Rəbbinin intiqamı çox şiddətlidir!(Əl-Buruc;12)

Göndərən Mövzu: NAMAZI TƏRK EDƏNİN HÖKMÜ  (Oxunma sayı 5878 dəfə)

Ahlul-Quran

  • Administrator
  • Full Member
  • *****
  • Yazı sayı: 100
NAMAZI TƏRK EDƏNİN HÖKMÜ
« : 02.27.2022, 19:59:38 »
Bismilləh , əlhamdulilləh vəssalətu vəssələmu alə Rasulilləh.
Namazı tərk edənlərin hökmü islam dinində ən böyük ixtilaflı məsələlərdən biridir. Yəni istər keçmiş alimlər arasında, istərsə də, indiki alimlər arasında bu barədə fikir ayrılığı olub.
Əvvəla namazı tərk edənlərin özləri müxtəlif hallarda olur. Məsələn alimlər aşığıda qeyd etdiyim halları hökm cəhətdən bir birindən ayırıb:
▪️. Namazın fərz olmağını inkar edərək tərk edən
▪️ Tənbəllikdən tərk edən
▪️ Cahillikdən tərk edən
Və s.
Namazın fərz olduğunu inkar edərək tərk edəni ittifaqla kafir görsələr belə, orda da istisna qruplar ayırıblar. Məsələn:
▪️İslam dininə yeni daxil olub, islamdan kifayət qədər məlumatı olmayan
▪️Uzun müddət kafirlərin əsarətində müsəlmanlardan ayrı yaşayıb dininin unudulmasına məruz qalan
Eləcədə digər qrupları da növlərə ayırıblar , məsələn, namazı tənbəllikdən tamamilə tərk edən və ya gah tərk edib, gah da tərk etməyən.
Bunların hərəsinin də özünəməxsus xüsusi dəlillərlə izahı və hökmü var.
Sayılanlardan əlavə aldadılanlar, yanlış məlumatlandırılanlar və ya məcbur edilənlər də var
Yəni islam dinində  hər hansı hökm elmsiz verilmir. Allah Quranda deyir:
"Allahın ayələrinə inanmayanlar ancaq yalan uydururlar. Onlar əsil yalançılardır. Qəlbi imanla dolu olduğu halda (küfrə) məcbur edilən istisna olmaqla" (Ən-Nəhl; 105-106)
Yəni islamda bir insan haqqında hökm verərkən onu hərtərəfli analiz edirlər, lazım olduğu təqdirdə ona elm əhli nəsihət edir, sonra nəticəyə əsasən hökm çıxarırlar, dini məsələlərdə hökm vermək  oyuncaq deyil.
Məsələn, İslamda oğrunun əli kəsilir. Buna aid ayət var. Amma hər oğrunun əli kəsilmir. Mütləq nəyi, nə qədər, neçə dəfə  oğurladığı müəyyənləşməlidir. Həmçinin oğurluğu sübut olunmalıdır.
Bundan əlavə İslamda ümumi  hökmlə , fərdi hökm arasında fərq var. Məsələn,  səhih hədis var ki:
لعن الله الخمر وشاربها وساقيها وبائعها ومبتاعها وعاصرها ومعتصرها وحاملها والمحمولة إليه وآكل ثمنها
Allah içkiyə və onu içənə, süzənə, satana, satdırana, hazırlayana, hazırlatdırana, daşıyana , daşıtdırana və onun qazancını yeyənə lənət edib.
Biz buna etiqad edirik, iman edirik, amma bu əməllərdən birini edənə yaxınlaşıb, Allah sənə artıq lənət edib deyə bilmərik.
Rasulullahın (sallallahu aleyhi və səlləm)  dövründə bəzi kafir kişilər öz müsəlman cariyələrini zinaya məcbur edirdilər. Onlar da zina edirdilər. Bəs islamda onlar zinakar sayıldılarmı əlbəttə ki yox.
Yəni ümumiyyətlə özünə və elm səviyyəsinə yaraşmayan məsələlərlə məşğul olanlar, cahil hökmləri ilə  müsəlmanlar arasında fitnə çıxarmaq istəyənlər sələfin mənhəcində deyillər. Allahdan qorxan müsəlmana yaraşan odur ki, mükəlləf olmadığı məsələləri yüklənməsin, özünə müsəlman deyən adama hüccət çatmamış kafir deməsin. Necə ki, (peyğəmbərimizin sallallahu aleyhi və səlləm)  hədisində deyilir: "Kim müsəlman qardaşına "ey kafir" deyərsə, artıq onlardan biri dindən çıxmış sayılır". Həmçinin başqa hədisdə deyilir: "Özünə aid olmayan məsələlərdən uzaq durması , insanın dininin kamilliyindəndir"
Deyəcəyim bu qədər. Ən düzgün söz Allah və Rəsulunun  sözüdür, bütün səhvlər və naqisliklər isə öz nəfsimizdəndir.
Peyğəmbərimizə Allahın salamı və xeyir duası olsun!