Allahı çox zikr edin! (Əl-Əhzab;41)

Göndərən Mövzu: Ramazanın yaxınlaşmağı münasibətilə nəsihət  (Oxunma sayı 7120 dəfə)

Ahlul-Quran

  • Administrator
  • Full Member
  • *****
  • Yazı sayı: 100
Şeyx Saleh bin Fovzan Əl-Fovzandan (Allah onu qorusun) soruşulub:
Ramazanın yaxınlaşmağı münasibətilə müsəlmanlara nəsihətiniz nədir?
Cavab:
“Müsəlmanlara Allahdan onları Ramazana çatdırmasını , onları namaza, oruca və saleh əməllərə müvəffəq etməsini istəmələri vacibdir. Çünki bu müsəlmanın həyatında bir fürsətdir.
“Kim Ramazanı imanla , Allahdan əcrini umaraq oruc tutarsa, onun keçmiş günahları bağışlanar.”
“Kim Ramazanda imanla , Allahdan əcrini umaraq gecə namazı qılarsa, onun keçmiş günahları bağışlanar.”
Bu müsəlmanın həyatında elə bir fürsətdir ki, ola bilsin ki bir daha geri gəlməsin.
Müsəlman Ramazanın gəlməsi ilə sevinir və müjdələnir. Gecələri namaz qılmaqla, gündüzləri oruc tutub Quran oxumaqla keçirir. Zikr (Allahı yad etmək) isə müsəlman üçün qənimətdir.
Ancaq kim ki, Ramazanı fəsadlı proqramlara teleseriallara baxmaqla, ordakı mükafatları əldə etməyə çalışmaqla,  keçirərsə, onlar şeytanın  ordularıdır.  Şeytan oları bu işlərə təyin edib. Müsəlman bütün bunlardan çəkinib, insanları da çəkindirməlidir.
Ramazan, əyləncə, oyun, teleseriallar, mükafatlar, müsabiqələr, vaxtı zay etmək ayı deyil.
Audio link:
http://cutt.us/4w6Ss
Allahım bizi Ramazana çatdır, bizi onun üçün salamat et və onu bizdən təslim al (qəbul et).

Ahlul-Quran

  • Administrator
  • Full Member
  • *****
  • Yazı sayı: 100
Ramazanı Qarşılayarkən Sələfi Salehin Halı
« Cavabla #1 : 05.05.2019, 18:56:25 »
 

Sual: Sələfi Saleh (Allah onlardan razı olsun) bu əzəmətli ayı necə hal üzrə qarşılayardı? Onların yolu, ədəbi, üsulu necə idi?

İkincisi, zat-aliləri, şeyx, müsəlman yaşadığı bu gecələr və gündüzlərdən xeyir əldə etmək üçün necə hazırlaşmalıdır? Orucun hökmünü, orucu pozan şeyləri bilməklə elmi cəhətdən hazırlaşmaq-bəzi insanlar bundan qafil olurlar, oruca aid məsələləri öyrənmirlər, şeyx (Allah onu qorusun) bunlara görə onları tənbeh edə bilərmi?

Cavab: ƏrRahmən və ƏrRahim olan Allahın adı ilə. Və aleykum əssalam və rahmətullahi və bərakətuhu. Allah sənə bərəkət versin. Sələflərin Ramazandakı hallarına gəldikdə isə, kitablarda  etibarlı sənədlərlə mövcud olduğuna görə, onlar Ramazan ayı girməmişdən əvvəl Allahdan (Azzə və Cəllə) onları bu aya çatdırmağını istəyərdilər. Çünki onlar bu aydakı əzəmətli xeyri və ümümi mənfəəti bilirdilər. Ay girdikdən sonra isə, Allahdan bu ayda onları saleh əmələ müvəffəq etməsini diləyirdilər. Ay sona çatdıqdan sonra isə Allahdan əməllərinin qəbulunu istəyirdilər. Allah (Azzə və Cəllə ) buyurub:

وَالَّذِينَ يُؤْتُونَ مَا آتَوْا وَقُلُوبُهُمْ وَجِلَةٌ أَنَّهُمْ إِلَى رَبِّهِمْ رَاجِعُونَ أُولَئِكَ يُسَارِعُونَ فِي الْخَيْرَاتِ وَهُمْ لَهَا سَابِقُونَ

Rəbbinə qayıdacaqlar deyə yerinə yetirməli olduqlarını qəlbi qorxa-qorxa yerinə yetirənlər. (Əl-Muminun; 60)

Çox əməl etməyə çalışırdılar, əməldən sonra isə hüznlənərək düşünürdülər: “əməllərimiz həqiqətən qəbul olubmu?!”. Çünki onlar Allahın əzəməti barədə elm sahibi idilər. Bilirdilər ki, Allah yalnız onun rızası üçün və yalnız rəsulunun (Ona Salam olsun) sünnəsinə müvafiq edilən əməli qəbul edir. Onlar öz nəfislərini təmizə çıxartmırdılar. Əməllərinin batil olmasından qorxurdular. Ona görə də əməllərini tam düzgün şəkildə yerinə yetirməyə həris idilər. Çünki Allah (Cəllə və Alə ) buyurub:

إِنَّمَا يَتَقَبَّلُ اللَّهُ مِنَ الْمُتَّقِينَ

Allah ancaq müttəqilərdən  qəbul edər! (Əl-Maidə;27)

Bu ayda dünya işlərini azaldıb, ibadət üçün daha çox zaman ayırardılar. Vaxtlarını Allahın (Azzə və Cəllə ) evlərində oturmaqla keçirərdilər. Və deyərdilər ki, oruclarımızı qoruyuruq, heç kimin qeybətini etmirik. Həmiçinin Quran oxuyardılar. Allahın  (Azzə və Cəllə) kitabını öyrənərdilər. Vaxtlarını boş keçirməkdən qoruyardılar. Hazırda çox adamlarda olduğu kimi səhlənkarlıq etməzdilər, vaxtlarını yeyib-içməyə, əyləncəyə sərf etməzlilər. Gecələrini namaz qılmaqla, gündüzlərini orucla, Quran oxumaqla, Allahın zikri ilə, xeyir əməllərlə keçirərdilər. Bir dəqiqə, bir an belə ötürmədən saleh əməllər işləyərdilər.

http://www.alfawzan.af.org.sa/node/14891