Allah batili silib yox edər.(Əş-Şura;24)

Göndərən Mövzu: YENİ İL QEYD ETMƏYİN HÖKMÜ. DƏVƏTİN ƏDƏBİ  (Oxunma sayı 16230 dəfə)

Ahlul-Quran

  • Administrator
  • Full Member
  • *****
  • Yazı sayı: 101

Allahın bir ayəsinə diqqət yetirək:
وَلَا تَسُبُّوا الَّذِينَ يَدْعُونَ مِنْ دُونِ اللَّهِ فَيَسُبُّوا اللَّهَ عَدْوًا بِغَيْرِ عِلْمٍ ۗ كَذَٰلِكَ زَيَّنَّا لِكُلِّ أُمَّةٍ عَمَلَهُمْ
Allahdan başqasına dua edənlərə (sitayiş edənlərə) söyməyin! Yoxsa onlar da, bilmədən düşməncəsinə Allaha söyərlər. Beləcə, hər bir ümmətə öz əməllərini cazibəli göstərdik.
(əl-Ənam surəsi, 108-ci ayə)

İslamda hər şeyin, eləcə də dəvətin bir yolu ədəbi var:
  Necə ki, islamın Qurban və Ramazan bayramını müsəlmanlardan başqaları qeyd etmir, müsəlmanlara da xristianların yeni il, milad, christmas, Thanksgiving Day adını necə qoyurlar qoysunlar , xülasə, 31 dekabrı bayram kimi qeyd etmək yaraşmaz.
Bu bayramı keçirtmək niyyətindən aslı olmayaraq günahdır. Əgər niyyət sadəcə əylənmək şənlənmək və s. Bu kimi düşüncələrdirsə, onda sən Allahın ayəsinə və Peyğəmbərin sünnəsinə asisən. Günah sahibisən. Çünki Allah müsəlmana qadağan edib kafirlərin bayramında əylənməyi, qeyd etməyi. Amma əgər niyyət kafirə bənzəmək, onları üstün tutmaq, onlara heyran olmaq və s. Kimidirsə artıq bu küfrdür.

Çünki Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) demişdir:
مَنْ تَشَبَّهَ بِقَوْمٍ, فَهُوَ مِنْهُمْ
Kim özünü hansı qövmə bənzədərsə,  o onlardan sayılar ( Sunən Əbi Davud ;4031)
Bu şəriətimizdə mütləq şəkildə əməl olunması vacib olan əmrlərdəndir. Rasulullah (sallallahualeyhi və səlləm) kafirlərə nə dinlərində, nə adətlərində nə bayramlarında, nə   yaşam tərzlərində və s.  bənzəmirdi, və bizə də həm Quranda həm sünnədə onlara bənzəməmək əmr olunub.
Allah Quranda deyir :
ثُمَّ جَعَلْنَاكَ عَلَىٰ شَرِيعَةٍ مِنَ الْأَمْرِ فَاتَّبِعْهَا وَلَا تَتَّبِعْ أَهْوَاءَ الَّذِينَ لَا يَعْلَمُونَ
Sonra sənə də dində şəriət yolu göstərdik. Sən ona tabe ol və (haqqı) bilməyənlərin istəklərinə tabe olma!
(əl-Casiyə surəsi, 18-ci ayə)

Bunları bir xatırlatma olaraq  yazdım, am a əsas yazmaq istədiyim başqa mövzudur:
Necə ki, Qurban bayramında sosial şəbəkə postlarında bəzəkli Qoyun şəkli  paylaşılır, bayram süfrələrindş axır vaxtlar "qoyun" tortu bişirilir, Qurban bayramı "Qoyun bayramı" kimi təqdim olunur və beləliklə  Allahın ayəsi , bir növ təhqir olunur. Hansı ki, Qurban bayramının mahiyyəti  ilə qoyun arasında heç bir əlaqə yoxdur. Eləcə də, yeni ili qeyd etməyin islamda qadağan olunmasının , şaxta baba ilə əlaqəsi yoxdur. Yəni "günah" şaxta babada deyil.
Şaxta babaya qarşı aqressiv postlar paylaşıb, yeni il  haramdır  və s, yazılı posterlər Allahın dininə əsla dəvət ola bilməz!!! Şaxta babanı, şam ağacını( yolkanı) və s. pisləmək,  karikaturalar çəkmək, lağlağı sözlər yazmaq, bu mövzuda komikslər paylaşmaq, bunlar kafirlərin  propaqanda üsullarıdır, bunun özü elə kafirlərə bənzəməkdir, qaş düzəldən yerdə hərtərəfli vurub gözünü çıxartmaqdır..
Dəvət isə Quran və sünnədən dəlil gətirməklə olur. Başqasının inancını, fikirlərini, bayramını söyməklə yox. Ayəni bir daha yazıram:
وَلَا تَسُبُّوا الَّذِينَ يَدْعُونَ مِنْ دُونِ اللَّهِ فَيَسُبُّوا اللَّهَ عَدْوًا بِغَيْرِ عِلْمٍ ۗ كَذَٰلِكَ زَيَّنَّا لِكُلِّ أُمَّةٍ عَمَلَهُمْ
Allahdan başqasına dua edənlərə (sitayiş edənlərə) söyməyin! Yoxsa onlar da, bilmədən düşməncəsinə Allaha söyərlər. Beləcə, hər bir ümmətə öz əməllərini cazibəli göstərdik. (əl-Ənam surəsi, 108-ci ayə)
ادْعُ إِلَىٰ سَبِيلِ رَبِّكَ بِالْحِكْمَةِ وَالْمَوْعِظَةِ الْحَسَنَةِ ۖ وَجَادِلْهُمْ بِالَّتِي هِيَ أَحْسَنُ ۚ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَنْ ضَلَّ عَنْ سَبِيلِهِ ۖ وَهُوَ أَعْلَمُ بِالْمُهْتَدِينَ
Hikmətlə və gözəl nəsihətlə Rəbbinin yoluna dəvət et! Onlarla ən gözəl şəkildə mübarizə apar! Şübhəsiz ki, Rəbbin yolundan azanları da, doğru yolda olanları da ən yaxşı tanıyandır.
(ən-Nəhl surəsi, 125-ci ayə)
Əgər Allah bizə hidayət verməsə, biz heç vaxt heç kimdən üstün sayılmırıq, insan gərək dəvət edərkən, özünü üstün "məxluq" hiss etməsin, cahili xor görməsin, onun cəhalətinə lağ eləməsin, öz halını günahlarını unutmasın , həqiqi  ixlasla, Tək Allahın razılığını qazanmaq üçün  və Allahın əmr etdiyi şəkildə dəvət etsin.

بَلِ اللَّهُ يَمُنُّ عَلَيْكُمْ أَنْ هَدَاكُمْ لِلْإِيمَانِ إِنْ كُنْتُمْ صَادِقِينَ
Əksinə, əgər sadiqlərdənsinizsə, bilin ki, əslində sizi imana yönəltdiyinə görə Allah sizə minnət qoymalıdır”.
(əl-Hucurat surəsi, 17-ci ayə)
وَكُنْتُمْ عَلَىٰ شَفَا حُفْرَةٍ مِنَ النَّارِ فَأَنْقَذَكُمْ مِنْهَا
Siz bir atəş quyusunun kənarında ikən O sizi oradan xilas etdi.
(Ali İmran surəsi, 103-cü ayə)
Xüslasə, kafirsayağı, lağlağı, təhqiramiz , təkəbbürlü paylaşımlar əvəzinə
  Dəlillə, izah edərək, ixlasla  hikmətlə gözəl sözlə dəvət aparmaq lazımdır.
 Karikaturalar isə surətdir, dinizmidə surət çəkmək böyük günahlardan sayılır.

وَقُولُوا لِلنَّاسِ حُسْنًا
İnsanlarla xoş danışın!
(əl-Bəqərə surəsi, 83-cü ayə)

Ahlul-Quran

  • Administrator
  • Full Member
  • *****
  • Yazı sayı: 101
Cvb: YENİ İL QEYD ETMƏYİN HÖKMÜ. DƏVƏTİN ƏDƏBİ
« Cavabla #1 : 01.08.2023, 23:47:32 »

Hafiz ibnu Racəb (Allah ona rəhm etsin) demişdir: Faydalı elm əhlinin əlamətlərindən biri odur ki, onlar özlərində nə bir məqam nə bir üstünlük görməzlər. Qəlblərində hər cür tərifə ikrah edərlər və başqaları yanında kibirlənməzlər".( Bəyənu fadli-ilmis-Sələf  alə ilmil-xaləf; səh:80)