Rəbbinin intiqamı çox şiddətlidir!(Əl-Buruc;12)

Göndərən Mövzu: ALİMLƏRDƏN FAYDALI SÖZLƏR  (Oxunma sayı 15920 dəfə)

Ahlul-Quran

  • Administrator
  • Full Member
  • *****
  • Yazı sayı: 101
ALİMLƏRDƏN FAYDALI SÖZLƏR
« : 01.08.2023, 23:55:43 »

İmam İbnul-Qayyim (Allah rəhmət etsin) demişdir: Günahlar nemətlərin odudur, od odunu əritdiyi kimi, nemətləri əridər, Allah nəmətlərinin itməsindən  və bəxş etdiyi sağlamlığın xəstəliyə çevrilməsindən qorusun" (Tariqul-Hicrateyn; 271)


İbn Teymiyyə (Allah rəhmət etsin) demişdir:
"Əgər  avamlar fərz namazını ötürməyin alimlərin ittifaqına görə Ramazan ayını ötürməyə bərabər olduğunu bilseydilər, onu vaxtında qilmaq üçün  çalışardılar." (Minhəcus-Sunnə 5/230)


Şeyxül-İslam İbn Teymiyyə (Allahın ona rəhmət etsin) deyib:
Qulun Allahın elçisinə olan ehtiyacı, xəstənin həkimə olan ehtiyacından daha güclüdür. Çünki həkim olmadıqda xəstəni gözləyən ən ağır aqibət ölümdür. Amma əgər qula risalənin nuru çatmasa, onun qəlbi ölər və bir daha həyata qayıtmaz, bədbəxtliyə düçar olar və bir daha xoşbəxtliyi dadmaz. Rəsula tabe olmaqdan başqa qurtuluş yoxdur. Allah bu qurtuluşu yalnız möminlərə və peyğəmbərə yardım edənlərə aid etmişdir.
(Fətvalar toplusu 19/97)

Surələrin əvvəlində "bəsmələ"nin deyilməsinin lazım olduğuna dair qiraət alimləri arasında heç bir ixtilaf yoxdur.
(Ğaysun-nəf'i fil-qiraət əssəb'i, səhifə 34)


Məşruqdan Rasulullahın (sallallahu aleyhi və səlləm) belə dediyi rəvayət olunur:
"Ey Bilal, malından Allah yolunda xərclə və Ərşin sahibinin onu azaldacağından narahat olma"
(Təbərani ;Əl-Kəbir,1/344)

Muhamməd Əl-Mənnəvi (Allah ona rəhmət etsin): "İbadətlərin ən şərəflisi və itaətlərin ən xalis  olanı qəlbin bütün kədəri  ilə Rəbbinə yönəlməsidir və ona hər hansı sıxıntı üz verdikdə çıxış yolunu, başqasından deyil,  yalnız Ondan gözləməsidir." (Fəydul-Qadir; 2/44)


« Son tənzimləmə: 01.08.2023, 23:58:08 Göndərən: Ahlul-Quran »