Allah batili silib yox edər.(Əş-Şura;24)

Axrıncı Yazılar

Səhifə: 1 2 [3] 4 5 ... 10
21
HƏDİS / MUSTALAH ƏL-HƏDİS (MÜXTƏSƏR MƏLUMAT)
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 01.08.2023, 22:50:26 »
Bismilləh əlhamdulilləh vəssalətu vəssələmu alə Rasulilləh
Hədislərin sənədinin və mətninin qəbul olunub olunmamasını araşdıran elm var, bu elmə mustalah əl hadis deyirlər.
3 cəhətdən araşdırır:
1. Bizə hansı yolla çatıb
2. Hədis kimdən rəvayət edilir
3. Hökmü nədir? Hədis qəbuldur, yoxsa rədd olunur.

(Ravi, yəni hədisi rəvayət edən)

(Şəkil 1) Hədisin sənədi belədir:
İmam Əhməd, İmam Şafiidən,İmam Şafii İmam Malikdən, İmam Malik Nəfi'dən, Nəfi İbn Ömərdən, ibn Ömər isə Peyğəmbərimizdən rəvayət edir.
Xətt çəkdiyim yerlər təbəqə adlanır.

Məsələn:
 mən
 anam
 nənəm
 nənəmin anası
Nənəmin nənəsi
Bunlar təbəqələrdir.

Nənəmin nənəsindən məktub mənə bu ardıcıllıqla çata bilər. (Şəkil 2)
Bu təbəqələrə əsasən hədis bizə 2 yolla çata bilər:
1. Əhad
2. Mütəvatir

Əhad hədis o hədisə deyilir ki, bu təbəqələrin hər birində və ya bəzisində və ya 1də ravilərin sayı az olsun.
Az sözünün ən azı 1 nəfərdir,  ən çoxu isə hədisdən hədisə fərqlənir
Mutəvatir hədis odur ki, bu təbəqələrin istisnasız hər birində, o qədər çox adam (ravi), eyni hədisi, eyni ləfzdə (eyni cümlə ilə) rəvayət etsin ki,  bu qədər adamın eyni sözdə eyni səhvi etmək ehtimalı mümkünsüz olsun,

həmçinin rəvayət edərkən özündən əvvəlki təbəqədəki ravi ilə həyatda qarşılaşdığına dəlil olacaq bu kimi sözlər işlətsin:
"Həddəsəni (mənə danışdı), səmitu( eşitdim), raəytu (gördüm), qalə li (mənə dedi), əxbərani (mənə xəbər verdi) və s."
22
MÜXTƏLİF AYƏLƏRİN TƏFSİRİ / ƏL-MAİDƏ; 2 (FAYDA)
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 01.08.2023, 22:05:47 »
وَتَعَاوَنُوا عَلَى الْبِرِّ وَالتَّقْوَىٰ ۖ وَلَا تَعَاوَنُوا عَلَى الْإِثْمِ وَالْعُدْوَانِ ۚ وَاتَّقُوا اللَّهَ ۖ إِنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ
Yaxşılıq və təqvada (günahlardan çəkinməkdə) yardımlaşın! Günah və düşmənçilikdə isə yardımlaşmayın! Allahdan qorxun! Həqiqətən, Allahın cəzası şiddətlidir.
(Əl-Maidə;2)
Allah insanlara bir-biri ilə münasibətdə düstur verir. Yaxşı işlərdə və təqvada yaradımlaşın. Pis işlərdə yardımlaşmayın.çünki insanlar arasındakı münasibət bu iki hal üzərə olur. İstər ailə münasibəti olsun, istər dost-tanış, istər iş-güc , istər qohumluq, istər qonşu münasibətləri olsun.  Ya sən xeyir əhlisən, danışığınla , davranışınla, işinlə, əməlinlə ətrafındakılara xeyir verirsən, ya da şər verirsən, insanları xeyirdən uzaqlaşdırırsan. Bu həm ümumi həm də fərdi münasibətlərə aiddir.Məsələn, adam var, onunla oturanda xeyir danışırsan, münasibətdə olduqda, ibadətin yaxşılaşır, ondan mənəvi, maddi, fiziki ziyana düşmürsən. Və insan da var ki, onunla münasibət səni Allahın zikrindən, zikr əhlindən uzaqlaşdırır və ya daha betəri, baş verir, onunla ünsiyyətdən sonra qeybətə, günahlara, haramlara, insanlarla ədavətə, münasibətlərin pozulmasına meyl edirsən və insan var ki, öz xeyri naminə başqasına fiziki, mənəvi , maddi əziyyət verir. Hansı qrupa daxil olduğunu hərə özü üçün təyin etməlidir.Yaxşı işlərdə yardımlaşmaq dedikdə Allah nə nəzərdə tutur.  Ayədə bu söz belə keçir:
 "وَتَعَاوَنُوا عَلَى الْبِرِّ وَالتَّقْوَى"
"Birr" və "təqvada" yardımlaşın. "Birr"- "yaxşılıq etmək " qəlb əməlidir, "təqva" isə bunun zahiri təzahürüdür.

Allah "Birr" sözünü təfsilatlı şəkildə Quranda belə izah edir:
لَيْسَ الْبِرَّ أَنْ تُوَلُّوا وُجُوهَكُمْ قِبَلَ الْمَشْرِقِ وَالْمَغْرِبِ وَلَٰكِنَّ الْبِرَّ مَنْ آمَنَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَالْمَلَائِكَةِ وَالْكِتَابِ وَالنَّبِيِّينَ وَآتَى الْمَالَ عَلَىٰ حُبِّهِ ذَوِي الْقُرْبَىٰ وَالْيَتَامَىٰ وَالْمَسَاكِينَ وَابْنَ السَّبِيلِ وَالسَّائِلِينَ وَفِي الرِّقَابِ وَأَقَامَ الصَّلَاةَ وَآتَى الزَّكَاةَ وَالْمُوفُونَ بِعَهْدِهِمْ إِذَا عَاهَدُوا ۖ وَالصَّابِرِينَ فِي الْبَأْسَاءِ وَالضَّرَّاءِ وَحِينَ الْبَأْسِ ۗ أُولَٰئِكَ الَّذِينَ صَدَقُوا ۖ وَأُولَٰئِكَ هُمُ الْمُتَّقُونَ
Yaxşı əməl (ibadət vaxtı) üzünüzü şərqə və qərbə tərəf çevirməyiniz deyildir. Yaxşı əməl sahibləri o kəslərdir ki, Allaha, axirət gününə, mələklərə, kitablara və peyğəmbərlərə inanar, mal-dövlətini sevməsinə baxmayaraq onu qohum-əqrəba, yetimlər, yoxsullar, yolda qalanlar, dilənçilər və qulların azad olunması üçün sərf edər, namazı qılar, zəkatı verər, əhd etdikləri zaman əhdlərinə sadiq qalar, darlıqda, çətinlikdə, eləcə də döyüş vaxtı səbir edərlər. Onlar sadiqlərdir, əsil müttəqilərdir.(Əl-Bəqara;177)
"Birr" hər hansısa bir əməli yerinə yetirmək deyil, buna inanmaqdır, iman etməkdir, həqiqətin varmaqdır, onu başa düşməkdir, etdiyini dərk etməkdir. ALLAH ayənin sonunda deyir ki,
أُولَٰئِكَ الَّذِينَ صَدَقُوا ۖ وَأُولَٰئِكَ هُمُ الْمُتَّقُونَ
Onlar sadiqlərdir, əsil müttəqilərdir.
 Onlar sidq ürəklə əməl edən, Allah üçün yaşamağı, hər əməli Allah üçün etməyi dərk edənlərdir. Və Allah deyir ki, əsl müttəqilər onlardır. Müttəqi Allaha ibadət edib haramlardan çəkinənlərə deyilir. ALLAH isə bu ayədə deyir ki, müttəqilər , əsl təqva əhli, o "birr" olan insanlardır. Yəni etdiyini imanla edənlər. Çəkindiyindən Allah üçün çəkinənlərdir.

Talq ibn Habib demişdir:"Fitnə baş verdikdə, onu təqva ilə dəf edin", Soruşurlar:"Təqva nədir?" Deyir: "Allahdan savabını umaraq, Allahdan gələn nur ilə iitaət edib saleh əməllər görmək, və  Allahdan gələn nur ilə pis aqibətdən qorxaraq asi olmaqdan, pis əməllərdən çəkinməkdir"
Allahdan gələn Nur ilə itaət etmək və.Allahdan gələn nur ilə pis əməllərdən çəkinmək dedikdə bunları imanla etmək nəzərdə tutulur. Çünki imandan qaynaqlanmayan əməl ( ibadət hərəkətləri) itaət sayılmır. İtaət imanla edilən hərəkətlərə deyilir.
23
ORUC / ZİLHİCƏ AYININ İLK 10 GÜNÜ TƏKBİRLƏRİ
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 01.08.2023, 21:15:53 »
Zilhiccənin ilk 10 günündə iki  cür təkbir olur:
1.Ət-Təkbir əl-Muqayyəd
2.Ət-Təkbir əl-Mutləq

🔹Təkbir Mutləq (xüsusi vaxtı olmayan)Zilhiccənin ilk günündən başlayaraq  Təşriq günlərinin sonuna qədər yəni zilhiccənin 13-ü əsr namazının bitməsinə qədər  davam edən və istənilən vaxt edilən təkbirdir.

🔹Təkbir Muqayyəd (xüsusi vaxtı olan) isə fərz namazlarından dərhal sonra heç bir başqa zikr etmədən edilən təkbirdir. Bu həm imama,  həm də imama uyanlara aiddir. Yəni salam verən kimi belə deyilir: " Allahu Əkbər, Allahu Əkbər, Lə iləhə illəllahu vəllahu Əkbər, Allahu Əkbər və lilləhil Hamd" , sonra isə ardınca namazdan sonra deyilən istiğfar və digər zikirlər oxunur.
Təkbir muqayyədə dəlil alimlərin icması və səhabələrdən gələn rəvayətlərdir.  Əlidən (radiyallahu anhu) İbn Əbi Şeybənin rəvayət etdiyi hədisdə, həmçinin , İbn Abbasdan (radiyallahu anhu) və bir çox səhabədən varid olan bütün rəvayətlərə görə təkbir muqayyədin vaxtı Ərafa günü fəcr namazından sonra başlayır. İmam Əhmədin (rahiməhullah) məzhəbi də bu rəydə ittifaq edib.
 Həcdə olmayanlar Ərafa günü fəcr namazından sonra təkbir etməyə başlayır ta ki, Zilhiccənin 13-ü əsr namazından sonraya kimi. Yəni namazlardan dərhal  sonra olan son təkbir, Zilhiccənin 13-ü əsr namazınından sonradır. Bununla da təkbir muqayyədin vaxtı bitir.
Bir çox alimlərin, habelə İmam Əhmədin görüşünə əsasən , bir çox səhabədən nəql olunduğu üçün təkbir muqayyəd fərz namazlarından sonra olduğu kimi, nafilə namazlarından sonra da deyilir.
Təkbir muqayyəd kişilərə aid olduğu kimi qadınlara da aiddir. Buxaridən (rahiməhullah) rəvayət olunur ki, Ömər bin Abdulazizin dövründə qadınlar örtük arxasında namaz qılar və təkbir muqayyədi deyərdilər.

Təkbir Mutləq isə Zilhiccənin ilk günündən başlayaraq Zilhiccənin 13-ü məğrib namazınadək istənilən  vaxt oxunur .
Buxaridən rəvayət olunur ki, İbn Ömər və Əbu Hureyrə Zilhiccənin ilk 10 günündə bazara çıxar və yüksək səslə təkbir gətirərdilər, insanlar da onların ardınca təkbir gətirərdi.

Xülasə: Ərafa günü fəcr namazından etibarən həm təkbir muqayyəd, həm də təkbir mutləq deyilir. Yəni həm namazlardan dərhal sonra , həm də günün istənilən vaxtı təkbir oxunur.

 {وَاذْكُرُوا اللَّهَ فِي أَيَّامٍ مَّعْدُودَاتٍ} [البقرة: ٢٠٣]
Allah Quranda buyurur: " Sayılı günlərdə Allahı zikr edin" (Əl-Bəqara;203)
Sayılı gün dedikdə Təşriq günləri nəzərdə tutulur.
24
NAFİLƏ ORUCLAR / ƏRAFA ORUCU AŞURA ORUCUDAN DAHA FƏZİLƏTLİDİR
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 01.08.2023, 21:09:28 »
Ərafa günü orucu Aşura orucundan daha fəzilətlidir:
"Çünki Aşura orucu Musa peyğəmbərə (aleyhisalam) aiddir, Ərafa orucu isə Rasulullaha (sallallahu aleyhi və səlləm)"
(İbn Həcər "Fəth əl-Bəri";4/249)

Əbu Qatadədən (radiyallahu anhu) rəvayət olunur ki, Rasulullah sallallahu aleyhi və səlləm demişdir: "#Ərafa günü keçən ilin və növbəti ilin günahlarına kəffarədir." ( Muslim rəvayət edib)

Nə üçün #Aşura orucu bir ilin #ərafa orucu isə iki ilin (bir il keçmiş, bir il gələcək) günahlarına kəffarədir?

Bunun iki səbəbi var:

Birincisi: Ərafa günü haram (yəni müharibəyə başlamaq şəri cəhətdən haram olan ay)aydadır (Zilhiccə ayında), ondan əvvəlki ay (Zilqadə) və sonrakı ay ( Muharram) da haram aylardır.  Aşura orucunda isə belə deyil.

İkincisi: Ərafa günü orucu Aşura orucundan fərqli olaraq  bizim Şəriətimizə xasdır. Buna görə də peyğəmbərimiz Mustafanın (sallallahu aleyhi və səlləm) bərəkəti ilə onun fəzilətini artırır.

(İmam İbnil Qayyim (rahiməhullah) Bədəi' ul-Fəvəid 4/211)
25
FAYDALAR / YARIŞIN!
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 01.08.2023, 20:59:45 »
Praktika göstərir ki, vaxt məfhumu çox nisbidir.

Vaxtım yoxdur-cümləsi yalan olmasa da, yalnışdır.

Uzunlu yay günlərində çatdırmadığın işləri yayın son həftələrində hətta bu həftələrdən bir gündə stresin verdiyi təlaşla,  sürətlə görüb bitirmək olur.
Sonra isə digər işləri də bu sürətlə bitirmək istəyirsən, ama alınmır...çünki müvəffəq olmaq üçün ən əsas lazım olan şey vaxt deyil. Allahın tövfiqi və əzmdir, çalışmaq, "tələsməkdir"... Elə Allah sayılı günlərdən ibarət olan ömrümüzdə Axirət azuəsi yığmaq üçün bizi tələsdirir.
Allahın ayəsini  oxuyaq
وَفِي ذَٰلِكَ فَلْيَتَنَافَسِ الْمُتَنَافِسُونَ
Qoy yarışanlar bunun üçün yarışsınlar!
Başqa ayə
وَالسَّابِقُونَ الْأَوَّلُونَ مِنَ الْمُهَاجِرِينَ وَالْأَنْصَارِ وَالَّذِينَ اتَّبَعُوهُمْ بِإِحْسَانٍ رَضِيَ اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ
Dində hamını ötüb ke­çən ilk mü­hacirlərə və ənsarlara, həm­çinin yax­şı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razı­dır, onlar da Ondan razıdırlar.
Allah  bizə yarışmağı əmr edir.
Başqa ayətə baxaq:

 وَسَارِعُوا إِلَىٰ مَغْفِرَةٍ مِنْ رَبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا السَّمَاوَاتُ وَالْأَرْضُ أُعِدَّتْ لِلْمُتَّقِين
Rəbbiniz tərəfindən bağışlanmağa və müttəqilər üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan Cənnətə tələsin.
فَاسْتَبِقُوا الْخَيْرَاتِ
Elə isə, yaxşı işlər görməkdə yarışın!
Əl Bəqara 148

Allah bizi xeyirə nail olmaq üçün yarışmağa və tələsməyə çağırır

Vaxtın Sahibi vaxtımızın nə qədər AZ olduğunu bilir və bizi xeyirə nail olmaq üçün  tələsməyə, yarışmağa çağırır...
Savabını artırmaqla günahlarınla yarışmaq

Vaxtını Xeyirə sərf etməklə boş işlərə və ya günaha sərf etdiyin vaxtınla yarışmaq

Axirətin üçün azuqə tədarük etməklə səni rahat buraxmayan dünya azuqəsi ilə yarışmaq
Biz bu yolumuzu ancaq tələsməklə  və yarışmaqla qət edə bilərik
Tələsməyənlərin ömrü  sürətlə ötüb keçən yay fəsli kimi heç nəyə vaxt çatdırmadan tükənir, bitir...
26
TÖVHİD / QƏDƏRƏ İMAN TÖVHİDİN HANSI QİSMİNƏ AİDDİR?
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 01.08.2023, 20:50:22 »
QƏDƏRƏ İMAN TÖVHİDİN HANSI QİSMİNƏ AİDDİR?
Tövhid 3 qismə bölünür.
1.RUBUBİYYƏ TÖVHİDİ
2. ULUHİYYƏ TÖVHİDİ
3. AD VƏ SİFƏTLƏR TÖVHİDİ
Rububiyyə tövhidi- Yaradanın, öldürənin, dirilindənin, ruzi verənin, idarə edənin yalnız Allah olduğuna iman etmək.
Qurandan dəlil:
وَقَالَ: قُلْ مَنْ يَرْزُقُكُمْ مِنَ السَّمَاءِ وَالْأَرْضِ أَمَّنَ يَمْلِكُ السَّمْعَ وَالْأَبْصَارَ وَمَنْ يُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَيُخْرِجُ الْمَيِّتَ مِنَ الْحَيِّ وَمَنْ يُدَبِّرُ الْأَمْرَ فَسَيَقُولُونَ اللَّهُ فَقُلْ أَفَلَا تَتَّقُونَ
De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqların və gözlərin sahibi kimdir? Ölüdən dirini, diridən də ölünü çıxardan kimdir? Hər cür işi nizamlayan kimdir?” Onlar: “Allah!” - deyə cavab verəcəklər. O zaman de ki: “Elə isə Allahdan çəkinmirsinizmi?! (Yunus;31)

Uluhiyyə tövhidi - Allahı ibadətin bütün növlərində təkləşdirməkdir.
Buna dəlil Quranın əksər ayələridir.

وَاعْبُدُوا اللَّهَ وَلَا تُشْرِكُوا بِهِ شَيْئًا
 Allaha ibadət edin  və ona heç nəyi şərik qoşmayın.. (Ən-Nisa 36)

Deməli,  bu tövhidə əməl etmək üçün Allaha ibadət etməklə bərabər, ayədən də göründüyü kimi, şirkdən çəkinmək vacibdir. Əks halda Allahı İbadətdə təkləşdirmiş olmarıq.
Ad və sifətlət tövhidi - Allahın ad və sifətlərinə onu heç bir məxluqa bənzətmədən,  Quran və sünnədə vəsf olunduğu kimi  və ya Özü haqda inkar etdiyini artırmadan və əskiltmədən iman etməkdir.

Dəlil Şura surəsi 11-ci ayə:

" ليس كمثله شيء و هو السميع البصير "
Onun bənzəri yoxdur,  Eşidən və Görəndir.
Tövhidin bu formada 3 qismə İbn Teymiyyə və bir çox əhli sünnə alimləri ayırıblar, çünki Quranın bütün ayələrinə nəzər yetirdikdə tövhid bu 3 qismdən kənara çıxmır.
1. Rububiyyə tövhidi
2. Uluhiyyə tövhidi
3. Ad və sifətlər tövhidi
Qədərə iman etmək imanın 6 şərtindən biridir. Qədərə iman etmək Rububiyyə tövhidinə aiddir.
Qəza və qədərə iman etmək,  yaradanın, ruzi verənin və bütün yaradılışı idarə edənin Allah olduğuna, yəni Rububiyyə Tövhidinə iman etməkdir.
İmam Əhmədin də dediyi kimi: "Qədər Allahın Qüdrətidir, Onun gizli saxladığı, lövhi məhfuzda yazılmış, Özündən başqa heç kimin bilmədiyi qüdrətindəndir. Qədərdə nəyin yazıldığını həmin şey baş vermədən və ya bu barədə təsdiqlənmiş bir məlumat olmadan Allahdan başqa heç kim bilmir. "
Qədərə iman mövzusunda İslam ümməti 3 qismə bölünür:
1. Qədərdə insanın tam təsirsiz olduğunu, onun fırtınaya düçar olmuş bir ağac misalında olduğunu, insanın heç bir gücünün, ixtiyarının, seçim haqqının olmadığını deyənlər.

Təbii ki, belə düşünənlər ,  həm dini cəhətdən zəlalətə uğrayıblar, həm də bu heç bir məntiqə heç bir  düşüncəyə uyğun deyil.
Əvvəla məntiqi cəhətdən yanaşaq:
Məsələn, gözünün qabağında  yaş palçıq var və sən ağ appaq ayaqqabı geyinmisən, əgər sən palçığa girmirsənsə , demək ki, seçim etmisən, demək ki, sən tamamilə özün seçim edə bilirsən. 
Bir də var, gözünün qabağında palçıq var , sən qaça-qaça gəlirsən , palçığı da görürsən, palçığa girmək istəmirsən,  amma , qəfil ayağın burxulur və palçığa düşürsən, bu halda isə sükan sənin əlində olmayıb.
 Deməli, insanın seçim haqqının olduğu və seçim haqqının olmadığı hallar var.
İndi isə Qurandan dəlil:
منكم من يريد الدنيا ومنكم من يريد الآخرة
Sizdən bəziləri dünyanı, bəziləri də axirəti istəyirdi
(Əli İmran ;152)
***
فَمَنْ شَاءَ فَلْيُؤْمِنْ وَمَنْ شَاءَ فَلْيَكْفُرْ
 Ona görə də istəyən inansın, istəyən inkar etsin.  (Əli İmran; 29)

 Və s.  Buna dəlil olan ayələr kifayət qədər çoxdur.
2-ci qism  isə ixtiyarın yalnız insanın əlində olduğunu, Allahın heç bir müdaxilə etmədiyini iddia edir və hətta bəziləri bu fikrində o qədər irəli gedirlər ki, (haşa) Allahın qulun əməllərindən bixəbər olduğunu deyirlər.
Bu batil olmağa məhkum bir fikirdir, çünki bu görüş Allahın elmini, qüdrətini, idarəsini, , bu gedişlə Allahın özünü təkzib etməyə gətirib çıxarır.
 Buna məntiqi dəlil, insanın başına gələn qeyri-ixtiyari  hadisələrdir, məsələn,  xəstənin öz kiçik bayırını saxlaya bilməməsi, həmçinin yıxılmaq istəməyənin qəfil yıxılması, ölmək istəməyənin ölməsi və s. İnsanın əlində olmayan sonsuz sayda hadisələr var.

Qurandan dəlil:
Allah kəhf mağarasında yuxuya dalan  insanlar haqqında deyir:
وَنُقَلِّبُهُمْ ذَاتَ الْيَمِينِ وَذَاتَ الشِّمَالِ
Biz onları sağ tərəfə və sol tərəfə çevirirdik.
(Əl-Kəhf;18)

Onlar 100 illərlə yuxuya dalan insanlar olub və bu dərin yuxda onlar qeyri- ixtiyari, Allahın istəyi ilə çevriliblər.
3-cü qisim insanlar isə başqaları doğru yolda tərəddüdə düşdükləri zaman Allahın hidayət nuru ilə haqqa müvəffəq etdiyi , əhli-Sünnə vəl-Cəmaa-dır. Onların görüşü belədir:
 İnsanın başına gələn hadisələr iki qismə bölünür:
1.  Allahın əlində olan, heç kimin dəyişə bilmədiyi,  insanlardan və digər məxluqlardan aslı olmayanlar. Məsələn: toxumun cücərməsi. yaşam və ölüm, xəstəlik və sağlamlıq və s.
2. Məxluqatın seçim haqqının olduğu  hadisələr. Buna da bir sıra misallar çəkmişdik..
İnsan isə nəyə məcbur olduğunu və nəyə məcbur olmadığını , nəyin onun əlində olduğunu , nəyə ixtiyarı çatmadığını çox gözəl bilir.
إِنَّ الْإِنْسَانَ لِرَبِّهِ لَكَنُود
Həqiqətən, insan Rəbbinə qarşı çox nankordur.
وَإِنَّهُ عَلَىٰ ذَٰلِكَ لَشَهِيدٌ
Əlbəttə, o özü də buna şahiddir.
(Əl-Adiyət ;6)
Fussilət 19-21-ci ayələrdə Allah buyurur:
وَيَوْمَ يُحْشَرُ أَعْدَاءُ اللَّهِ إِلَى النَّارِ فَهُمْ يُوزَعُونَ
O gün Allahın düşmənləri cəhənnəmə sürüklənmək üzrə toplanılacaqlar.
حَتَّىٰ إِذَا مَا جَاءُوهَا شَهِدَ عَلَيْهِمْ سَمْعُهُمْ وَأَبْصَارُهُمْ وَجُلُودُهُمْ بِمَا كَانُوا يَعْمَلُونَ
Nəhayət, ora gəldikləri zaman qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şahidlik edəcəkdir.
وَقَالُوا لِجُلُودِهِمْ لِمَ شَهِدْتُمْ عَلَيْنَا ۖ قَالُوا أَنْطَقَنَا اللَّهُ الَّذِي أَنْطَقَ كُلَّ شَيْءٍ وَهُوَ خَلَقَكُمْ أَوَّلَ مَرَّةٍ وَإِلَيْهِ تُرْجَعُونَ
Onlar öz dərilərinə: “Nə üçün əleyhimizə şahidlik etdiniz?” - deyəcəklər. Dəriləri də: “Hər şeyi danışdıran Allah bizi də danışdırdı. İlk dəfə sizi O yaratdı və Ona qaytarılırsınız”, - deyə cavab verəcəklər.

Qiyamət günü özünü təmizə çıxarmağın , əməllərinə bəraət qazandırmağın heç bir yolu olmayacaq.
Əgər qədərdə insanın heç bir seçim haqqı yoxdur, tam ixtiyarsızdır, başına gələnlər yalnız və yalnız Allahın ona seçdiyidir, rəyini götürsək, o zaman şəriətin , dinin, Allahın nemətlərinin və əzablarının  heç bir əhəmiyyəti olmaz , Cənnət və Cəhənnəm əhli  ədalətlə ayrılmaz, lakin əlbəttə ki, insan    öz əməllərini, yolunu Allahın izni ilə özü seçir. Allah Quranda deyir:
وَقَالَ قَرِينُهُ هَٰذَا مَا لَدَيَّ عَتِيدٌ
Onun yanındakı yoldaşı (mələk): “Bu yanımdakı hazırdır!” - deyəcəkdir.
أَلْقِيَا فِي جَهَنَّمَ كُلَّ كَفَّارٍ عَنِيدٍ
Allah əmr edib deyəcək: "Atın Cəhənnəmə hər bir inadcıl kafiri,
مَنَّاعٍ لِلْخَيْرِ مُعْتَدٍ مُرِيبٍ
Xeyrə mane olanı, həddi aşanı və (haqdan) şübhə edəni də!
الَّذِي جَعَلَ مَعَ اللَّهِ إِلَٰهًا آخَرَ فَأَلْقِيَاهُ فِي الْعَذَابِ الشَّدِيدِ
O, Allahla yanaşı özünə başqa bir ilah qəbul etmişdi. Buna görə də onu şiddətli əzabın içinə atın!”
قَالَ قَرِينُهُ رَبَّنَا مَا أَطْغَيْتُهُ وَلَٰكِنْ كَانَ فِي ضَلَالٍ بَعِيدٍ
Onun yoldaşı (şeytan): “Ey Rəbbimiz! Onu mən azdırmadım. O özü (haqdan) uzaq bir azğınlıq içində idi.
قَالَ لَا تَخْتَصِمُوا لَدَيَّ وَقَدْ قَدَّمْتُ إِلَيْكُمْ بِالْوَعِيدِ
Allah buyuracaq: “Mənim hüzurumda mübahisə etməyin! Mən daha əvvəl sizə xəbərdarlıq etmişdim.
(Qaf;23-29)
Allah batilə meyillənəni batilə müvəffəq edir, haqqa meyillənəni isə haqqa müvəffəq edir.
27
MÜXTƏLİF AYƏLƏRİN TƏFSİRİ / MAİDƏ SURƏSİ; 5
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 01.08.2023, 20:44:47 »


Kitab əhli qadınla evlənmək , yəni , nəsrani (xristian), yəhudi qadınla evlənmək müsəlman kişiyə icazəlidirmi?

Bəli, Quranda qeyd olunan şərtlər daxilində evlənmək icazəlidir:

وَالْمُحْصَنَاتُ مِنَ الْمُؤْمِنَاتِ وَالْمُحْصَنَاتُ مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ مِن قَبْلِكُمْ إِذَا آتَيْتُمُوهُنَّ أُجُورَهُنَّ مُحْصِنِينَ غَيْرَ مُسَافِحِينَ وَلَا مُتَّخِذِي أَخْدَانٍ ۗ وَمَن يَكْفُرْ بِالْإِيمَانِ فَقَدْ حَبِطَ عَمَلُهُ وَهُوَ فِي الْآخِرَةِ مِنَ الْخَاسِرِينَ
... iffətli mömin qadınlar və sizdən əvvəl kitab verilmişlərdən azad və iffətli qadınlar namuslu olub zina etməmək və aşna saxlamamaq şərtilə, mehrlərini də verdiyiniz təqdirdə (onlarla evlənməyiniz sizə halaldır). Kim iman etməkdən üz çevirərsə, onun əməli boşa getmişdir və o, axirətdə zərər çəkənlərdən olacaqdır.(Əl-Maidə;5)
Bu ayədə bütün şərtlər  qeyd olunub.

 Ən birinci Allah وَالْمُحْصَنَاتُ مِنَ الْمُؤْمِنَاتِ
"Yəni iffətli mömin qadınlar" Müsəlman kişinin mömin qadınla evlənməsi, kafir qadın ilə evlənməsindən daha üstündür. Bu səbəblə də Allah ilk olaraq mömin qadını qeyd edib. Sonra isə alternativ olaraq, kitab əhli ilə evlənməyin icazəli olduğunu qeyd edib və ardınca bəzi şərtlər sadalayıb...
وَالْمُحْصَنَاتُ مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ
Yəni kitab əhlindən iffətli olan qadınlarla.
اللإحصان
Sözünün ərəbcə 3 mənası var:
1. Evli
2. Azad (qul olmayan)
3. İffətli

Şəriətimizdə evli qadınla evlənmək haramdır, ayədə bu nəzərdə tutulmur.
Şəriətimizdə kölə qadınla evlənmək halaldır,  deməli ayədəki mənası bu da deyil. Yəni qul qadınla evlənmək üçün "mütləq azad olunmalıdır" şərti yoxdur.
Demək ki, ayədə nəzərdə tutulan (ihsan) "iffətli" mənasındadır.

Abırsız,  həyasız , əxlaqsız, iffətsiz, pozulmuş bir qadınla evlənmək müsəlman kişiyə icazəli deyil.  İstər  bu qadın müsəlman olsun, istərsə də, əhli kitab.
الْخَبِيثَاتُ لِلْخَبِيثِينَ وَالْخَبِيثُونَ لِلْخَبِيثَاتِ ۖ وَالطَّيِّبَاتُ لِلطَّيِّبِينَ وَالطَّيِّبُونَ لِلطَّيِّبَاتِ
Murdar qadınlar murdar kişilərə, murdar kişilər də murdar qadınlara məxsusdur. Təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara məxsusdur (yaraşır)(Ən-Nur;24)
Ayədə də qeyd olunduğu kimi, "İffətsiz qadınla iffətsiz kişi evlənər."

İstər əhli kitab olsun, istər də müsəlman.

2-ci şərt:
وَالْمُحْصَنَاتُ مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ مِنْ
 قَبْلِكُمْ
Ayədə deyilir ki, "sizdən əvvəl kitab verilmişlərdən..." yəni o kitaba iman gətirmişlərdən. Adı xristian ,yəhudi özü isə öz dinində kafir olanlar, məsələn, Allaha inanmayanlar, şəri cəhətdən əhli kitab sayılmırlar, onlar öz dinlərindən çıxmış sayılırlar. Yəni xristian ölkəsində yaşayan hər kəs , xristian deyil, əgər xristian dini inancında deyilsə,  öz dininə küfr edibsə, müsəlmana onunla evlənmək halal deyil.

3-cü şərt:
إِذَا آتَيْتُمُوهُنَّ أُجُورَهُنَّ مُحْصِنِينَ غَيْرَ مُسَافِحِينَ وَلَا مُتَّخِذِي أَخْدَانٍ
 namuslu olub zina etməmək və aşna saxlamamaq şərtilə, mehrlərini də verdiyiniz təqdirdə...
Yəni, necə ki, müsəlman qadınla evlənəndə,  nikahsız sevgili olmaq  dinimizdə icazəli deyil, eləcə də , kitab əhli ilə, şəriətin qoyduğu hüdudlardan kənar münasibətdə olmaq icazəli deyil.
1.Yəni zina etməyəcəksən ( buna  zinanın hər növü aiddir)
2. Qeyri-ciddi şəriətə müxalif  əlaqə qurmayacaqsan
3. Mehrini ödəməklə şər'i nikahla ailə quracaqsan. Kafir qadının vəlisi müsəlman kişi qohumlarından (ata, qardaş, əmi və s. )  olur, əgər müsəlman qohumu yoxdursa, müsəlmanlardan ( qazi, elm tələbəsi, məscid imamı və s. ) ona vəli təyin olunur.

Bura kimi hər şey aydındır, siz bir də ayənin sonuna baxın:
وَمَنْ يَكْفُرْ بِالْإِيمَانِ فَقَدْ حَبِطَ عَمَلُهُ وَهُوَ فِي الْآخِرَةِ مِنَ الْخَاسِرِينَ
Kim iman etməkdən üz çevirərsə, onun əməli boşa getmişdir və o, axirətdə zərər çəkənlərdən olacaqdır.

Ayənin sonunda kafir qadınla ailə quran kişini gözləyən təhlükəni Allah bilir və bu səbəblə də ona xəbərdarlıq edir, xatırlatma edir,

Kim iman etməkdən üz çevirərsə, onun əməli boşa gedər və axirətdə də zərərçəkənlərdən olacaqdır.
Çünki kafirlə oturub-duran bir insanın Allahın dinində zəifləməsi və zamanla dindən soyuması, son olaraq dinindən çıxması çox labüddür.  Kafirə meyl  edən bir kişi , öz əli ilə öz dinini təhlükəyə saldığını bilməlidir.
"المرء على دين خليله فلينظر أحدكم من يخالل".. رواه أحمد
İnsan dostunun dinindədir, hər kəs kiminlə dostluq etdiyinə diqqət yetirsin.
(Əhməd rəvayət edib)

وَاللَّهُ يُرِيدُ أَنْ يَتُوبَ عَلَيْكُمْ وَيُرِيدُ الَّذِينَ يَتَّبِعُونَ الشَّهَوَاتِ أَنْ تَمِيلُوا مَيْلًا عَظِيمًا
Allah sizin tövbələrinizi qəbul etmək istəyir. Öz nəfsinə uyanlar isə sizi böyük bir əyriliklə (düz yoldan) sapdırmaq istəyirlər.(Ən-Nisa ;27)

İslam dininin hüdudları nə cahilə, nə də kafirə uyğun deyil.
Musiqiyə qulaq asmamaq
İçki içməmək,
İsti yay günlərində hicabla, örtülü geyimlə gəzmək,
1 ay oruc tutub gecələri namaz qılmaq.
Və s. Cənnətə gedən yola ancaq Allahdan qorxan insan ixlasla səbr edər.

Allah hər bir saleh müsəlman, mömin kişiyə Cənnətə gedən yolun bütün çətinliyinə sevərək səbr  edib, onunla birgə addımlayan Salehə zövcə nəsib etsin.

هَا أَنْتُمْ أُولَاءِ تُحِبُّونَهُمْ وَلَا يُحِبُّونَكُمْ
Bəli, siz o kimsələrsiniz ki, onları sevirsiniz, onlar isə sizləri sevməzlər.
(Əli İmran ;119)
Allah onların (kitab əhlinin) müsəlmanları sevmədiyini Quranda deyir, hətta müsəlmanlar onları sevsə belə.
وَمَنْ أَصْدَقُ مِنَ اللَّهِ قِيلًا
Allahdan daha doğru danışan kimdir?!  (Ən-Nisa;122)

Peyğəmbər sallallahu aleyhivə səlləm demişdir:
لاَ تُصَاحِب إِلاَّ مُؤْمِنًا، وَلاَ يَأْكُل طَعَامَكَ إِلاَّ تَقِي
Mömindən başqası ilə yaxınlıq etmə, çörəyini də Allahdan haqqı ilə qorxan(təqvalı insan) yesin
(Tirmizi)

Bu maidə surəsi 5-ci ayənin təfsiri və ayədəki hökmün (kişinin əhli kitabdan olan qadınla evliliyi hökmünün) şərhidir.
28
FAYDALAR / YENİ İL QEYD ETMƏYİN HÖKMÜ. DƏVƏTİN ƏDƏBİ
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 01.08.2023, 17:49:27 »

Allahın bir ayəsinə diqqət yetirək:
وَلَا تَسُبُّوا الَّذِينَ يَدْعُونَ مِنْ دُونِ اللَّهِ فَيَسُبُّوا اللَّهَ عَدْوًا بِغَيْرِ عِلْمٍ ۗ كَذَٰلِكَ زَيَّنَّا لِكُلِّ أُمَّةٍ عَمَلَهُمْ
Allahdan başqasına dua edənlərə (sitayiş edənlərə) söyməyin! Yoxsa onlar da, bilmədən düşməncəsinə Allaha söyərlər. Beləcə, hər bir ümmətə öz əməllərini cazibəli göstərdik.
(əl-Ənam surəsi, 108-ci ayə)

İslamda hər şeyin, eləcə də dəvətin bir yolu ədəbi var:
  Necə ki, islamın Qurban və Ramazan bayramını müsəlmanlardan başqaları qeyd etmir, müsəlmanlara da xristianların yeni il, milad, christmas, Thanksgiving Day adını necə qoyurlar qoysunlar , xülasə, 31 dekabrı bayram kimi qeyd etmək yaraşmaz.
Bu bayramı keçirtmək niyyətindən aslı olmayaraq günahdır. Əgər niyyət sadəcə əylənmək şənlənmək və s. Bu kimi düşüncələrdirsə, onda sən Allahın ayəsinə və Peyğəmbərin sünnəsinə asisən. Günah sahibisən. Çünki Allah müsəlmana qadağan edib kafirlərin bayramında əylənməyi, qeyd etməyi. Amma əgər niyyət kafirə bənzəmək, onları üstün tutmaq, onlara heyran olmaq və s. Kimidirsə artıq bu küfrdür.

Çünki Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) demişdir:
مَنْ تَشَبَّهَ بِقَوْمٍ, فَهُوَ مِنْهُمْ
Kim özünü hansı qövmə bənzədərsə,  o onlardan sayılar ( Sunən Əbi Davud ;4031)
Bu şəriətimizdə mütləq şəkildə əməl olunması vacib olan əmrlərdəndir. Rasulullah (sallallahualeyhi və səlləm) kafirlərə nə dinlərində, nə adətlərində nə bayramlarında, nə   yaşam tərzlərində və s.  bənzəmirdi, və bizə də həm Quranda həm sünnədə onlara bənzəməmək əmr olunub.
Allah Quranda deyir :
ثُمَّ جَعَلْنَاكَ عَلَىٰ شَرِيعَةٍ مِنَ الْأَمْرِ فَاتَّبِعْهَا وَلَا تَتَّبِعْ أَهْوَاءَ الَّذِينَ لَا يَعْلَمُونَ
Sonra sənə də dində şəriət yolu göstərdik. Sən ona tabe ol və (haqqı) bilməyənlərin istəklərinə tabe olma!
(əl-Casiyə surəsi, 18-ci ayə)

Bunları bir xatırlatma olaraq  yazdım, am a əsas yazmaq istədiyim başqa mövzudur:
Necə ki, Qurban bayramında sosial şəbəkə postlarında bəzəkli Qoyun şəkli  paylaşılır, bayram süfrələrindş axır vaxtlar "qoyun" tortu bişirilir, Qurban bayramı "Qoyun bayramı" kimi təqdim olunur və beləliklə  Allahın ayəsi , bir növ təhqir olunur. Hansı ki, Qurban bayramının mahiyyəti  ilə qoyun arasında heç bir əlaqə yoxdur. Eləcə də, yeni ili qeyd etməyin islamda qadağan olunmasının , şaxta baba ilə əlaqəsi yoxdur. Yəni "günah" şaxta babada deyil.
Şaxta babaya qarşı aqressiv postlar paylaşıb, yeni il  haramdır  və s, yazılı posterlər Allahın dininə əsla dəvət ola bilməz!!! Şaxta babanı, şam ağacını( yolkanı) və s. pisləmək,  karikaturalar çəkmək, lağlağı sözlər yazmaq, bu mövzuda komikslər paylaşmaq, bunlar kafirlərin  propaqanda üsullarıdır, bunun özü elə kafirlərə bənzəməkdir, qaş düzəldən yerdə hərtərəfli vurub gözünü çıxartmaqdır..
Dəvət isə Quran və sünnədən dəlil gətirməklə olur. Başqasının inancını, fikirlərini, bayramını söyməklə yox. Ayəni bir daha yazıram:
وَلَا تَسُبُّوا الَّذِينَ يَدْعُونَ مِنْ دُونِ اللَّهِ فَيَسُبُّوا اللَّهَ عَدْوًا بِغَيْرِ عِلْمٍ ۗ كَذَٰلِكَ زَيَّنَّا لِكُلِّ أُمَّةٍ عَمَلَهُمْ
Allahdan başqasına dua edənlərə (sitayiş edənlərə) söyməyin! Yoxsa onlar da, bilmədən düşməncəsinə Allaha söyərlər. Beləcə, hər bir ümmətə öz əməllərini cazibəli göstərdik. (əl-Ənam surəsi, 108-ci ayə)
ادْعُ إِلَىٰ سَبِيلِ رَبِّكَ بِالْحِكْمَةِ وَالْمَوْعِظَةِ الْحَسَنَةِ ۖ وَجَادِلْهُمْ بِالَّتِي هِيَ أَحْسَنُ ۚ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَنْ ضَلَّ عَنْ سَبِيلِهِ ۖ وَهُوَ أَعْلَمُ بِالْمُهْتَدِينَ
Hikmətlə və gözəl nəsihətlə Rəbbinin yoluna dəvət et! Onlarla ən gözəl şəkildə mübarizə apar! Şübhəsiz ki, Rəbbin yolundan azanları da, doğru yolda olanları da ən yaxşı tanıyandır.
(ən-Nəhl surəsi, 125-ci ayə)
Əgər Allah bizə hidayət verməsə, biz heç vaxt heç kimdən üstün sayılmırıq, insan gərək dəvət edərkən, özünü üstün "məxluq" hiss etməsin, cahili xor görməsin, onun cəhalətinə lağ eləməsin, öz halını günahlarını unutmasın , həqiqi  ixlasla, Tək Allahın razılığını qazanmaq üçün  və Allahın əmr etdiyi şəkildə dəvət etsin.

بَلِ اللَّهُ يَمُنُّ عَلَيْكُمْ أَنْ هَدَاكُمْ لِلْإِيمَانِ إِنْ كُنْتُمْ صَادِقِينَ
Əksinə, əgər sadiqlərdənsinizsə, bilin ki, əslində sizi imana yönəltdiyinə görə Allah sizə minnət qoymalıdır”.
(əl-Hucurat surəsi, 17-ci ayə)
وَكُنْتُمْ عَلَىٰ شَفَا حُفْرَةٍ مِنَ النَّارِ فَأَنْقَذَكُمْ مِنْهَا
Siz bir atəş quyusunun kənarında ikən O sizi oradan xilas etdi.
(Ali İmran surəsi, 103-cü ayə)
Xüslasə, kafirsayağı, lağlağı, təhqiramiz , təkəbbürlü paylaşımlar əvəzinə
  Dəlillə, izah edərək, ixlasla  hikmətlə gözəl sözlə dəvət aparmaq lazımdır.
 Karikaturalar isə surətdir, dinizmidə surət çəkmək böyük günahlardan sayılır.

وَقُولُوا لِلنَّاسِ حُسْنًا
İnsanlarla xoş danışın!
(əl-Bəqərə surəsi, 83-cü ayə)
29
İCMA - Peyğəmbərin ( sallallahu aleyhivə səlləm ) ölümündən sonra hər hansı şəri məsələdə o dövrün bütün  müctəhid alimlərinin ittifaq etməsinə deyilir.
Müctəhid alimlərin bir məsələdə ittifaqı hüccətdir. Ona qarşı çıxmaq küfrdür. Çünki müctəhid alimlər bir məsələdə ittifaq etmək üçün həmin məsələyə aid olan bütün dəlilləri  hərtərəfli şəkildə araşdırır, sonra bu araşdırmadan çıxan nəticəyə uyğun fikirlərini bildirirlər.  Və icma, alimlərin bir məclisdə toplaşıb qərar verməsinə deyilmir.
Bir məsələdə hər biri özlüyündə araşdırma edib fikir bildirdikdən sonra əgər bu fikirlər hamısı üst-üstə düşərsə ,  o zaman bu icma sayılır. Yəni hər biri özlüyündə araşdırıb və hər biri tamamilə eyni qənaətə gəlib. Alimlərin harda yaşamasının, bir-birinə yaxın uzaq olmasının  buna aidiyyəti yoxdur.
Peyğəmbərin (sallallahualeyhi və səlləm) ölümündən sonra  alimlərin (səhabələrin) ilk icması  ( bütün səhabələrin Həmfikir olduğu məsələ) bilirsiniz nə olub????

Əbu Bəkrin (radiyallahu anhu) imaməti.

 Yəni xəlifə olaraq qəbul olması, istisnasız bütün səhabələr (o dövrün bütün müctəhid səhabə alimləri) tərəfindən  təsdiqlənib.
İcma olunan məsələlər  o məsələlərdir  ki, artıq müzakirəyə açıq deyil.
Məsələn, alimlər icma edib ki,  qeybət böyük günahlardan sayılır. Kiçik günahlardan deyil.
Qurtubi öz təfsirində deyib: "لا خلاف ان الغيبة من الكبائر، وأن من اغتاب أحدا عليه ان يتوب إلى الله".
Qeybətin böyük günahlardan olmasında heç bir ixtilaf yoxdur, kim başqasının qeybətini qırarsa, Allaha tövbə etməlidir. "
Qeybət alimlərin icmasına görə haramdır , buna Qurani kərimdən dəlil (əl-Hucurat surəsi; 2) ayədir.

Qeybətin ən pis növlərindən biri dövlət başçısının qeybətini etməkdir.  Çünki, dövlət başçısının qeybətini etmək, böyük fitnələrı səbıb olur və  insanların qəlbində dövlətə qarşı birləşmək hissi oyadır.
Əhli-Sünnə vəl Cəmaat olmağın əsas əlamətlərindən biri dövlət başçısına sadiq olmaq və ona qarşı çıxmamaqdır. Sələfin ən böyük alimlərindən  dövlətə qarşı çıxmağı icazəli görən heç bir nəfər yoxdur. Dövlətə qarşı çıxıb, haqq iddia etmək xavariclərin və azğın bidətçilərin yoludur.
Sələmə bin Yəzid əl Cufi Rasulullaha (sallallahualeyhi vəsəlləm) sual verir:
" Əgər bizə bizdən haqqını tələb edib, bizim haqqımızı isə  verməyən başçılıq edərsə, nə edək?
Rasulullah ( sallallahu aleyhi və səlləm) cavab verir: " Onlara qulaq asın və itaət edin, siz öz öhdəliklərinizdən, onlar da öz öhdəliklərindən məsuldurlar" (Tirmizi. Fitən; 30)
Yəni insanların ödəliyi itaətdir, Cəzanı, mükafatı isə Allah verir.
Dövlət başçısının əleyhinə danışmaq və qeybət qırmaq da itaətsizlikdəndir.
 Sələf alimlərindən bu məsələdə misallara baxaq.
” إذا رأيت الرجل يدعو على السلطان فاعلم أنه صاحب هوى، وإذا سمعت الرجل يدعو للسلطان بالصلاح، فاعلم أنه صاحب سنة “
كتاب السنة للإمام البربهاري
İmam Barbahari deyib: Əgər bir insanı sultanın əleyhinə dua edən görsən bil ki o, həva əhlidir, əgər  sultan üçün dua edən görsən, bil ki , Allahın izni ilə o , sünnə sahibidir". ("Kitab əs-Sunnə, İmam Əl-Barbahari"
Sonra davam edir:
فأمرنا ان ندعو لهم بالصلاح ولم نؤمر  أن ندعو عليهم ، وإن  ظلموا وجاروا؛ لأن ظلمهم وجورهم  على أنفسهم،  وصلاحهم لأنفسهم وللمسلمين.
Bizə onların islahı üçün dua eləmək əmr olunub, onların əleyhinə  deyil. Hətta zülm və azğınlıq etsələr belə. Çünki, zülmləri və azğınlıqları öz əleyhlərinədir, lakin islahları həm özlərinin həm də müsəlmanların lehinədir.
İmam Tahavi öz "Əqidə" sində deyir:
ولا نرى الخروج على أئمتنا وولاة أمورنا و إن جاروا، ولا ندعو عليهم، ولا ننزع يدا من طاعتهم ، و نرى طاعتهم من طاعة الله فريضة ، ما لم يأمروا بمعصيى، وندعو لهم بالصلاح  والمعافاة". (العقيدة الطحوية بتخريج الألباني (ص.٦٨)
Hətta azğınlıq etsələr belə,  idarəçilərimizin və dövlət başçılarımızın əleyhinə  baş qaldırmağı (öz əqidəmizdən) görmürük, onların əleyhinə (bəd) dua etmirik,  onlara itaətdən üz çevirmirik,  Allaha asi olmağı əmr etmədikləri müddətcə, onlara itaəti Allaha fərz olan itaətdən görürük, onlara doğru yol və bağışlanma diləyirik.  ( Aqidətut-Tahaviyyə(Albaninin təxrici ilə); səh 68)
Əbu Bəkr Əl-İsmaili deyir:
يرون  الدعاء لهم بالصلاح والعطف إلى العدل"
(اعتقاد أهل السنة؛ ص:٥)
(Əhli-Sünnə əqidəsinə görə)  onlara  (dövlət başçılarına) doğru yola və ədalətə müvəffəq olmaları üçün  dua edilir. (Əhli sünnənin etiqadı ; səhifə 5).
30
FAYDALAR / Cvb: SƏBR HAQQINDA
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 01.08.2023, 17:31:08 »
رَبَّنَا وَسِعْتَ كُلَّ شَيْءٍ رَحْمَةً وَعِلْمًا
 “Ey Rəbbimiz! Sənin mərhəmətin və elmin hər şeyi əhatə etmişdir. (Ğafir;7)

Birdən dünyada heç bir təsəllisi olmayan , çox acı dərdlər olur. Amma Allahın Elmi və Mərhəməti ilə hər şeyi əhatə etdiyini  xatırlayanda, sənin sevdiyini , Allahın daha çox sevdiyini  və sənə acı gələni  Allahın rəhməti ilə etdiyini və bunun  əslində  görmədiyimiz, başa düşmədiyimiz nemət olduğunu dərk etmək insan üçün qurtuluşdur, bunlar, ən xoşbəxt möminə aid ən gözəl hislərdir.
Səhifə: 1 2 [3] 4 5 ... 10