Allahı çox zikr edin! (Əl-Əhzab;41)

Axrıncı Yazılar

Səhifə: 1 ... 3 4 [5] 6 7 ... 10
41
TÖVHİD / Tövhid haqqında qısa məlumat
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 02.28.2022, 02:31:51 »
Tövhid, lüğəvi cəhətdən -(وحد،يوحد ، توحيدا- vəhhədə,yuvəhhidu, touhidən)  təkləşdirmək deməkdir.
 وحد المسلمون ربهم - Müsəlmanlar Rəblərini təkləşdirdilər - Yəni, tək olan Rəblərinə, Allaha ibadət etdilər.
Şər'i cəhətdən iki mənası var:
1.Ümumi məna: Allahı Ona aid olan hər şeydə təkləşdirmək. Buna tövhidin bütün növləri aiddir;yaratmaqda , idarə ətməkdə, ibadətdə, ad və sifətlərində və s. təkləşdirmək.
2. Xüsusi məna: Allahı ibadətdə təkləşdirmək.
Qul Rəbbini tövhidin iki istiqamətində təkləşdirməlidir:
1. المعرفة والإثبات

1. Əl-mə'rifətu vəl-İsbət.Qul tək olan Rəbbini tanımalı və onu təsdiq etməlidir.
2. القصد والطلب
2.Əl-Qasdu vət-Taləb.Qul ibadətlərində, istəklərində Rəbbini nəzərdə tutmalı və yalnız Ona yönəlməlidir.

Tövhidin 3 növü var:
1. Rububiyyəh
2. Uluhiyyə
3. Ad və sifətlər tövhidi
Tövhid bu növlərə nə üçün bölünüb?
1.Bu növlər bir sıra Quran ayələrinə əsasən müəyyənləşdirilib.
2. Belə növlərə ayırmaqla  Allahın haqqını insanlara daha  asanlıqla öyrətmək olur
3. Keçmiş alimlərdən İbn Teymiyyə və Muhamməd bin Abdulvahhabdan əvvəl  Əbu Cəfər Ət-Tahavi, Qurtubi, İbn-u Cərir, İbn-u Məndəh, İbn-u Battah və s. alimlər tövhidi qismlərə bölüblər. ( Bax: "القول السديد في الرد على من أنكر تقسيم التوحيد" للشيخ عبد الرزاق البدري)
4 . Hər hansı bölgü məna cəhətdən doğrudursa və Quran , Sünnəyə müvafiqdirsə , bu bölğü şər'i cəhətdən də qəbuldur.
Tövhidi qismlərə ayırmağın faydaları:
1. Dəlillərdən düzgün nəticə çıxarmaq. Məsələn,Quranda məkkə müşriklərinin, Allahı yaratmaqda  təkləşdirdikləri yazılıb:

وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَهُمْ لَيَقُولُنَّ اللَّهُ ۖ فَأَنَّىٰ يُؤْفَكُونَ
Əgər onlara özlərini kim yaratdı deyə sual versən, əlbəttə: “Allah!” - deyəcəklər. (Zuxruf;87)
 Bu halda bəs niyə müşrik sayılırlar? Cavab: Çünki Allahı Rububiyyəh tövhidində təkləşdirib, Uluhiyyə tövhidində şirk qoşurdular. Yəni Allahı yaratmaqda təkəlşdirsələr də, ibadətdə təkləkdirmirdilər.
2. Qismlərə bölməklə, Allahı istər yaratmaqda, istər  ibadətdə , istərsə də ad və sifətlər cəhətdən təkləşdirməli olduğumuzu ayrı-ayrılıqda öyrənirik
İbadətdə təkləşdirməyin ( ibadət tövhidinin) əhəmiyyəti:
1. Tövhidin özünün əhəmiyyəti:
*Tövhid Allahın haqqıdır.
وعن مُعاذ بن جبلٍ  قال: كنتُ رديف النبيِّ ﷺ على حمارٍ فقال لي: يا معاذ، أتدري ما حقّ الله على العباد؟ وما حقّ العباد على الله؟ قلت: الله ورسوله أعلم، قال: فإنَّ حقَّ الله على العباد أن يعبدوه; ولا يُشركوا به شيئًا، وحقَّ العباد على الله أن لا يُعذِّب مَن لا يُشرك به شيئًا»
Muaz bin Cəbəldən rəvayət olunur: Mən   Rasulullahla  (sallallahu aleyhi və səlləm) bərabər, uzunqulağın tərkində gedirdim.Mənə dedi, Ey Muaz, Allahın qulları üzərindəki haqqının nə olduğunu bilirsənmi? Cavab verdim: "Allah və rəsulu daha yaxşı bilər" Dedi: "Allahın qulları üzərindəki haqqı Ona ibadət etmələri və heç bir şeyi şərik qoşmamalarıdır. Qulun Allah üzərində olan haqqı isə, Ona şərik qoşmayana əzab verməməsidir."(Buxari,Muslim)
2. Yaradılanın yaradılış qayəsidir:
وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنسَ إِلَّا لِيَعْبُدُونِ
"Mən cinləri və insanları yalnız mənə ibadət etmələri üçün yaratdım"( Əz-Zəriyət;56)
42
ELM TƏLƏB ETMƏK / Elm öyrənməyin fəziləti:
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 02.28.2022, 02:26:35 »
Elm öyrənməyin fəziləti:
1.Allah elm öyrənən möminin dərəcəsini həm bu dünyada, həm də Axirətdə elm öyrənməyən möminlərdən üstün edər.
2. Mələklər elm tələbəsinin üzərinə qanadlarını açar
3. Allah elm tələbəsi üçün Cənnətin yolunu asanlaşdırar
وَعَنْ أَبي الدَّرْداءِ، ، قَال: سمِعْتُ رَسُول اللَّهِ ﷺ، يقولُ: منْ سَلَكَ طَريقًا يَبْتَغِي فِيهِ علْمًا سهَّل اللَّه لَه طَريقًا إِلَى الجنةِ، وَإنَّ الملائِكَةَ لَتَضَعُ أجْنِحَتَهَا لِطالب الْعِلْمِ رِضًا بِما يَصْنَعُ، وَإنَّ الْعالِم لَيَسْتَغْفِرُ لَهُ منْ في السَّمَواتِ ومنْ فِي الأرْضِ حتَّى الحِيتانُ في الماءِ، وفَضْلُ الْعَالِم عَلَى الْعابِدِ كَفَضْلِ الْقَمر عَلى سَائِرِ الْكَوَاكِبِ، وإنَّ الْعُلَماءَ وَرَثَةُ الأنْبِياءِ وإنَّ الأنْبِياءَ لَمْ يُورِّثُوا دِينَارًا وَلا دِرْهَمًا وإنَّما ورَّثُوا الْعِلْمَ، فَمنْ أَخَذَهُ أَخَذَ بِحظٍّ وَافِرٍ. رواهُ أَبُو داود والترمذيُّ.
Əbu Dərdadan (Allah ondan razı olsun) rəvayət olunur: "Rasulullahın (sallallahu aleyhi və səlləm) belə dediyini eşitdim:  "Kim elmin yolunu tutarsa, Allah ona Cənnətin yolunu asanlaşdırar, mələklər onların etdiklərindən razı olaraq qanadlarını onların üzərinə qoyar,  göylərdə və yerdə olanların hamısı, hətta dənizdəki balıqlar belə alim üçün bağışlanma diləyər. Alimin abiddən üstünlüyü, ayın digər ulduzlardan üstünlüyü kimidir. Alimlər peyğəmbərlərin varisləridir. Peyğəmbərlər dinar və ya dirhəm deyil, elm miras qoyarlar. Kim onu əldə edərsə, böyük nəsib qazanmış olar. (Əbu Davud, Tirmizi)
43
ELM TƏLƏB ETMƏK / Elm tələb edənə Cənnətin yolu necə asanlaşır?
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 02.28.2022, 02:24:07 »
Elm tələb edənə Cənnətin yolu necə asanlaşır?
1.Allah ona em tələb etməyi asanlaşdırır və beləliklə savabları çoxalır və Cənnətə daxil olur.
2.Allah ona bu elmi ilə əməl etməyi asanlaşdırır.
3.Allah ona tələb etmədiyi başqa bir elmi açır:
وَالَّذِينَ اهْتَدَوْا زَادَهُمْ هُدًى وَآتَاهُمْ تَقْوَاهُمْ
Doğru yolla gedənlərə gəldikdə isə, (Allah) onlara hidayətini artırar və onları təqvalı olmağa müvəffəq edər.(Muhamməd;17)
4. Allah ona Sırat körpüsündən keçməyi asanlaşdırır.

Allah kimi elm tələb etməyə müvəffəq edibsə, demək ki, onun üçün xeyir istəyib:

  عن معاوية رضي الله عنه قال سَمِعْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «مَنْ يُرِدِ اللَّهُ بِهِ خَيْرًا يُفَقِّهْهُ فِي الدِّينِ»
Müaviyədən (Allah ondan razı olsun) rəvayət olunur: Rasulullahın (sallallahu aleyhi və səlləm) belə dediyini eşitdim:  "Allah bir qulu üçün xeyir istədikdə onu dində fəqih edir ( trc: yəni, elm öyrənib əməl etməyə müvəffəq edir)." (Buxari, Muslim)
İbnul-Qayyim Miftəhu dərus-Səadəh (Xoşbəxtlik diyarının açarı) əsərində "fiqh" sözünün şər'i  mənasını belə izah etmişdir: "Fiqh-  Quranı və Sünnəni öyrənmək və bu bilik ilə əməl etməkdir"
Elm tələb etmək Ər-Razzaq olan  Allahın ruzisidir, Allahın qula bəxş etdiyi müvəffəqiyyətdir. Bu "ruzini" Allahdan davamlı istəmək lazımdır.
Əgər elm tələb etməyə müvəffəq olmusansa, bu Allahın sənə nemətidir, başqalarından üstünlüyün deyil. Və əgər bir gün elmdən uzaqlaşsan və ya ölsən, sənin yoxluğunla Allahın dini ziyana düşməyəcək. Çünki Qiyamətə qədər Allahın kitabını qoruyan insanlar çox olacaq. Əgər nemət verilənlərdənsənsə, nemətinin şükrünü et və bu nemətin səndən deyil, Rəbbindən olduğunu unutma.
في رواية لسلم (1037) (لَا تَزَالُ طَائِفَةٌ مِنْ أُمَّتِي قَائِمَةً بِأَمْرِ اللَّهِ لَا يَضُرُّهُمْ مَنْ خَذَلَهُمْ أَوْ خَالَفَهُمْ حَتَّى يَأْتِيَ أَمْرُ اللَّهِ وَهُمْ ظَاهِرُونَ عَلَى النَّاسِ)
Muslimdə (1037) rəvayət edilən hədisdə Rasulullah (sallallahu aleyhi və səlləm) deyir: "Ümmətimdən bir qrup Allahın əmri gələnə qədər (Qiyamət qopana qədər) doğru yolda (bir-birinə yol göstərməkdə, dəstək olmaqda) davam edəcək,  bu qrupa köməkdən üz döndərənlər və ya  müxalif olanlar onlara heç bir zərər verə bilməyəcək, insanlar arasında bu qrup hər zaman mövcud olacaq (heç zaman əskik olmayacaq)"
44
ƏRƏB DİLİ / Ərəb dili
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 02.28.2022, 02:18:43 »

Dünyanın ən zəngin dili ərəb dilidir:
الكلمة (kəlimə)- söz
الكلم (əl-kəlim)- الكلمة (kəlimə) sözünün cəmidir. 3 və  ya daha artıq sözə deyilir. İstər bu sözlərin birliyi sərbəst fikir ifadə etsin istərsə də etməsin.
الكلام- (əl-kələm) 2 və daha artıq sözün birləşməsindən əmələ gəlir və mütləq tamamlanmış fikir ifadə etməlidir. Mənası cümlədir.
الجملة - (əl-cumlə ) 2 və daha artıq sözün birləşməsindən əmələ gəlir. Tamamlanmış fikir ifadə etməsi şərt deyil.
القول
Sözü isə bütün bu sözlərdən daha ümumidir.
"Qoul" dedikdə həm söz, həm söz birləşməsi, həm cümlə,həm fikir və s. nəzərdə tutula bilir.
حَتَّىٰ إِذَا جَاءَ أَحَدَهُمُ الْمَوْتُ قَالَ رَبِّ
ارْجِعُونِ
لَعَلِّي أَعْمَلُ صَالِحًا فِيمَا تَرَكْتُ ۚ كَلَّا ۚ إِنَّهَا كَلِمَةٌ هُوَ قَائِلُهَا ۖ وَمِنْ وَرَائِهِمْ بَرْزَخٌ إِلَىٰ يَوْمِ يُبْعَثُونَ
Nəhayət, onlardan birinə ölüm gəldiyi zaman deyər: “Ey Rəbbim! Məni geri qaytar.
Bəlkə, tərk etdiyim yaxşı əməlləri (indi) edəm”. Xeyr! Onun bu dedikləri ancaq (boş) bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər bərzəx vardır.
Bütün kəlamlar (الكلام) cümlədir, hər cümlə "kəlam" sayilmir.
Kəlimə sözünün mənası söz olsa da bəzən kəlimə dedikdə "xütbə,fikir, " də nəzərdə tutulur
45
ƏHLİ SUNNƏ VƏL CƏMƏANIN ƏQİDƏSİ / Cvb: 3 ƏSAS
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 02.27.2022, 23:57:07 »

بسم الله الرحمن الرحيم
Öyrənəcəyimiz bu Üsulus Sələsə mətni Muhəmməd bin AbdulVahhabın əsərlərindən biridir. Üsulus Sələsə müsəlmanlar üçün faydalı və ən vacib, ən əsas, ən mühüm mətnlərdən biridir. Hər bir müsəlmanın onu bilməsinə ehtiyacı vardır. Hər bir müsəlman Üsulus Sələsəni öyrənməli və onu həyatında tətbiq etməlidir. Çünki müsəlmanın dünya və axirət səadəti bu 3 əsasdan asılıdır. Dinimiz İslam bu 3 əsas üzərində qurulmuşdur. Peyğəmbərimiz (salləllahu aləyhi və səlləm)  demişdir:
ذاقَ طَعْمَ الإيمانِ مَن رَضِيَ باللَّهِ رَبًّا، وبالإسْلامِ دِينًا، وبِمُحَمَّدٍ رَسولً
Kim Rəbb olaraq Allahdan,din olaraq İslamdan və rəsul olaraq da Muhəmməddən(salləllahu aləyhi və səlləm)razı qalarsa,imanı dadmış olar. (Səhih Muslim;34) Buradakı Rəbb olaraq Allahdan, din olaraq İslamdan və rəsul olaraq da Muhəmməddən (salləllahu aləyhi və səlləm)- bu üçündən  razı olmaq 3 əsas deməkdir. Biz bu duanı: رضيت بالله ربًا، وبالإسلام دينًا، وبمحمد رسولًا-hər gün 5 dəfə azan verilərkən şəhadətlərdə müəzzin "Rəsullah"sözünü deyəndə oxuyuruq.Yəni Rəbb olaraq Allahdan,din olaraq İslamdan və rəsul olaraq Muhəmməddən (saalləllahu aləyhi və səllə) razı qaldıq. Bundan əlavə biz səhər və axşam zikrlərində, yəni hər gün sübh namazından sonra günəş çıxana qədər və məğrib namazından 1 saat əvvəl yəni, günəşin batmasına 1 saat qalmışa qədər, bu duanı deyirik. Bu duanın gün ərzində bu qədər təkrarlanmasının səbəbi odur ki,o bizim dinimiz, həyatımız və axirətimiz üçün ən əsas olan şeyləri əhatə edir. Yəni, bu 3 əsasın gün ərzində bu qədər təkrarlanmasının səbəbi, bu 3 inancdan razı qalmağımızın, bizim həyatımız və təbii ki,  ölümdən sonra da bizə lazım olan ən əsas şey olmasıdır.
Muhəmməd (salləllahu aləyhi və səllə) demişdir: "Meyidi qəbirə qoyduqdan sonra, yəni basdırdıqdan sonra iki mələk gələr və insanın yanında oturub soruşar: ﻣﻥ ﺭﺑﻙ؟ ﻣﺎ ﺩﻳﻧﻙ؟ ﻣﻥ ﻧﺑﻳﻙ؟ -Rəbbin kimdir? Dinin nədir? Peyğəmbərin kimdir? " Buna görə də,  3 əsas bizim üçün bu qədər böyük əhəmiyyətlidir.  Çünki insan qəbrə girərkən ondan həmin bu 3 əsas soruşulacaqdır: Sənin Rəbbin kimdir? Dinin nədir? Peyğəmbərin kimdir? Dünyada bu 3 əsasa əməl etməliyik ki,qəbir sorğu-sualında da bunlara cavab verə bilək. Deməli,  insan qəbrə qoyularkən ilk soruşulan şey həmin bu 3 əsasdır. Bu səbəbə görə də, müəllif Muhəmməd bin AbdulVahhab bu 3 əsası bir əsər kimi formalaşdırıb və bütün kitabı bu 3 əsasa həsr edib. Əvvəllər insanlar bu 3 əsasa çox diqqət edirdilər, onu öyrənməyə həris idilər. Muhəmməd bin AbdulVahhab 3 əsası bizim əlimizdə olan bu qısa mətndə cəmləşdirib ki, hər bir insan-ən balaca uşaqdan tutmuş, ən yaşlı insana qədər- öyrənməyi rahat olsun. Bu əsəri yazıldıqdan sonra məscidlərdə, mədrəsələrdə, alimlərin yanında tədris olunmağa başlanıldı. Hətta o dövrdə bəzi müəllimlər bu əsərə din deyirdilər. Deyirdilər ki,dini oxu! Çünki dinin əsasıdır. Dinin üzərində qurulduğu 3 əsasdır. Məsələn, "Ey filankəs! Dini oxu!-deyirdilər. Çünki dinimiz elə bu 3 əsasdan ibarətdir. Allaha (Subhənəhu və Təalə) həmd olsun ki, bizi bu kitabı öyrənməyə, bu kitabı başa düşməyə müvəffəq  edib və buna görə də, Allaha (Subhənəhu və Təalə) şükr edib əsərin şərhinə başlayırıq.

İlk söz "Bismilləhir Rahmənir Rahim"dir və ümumiyyətlə Allah (Subhənəhu və Təalə) surələri "Bismilləhir Rahmənir Rahim"-lə başlayıb, bundan əlavə də bütün peyğəmbərlər öz risalələrini, məktublarını, yazılarını "Bismilləhir Rahmənir Rahim"-lə başlayıblar. Necə ki,Muhəmməd (salləllahu aləyhi və səlləm) hansısa bir insana nə isə yazanda, onu, "Rahmən və Rahim olan Allahın adı ilə" başlayırdı. Həmçinin digər peyğəmbərlərdə. Qurani-Kərimdə deyilir:
إِنَّهُ مِنْ سُلَيْمَانَ وَإِنَّهُ بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
O (məktub) Süleymandandır və (onda deyilir:) “Mərhəmətli və Rəhmli Allahın adı ilə! (Ən-Nəml;30)

Bu ayət da ona dəlalət edir ki, təkcə peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) deyil,bütün peyğəmbərlər öz yazılarını Allahın adı ilə başlayırdılar və xeyirli bir işə "Bismilləh"-lə başlamaq sünnədir,sələflərin yoludur.Eləcə də bu əsər Allahın adı ilə başlayıb. Çünki ən xeyirli işlərdən biridir və alimlər həmişə öz əsərlərini Ər-Rahmən və Ər-Rahim olan Allahın adı ilə başlayıblar.
اعْلمْ رَحِمَكَ اللهُ أَنَّهُ يَجِبُ عَلَيْنَا تَعَلُّمُ أَرْبَع مَسَائِلَ
Allah sənə rəhm etsin bil ki,bizim üzərimizdə öyrənilməsi vacib olan 4 məslə vardır. Bu əsərin "اعلم" - "bil ki" sözü ilə başlamasınında çox əhəmiyyətli bir səbəbi var. Allah (Subhənəhu və Təalə) Qurani-Kərimdə 30-a yaxın ayəni bu feillə başlayıb$ فاعلم، اعلموا və s. feilləri ilə müraciətlərə başlayıb. Həmin bu 30-a yaxın ayət ən əzəmətli ayətlərdir. Məsələn:
فَٱعْلَمْ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّا ٱللَّ
Bil ki,həqiqətən Allahdan başqa ibadətə layiq məbud yoxdur. (Muhamməd;19)
Yəni ən böyük əmrlər bu "اعلم" feili ilə başlayır. Bunun səbəbi isə həmin bu əzəmətli əmrləri qeyd etməmişdən əvvəl Allah (Subhənəhu və Təalə) qulunun fikrini cəmləşdirmək istəyidir. Yəni ki, qul fikrini cəmləşdirsin ki,bu feildən sonra ona ən böyük əmrlər gələcəkdir. Bu səbəbdən, müəllif də, həmin bu əsərini "اعلم" feili ilə başlayıb. Çünki bu "اعلم"-dən sonra çox mühüm məsələləri zikr edəcək. İkinci sözü isə "رحمك الله"-"RahiməkAllah"-dır. RahiməkAllah-yəni, "Allah (Subhanəhu və Təalə) sənə rəhm etsin" deməkdir. Nəyə görə "RahiməkAllah" deyir?- Əvvəla, bu nəsihətin əlamətidir və nəsihət edənlər kiməsə nə isə nəsihət edəndə, onun yaxşılığını istədikləri üçün Allahın (Subhənəhu və Təalə) onlara rəhm edib, xeyirlərə nail etməsini istədikləri üçün "RahiməkAllah"-yəni dua ilə başlayardılar. Yəni nəsihət edənlərin xüsusiyyəti, sözlərini demədən əvvəl səmimi bir dua etmələridir. Ümumiyyətlə, "رحمك الله" iki mənada işlənir: "غفر الله لك" və " رحمك الله". "ĞafərAllahu lək" "-Yəni Allah sənin keçmişdə olan bütün günahlarını bağışlasın."RahiməkAllah" isə Allahdan (Subhənəhu və Təalə) sənin üçün rəhmət, hidayət,doğru yol,doğru söz və saleh əməllərə müvəffəq olmağını istəyirəm" -deməkdir. Yəni bu insan bir insana "iələm RahiməkAllah" deyirsə həmin bu müəllif nəzərdə tutur ki,"Bil, ey Allah (Subhənəhu və Təalə) sənin günahlarını bağışlasın və səni ən xeyirli,ən üstün xeyirlərə müvəffəq etsin"."Bil ki".......-yəni öz əsərini bu formada başlamışdır.
46
NAMAZ / NAMAZ ÜÇÜN NİYYƏT ETMƏK
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 02.27.2022, 23:42:39 »
ƏSrimizin hədis alimi Şeyx Nasıruddin Əl-Albani
____________📍
Əş-Şeyx Əl-Albani oruc üçün gecədən (fəcrdən əvvəl) niyyət etmək və niyyəti dil ilə tələffüz etmək barədə deyib:
Bütün ibadətlərdə niyyətin yeri qəlbdir.Bunu bilmək Rasulullahın (Allahın salamı və xeyir-duası onun üzərinə olsun) yolu ilə getməyə diqqət edən hər bir müsəlmana vacibdir.
 
Bütün itaətlərdə və ibadətlərdə niyyəti dil ilə tələffüz etmək dinə əlavə edilmiş bidətdir.Namaza qalxdığın zaman:“Niyyət etdim Allah rızası üçün 4,3,2 rükətli , camaat halında, tək halda və ya imam olaraq namaz qılmağa”demə.
 Bunun hamısı lazım olmayan öz yığınıdır, xüsusən də əgər sən aləmlərin Rəbbi olan Allaha müraciət edirsənsə.
Onun qarşıında dayanıb, öz niyyətindən danışırsan, halbuki O , gizlini və aşkarda olanı bilir. Sənə isə ibadətini , namazını “Allahu Əkbər” (Allah ən böyükdür)deyərək başlamaq vacib edilib.
Səhih Muslimdə Aişə anamızdan (Allah ondan razı olsun ) Rasulullahın (Allahın salamı və xeyir-duası onun üzərinə olsun)namazlara “Allahu Əkbər” deyərək təkbirlə başladığı rəvayət olunur, biz iə namazımızı bidətlə başlayırıq.
Rasulullah (Allahın salamı və xeyir-duası onun üzərinə olsun)deyib ki, “Hər bir bidət zəlalətdir , hər bir zəlalət isə atəş.”
47
NAMAZ / NAMAZI TƏRK EDƏNİN HÖKMÜ
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 02.27.2022, 19:59:38 »
Bismilləh , əlhamdulilləh vəssalətu vəssələmu alə Rasulilləh.
Namazı tərk edənlərin hökmü islam dinində ən böyük ixtilaflı məsələlərdən biridir. Yəni istər keçmiş alimlər arasında, istərsə də, indiki alimlər arasında bu barədə fikir ayrılığı olub.
Əvvəla namazı tərk edənlərin özləri müxtəlif hallarda olur. Məsələn alimlər aşığıda qeyd etdiyim halları hökm cəhətdən bir birindən ayırıb:
▪️. Namazın fərz olmağını inkar edərək tərk edən
▪️ Tənbəllikdən tərk edən
▪️ Cahillikdən tərk edən
Və s.
Namazın fərz olduğunu inkar edərək tərk edəni ittifaqla kafir görsələr belə, orda da istisna qruplar ayırıblar. Məsələn:
▪️İslam dininə yeni daxil olub, islamdan kifayət qədər məlumatı olmayan
▪️Uzun müddət kafirlərin əsarətində müsəlmanlardan ayrı yaşayıb dininin unudulmasına məruz qalan
Eləcədə digər qrupları da növlərə ayırıblar , məsələn, namazı tənbəllikdən tamamilə tərk edən və ya gah tərk edib, gah da tərk etməyən.
Bunların hərəsinin də özünəməxsus xüsusi dəlillərlə izahı və hökmü var.
Sayılanlardan əlavə aldadılanlar, yanlış məlumatlandırılanlar və ya məcbur edilənlər də var
Yəni islam dinində  hər hansı hökm elmsiz verilmir. Allah Quranda deyir:
"Allahın ayələrinə inanmayanlar ancaq yalan uydururlar. Onlar əsil yalançılardır. Qəlbi imanla dolu olduğu halda (küfrə) məcbur edilən istisna olmaqla" (Ən-Nəhl; 105-106)
Yəni islamda bir insan haqqında hökm verərkən onu hərtərəfli analiz edirlər, lazım olduğu təqdirdə ona elm əhli nəsihət edir, sonra nəticəyə əsasən hökm çıxarırlar, dini məsələlərdə hökm vermək  oyuncaq deyil.
Məsələn, İslamda oğrunun əli kəsilir. Buna aid ayət var. Amma hər oğrunun əli kəsilmir. Mütləq nəyi, nə qədər, neçə dəfə  oğurladığı müəyyənləşməlidir. Həmçinin oğurluğu sübut olunmalıdır.
Bundan əlavə İslamda ümumi  hökmlə , fərdi hökm arasında fərq var. Məsələn,  səhih hədis var ki:
لعن الله الخمر وشاربها وساقيها وبائعها ومبتاعها وعاصرها ومعتصرها وحاملها والمحمولة إليه وآكل ثمنها
Allah içkiyə və onu içənə, süzənə, satana, satdırana, hazırlayana, hazırlatdırana, daşıyana , daşıtdırana və onun qazancını yeyənə lənət edib.
Biz buna etiqad edirik, iman edirik, amma bu əməllərdən birini edənə yaxınlaşıb, Allah sənə artıq lənət edib deyə bilmərik.
Rasulullahın (sallallahu aleyhi və səlləm)  dövründə bəzi kafir kişilər öz müsəlman cariyələrini zinaya məcbur edirdilər. Onlar da zina edirdilər. Bəs islamda onlar zinakar sayıldılarmı əlbəttə ki yox.
Yəni ümumiyyətlə özünə və elm səviyyəsinə yaraşmayan məsələlərlə məşğul olanlar, cahil hökmləri ilə  müsəlmanlar arasında fitnə çıxarmaq istəyənlər sələfin mənhəcində deyillər. Allahdan qorxan müsəlmana yaraşan odur ki, mükəlləf olmadığı məsələləri yüklənməsin, özünə müsəlman deyən adama hüccət çatmamış kafir deməsin. Necə ki, (peyğəmbərimizin sallallahu aleyhi və səlləm)  hədisində deyilir: "Kim müsəlman qardaşına "ey kafir" deyərsə, artıq onlardan biri dindən çıxmış sayılır". Həmçinin başqa hədisdə deyilir: "Özünə aid olmayan məsələlərdən uzaq durması , insanın dininin kamilliyindəndir"
Deyəcəyim bu qədər. Ən düzgün söz Allah və Rəsulunun  sözüdür, bütün səhvlər və naqisliklər isə öz nəfsimizdəndir.
Peyğəmbərimizə Allahın salamı və xeyir duası olsun!
48
QURAN/QURAN ELMLƏRİ / QURAN ÖYRƏNMƏK İSTƏYİRƏM
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 02.27.2022, 19:37:05 »
Təcvid elmini öyrəmək üçün mənbələr:

▪️ Ahlul-Quran mədrəsəsinin təcvid blogu:
https://muxtesertecvid.wordpress.com/

Blogdakı məlumatlar Şeyx Eymən Suveydin və Əli Əl-Məlikinin mühazirələrinə əsaslanaraq tərtib olunub və tərcümə edilib.

▪️ Hafs rəvayətindən peyğəmbərimizə (sallallahu aleyhi və səlləm) dayanan icazəsi olan müəllimə  Afaq UmmAminanın təcvid kanalı:
https://t.me/joinchat/T8UpsgKZ3BPoGfBn

▪️ Qurani-Kərimin 10 qiraətindən icazə almış müəllim Bəxtiyar Turabovun təcvidə aid hərtərəfli və dəyərli video playlistləri:
▫️ Təcvid Əhkamları:
https://youtube.com/playlist?list=PLgzWbUelLdiU5NLszmUCwN-hpPS1qXbtt
▫️  Təcvid Dərsləri:
https://youtube.com/playlist?list=PLgzWbUelLdiX0YBH4c0ol9oBM86zZASBR
▫️ Уроки Таджвида:
https://youtube.com/playlist?list=PLgzWbUelLdiVhNYgyShmTMHtC5LpL-cBD
▫️ Tuhfətul-Ətfal (Azərbaycan və Rus dillərində):
https://youtube.com/playlist?list=PLgzWbUelLdiVWdRruf_RGst3PF9uMNhjR

https://youtube.com/playlist?list=PLgzWbUelLdiVk-pl7y9-Dbd1SUUoTn7w5

▫️ "Əl-Cəzəriyyə" mətninin şərhi:
https://youtube.com/playlist?list=PLgzWbUelLdiXm_Ol7qcdYyTYKPxVUhfHl

 
▫️ Bəxtiyar Turabovun "Təcvid Əhkamları" kitabının PDF versiyasını Ahlul-Quran mədrəsəsinin elektron kitabxanasından aşağıdakı keçiddən əldə etmək olar:

https://ahlul-quran.com/kitabxana/kitab/tecvid-bextiyar-turabov/

▪️ Hafs rəvayətindən peyğəmbərimizə (sallallahu aleyhi və səlləm) dayanan icazəsi olan Yunis müəllimin Təcvid dərsləri:

https://youtube.com/channel/UCl3ObrEyTPtNFSujXukQ3hw

▪️ "Tuhfətul-Ətfal" mətninin tərcüməsini Ahlul-Quran mədrəsəsinin elektron kitabxanasından aşağıdakı keçiddən əldə etmək olar :

https://ahlul-quran.com/kitabxana/kitab/tuhfatul-%c9%99tfal/

▪️ Bundan əlavə bacılar üçün il 12 ay fəaliyyət göstərən müxtəsər təcvid nəzəriyyəsi qruplarına, 
Ramazan ayından sonra isə təkmilləşdirilmiş təcvid nəzəriyyəsi qruplarına qəbul olur.

https://t.me/AhlulQuranelan

Bütün bu nemətlərə, bizə nəsib etdiyi bu imkanlara görə Allaha həmd olsun, zəhməti keçən hər kəsə Allah bərəkərt və can sağlığı versin. Allah onlardan razı olsun.
49
MÜTLƏQ OXU / FORUMUN QAYDALRI
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 01.30.2022, 13:46:51 »
Ər-Rahmən və Ər-Rahim olan Allahın adı ilə. Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur.
Peyğəmbərimiz Muhammədə Allahın salamı və xeyir-duası olsun!
Ahlul-Quran forumuna xoş gəlmisiniz!
Əziz ziyarətçilər və forumumuzun üzvləri, hər birinizi Allahın salamı ilə salamlayır,
“Əs-Sələmu aleykum və rahmətullahi və bərakətuhu” deyirik.
Forumdan istifadəyə başlamamışdan əvvəl hər birinizdən forumun qaydaları ilə tanış olmağı təkidlə xahiş edirik.


1. Forum İslami forumdur. Forumlarda İslama zidd, mövzudan kənar və ya şəxsi yazışmalar, atmacalar, lağ-lağı, qeybət , istehza xarakterli yazılar , qadınların kişi, kişilərin isə qadınların açdığı mövzulara ehtiyac olmadan cavab yazmaları,təşəkkür tipli (cəzəkAllahu xayran) cavab göndərməkləri icazəli deyil.
2. Hər bir bölmə üçün qeyd olunmuş qaydaları oxuyun (əgər varsa) və qaydalara əməl edin.
3. Yazıları mümkün qədər ədəbi və xətasız yazmağa cəhd edin. İngilis şiriftlərindən deyil, Azərbaycan şiriftlərindən istifadə edin.
4. Forum hər bir ziyarətçiyə açıq platforma olduğu üçün göndərməmişdən əvvəl yazınıza bir daha diqqətlə nəzər yetirin. Dini, əxlaqi,milli, mənəvi dəyər normalarını aşan hər bir yazı silinəcək, yazının müəllifi isə yazının xarakterinə uyğun töhmət alacaqdır.
5. İslama aid paylaşılan hər bir yazının səhihliyinə dair Quran, Sünnə və ya sələfi-salehdən dəqiq mənbə bildirilməlidir. Əks təqdirdə, səhih olsa belə, ehtiyat baxımından yazı silinəcək. Əgər yazınız şəxsi görüşünüzdürsə, bunu yazınızın altında qeyd edin.
6.Yeni bir mövzu açarkən göndərəcəyiniz yazı yaratdığınız mövzu başlığına müvafiq olsun. Açdığınız mövzunun uyğun bölmədə olmasına diqqət göstərin.
7. Təkrar başlıqlı və məzmunlu mövzular açmayın.
8. Yazı göndərərkən bütün hərflərin BÖYÜK yazılması icazəli deyil. Belə yazılar oxucuya lazım olmayan emosianal məna aşılaya bilər.
9. İdarəçilər tərəfindən uyğunsuz və ya birmənalı hesab edilməyən yazılar, zarafatlar, məsxərə abu-havasında olan cavablar silinəcək və lazım olsa müəllifi buna görə töhmət alacaq.
10. Açıq qalmasında hər hansı bir fayda olmayan və ya az yararlı mövzular bağlanacaq.
11. Bir mövzu bağlandıqdan sonra eyni adlı başqa bir mövzu açmayın. Belə edən iştirakçının hesabı silinəcək. İdarəçilər tərəfindən müəyyən səbəblərə görə silinmiş hər hansı bir yazını təkrar göndərmək qadağandır.
12. Adminstratorun razılığı olmadan  hər hansı reklam yerləşdirilməsinə icazə verilmir.
13. Adminlər hər hansı bir mövzunu (yazını) silərkən hər dəfə bu barədə izahat yazmaq məcburiyyətində deyil.
Hər birinizə uğurlar diləyir, Formumuzun dininiz və dünyanız üçün faydalı olmasını Allahdan istəyirik.
                                                                                                                                                                                                                                                                Hörmətlə, idarə heyəti.




50
ƏHLİ SUNNƏ VƏL CƏMƏANIN ƏQİDƏSİ / Cvb: TÖVHİD VƏ TÖVHİDİN FƏZİLƏTİ
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 06.28.2021, 19:49:47 »
Tövhid, lüğəvi cəhətdən -(وحد،يوحد ، توحيدا- vəhhədə,yuvəhhidu, touhidən)  təkləşdirmək deməkdir.
 وحد المسلمون ربهم
Müsəlmanlar Rəblərini təkləşdirdilər - Yəni, tək olan Rəblərinə, Allaha ibadət etdilər.
Şər'i cəhətdən iki mənası var:
1.Ümumi məna: Allahı Ona aid olan hər şeydə təkləşdirmək. Buna tövhidin bütün növləri aiddir;yaratmaqda , idarə ətməkdə, ibadətdə, ad və sifətlərində və s. təkləşdirmək.
2. Xüsusi məna: Allahı ibadətdə təkləşdirmək.

Qul Rəbbini tövhidin iki istiqamətində təkləşdirməlidir:
1. المعرفة والإثبات

1. Əl-mə'rifətu vəl-İsbət.Qul tək olan Rəbbini tanımalı və onu təsdiq etməlidir.

2. القصد والطلب
2.Əl-Qasdu vət-Taləb.Qul ibadətlərində, istəklərində Rəbbini nəzərdə tutmalı və yalnız Ona yönəlməlidir.

Tövhidin 3 növü var:
1. Rububiyyəh
2. Uluhiyyə
3. Ad və sifətlər tövhidi

Tövhid bu növlərə nə üçün bölünüb?
1.Bu növlər bir sıra Quran ayələrinə əsasən müəyyənləşdirilib.
2. Belə növlərə ayırmaqla  Allahın haqqını insanlara daha  asanlıqla öyrətmək olur
3. Keçmiş alimlərdən İbn Teymiyyə və Muhamməd bin Abdulvahhabdan əvvəl  Əbu Cəfər Ət-Tahavi, Qurtubi, İbn-u Cərir, İbn-u Məndəh, İbn-u Battah və s. alimlər tövhidi qismlərə bölüblər. ( Bax: "القول السديد في الرد على من أنكر تقسيم التوحيد" للشيخ عبد الرزاق البدري)
4 . Hər hansı bölgü məna cəhətdən doğrudursa və Quran , Sünnəyə müvafiqdirsə , bu bölğü şər'i cəhətdən də qəbuldur.

Tövhidi qismlərə ayırmağın faydaları:

1. Dəlillərdən düzgün nəticə çıxarmaq. Məsələn,Quranda məkkə müşriklərinin, Allahı yaratmaqda  təkləşdirdikləri yazılıb:

وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَهُمْ لَيَقُولُنَّ اللَّهُ ۖ فَأَنَّىٰ يُؤْفَكُونَ
Əgər onlara özlərini kim yaratdı deyə sual versən, əlbəttə: “Allah!” - deyəcəklər. (Zuxruf;87)
 Bu halda bəs niyə müşrik sayılırlar? Cavab: Çünki Allahı Rububiyyəh tövhidində təkləşdirib, Uluhiyyə tövhidində şirk qoşurdular. Yəni Allahı yaratmaqda təkəlşdirsələr də, ibadətdə təkləkdirmirdilər.
2. Qismlərə bölməklə, Allahı istər yaratmaqda, istər  ibadətdə , istərsə də ad və sifətlər cəhətdən təkləşdirməli olduğumuzu ayrı-ayrılıqda öyrənirik

İbadətdə təkləşdirməyin ( ibadət tövhidinin) əhəmiyyəti:
1. Tövhidin özünün əhəmiyyəti:
Tövhid Allahın haqqıdır.
وعن مُعاذ بن جبلٍ  قال: كنتُ رديف النبيِّ ﷺ على حمارٍ فقال لي: يا معاذ، أتدري ما حقّ الله على العباد؟ وما حقّ العباد على الله؟ قلت: الله ورسوله أعلم، قال: فإنَّ حقَّ الله على العباد أن يعبدوه; ولا يُشركوا به شيئًا، وحقَّ العباد على الله أن لا يُعذِّب مَن لا يُشرك به شيئًا»
Muaz bin Cəbəldən rəvayət olunur: Mən   Rasulullahla  (sallallahu aleyhi və səlləm) bərabər, uzunqulağın tərkində gedirdim.Mənə dedi, Ey Muaz, Allahın qulları üzərindəki haqqının nə olduğunu bilirsənmi? Cavab verdim: "Allah və rəsulu daha yaxşı bilər" Dedi: "Allahın qulları üzərindəki haqqı Ona ibadət etmələri və heç bir şeyi şərik qoşmamalarıdır. Qulun Allah üzərində olan haqqı isə, Ona şərik qoşmayana əzab verməməsidir."(Buxari,Muslim)

2. Yaradılanın yaradılış qayəsidir:
وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنسَ إِلَّا لِيَعْبُدُونِ
"Mən cinləri və insanları yalnız mənə ibadət etmələri üçün yaratdım"( Əz-Zəriyət;56)
Səhifə: 1 ... 3 4 [5] 6 7 ... 10