Allah batili silib yox edər.(Əş-Şura;24)

Axrıncı Yazılar

Səhifə: 1 ... 4 5 [6] 7 8 ... 10
51
ŞƏRİƏT / İSLAM ŞƏRİƏTİ
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 01.21.2021, 00:10:10 »
İslam şəriəti Peyğəmbərimiz Muhammədin(sallallahu aleyhi və səlləm) nübuvvətinin başlamasından peyğəmbərimizin hicrətin 11ci ili vəfat etməsinə qədər olan 23 il ərzində meydana gəlmişdir.İslam şəriətinin mənbəsi Vəhydir, bu baxımdan 2 mərhələyə ayrılır:
1.Məkkə mərhələsi
2.Mədinə mərhələsi

Məkkə mərhələsi dedikdə, peyğəmbərlikdən sonra13 il müddətində Rasulullahın Məkkədə qalıb İslamı bəyan etdiyi dövr nəzərdə tutulur. Və bu müddət ərzində Rasulullah əsasən dinin əsaslarına dəvət edərək, insanları yaxşı olan işlərə çağırıb, rəzillikdən, zəlillikdən və pis işlərdən çəkindirmişdir. Bununla yanaşı çox az sayda əməli hökmləri əmr etmişdir. Məsələn, Ənam surasindəki bu ayə Məkkə ayəsi hesab olunur:
ُلْ تَعَالَوْا أَتْلُ مَا حَرَّمَ رَبُّكُمْ عَلَيْكُمْ ۖ أَلَّا تُشْرِكُوا بِهِ شَيْئًا ۖ وَبِالْوَالِدَيْنِ إِحْسَانًا ۖ وَلَا تَقْتُلُوا أَوْلَادَكُمْ مِنْ إِمْلَاقٍ ۖ نَحْنُ نَرْزُقُكُمْ وَإِيَّاهُمْ ۖ وَلَا تَقْرَبُوا الْفَوَاحِشَ مَا ظَهَرَ مِنْهَا وَمَا بَطَنَ ۖ وَلَا تَقْتُلُوا النَّفْسَ الَّتِي حَرَّمَ اللَّهُ إِلَّا بِالْحَقِّ ۚ ذَٰلِكُمْ وَصَّاكُمْ بِهِ لَعَلَّكُمْ تَعْقِلُونَ
De: “Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum: Ona heç nəyi şərik qoşmayın, valideynlərə yaxşılıq edin və yoxsulluq ucbatından uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Murdar əməl-lərin aşkarına da, gizlisinə də yaxınlaşmayın. Allahın, (öldürülməsini) haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə anlayasınız.(Əl-Ənam;151)
İkinci mərhələ Mədinə mərhələsidir. Buna Rasulullahın Mədinəyə hicrətindən sonrakı 10 il aiddir. Bu dövrdə Məkkə mərhələsində olduğu kimi dinin əsaslarına dəvət, xeyir işlərə təşviq, pis əməllərdən çəkindirməklə yanaşı, müsəlmanların həyatının islama uyğun tənzimlənməsi üçün, şəriət müxtəlif aspektlərdən hərtərəfli şəkildə bəyan olunmağa və tətbiq olunmağa başladı. Həmçinin İslam dövlətinin təməli qoyuldu. Qeyd edək ki,  Ərəb tarixində ilk dəfə dövlət məfhumunu İslam dini meydana gətirmişdir.Beləliklə, dövlətin sistemləşməsi üçün lazım olan hər cür qanunlar, fərdlərin hüquqları, vəzifələri İlahi əmrlə müəyyən olundu. İslam hakimə itaəti hər bir müsəlman üçün vacib etdi. Allah təala buyurur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ وَأُولِي الْأَمْرِ مِنْكُمْ
Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə itaət edin.(Nisa;59)
Əbu Hureyrədən rəvayət olunan hədisdə Rasulullah sallallahu aleyhi və səlləm belə deyir:
مَن أطاعَنِي فقَدْ أطاعَ اللَّهَ، ومَن يَعْصِنِي فقَدْ عَصَى اللَّهَ، ومَن يُطِعِ الأمِيرَ فقَدْ أطاعَنِي، ومَن يَعْصِ الأمِيرَ فقَدْ عَصانِي.
Kim mənə itaət edərsə,Allaha itaət etmiş sayılar,kim mənə asi olarsa, Allaha asi olmuş olar. Kim hakimə itaət edərsə, mənə itaət etmiş sayılar, kim hakimə asi olarsa, mənə asi olmuş sayılar.(Səhih Muslim;1835)
İslam Allah yolunda cihada çağırdı və cahiliyyə döyüşlərindən çəkindirdi. Müdafiə hərbinə izn verdi, Müharibə əsnasında uşaqların, yaşlıların, qadınların, qeyri-islami din xadimlərinin öldürülməsini və düşmən meyitlərinə əziyyət verilməsini qadağan etdi. Mədinə mərhələsində bunlarla yanaşı ailə münasibətləri, evlilik, boşanma, maliyyə məsələləri, miras, ibadət əhkamları və hər cür ictimai əlaqələr barədə qaydalar aydın olundu.

Hər iki mərhələdə İslam şəriəti 2 mənbədən qidalanıb:
1.Quran
2.Sünnə

Quran sözü
قَرَأَ، يَقْرَأُ
(Oxudu, oxuyur) feillərinin məsdəridir.
قِرَاءَة
(Oxumaq) sözü ilə eyni mənanı ifadə edir.
Lüğəvi cəhətdən "toplamaq", "cəm etmək", "üst-üstə yığmaq" anlamına gəlir
Rasulullahın dövründə Quran ayələri pərakəndə şəkildə lövhələrin üzərinə yazılmışdı. Tərtibat əzbərlənərək qorunurdu.
Peyğəmbərin vəfatından sonra
Yəmamə döyüşündə 70-dən çox qurra (qiraət alimi) səhabənin şəhid olması səbəbilə Xəlifə Əbu Bəkr zamanla hafizlərin azalması və yox olmasından narahat oldu. Bu minvalla da Quranın unudulma təhlükəsini nəzərə alaraq Quran əlyazmalarını bir yerə toplayıb bütöv bir kitab halına saldı. Və bu kitaba "mushaf" adını verdi.
Mushaf sözü "səhifələnərək yığılmış" və ya "bir yerdə cəm olunmuş səhifələr" mənasını verir.
Tövrat və İncildən fərqli olaraq Qurani-Kərim Peyğəmbərimizə bir dəfəyə nazil olmayıb. Bu barədə heç bir ixtilaf yoxdur. Buna dəlil olan bir çox ayələr var:

وَقَالَ الَّذِينَ كَفَرُوا لَوْلَا نُزِّلَ عَلَيْهِ الْقُرْآنُ جُمْلَةً وَاحِدَةً ۚ كَذَٰلِكَ لِنُثَبِّتَ بِهِ فُؤَادَكَ ۖ وَرَتَّلْنَاهُ تَرْتِيلًا
Kafirlər isə: “Quran ona bütöv nazil edilməli deyildimi?” - dedilər. Biz onu sənin qəlbinə yaxşıca yerləşdirmək üçün belə etdik və onu hissə-hissə oxuduq (vəhy etdik).
(Furqan;32)
َقُرْآنًا فَرَقْنَاهُ لِتَقْرَأَهُ عَلَى النَّاسِ عَلَىٰ مُكْثٍ وَنَزَّلْنَاهُ تَنْزِيلًا
Quranı insanlara aramla oxuyasan deyə, Biz onu hissələrə ayırıb, tədriclə nazil etdik.
(İsra;106)
Və s. Həm Quranda, həm də Sünnədə buna dəlil çoxdur.
Lakin Qurani-Kərim Peyğəmbərimizə nazil olmamışdan əvvəl, Lövhi-Məhfuzdan dünya səmasına bir gecədə, Qədr gecəsində nazil olmuşdur:
إِنَّا أَنْزَلْنَاهُ فِي لَيْلَةِ الْقَدْرِ
Həqiqətən, Biz onu ((Quranı)) Qədr gecəsində nazil etdik!
(Əl-Qadr;1)
Tədricən nazil olması Peyğəmbərin sonra isə səhabələrin hökmləri, ayələri, İslamı asan şəkildə qavraya bilmələri üçün, bu ayələrin onların qəlbində kök sala bilməsi üçün olub. Və Allah onu Qiyamətə qədər qoruyacağı yeganə haqq kitab təyin edib:

إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ
Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq.
(Əl-Hicr;9)
Rasulullah "ummi" idi, yəni yazmağı, oxumağı bacarmırdı. Quran nazil olduqdan sonra vəhy katibləri tərəfindən nazik ağ daşların, ağac qabıqlarının, enli sümüklərin üzərinə yazılırdı. Ən məşhur vəhy katibləri: dörd raşidi-xəlifə; Əbu Bəkr Əs-Sıddıq, Ömər bin Əl-Xattab, Osman bin Affan, Əli ibn Əbi Talib, daha sonra Zeyd bin Sabit, Muaviyə bin əbi Sufyan və Muaviyənin qardaşı Yəzid  və başqaları olmuşdur.
Vəhy katibləri ayələrin və surələrin tərtibatını Rasulullahın göstərişinə əsasən müəyyən edirdilər.

Quran iki üsulla qorunaraq bizim dövrümüzə çatmışdır:
1. Kitab şəklində
2. Əzbərlənərək nəsildən-nəslə ötürülmüşdur.

İslam şəriətinin ikinci mənbəsi Sünnədir.
Sünnə sözünün lüğəti mənası "yol"dur. Cabir bin Abdullahdan rəvayət olunan hədisdə rasulullah buyurur: مَنْ سَنَّ فِي الْإِسْلَامِ سُنَّةً حَسَنَةً فَعُمِلَ بِهَا بَعْدَهُ كُتِبَ لَهُ مِثْلُ أَجْرِ مَنْ عَمِلَ بِهَا ، وَلَا يَنْقُصُ مِنْ أُجُورِهِمْ شَيْءٌ . وَمَنْ سَنَّ فِي الْإِسْلَامِ سُنَّةً سَيِّئَةً فَعُمِلَ بِهَا بَعْدَهُ كُتِبَ عَلَيْهِ مِثْلُ وِزْرِ مَنْ عَمِلَ بِهَا ، وَلَا يَنْقُصُ مِنْ أَوْزَارِهِمْ شَيْءٌ )
Kim İslamda yaxşı bir yol açarsa, onun əcri qədər və özündən sonra, bu yol ilə əməl edənlərin, özlərindən heç nə əskiltmədən, əcrləri qədər ona savab yazılar. Və kim  İslamda  pis  bir yol açarsa, açdığı yolun günahı və özündən sonra, bu yol ilə əməl edənlərin, günahlarından heç nə əskiltmədən, ona da yazılar.
(Muslim;1017)
Sünnə dedikdə, peyğəmbərimizin dediyi sözlər, etdiyi əməllər, təsdiq etdikləri, əxlaqı, həyatı nəzərdə tutulur.
Sünnə bu baxımdan hədis sözü ilə sinonim sayıla bilər.və. Bu İslam şəriətinin ikinci mənbəsi sayılır.

Sünnə ilə Quranın əlaqəsi:

1.Qurandakı hər hansı bir hökm Sünnədə təkrarlanaraq təkid oluna bilər:
وَأَنْكِحُوا الْأَيَامَىٰ مِنْكُمْ وَالصَّالِحِينَ مِنْ عِبَادِكُمْ وَإِمَائِكُمْ ۚ إِنْ يَكُونُوا فُقَرَاءَ يُغْنِهِمُ اللَّهُ مِنْ فَضْلِهِ ۗ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ
İçinizdəki subayları, həmçinin kölələrinizdən və cariyələrinizdən münasib olanları evləndirin! Əgər onlar yoxsuldurlarsa, Allah Öz lütfü ilə onları zəngin edər. Allahın lütfü genişdir,O hər şeyi biləndir.
(ən-Nur;32)
Bunu təsdiq və təkid edən Hədis:
عَنْ عَبْدِاللَّهِ بْنِ مَسْعُودٍ : قَالَ لَنَا رَسُولُ اللَّهِ ﷺ: يَا مَعْشَرَ الشَّبَابِ، مَنِ اسْتَطَاعَ مِنْكُمُ الْبَاءَةَ فَلْيَتَزَوَّجْ، فَإِنَّهُ أَغَضُّ لِلْبَصَرِ، وَأَحْصَنُ لِلْفَرْجِ، وَمَنْ لَمْ يَسْتَطِعْ فَعَلَيْهِ بِالصَّوْمِ؛ فَإِنَّهُ لَهُ وِجَاءٌ.
Abdullah bin Məsuddan rəvayət olunan hədisdə Rasulullah buyurur:
"Ey gənclər! Sizdən evlənməyə gücü  çatan evlənsin. Çünkü evlilik, gözü və namusu (haramdan) qoruyur. İmkanı çatmayan isə oruc tutsun, bunun üçün ona əcr vardır.(Buxari, Muslim)
2. Qurandakı hər hansı bir hökm Sünnədə izah oluna bilər:
إِنَّ الصَّلَاةَ كَانَتْ عَلَى الْمُؤْمِنِينَ كِتَابًا مَوْقُوتًا
Çünki namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir.
(Ən-Nisa ;103)
Sünnədə isə namazın vaxtları baradə təfsilatlı məlumat verilib.
3. Qurandakı mövcud olmayan hər hansı əmr Sünnədə varid ola bilər:
Məsələn, Fitrə zəkatı barədə Quranda ayə nazil olmayıb, buna baxmayaraq sünnədə varid olan hədislərdə bu, müsəlmanlara vacib buyrulub.
Bu 3 halın hər birinin hökmü eynidir, sünnəyə əməl etmək Qurana əməl etməkdir:
وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانْتَهُوا ۚ Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin.
(Həşr;7)
وَمَا يَنْطِقُ عَنِ الْهَوَىٰ
O, öz istəyi ilə danışmır.
(Ən-Nəcm;53)

Bu barədə ayələr çoxdur.
İslam tövhid (monoteist) dinidir və Allah Subhanahu və təaləni, ibadətin istisnasız hər bir sahəsində; namaz, oruc, dua, sığınmaq, zəkat, sədəkə, ehsan və s. təkləşdirmək  bu dinin əsasıdır.
Tövhidin əksi isə şirkdir. Allah Subhanahu və təalə şirk üzrə ölən bir insana Cənnəti haram etmişdir.
إِنَّهُ مَنْ يُشْرِكْ بِاللَّهِ فَقَدْ حَرَّمَ اللَّهُ عَلَيْهِ الْجَنَّةَ وَمَأْوَاهُ النَّارُKim Allaha şərik qoşarsa, şübhəsiz ki, Allah cənnəti ona haram edər.
(Maidə;72)
İslam əqidəsinin xüsusiyyətləri:

1.Tövqifidir.Yəni İslam əqidəsinə aid olan bütün məsələlər Quran və Sünnədə bəyan olunmuşdur. Bu məsələdə hər bir müsəlmana vacibdir ki:
1. Əqidənin mənbəsini yalnız Kitab və Sünnə ilə məhdudlaşdırsın
2. Əqidə məsələlərində yalnız Kitab və Sünnədə gələnlərə əməl etsin.

Allah Dini kamil etmişdir və insanlardan yalnız Rasulullahın sözü mütləq qəbuldur.
2. Qeybidir. Yəni İslam əqidəsi özündə qeybi məsələləri cəm edir.  Allaha, mələklərinə iman, səmavi kitablara iman, Axirət gününə iman və s. Bir insanın bunları öz ağlı ilə dərk etməyi mümkün deyil.
Buna görə də hər bir müsəlmana vacibdir:
1. Allaha və Rəsuluna təslim olmaq. Yəni Quran və Sünnədə varid olanlara tam təslimiyyətlə iman etmək.
2.Qeybi məsələlərdə bizə Quran və Sünnədə bəyan olunandan kənara çıxmamaq və qeybi məsələlər haqqında münaqişə etməmək,  sələfin (səhabələrin,tabiinlərin, müctəhid imamların) fəhmi ilə kifayətlənmək.
3.Əqidəyə aid dəlilləri Rasulullahdan açıq-aydın hədis olmadıqca, yozmamaq, öz nəfsinə uyğun şərh etməmək.

3.Şumulidir.
Hər şeyi əhatə edir:
1. Bəşəriyyət haqqında insana müfəssəl məlumat verir.
2. Həyatın bütün sahələrinə toxunur.
3. İnsanı bütün həyatı boyu müşayiət edir. Dünyadan əvvəlki və dünyadakı həyatını, bərzəx və axirət aləmini əhatə edir.

4.Vəsatidir.  Vasat sözünün ərəb dilində bir sıra mənası var: orta, əfzəl, ədalətli.
İslam əqidəsi:
1. Ən xeyirli, ən üstündür.
2. Ən ədalətlidir
3. Orada nə ifrat yoxdur,nə də naqislik
52
NAMAZ / Cvb: Azan və İqamə
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 01.20.2021, 23:54:50 »
Azanın və iqamənin şərtləri:
1. Niyyət
2. Vaxtın girməsi ( sübh namazı istisnadır)
3. Sözlərin bir-birinin ardınca , uzun fasilə verilmədən deyilməsi
4. Azanın və ya İqamənin sözlərini bir nəfərin əvvəldən sonacan oxuması.(Məsələn, azanın sözlərinin yarısını bir nəfər, digər yarısını isə başqa bir nəfər oxuya bilməz)
5. Sözləri səhvsiz düzgün demək
6. Cümlələri Sünnədə varid olan sayda demək


Müəzzinin şərtləri:
1. Kişi olmaq
2. Ağıllı olmaq ( dəli olmamaq)
3. Müsəlman olmaq
4. Baliğ, mumeyyiz olmaq (Azyaşlı uşağın azanı etibarlı sayılmır, çünki azanla namaz vaxtı, oruc vaxtı, təqvim təyini və s. kimi mühim məsələlər təyin olunur)
5. Adil, etibarlı olmaq, fasiq insan müəzzin ola bilməz

Azanı və ya iqaməni pozan amillər:
1. Cümlələr arasında uzun fasilə vermək
2. Cümlələr arasında qısamüddətli olsa da günah işlətmək (söymək, təhqir etmək, qeybət qırmaq və s.)
3. Namaz vaxtının girməməsi (sübh namazı istisnadır)
4. Dindən dönmək.
53
NAMAZ / Cvb: Azan və İqamə
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 01.20.2021, 23:52:31 »
Azandan sonra oxunan zikirlər:

اللهم رب هذه الدعوة التامة، والصلاة القائمة، آت محمدًا الوسيلة والفضيلة، وابعثه مقامًا محمودًا الذي وعدته
Allahummə Rabbə həzihi-d-də'vati-t-təmməti va-s-saləti-l qaiməh əti Muhəmmədəni-l-vasilətə va-l-fadılətə, vəb'ashu məqa­mən məhmudəni-l-ləzi va'adtəh

Bu tam dəvətin və qılınacaq namazın Rəbbi olan Allahım! Muhəmmədə vasitəçilik haqqı və fəzilət ver. Onu vəd etdiyin təriflənən mə­qama çatdır.

                         ***
Müəzzin şəhadətləri dedikdən, onu təkrarlamaq sonra isə bu zikri demək müstəhəbdir:

رضيت بالله ربا وبالإسلام دينا وَبِمُحَمَّدٍ نَبِيًّا ورسولاً
Radıtu billəhi rabbən və bil isləmi dinən  və bi Muhammədin nəbiyyən və rasulən
Rəbb olaraq  Allahdan, din olaraq İslamdan, Nəbi və Rəsul olaraq Muhamməddən razı qaldım.

                        ***
Müəzzin Həyya aləssaləh və həyya aləl fələh sözlərini deyərkən aşağıdakı zikri   demək sünnədir:

 لَا حَوْلَ وَلَا قُوَّةَ إِلَّا بِالله
Lə haulə və lə quvvətə illə billəh
Güc və qüvvət yalnız  Allahdandır.
54
NAMAZ / Azan və İqamə
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 01.20.2021, 23:50:45 »
Azanın sözləri:

Allahu Əkbər! (4 dəfə)
(Allah Ən ucadır)

Əşhədu ən lə iləhə illəllah! (2 dəfə) (Şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq  məbud yoxdur)

Əşhədu ənnə Muhəmmədən rasulullah! (2 dəfə)
(Şəhadət edirəm ki, Muhamməd Allahın rəsuludur)

Hayyə aləs-saləh (2 dəfə)
(Namaza tələsin)

Hayyə aləl-fələh (2 dəfə)
(Nicat tapmağa tələsin)

Allahu Əkbər! (2 dəfə)
(Allah Ən ucadır)

Lə iləhə illəllah (1 dəfə)
(Allahdan başqa ibadətə layiq məbud yoxdur)



İqamənin sözləri:

Allahu Əkbər! (2 dəfə)
(Allah Ən ucadır)

Əşhədu ən lə iləhə illəllah! (1 dəfə) (Şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq  məbud yoxdur)

Əşhədu ənnə Muhəmmədən rasulullah! (1 dəfə)
(Şəhadət edirəm ki, Muhamməd Allahın rəsuludur)

Hayyə aləs-saləh (1 dəfə)
(Namaza tələsin)

Hayyə aləl-fələh (1 dəfə)
(Nicat tapmağa tələsin)

Qad qamətissaləh (2 dəfə)
(Namaz üçün ayağa qalxın)

Allahu Əkbər! (2 dəfə)
(Allah Ən ucadır)

Lə iləhə illəllah (1 dəfə)
(Allahdan başqa ibadətə layiq məbud yoxdur)
55
ƏHLİ SUNNƏ VƏL CƏMƏANIN ƏQİDƏSİ / 3 ƏSAS
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 08.04.2020, 23:16:44 »
3 Əsas
بسم الله الرحمن الرحيم
Ər-Rahmən və Ər-Rahim olan  Allahın adı ilə

اعْلمْ رَحِمَكَ اللهُ أَنَّهُ يَجِبُ عَلَيْنَا تَعَلُّمُ أَرْبَع مَسَائِلَ:
Bil ki, -Allah sənə rəhm etsin- dörd məsələni bilmək bizə vacibdir

الأُولَى: الْعِلْمُ: وَهُوَ مَعْرِفَةُ اللهِ، وَمَعْرِفَةُ نَبِيِّهِ ـ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ـ، وَمَعْرِفَةُ دِينِ الإِسْلامِ بالأَدِلَّةِ.
Birincisi:Elm almaq..Və bu, Allahı , peyğəmbərini və
İslam dinini dəlillərlə bilməkdir

الثَّانِيَةُ: الْعَمَلُ بِهِ.
İkincisi: Buna (öyrəndiyimiz elmə) əməl etmək

الثَّالِثَةُ: الدَّعْوَةُ إِلَيْهِ.
Üçüncüsü: Dəvət etmək

الرَّابِعَةُ: الصَّبْرُ عَلَى الأَذَى فِيهِ
Dördüncüsü: Dəvətdə qarşılaşdığın əziyyətlərə səbr etmək

والدليل قوله تعالى
Buna dəlil Allahın bu sözüdür (ayətidir)ş

 -بسم الله الرحمن الرحيم-:
Ər-Rahmən və Ər-Rahim olan  Allahın adı ilə

  وَالْعَصْرِ (1)
And olsun Əsrə

 إِنَّ الْإِنسَانَ لَفِي خُسْرٍ (2)
Həqiqətən, insan ziyan içərisindədir.   

إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ
وَتَوَاصَوْا بِالْحَقِّ وَتَوَاصَوْا بِالصَّبْرِ  [العصر:1-3].
Ancaq iman gətirib yaxşı işlər görənlər
bir-birinə haqqı və səbri tövsiyə edənlər bundan istisnadır.

قَالَ الشَّافِعيُّ ـ رَحِمَهُ اللهُ تَعَالَى - : لَوْ مَا أَنْزَلَ اللهُ حُجَّةً عَلَى خَلْقِهِ إِلا هَذِهِ السُّورَةَ لَكَفَتْهُمْ.
İmam Şafii (Allah rəhmət etsin) demişdir: Əgər Allah yaratdıqlarına bundan (bu surədən) başqa dəlil nazil etməsəydi belə, onlara kifayət edərdi.

وَقَالَ البُخَارِيُّ ـ رَحِمَهُ اللهُ تَعَالَى ـ : بَابٌ:
 العِلْمُ قَبْلَ القَوْلِ وَالْعَمَلِ؛ وَالدَّلِيلُ قَوْلُهُ تَعَالَى:
 ( فَاعْلَمْ أَنَّهُ لاَ اله إِلاَّ اللَّهُ وَاسْتَغْفِرْ لِذَنبِكَ )[محمد:19،
 فَبَدَأَ بِالْعِلْمِ (قَبْلَ القَوْلِ وَالعَمَلِ )
Buxari (Allah rəhmət etsin) demişdir:
“Elm sözdən və əməldən əvvəldir” fəsli: Dəlil Allahın bu ayəsidir:
Bil ki, Allahdan başqa heç bir ilah yoxdur, günahlarının bağışlanmasını dilə!(Muhamməd;19)
Allah (ayəsini ) söz və əməldən əvvəl elm almağı (öyrənməyi ) əmr etməklə başlayıb.

اعْلَمْ رَحِمَكَ اللهُ أَنَّه يَجِبُ عَلَى كُلِّ مُسْلِمٍ وَمُسْلِمَةٍ، تَعَلُّمُ هَذِهِ المَسَائِل الثَّلاثِ ، والْعَمَلُ بِهِنَّ:
الأُولَى:أَنَّ اللهَ خَلَقَنَا، وَرَزَقَنَا، وَلَمْ يَتْرُكْنَا هَمَلًا، بَلْ أَرْسَلَ إِلَيْنَا رَسُولًا، فَمَنْ أَطَاعَهُ دَخَلَ الجَنَّةَ، وَمَنْ عَصَاهُ دَخَلَ النَّارَ، وَالدَّلِيلُ قَوْلُهُ تَعَالَى: ( إِنَّا أَرْسَلْنَا إِلَيْكُمْ رَسُولًا شَاهِدًا عَلَيْكُمْ كَمَا أَرْسَلْنَا إِلَى فِرْعَوْنَ رَسُولًا * فَعَصَى فِرْعَوْنُ الرَّسُولَ فَأَخَذْنَاهُ أَخْذًا وَبِيلًا )[المزمل: 15، 16].
Bil ki, -Allah sənə rəhm etsin- hər bir müsəlman kişiyə və müsəlman qadına bu 3 məsələni bilib, əməl etmək vacibdir:
Birincisi : Allah bizi yaradıb, bizə ruzi verib və bizi özbaşımıza buraxmayıb.Əksinə, bizə Rəsul göndərib, kim ona itaət edərsə,
Cənnətə girər, kim ona asi olarsa, Oda girər. Buna dəlil Allahın (subhanəhu və Təalə) sözüdür:Biz Firona peyğəmbər göndərdiyimiz kimi sizə də
haqqınızda şahidlik edəcək bir peyğəmbər göndərdik.Ancaq Firon peyğəmbərə qarşı çıxdı. Buna görə də onu şiddətli əzabla yaxaladıq.(Muzzəmmil: 15,16)


الثَّانِيَةُ: أَنَّ الله لا يَرْضَى أَنْ يُشْرَكَ مَعَهُ أَحَدٌ فِي عِبَادَتِهِ، لا مَلَكٌ مُقَرَّبٌ، وَلا نَبِيٌّ مُرْسَلٌ؛ وَالدَّلِيلُ قَوْلُهُ تَعَالَى: ( وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلاَ تَدْعُوا مَعَ اللَّهِ أَحَدًا )[الجن: 18].
İkincisi: Allah heç kimin; nə yaxın bir mələyin, nə də göndərilmiş bir elçinin ibadətdə Ona ortaq olmasından razı olmaz. Buna dəlil Allahın ayəsdir:Şübhəsiz ki, məscidlər Allahındır. Allahdan başqa heç kəsə dua etməyin!   (Əl-Cin: 18)

الثَّالِثَةُ: أَنَّ مَنْ أَطَاعَ الرَّسُولَ، وَوَحَّدَ اللهَ لا يَجُوزُ لَهُ مُوَالاةُ مَنْ حَادَّ اللهَ وَرَسُولَهُ، وَلَوْ كَانَ أَقْرَبَ قَرِيبٍ؛ وَالدَّلِيلُ قَوْلُهُ تَعَالَى: ( لاَ تَجِدُ قَوْمًا يُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الآخِرِ يُوَادُّونَ مَنْ حَادَّ اللَّهَ وَرَسُولَهُ وَلَوْ كَانُوا آبَاءَهُمْ أَوْ أَبْنَاءهُمْ أَوْ إِخْوَانَهُمْ أَوْ عَشِيرَتَهُمْ أُوْلَئِكَ كَتَبَ فِي قُلُوبِهِمُ الإِيمَانَ وَأَيَّدَهُم بِرُوحٍ مِّنْهُ وَيُدْخِلُهُمْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا رَضِيَ اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ أُوْلَئِكَ حِزْبُ اللَّهِ أَلاَ إِنَّ حِزْبَ اللَّهِ هُمُ الْمُفْلِحُونَ )[المجادلة: 22]
Üçüncüsü: Rəsula itaət edən və Allahı ibadətdə təkləşdirən insana, ən yaxnı olsa belə, Allaha və Rəsuluna qarşı çıxan biri ilə dostluq etmək icazəli deyildir.Dəlil Allahın bu ayəsidir:
Allaha və axirət gününə inananların - ataları, oğulları, qardaşları, yaxud yaxın qohumları olsa belə - Allaha və Peyğəmbərinə düşmən olanlarla dostluq etdiklərini görə bilməzsən. Allah onların qəlblərinə iman yazmış və Öz dərgahındakı bir ruh (nur, yaxud Quran) ilə onları dəstəkləmişdir. Allah onları (ağacları) altından çaylar axan və içində əbədi qalacaqları cənnətlərə daxil edəcəkdir. Allah onlardan razı olmuş, onlar da Allahdan razı qalmışlar. Onlar Allahın tərəfdarlarıdır. Bilin ki, əsil nicat tapanlar Allahın tərəfdarlarıdır.(Mücadilə;22)
اِعْلَمْ أَرْشَدَكَ اللهُ لِطَاعَتِهِ، أَنَّ الْحَنِيفِيَّةَ مِلَّةَ إِبْرَاهِيمَ: أَنْ تَعْبُدَ اللهَ وَحْدَهُ، مُخْلِصًا لَهُ الدِّينَ. وَبِذَلِكَ أَمَرَ اللهُ جَمِيعَ النَّاسِ، وَخَلَقَهُمْ لَهَا؛ كَمَا قَالَ تَعَالَى: ( وَمَا خَلَقْتُ الْجِنَّ وَالإِنْسَ إِلاَّ لِيَعْبُدُونِ )[ الذاريات: 56]. وَمَعْنَى يَعْبُدُونِ : يُوَحِّدُونِ، وَأَعْظَمُ مَا أَمَرَ اللهُ بِهِ التَّوْحيِدُ، وَهُوَ: إِفْرَادُ اللهِ بِالْعِبَادَةِ. وَأَعْظَمُ مَا نَهَى عَنْه الشِّركُ، وَهُوَ: دَعْوَةُ غَيْرِهِ مَعَهُ، وَالدَّلِيلُ قَوْلُهُ تَعَالَى (وَاعْبُدُواْ اللّهَ وَلاَ تُشْرِكُواْ بِهِ شَيْئًا)[النساء: 35].

Bil ki, -Allah səni Ona ibadət etməyə yönəltsin-“Hənifilik-İbrahimin dini”,  dini ancaq Allaha aid edərək , tək Ona ibadət etməkdir. Allah bütün insanlara bunu əmr etmiş və onları bu məqsədlə yaratmışdır. Necə ki, ayədə  deyilir: "Mən cinləri və insanları yalnız Özümə ibadət etsinlər deyə yaratdım"(Əz-Zəriyət; 56) "İbadət etsinlər" -yəni, "ibadətdə təkləşdirsinlər". Allahın ən əzəmətl əmri Tövhiddir. Bu (Tövhid) , Allahı ibadətdə təkləşdirməkdir. Ən böyük qadağası şirkdir.  Bu isə (şirk), Allahla yanaşı başqasına dua etməkdir. Dəlil isə Allahın ayəsidir: "Allaha ibadət edin və Ona heç bir şeyi ortaq qoşmayın" (Ən-Nisə; 36)

فَإِذَا قِيلَ لَكَ: مَا الأُصُولُ الثَّلاثَةُ التِي يَجِبُ عَلَى الإِنْسَانِ مَعْرِفَتُهَا؟
فَقُلْ: مَعْرِفَةُ الْعَبْدِ رَبَّهُ، وَدِينَهُ، وَنَبِيَّهُ مُحَمَّدًا صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

Əgər səndən soruşulsa ki, insalara bilmələr fərz olan üç əsas nədir, de: Qulun Rəbbini, dinini və nəbisi Muhammədi (Allahın salamı və xeyir-duası onun üzərinə olun) tanımasıdır.


الأَصْلُ الأَوَّلُ
فَإِذَا قِيلَ لَكَ: مَنْ رَبُّكَ؟
فَقُلْ: رَبِّيَ اللهُ الَّذِي رَبَّانِي، وَرَبَّى جَمِيعَ الْعَالَمِينَ بِنِعَمِهِ، وَهُوَ مَعْبُودِي لَيْسَ لِي مَعْبُودٌ سِوَاهُ؛ وَالدَّلِيلُ قَوْلُهُ تَعَالَى: ( الْحَمْدُ للَّهِ رَبِّ الْعَالَمِينَ )[الفاتحة: 2]. وَكُلُّ مَنْ سِوَى اللهِ عَالَمٌ، وَأَنَا وَاحِدٌ مِنْ ذَلِكَ الْعَالَمِ.
 Birinci əsas
Sənə deyilsə ki, Rəbbin kimdir?
De: Rəbbim öz nemətləri ilə mənim və bütün aləmlərin  qayğısına qalan Allahdır. O mənim Məbudumdur (ibadət etdiyimdir), Ondan başqa heç bir məbudum yoxdur. Dəlil Uca Allahın kəlamıdır: "Həmd almlərin Rəbbi olan Allaha məxsusdur" (Əl-Fatihə; 2) Allahdan başqa hər kəs aləmdən (yaradılmışlardan) sayılır, mən də bu aləmin (yaradılmışların) bir parçasıyam.

فَإِذَا قِيلَ لَكَ: بِمَ عَرَفْتَ رَبَّكَ؟
فَقُلْ: بِآيَاتِهِ وَمَخْلُوقَاتِهِ، وَمِنْ آيَاتِهِ: اللَّيْلُ، وَالنَّهَارُ، وَالشَّمْسُ، وَالْقَمَرُ، وَمِنْ مَخْلُوقَاتِهِ السَّمَاوَاتُ السَّبْعُ وَالأَرَضُونَ السَّبْعُ وَمَنْ فِيهِنَّ، وَمَا بَيْنَهُمَا؛ وَالدَّلِيلُ قَوْلُهُ تَعَالَى: ( وَمِنْ آيَاتِهِ اللَّيْلُ وَالنَّهَارُ وَالشَّمْسُ وَالْقَمَرُ لاَ تَسْجُدُوا لِلشَّمْسِ وَلاَ لِلْقَمَرِ وَاسْجُدُوا لِلَّهِ الَّذِي خَلَقَهُنَّ إِن كُنتُمْ إِيَّاهُ تَعْبُدُونَ) [فصلت: 37]. وَقَوْلُهُ تَعَالَى: ( إِنَّ رَبَّكُمُ اللّهُ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالأَرْضَ فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَى عَلَى الْعَرْشِ يُغْشِي اللَّيْلَ النَّهَارَ يَطْلُبُهُ حَثِيثًا وَالشَّمْسَ وَالْقَمَرَ وَالنُّجُومَ مُسَخَّرَاتٍ بِأَمْرِهِ أَلاَ لَهُ الْخَلْقُ وَالأَمْرُ تَبَارَكَ اللّهُ رَبُّ الْعَالَمِينَ )[الأعراف: 54].

Əgər sənə deyilsə ki, Rəbbini nə ilə tanımısan?
De: Ayələri və yaratdıqları ilə.
Gecə, gündüz, ay və günəş Onun ayələrindəndir. Yeddi təbəqəli göy,  7 təbəqəli yer və onların içərisindəkilər, həmçinin yerlə göy arasında olanlar Allahın yaratdıqlarına aiddir. Dəlil Allahın kəlamıdır:"Gecə və gündüz, günəş və ay Onun dəlillərindəndir. Əgər siz Ona ibadət edirsinizsə, onda günəşə və aya səcdə etməyin,
onları yaradan Allaha səcdə edin."(Fussilət;37)Başqa ayədə Allah buyurur: "Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır.O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır."(Əl-Əraf; 54)
. وَالرَّبُ هُوَ الْمَعْبُودُ، وَالدَّلِيلُ قَوْلُهُ تَعَالَى: (يَا أَيُّهَا النَّاسُ اعْبُدُواْ رَبَّكُمُ الَّذِي خَلَقَكُمْ وَالَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ * الَّذِي جَعَلَ لَكُمُ الأَرْضَ فِرَاشًا وَالسَّمَآء بِنَآءً وَأَنزَلَ مِنَ السَّمَآءِ مَآءً فَأَخْرَجَ بِهِ مِنَ الثَّمَرَاتِ رِزْقًا لَّكُمْ فَلاَ تَجْعَلُواْ لِلّهِ أَندَادًا وَأَنتُمْ تَعْلَمُونَ)[البقرة: 21، 22].
قَالَ ابْنُ كَثِيرٍ ـ رَحِمَهُ اللهُ تَعَالَى : الخَالِقُ لِهَذِهِ الأَشْيَاءَ هُوَ الْمُسْتَحِقُّ لِلْعِبَادَةِ.
Rəbb- ibadət edilməli olandır. Buna dəlil Allahın ayəsidir: "Ey insanlar! Sizi və sizdən öncəkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə (Allahdan) qorxasınız.O, sizin üçün yer üzünü döşəmə, göyü isə tavan etdi. Göydən su endirib onunla sizin üçün (növbənöv) məhsullardan ruzi yetişdirdi. Siz də (bunu) bildiyiniz halda (heç kəsi) Allaha tay tutmayın. (Əl-Bəqara ; 21,22)
İbn Kəsir (Allah rəhmət etsin) demişdir: " Ancaq bütün bunların yaradıcısı ibadət edilməyə layiqdir"
وَأَنْوَاعُ الْعِبَادَةِ الَّتِي أَمَرَ اللهُ بِهَا مِثْلُ: الإِسْلامِ، وَالإِيمَانِ، وَالإِحْسَانِ، وَمِنْهُ: الدُّعَاءُ، وَالْخَوْفُ، وَالرَّجَاءُ، وَالتَّوَكُّلُ، وَالرَّغْبَةُ، وَالرَّهْبَةُ، وَالْخُشُوعُ، وَالْخَشْيَةُ، وَالإِنَابَةُ، وَالاسْتِعَانَةُ، وَالاسْتِعَاذَةُ، وَالاسْتِغَاثَةُ، وَالذَّبْحُ، وَالنَّذْرُ، وَغَيْرُ ذَلَكَ مِنْ أَنْوَاعِ الْعِبَادَةِ الَّتِي أَمَرَ اللهُ بِهَا. كُلُّهَا للهِ تَعَالَى.
Allahın əmr etdiyi ibadətin növləri: İslam, İman, Ehsan , həmçinin bunlara aid olan : Dua,  (xouf) qorxu, (racə) ümid, təvəkkül, (rağbə) savab umaraq yönəlmək, (rahbə) əzabından qorxara çəkinmək, (xuşu)mütilik, (xaşyə) kor-koranə yox, elmli şəkildə qorxmaq, (inəbə) üz tutmaq,qayıtmaq, (istianə) yardım istəmək, (istiazə) sığınmaq, (istiğasə) mədət ummaq, qurban kəsmək, nəzir demək və bu kimi Allahın əmr etdiyi digər ibadətlərin hamısı yalnız Allaha xasdır.
وَالدَّلِيلُ: قَوْلُهُ تَعَالَى: ( وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلاَ تَدْعُوا مَعَ اللَّهِ أَحَدًا )[الجن: 18]. فَمَنْ صَرَفَ مِنْهَا شَيْئًا لِغَيْرِ اللهِ؛ فَهُوَ مُشْرِكٌ كَافِرٌ؛ وَالدَّلِيلُ: قَوْلُهُ تَعَالَى: ( وَمَن يَدْعُ مَعَ اللَّهِ إلهًا آخَرَ لاَ بُرْهَانَ لَهُ بِهِ فَإِنَّمَا حِسَابُهُ عِندَ رَبِّهِ إِنَّهُ لاَ يُفْلِحُ الْكَافِرُونَ )[المؤمنون:
117].
Dəlil isə Allahın ayəsidir: "Şübhəsiz ki, məscidlər Allahındır. Allahdan başqa heç kəsə dua etməyin!" (Əl-Cin;18) Kim bu ibadətləri Allahdan başqasına sərf edərsə, müşrik, kafir olmuş olur. Dəlil Allahın (subhanəhu və təalə) ayəsidir: " Kim Allahla yanaşı, haqqında özünün heç bir dəlili olmadığı başqa bir tanrıya ibadət edərsə, onun cəzasını Rəbbi Özü verəcəkdir. Şübhəsiz ki, kafirlər nicat tapmazlar!" (Muminun ;117)
وَفِي الْحَدِيثِ: ( الدُّعَاءُ مخ الْعِبَادَةِ ). وَالدَّلِيلُ: قَوْلُهُ تَعَالَى: ( وَقَالَ رَبُّكُمُ ادْعُونِي أَسْتَجِبْ لَكُمْ إِنَّ الَّذِينَ يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِي سَيَدْخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ )[غافر: 60].
Hədisdə deyilir: "Dua ibadətin beynidir." Dəlil Allahın (subhanəhu və təalə) ayəsidir: "Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər”."(Ğafir;60)
وَدَلِيلُ الْخَوْفِ: قَوْلُهُ تَعَالَى: ( فَلاَ تَخَافُوهُمْ وَخَافُونِ إِن كُنتُم مُّؤْمِنِينَ )[آل عمران: 175].
Qorxuya dəlil Allahın bu ayəsidir:“Elə isə, əgər iman gətirmiş kimsələrsinizsə, onlardan qorxmayın, Məndən qorxun!” (Əli-İmran;175)
وَدَلِيلُ الرَّجَاءِ: قَوْلُهُ تَعَالَى: (فَمَن كَانَ يَرْجُو لِقَاءَ رَبِّهِ فَلْيَعْمَلْ عَمَلاً صَالِحًا وَلاَ يُشْرِكْ بِعِبَادَةِ رَبِّهِ أَحَدًا )[الكهف: 110].
Ümid bəsləməyə dəlil Allahın bu ayəsidir: "Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı işlər görsün və icra etdiyi ibadətlərində Rəbbinə heç kəsi şərik qoşmasın!"  (Əl-Kəhf; 110)
وَدَلِيلُ التَّوَكُلِ: قَوْلُهُ تَعَالَى: ( وَعَلَى اللّهِ فَتَوَكَّلُواْ إِن كُنتُم مُّؤْمِنِينَ )[المائدة: 23]. وقوله: (وَمَن يَتَوَكَّلْ عَلَى اللَّهِ فَهُوَ حَسْبُهُ)[الطلاق: 3].
Təvəkkülə dəlil Allahın bu ayəsidir: Əgər möminsinizsə, Allaha təvəkkül edin! (Əl-Maidə; 23) Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. (Ət-Taləq;3)
وَدَلِيلُ الرَّغْبَةِ، وَالرَّهْبَةِ، وَالْخُشُوعِ: قَوْلُهُ تَعَالَى: ( إِنَّهُمْ كَانُوا يُسَارِعُونَ فِي الْخَيْرَاتِ وَيَدْعُونَنَا رَغَبًا وَرَهَبًا وَكَانُوا لَنَا خَاشِعِينَ )[الأنبياء: 90].
(Rağbə) Savab umaraq yönəlməyə, (rahbə) əzabından qorxaraq çəkinməyə, (xuşu) mütiliyə dəlil Allahın bu ayəsidir: “Həqiqətən, onlar yaxşı işlər görməyə tələsər, ümid və qorxu ilə Bizə yalvarardılar. Onlar Bizə müti (qullar) idilər.(Əl-Ənbiya;90)
وَدَلِيلُ الْخَشْيَةِ: قَوْلُهُ تَعَالَى: ( فَلاَ تَخْشَوْهُمْ وَاخْشَوْنِي…) الآية [البقرة: 150].
(Xaşyə) Kor-koranə yox, elmli şəkildə qorxmağa dəlil Allahın ayəsidir: "Onlardan qorxmayın, məndən qorxun!..." (Əl-Bəqara; 150)
وَدَلِيلُ الإِنَابَةِ: قَوْلُهُ تَعَالَى: (وَأَنِيبُوا إِلَى رَبِّكُمْ وَأَسْلِمُوا لَهُ…) الآية [الزمر: 54].
( İnəbə) Üz tutmağa,dəlil Allahu Təalənin bu ayəsidir:“Rəbbinizə üz tutun və Ona itaət edin.”(Əz-Zumər; 54)
وَدَلِيلُ الاسْتِعَانَةِ: قَوْلُهُ تَعَالَى: ( إِيَّاكَ نَعْبُدُ وإِيَّاكَ نَسْتَعِينُ ) [الفاتحة: 5]. وَفِي الْحَدِيثِ: (…وإِذَا اسْتَعَنْتَ فَاسْتَعِنْ بِاللهِ).
(İstianə) Yardım istəməyə dəlil Allahın bu ayəsidir: "...yalnız Səndən kömək diləyirik." (Əl-Fatihə ;5) Hədisdə isə deyilir: " Bir şey istədikdə Allahdan istə!"
وَدَلِيلُ الاسْتِعَاذَةِ: قَوْلُهُ تَعَالَى: ( قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ ) [الفلق: 1]. و( َقُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ ) [الناس: 1].
(İstiazə) sığınmağa dəlil Allahın bu ayələridir: "De: “Sığınıram sübhün Rəbbinə!" (Əl-Fələq;1) , "De: “Sığınıram insanların Rəbbinə" (Ən-Nəs;1)
وَدَلِيلُ الاسْتِغَاثَةِ: قَوْلُهُ تَعَالَى: ( إِذْ تَسْتَغِيثُونَ رَبَّكُمْ فَاسْتَجَابَ لَكُمْ…) الآية[الأنفال: 9].
(İstiğasə) Mədət ummağa dəlil  Allahın bu ayəsidir: "O vaxt siz Rəbbinizdən kömək diləyirdiniz. O da duanızı qəbul etmişdi." (Əl-Ənfal;9)
وَدَلِيلُ الذَّبْحِ: قَوْلُهُ تَعَالَى: ( قُلْ إِنَّنِي هَدَانِي رَبِّي إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ دِينًا قِيَمًا مِّلَّةَ إِبْرَاهِيمَ حَنِيفًا وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ * قُلْ إِنَّ صَلاَتِي وَنُسُكِي وَمَحْيَايَ وَمَمَاتِي لِلّهِ رَبِّ الْعَالَمِينَ * لاَ شَرِيكَ لَه وَبِذَلِكَ أُمِرْتُ وَأَنَا أَوَّلُ الْمُسْلِمِينَ ُ) [الأنعام: 161ـ163]. وَمِنَ السُنَّةِ: (لعَنَ اللهُ مَنْ ذَبَحَ لِغَيْرِ اللهِ).
ودليل النذر قوله تعالى: ( يُوْفُوْنَ بِالنَّذْرِ وَيَخَافُونَ يَوْمًا كَانَ شَرُّهُ مُسْتَطِيرًا ) [الإنسان: 7]
Qurban kəsməyə dəlil  Allahın bu ayələridir: "De: “Həqiqətən, Rəbbim məni doğru yola, İbrahimin hənif (Allahın təkliyini qəbul edən) dininə yönəltdi! O, müşriklərdən deyildi”. De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allaha məxsusdur! Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən müsəlmanların birincisiyəm”. ”(Əl-Ənam;161-163) Sünnədən dəlil: “Allahdan qeyrisinə qurban kəsənə Allah lənət etmişdir.”
Nəzir deməyə dəlil Allahın bu ayəsidir:  "Onlar vəd etdikləri nəziri verər və vəhşəti (hər yeri) sarsıdacaq Gündən qorxarlar." (Əl-İnsan;7)

56
HƏDİS / SƏQƏLEYN HƏDİSİNİN ŞƏRHİ
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 01.30.2020, 11:23:26 »
SƏQƏLEYN HƏDİSİNİN ŞƏRHİ
abuzeyd-selefi@mail.ru
YÜKLƏ
https://drive.google.com/open?id=1I7WKF-bSVyr5UldyLuxWOlTsNp_ZHDdk
57
NAFİLƏ ORUCLAR / AŞURA ORUCU
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 12.09.2019, 02:26:14 »

Aşura günü orucunun mərtəbələri

Şeyx bin Useymin (Allah ona rəhmət etsin) demişdir:
Aşura orucunun 4 mərtəbəsi vardır:

1)   Birinci  mərtəbə:  9-u, 10-u və 11-ci günləri oruc tutmaq. Bu ən üstün mərtəbədir.
Əhməd öz Müsnədində rəvayət etmişdir:
“ Aşura günü oruc tutun və yəhudilərə müxalif olaraq, ondan bir gün əvvəl və ya bir gün sonra da oruc tutun.”
Hədisin İmam Əhməddən başqasının rəvayət etdiyi  mətnində deyilir:
“ Ondan bir gün əvvəl və bir gün sonra oruc tutun.”
Çünki insan 3 gün oruc tutarsa (həmin) ayın 3 gününün orucunun fəzilətini əldə etmiş olur.

2)   İkinci mərtəbə: 9-cu və 10-cu günlər ouc tutmaq; 
Peyğəmbərin (Allahın salamı onun üzərinə olsun) hədisində deyilir:
“Əgər gələn ilə sağ qalsam, mütləq olaraq ayın 9-cu gününü də tutacam.”
Peyğəmbərə (Allahın salamı onun üzərinə olsun)  "yəhudilər 10-cu günü oruc tuturlar” – deyildi. Peyğəmbər (Allahın salamı onun üzərinə olsun) isə yəhudilərə və habelə hər bir kafirə müxalif olmağı sevirdi. Bu səbəblə də  belə (“Əgər gələn ilə sağ qalsam, mütləq olaraq ayın 9-cu gününü də tutacam.” ) dedi.

3)   Üçüncü mərtəbə: 10-cu gün ilə 11-ci günləri oruc tutmaq.

4)   Dördüncü mərtəbə: Təkcə 10-cu günü oruc tutmaq;
Alimlərdən bəziləri bunun mübah olduğu göüşündədir, onlar  Aşura günü orucu haqqında soruşulduqda Peyğəmbərin (Allahın salamı onun üzərinə olsun ) cavabının ümumi olmasını dəlil gətirirlər.
 “ Aşura günü orucunun  keçən ilin günahlarına kəfarə olmağını Allahdan umuram.”
 Peyğəmbər (Allahın salamı onun üzərinə olsun) bunu deyərkən 9-cu günü qeyd etməmişdi.

Məkruh olduğunu deyənlər isə dəlili  belədir:
 Peyğəmbər (Allahın salamı onun üzərinə olsun)  demişdir. “ ....Yəhudilərə müxalif olun, bir gün əvvəl və ya bir gün sonra oruc tutun.”
"Başqa rəvayətdə:  “Ondan bir gün əvvəl və bir gün sonra oruc tutun.”
Bu isə onlara müxalif olmaq üçün Aşura gününə bir gün artırmağın vacib olduğunu və ya ən azından təkləşdirməyin məkruh olduğunu göstərir.
Aşuranı  tək tutmğın məkruh olması barəsindəki rəy daha güclüdür...


Allahu -Təalə ən Ucadır və Ən yaxşı biləndir.

[Fətəva liqail bəbil məftuh; (95)  Səum/Səumut-tətavvu`]

Audio variantı:

http://binothaimeen.net/content/3891
58
ƏHLİ SUNNƏ VƏL CƏMƏANIN ƏQİDƏSİ / TÖVHİD VƏ TÖVHİDİN FƏZİLƏTİ
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 12.03.2019, 04:16:12 »
Tövhid haqqında sözlər

Şeyxulisləm İbn Teymiyyə rahiməhullah demişdir:

"Tövhid ilə qul güclənir və zənginləşir."

"Kim insanların ən güclüsü olmaq istəyərsə onda Allaha təvəkkül etsin."

"İstiğfar ilə Allah onu bağışlayar və əzabı ondan uzaqlaşdırar."

{Bağışlanmalarını dilədikləri halda Allah onlara əzab verən deyildir.} (Əl-Ənfal; 33)

Qulun kasıblığı və möhtaclığı yalnız tövhid ilə aradan qalxar.

Tövhid mütləqdir, tövhidsiz insan fəqirdir, möhtacdır, əldə edə bilmədiyi ehtiyaclarını istəməyin əzabı içərisindədir:
Allah-Təala deyir: {Allah Ona şərik qoşulmasını əsla bağışlamaz.}  (Ən-Nisa;48)

O tövhid və istiğfarla zənginlik və səadət əldə edər. Ona əzab verən şey ondan uzaqlaşar. Güc və qüvvət sahibi yalnız Allahdır.

Qul Allaha ibadət etməyə möhtac olduğu kimi, daima Ona təvəkkül etməyə, Onun köməyinə möhtacdır.

O daima Allaha möhtaclığını və Allahın onun məbudu və yardımçısı olmasına duyduğu ehtiyacını etiraf etməlidir.

Güc və qüvvət sahibi yalnız Allahdır. Sığınacaq və Allahdan (əzabından) xilas olmaq üçün nicat yeri yalnız Ona yönəlməkdir.

(Məcmu'ul-fətəva (1/55-56))

59
FƏRZ ORUCLAR / Şaban ayı orucunun hikməti
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 12.03.2019, 03:45:08 »
İbn Rəcəb demişdir:

Şaban ayı orucu Ramazan ayı orucuna çətinlik  və əziyyətlə başlamamaq üçün bir təcrübədir. Bununla insan oruca alışır və əvvəlcədən orucun şirinliyini və ləzzətini dadır və Ramazan ayına qüvvətli və gümrah şəkildə daxil olur.
Şaban ayı Ramazan ayına  giriş olduğu üçün, Ramazanı qarşılamağa hazırlıq və Ər-Rahmənə itaətə nəfslərin alışması məqsədilə  Ramazan  ayı üçün varid olan oruc və Quran qiraəti şaban ayında da buyrulub.

______________________

(Lətaiful-məarif; 138)
60
FƏRZ ORUCLAR / Ramazan məqsədilə evi bəzəməyin hökmü
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 12.03.2019, 03:30:50 »
Pr.D. Şeyx Süleyman Ər-Ruheyli . Peyğəmbər ﷺ məscidinin müəllimi
Sual:

Ramazan ayı yaxınlaşır, özümüzə və övladlarımıza bu ayın digər aylar kimi olmadığını hiss etdirmək üçün evimizi  müxtəlif zinət əşyaları ilə, məsələn, şarlar, çilçıraqlar, afişalarla bəzəmək icazəlidirmi?
Cavab:
Bu sonradan uydurulmuş bir bidətdir.
Evdən bəzəklər, işıqlar, rəngarəng şeylər, Ramazan çıraqları və s. zinətlər asmaq müsəlmanlar arasında Fatimilər və ondan sonra gələnlərin dövründə yayılmış bidətlərdəndir.
Şübhəsiz ki, bidət insan duyğularına xoş gəlib, onların həva və həvəslərini bəzəyir.
Peyğəmbərimiz ﷺ   Ramazan daxil olarkən , o,  bu aydakı xeyirə ən çox həris olan insan olmasına baxmayaraq nə evini, nə də məscidini bəzəmirdi, nə də bunu əmr etmirdi. Bunu nə səhabələr, nə tabiinlər, nə də 4 məzhəb imamından heç kim etməyib. Hətta bu barədə ümmətin heç bir aliminin kitablarında bir şey oxuya biməzsən.
Bu Ramazana , ibadətə aid olan bir işdir, adət deyil. İbadət tərəfə aid olan bir şeydir. Çünki ibadət ayı ilə əlaqəlidir, buna görə də adətə yox ibadətə  daxil olmuş olur.
Ona görə də biz bunu tərk etməliyik.
Ramazana yaxınlaşdığımızı  Nəbinin ﷺ  etdiyi kimi Şaban ayında orucları çoxaltmaqla, Ramazanın fəzilətli günlərini xatırlamaqla və Ramazan daxil olduğunu Rasulullahın etdiyi kimi müjdə verməklə nəfsimizə  hiss etdirməliyik.
Şeyx Süleyman Ər-Ruyheyli (Dəlilut-talib lineylil-mətalib əsərinin şərhi, şənbə günü, 9 Şaban, 1438)
Səhifə: 1 ... 4 5 [6] 7 8 ... 10