Kimə Allah
1. Fürsət (vaxt) veribsə
2. Can sağlığı veribsə
3. Ona cahillər təbəqəsindən çıxmağı sevdiribsə
4. Dinini öyrənməyə qəlbində əzm varsa
O zaman gec olmadan, bu nemətlər onun əlindən alınmadan, bu fürsətlərdən istifadə etsin, ona mane olan səbəblərə qarşı daha ciddi tədbir görsün.
(Xatib əl-Bağdadi (rahimahullah): "Əl-Fəqih vəl mutəfəqqih 2/170")
Çünki, insanda olan bütün nemətlər gec-tez tükənə bilir:
وما عندكم ينفد
Bir bacı sual verir:
O nə nemətdir ki, Allah deyib ki sizdə tükənəcək, sadalananmı, yoxsa başqa nemətlərmi? Və niyə tükənəcək; müəyyən şərtlər daxilindəmi, yoxsa hamıdamı tükənəcək?
Cavab: ən-Nəhl 96-cı ayənin Qurtubidə təfsirinə baxaq:
القرطبى : مَا عِندَكُمْ يَنفَدُ ۖ وَمَا عِندَ اللَّهِ بَاقٍ ۗ وَلَنَجْزِيَنَّ الَّذِينَ صَبَرُوا أَجْرَهُم بِأَحْسَنِ مَا كَانُوا يَعْمَلُونَ
ما عندكم ينفد وما عند الله باق فبين الفرق بين حال الدنيا وحال الآخرة بأن هذه تنفد وتحول ، وما عند الله من مواهب فضله ونعيم جنته ثابت لا يزول لمن وفى بالعهد وثبت على العقد . ولقد أحسن من قال :
المال ينفد حله وحرامه يوما وتبقى في غد آثامه...
Sizdə olan nemətlər tükənəcək, Allahın dərgahında olan nemətlər isə daim qalacaqdır. Səbrli olanlara etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik.(Ən-Nəhl;96)
Allah dünya ilə Axirətin halı arasındakı fərqi izah edir; dünyanın halı tükənəndir, dəyişkəndir, Allahın Axirətdə bəxş etdikləri və Cənnət nemətləri isə sabitdir, əhdinə vəfa göstərən və əqdinə sadiq qalanlar üçün əbədidir.
Bu sözün sahibi gözəl demişdir:
Malın halalı da, haramı da bir gün tükənər, sabaha isə günahları qalar...
Sizdə olan nemətlər tükənəcək
(Ən-Nəhl;96)