatmışdır: Quran və Sünnə.
Bu ikisindən birini təkzib edən, dindən çıxmış və kafir olmuş olar.
Sünnənin (yəni peyğəmbərimizin dediklərinin) Allahın vəhyi olduğuna Qurandan dəlil:
وَمَا يَنْطِقُ عَنِ الْهَوَىٰ
O, öz istəyi ilə danışmır,
إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَىٰ
Bu ona təlqin edilən vəhydir(Ən-Nəcm;3,4)
Buna görə də Sünnəyə iman gətirmək, Qurana (Qurandakı ayəyə) iman gətirməkdir. Peyğəmbərimizə(sallallahu aleyhi və səlləm)itaət etmək, Allaha itaət etməkdir. Dəlil:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ
Ey iman gətirənlər, Allaha və  Peyğəmbərə itaət edin!(Nisə:59)
قُلْ إِنْ كُنْتُمْ تُحِبُّونَ اللَّهَ فَاتَّبِعُونِي يُحْبِبْكُمُ اللَّهُ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ ۗ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ

(Ey peyğəmbər!) De: “Əgər Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir”.
(Əli-İmran;31)

Deyirəm ki, ay qızım, get bacına de ki, qapını bağlasın, qızım da gedib bacısına deyir ki:

Anam mənə dedi ki, qapını bağla.

 Bu cümlədə "anam mənə dedi"  bu məlumatın isnadıdır.

 "Qapını bağla " isə məlumatın mətnidir.
Beləliklə, isnad:

məlumatın mənbəyinə (sahibinə) çatana qədər,mövcud ravilərin (rəvayət edənlərin) silsiləsidir (siyahısıdır).

ALLAH Quranda buyurur ki:

إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ
Şübhəsiz ki, Zikri(Quranı) Biz nazil etdik və əlbəttə, onu Biz qoruyacağıq! (Hicr;9)

Təfsir alimləri zikr dedikdə, Quran nəzərdə tutulduğuna dair ittifaq ediblər.Ancaq Quranı qorumaq üçün hədis elminin əmələ gəlməsi vacib olub. Quranı qorumaq Sünnəni qorumaqla mümkündür. Bu səbəblə də səhabələr Rasulullahın (sallallahu aleyhi və səlləm)hər əmrinə , hər sözünə, hər etdiyinə qarşı olduqca həssas olublar.
Muğira bin Şubədən Buxari və Muslimdə rəvayət olunan hədisdə Rasulullah (sallallahu aleyhi və səlləm) buyurur ki,
إن كذباً عليّ ليس ككذب على أحد، فمن كذب عليَّ متعمداً فليتبوأ مقعده من النار
Mənim adımdan yalan danışmaq , başqasının adından yalan danışmaq kimi deyil, kim mənim adımdan yalan danışarsa, cəhənnəmdə yerini hazır bilsin."
Bu hədisi 60dan çox səhabə heç bir fərq olmadan, tamamilə eyni mətndə rəvayət edib.
Rasulullah(sallallahu aleyhi və səlləm) bu hədisi ilə səhabələrinə xəbərdarlıq etməyib, onlar onsuz da Rasulullahı (sallallahu aleyhi və səlləm) anbaan izləyib, hər addımını təkrar edirdilər. Rasulullah  (sallallahu aleyhi və səlləm) bu hədisilə sonradan gələnləri xəbərdar edib. Təəsüf ki, hazırda internet uydurma məlumatlarla doludur. Hazırda insanlar etdiyi əməllərin təhlükəsinin fərqində deyillər.İndi insanların bir çoxu hər gördüyü , eşitdiyi məlumatı, tanıdığı, tanımadığı, az tanıdığı adamlardan, dəvətçilərdən əldə etdiyi islami biliyi, aqibəti barədə zərrə qədər düşünmədən paylaşırlar.
Halbuki  peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bizə hər eşitdiyini danışmaq insana yalan olaraq bəs edər, buyurub.
Nə isə, mövzudan çox da uzaqlaşmayaq...
İndi gəlin səbahələrin hədisə qarşı olan həssaslığının bir nümunəsinə baxaq:
Əbu Səid əl-Xudridən (radiyallahu anhu) rəvayət olunur:
Bir dəfə Ömərin yanında səhabələr toplanmışdı, Əbu Musa əl-Əşari (radiyallahu anhu) daxil olmaq üçün 3 dəfə icazə istədi, cavab ala bilmədikdə çıxıb getdi, bir azdan yenidən qayıtdıqda, Ömər (radiyallahu anhu) ona getmə səbəbini soruşdu, Əbu Musa (radiyallahu anhu) dedi: 3 dəfə icazə istədim, cavab gəlmədi. Mən Rasulullahın (sallallahu aleyhi və səlləm) belə dediyini eşitdim: "sizdən biriniz 3 dəfə icazə istədikdə cavab verilməsə, çıxıb getsin." Ömər (radiyallahu anhu) bu hədisə şahid gətirməyini istədi, Əbu Səid əl-Xudri( radiyallahu anhu)ona şahidlik etdi.
.....
Bu Buxari və Muslimdə rəvayət olunan hədisin xülasəssidir.
Görün burda nə qədər böyük ibrətlər var:
1. Səhabə Əbu Musa Əl-Əşari (radiyallahu anhu) o zikr məclisinə daxil olmaq istəyir və 3 dəfə cavab gəlməyəndə 4cü dəfə izn istəmir,  gedir , gözləyir , bir də gəlir. Hədisə əməl edir, öz nəfsi istəyinə deyil.
2. Ömər (radiyallahu anhu ) belə eşitsə, başqa bir səhabə şahidlik etmədikcə hədisi qəbul etmir. 
3. Ömər (radiyallahu anhu)belə bir mühim məsələni bilmədiyi üçün hüznlənir və onu öyrənmək və dəqiqləşdirmək üçün əlindən gələni edir. Ta ki, sünnənin hər birini həyatına tətbiq edə bilsin.

Ömər (radiyallahu anhu) Əbu Musa Əl -Əşarinin (radiyallahu anhu)dediyi hədisi dinlədi  və tam dəqiqləşdirmək üçün 2-ci şahid tələb etdi. Və hədisi qəbul etdi.
Lakin səhabələrin sonrakı dövrlərdəki insanların rəvayət etdikləri hədislərə qarşı münasibəti lap fərqli idi :
فقال ابن عباس : إنا كنا مرة إذا سمعنا رجلا يقول : قال رسول الله - صلى الله عليه وسلم - ابتدرته أبصارنا ، وأصغينا إليه بآذاننا ، فلما ركب الناس الصعب والذلول ، لم نأخذ من الناس إلا ما نعرف
İbn Abbas(radiyallahu anhu)deyir: Biz əvvəllər kimsə "Rasulullah (sallallahu aleyhi və səlləm) demişdir" dedikdə, gözlərimizi bərəldər, qulaqlarımızı şəkləyib dinləyərdik,  lakin fərqli insanlar meydana çıxdıqdan sonra biz ancaq tanıdığımız insanlardan hədis qəbul etməyə başladıq.

Qeyd:Maraqlananlar üçün qeyd edim ki , İbn Abbasın (radiyallahu anhu) sözündəki "fələmmə rakibən-nəsus-saabə vəz-zəlulə"  ifadəsi məsəldir. Hərfi tərcüməsi belədir: O zaman ki, insanlar həm çılğın, həm də sakit dəvəni minməyə başladılar..
Yəni insanların halları dəyişdi, ravilərin doğruluğuna ehtimam etməməyə başladılar.


17
HƏDİS / Cvb: MUSTALAH ƏL-HƏDİS (MÜXTƏSƏR MƏLUMAT)
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 01.08.2023, 23:29:25 »
Səhih  hədis 5 şərti ödənən hədisdir:
1.İttisal
2. Ədalət
3. Dabt (ravinin yaddaşı)
4. Şəz olmaması
5. İllə olmaması
 Hədislərin sonunda yazılan terminlərin mənasını qısa şəkildə izah edəcəm inşaAllah
Səhih  hədis 5 şərti ödənən hədisdir:
1.İttisal
2. Ədalət
3. Dabt (ravinin yaddaşı)
4. Şəz olmaması
5. İllə olmaması
 "HƏSƏN" hədis 5 şərtdən 4-ü ödənən hədisdir:
1.İttisal
2. Ədalət
3. Şəz olmaması
4. İllə olmaması
Yəni hədisdə problem yoxdur, sadəcə ravilərdən biri yaddaşının zəifliyinə görə səhv etməsi istisna olmayan insandır.
Tirmizi hədisin həsən olması üçün əlavə 3 şərti də tələb edir:
1. Ravilər arasında yalanla ittiham olunan olmamalıdır.
2. Şəz olmamalıdır (yəni hansısa ravinin özündən əvvəlki ravi ilə sözü çəp gəlməməlidir).
3. Hədis başqa şəkildə də rəvayət olmalıdır .
Səhih və Həsən hədis arasındakı fərqi başa düşməyən var?
Səhih hədisin 5 şərtindən hər hansı biri əskik olsa hədis "Zəif" sayılır.
Hər hədisin raviləri arasında qırılma varsa , yəni hər hansı təbəqədə ravi əksikdirsə, hansı təbəqədə əskik olmasından aslı olaraq  hədis :
1.Mudal
2.Munqati'
3.Mursəl
4. Mualləq
Adlanır.
Bunlar hamısı hədisin zəif olduğuna dəlalət edir.
Ğarib (1ravi), Aziz(2ravi), Məşhur (3+ravi)
Bunlar Əhad hədisin ravi sayına görə növləridir,
Həm səhih,  həm də zəif ola bilər.
Munkər və şəz hədislər də zəif hədislərin növlərindəndir
Muttasıl sənədi peyğəmbərimizə və ya səhabələrə çatana qədər qırılmayan  hədisdir
Mərfu və Musnəd sənədi qırılmadan peyğəmbərimizə qədər çatan hədisə deyilir
Mouquf səhabənin sözünə, hərəkətinə aid rəvayətə deyilir . Məsələn: Əli radiyallahu anhu deyir: "İnsanlara anlayacaqları şəkildə danışın , Allah və Rəsulunu təkzib etmələrinimi istəyirsiniz . (BUXARİ, HƏDİS mouqufdur)
Məqtu' tabinin sözü və ya əməlidir.
Məsələn : Tabiinlərdən olan İbn Sirin (Allah rəhmət etsin) demişdir:
"Həqiqətən bu elm dindir, dininizi kimdən öyrəndiyinizə diqqət edin" (Muslim)
 Tabiinlərdən olan ibn Mubarak ( Allah rəhmət etsin)demişdir:
İsnad (rəvayətin sənədi) dindəndir, Əgər isnad olmasaydı, kim nə istəsə, danışardı.
(Muslim)
18
HƏDİS / Cvb: MUSTALAH ƏL-HƏDİS (MÜXTƏSƏR MƏLUMAT)
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 01.08.2023, 23:28:20 »
Hədisin səhih olması üçün 5 şərt tələb olunur.
1. İTTİSAL
İttisal ravilər zəncirində qırılma olmamasıdır. Hədis Muttasıl olmalıdır, hər bir ravi özündən əvvəlki ravi ilə bir dövrdə yaşamış, hədisi rəvayət edərkən bilavasitə görüşmüş və hədisi duyğu orqanlarına aid feillərlə başlayaraq rəvayət etmiş olmalıdır.Məsələn, Eşitdim, Gördüm, Mənə dedi, Mənə xəbər verdi və s.
2. ƏDALƏT
Ravilər ədalətli olmalı, böyük və kiçik günahlardan çəkinən, fisqdən, hər cür şirk, bidət, batil əməllərdən uzaq  təqvalı biri olmalıdır.
Təqvalı olmayan ravidən hədis qəbul edilməz.
3. ŞƏZ OLMAMALIDIR.
Yəni
Siqa (alimlər arasında etibarlı, düzgün danışmağı ilə tanınan) ravinin özündən daha siqa olan ravinin mətninə müxalif mətn rəvayət etməsidir.
4.İLLƏ OLMAMALIDIR.
Hədisin zahiri düzgün görünsə də daxildə görünməyən bir problemin olmasına deyilir.
 Məsələn, buna nümunə deyək: hər hansı ravi hədisi öz müəllimindən rəvayət edir, lakin  əslində hədisin mətnini müəllimindən deyil başqa insandan eşidib. Və həmin müəllimin onunla bir dövrdə bir şəhərdə yaşaması və onun müəllimi olması  rəvayətin zahirdə səhih olduğunu göstərsə də, söz birbaşa müəllimdən deyil başqa bir nəfərdən eşidildiyi üçün, hədis səhih saylmır
5. DABT:
Bir ravinin əzbərlədiyi hədisi, özündən sonrakı raviyə, dəyişiklik etmədən özündən əvvəlki ravidən eşitdiyi kimi çatdırmasıdır. Yəni yaddaşında dəqiq saxlama bacarığının olmasıdır

Bu 5 şərt Səhih Buxaridə və Səhih Muslimdə keçən bütün hədislərdə ödənilib. Lakin Buxarinin hədisi qəbul etmə kriteriaları Muslimdən daha yüksək olduğu üçün Buxari Qurandan sonra ən səhih kitab sayılır
Bunu daha sadə dillə belə izah edək, bəzi Quran müəllimələrinə səhifə təhvil verəndə bir səhifədə 1 səhv edirsənsə, onu tam mükəmməl səhvsiz əzbərləməyincə , 2ci səhifəyə keçməyə icazə vermir. Bəziləri isə səhifədə 1 səhv etməyi adi qəbul edir, daha mülayim yanaşır. Buxari və Muslimin arasında da fərq təxminən belədir.
Bu yazdıqlarım hədislərin qəbul sisteminin izahından az  bir hissədir. Hədis elmi məlumatın əsrlər boyu nəsildən nəslə hərf dəyişikliyinə belə uğramadan dəqiq keçməsi üçün mükəmməl qurulmuş bir sistemdir. Allah İslam alimlərini başımızın üstündən  əskik etməsin.

Qeyd edim ki, müasir dövümüzün ən böyük muhaddisi Nasıruddin Əl-Albanidir (Allah ona rəhmət etsin).

Sonra isə Abdul Muhsin  Əl-Bədri Əl-Abbaddır (Allah onu qorusun və ömrünü Allaha itaət üzərində uzatsın).
Həqiqətən  bu möcüzəvi sistem, Allahın müvəffəqiyyətindən başqa heç cür qurula bilməz...

Muhamməd Peyğəmbərə,  onun zövcələrinə,  ailəsinə , səhabələrinə və Qiyamətə qədər onların yolunu davam edənlərin üzərinə olsun.
19
HƏDİS / Cvb: MUSTALAH ƏL-HƏDİS (MÜXTƏSƏR MƏLUMAT)
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 01.08.2023, 23:27:48 »
Nümunə (şəkil 4)
20
HƏDİS / Cvb: MUSTALAH ƏL-HƏDİS (MÜXTƏSƏR MƏLUMAT)
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 01.08.2023, 23:14:45 »
Bu simvolik bir sxemdir. Mütəvatir hədis təxminən  bu şəkildə olur. (şəkil 3)
Səhifə: 1 [2] 3 4 ... 10