“Şahid olun ki, biz müsəlmanlarıq!”(Əli İmran;64)

Göndərən Mövzu: AŞURA ORUCU  (Oxunma sayı 14900 dəfə)

Ahlul-Quran

  • Administrator
  • Full Member
  • *****
  • Yazı sayı: 101
AŞURA ORUCU
« : 12.09.2019, 02:26:14 »

Aşura günü orucunun mərtəbələri

Şeyx bin Useymin (Allah ona rəhmət etsin) demişdir:
Aşura orucunun 4 mərtəbəsi vardır:

1)   Birinci  mərtəbə:  9-u, 10-u və 11-ci günləri oruc tutmaq. Bu ən üstün mərtəbədir.
Əhməd öz Müsnədində rəvayət etmişdir:
“ Aşura günü oruc tutun və yəhudilərə müxalif olaraq, ondan bir gün əvvəl və ya bir gün sonra da oruc tutun.”
Hədisin İmam Əhməddən başqasının rəvayət etdiyi  mətnində deyilir:
“ Ondan bir gün əvvəl və bir gün sonra oruc tutun.”
Çünki insan 3 gün oruc tutarsa (həmin) ayın 3 gününün orucunun fəzilətini əldə etmiş olur.

2)   İkinci mərtəbə: 9-cu və 10-cu günlər ouc tutmaq; 
Peyğəmbərin (Allahın salamı onun üzərinə olsun) hədisində deyilir:
“Əgər gələn ilə sağ qalsam, mütləq olaraq ayın 9-cu gününü də tutacam.”
Peyğəmbərə (Allahın salamı onun üzərinə olsun)  "yəhudilər 10-cu günü oruc tuturlar” – deyildi. Peyğəmbər (Allahın salamı onun üzərinə olsun) isə yəhudilərə və habelə hər bir kafirə müxalif olmağı sevirdi. Bu səbəblə də  belə (“Əgər gələn ilə sağ qalsam, mütləq olaraq ayın 9-cu gününü də tutacam.” ) dedi.

3)   Üçüncü mərtəbə: 10-cu gün ilə 11-ci günləri oruc tutmaq.

4)   Dördüncü mərtəbə: Təkcə 10-cu günü oruc tutmaq;
Alimlərdən bəziləri bunun mübah olduğu göüşündədir, onlar  Aşura günü orucu haqqında soruşulduqda Peyğəmbərin (Allahın salamı onun üzərinə olsun ) cavabının ümumi olmasını dəlil gətirirlər.
 “ Aşura günü orucunun  keçən ilin günahlarına kəfarə olmağını Allahdan umuram.”
 Peyğəmbər (Allahın salamı onun üzərinə olsun) bunu deyərkən 9-cu günü qeyd etməmişdi.

Məkruh olduğunu deyənlər isə dəlili  belədir:
 Peyğəmbər (Allahın salamı onun üzərinə olsun)  demişdir. “ ....Yəhudilərə müxalif olun, bir gün əvvəl və ya bir gün sonra oruc tutun.”
"Başqa rəvayətdə:  “Ondan bir gün əvvəl və bir gün sonra oruc tutun.”
Bu isə onlara müxalif olmaq üçün Aşura gününə bir gün artırmağın vacib olduğunu və ya ən azından təkləşdirməyin məkruh olduğunu göstərir.
Aşuranı  tək tutmğın məkruh olması barəsindəki rəy daha güclüdür...


Allahu -Təalə ən Ucadır və Ən yaxşı biləndir.

[Fətəva liqail bəbil məftuh; (95)  Səum/Səumut-tətavvu`]

Audio variantı:

http://binothaimeen.net/content/3891
« Son tənzimləmə: 12.09.2019, 02:28:59 Göndərən: Ahlul-Quran »