Allahı çox zikr edin! (Əl-Əhzab;41)

Göndərən Mövzu: MƏLƏKLƏRƏ İMAN  (Oxunma sayı 5823 dəfə)

Ahlul-Quran

  • Administrator
  • Full Member
  • *****
  • Yazı sayı: 100
MƏLƏKLƏRƏ İMAN
« : 02.28.2022, 02:40:29 »
Mələklərə iman
Məqalənin planı:
1.Ümumi məlumat
2.Mələklərin adları
3.Mələklərin xüsusiyyətləri
4.Mələklərin işləri
5.Mələklərə iman etməyin faydaları

İman - qəlb ilə təsdiq etmək (etiqad etmək), dil ilə etiraf etmək və bunu əməldə biruzə verməklə olur."Mələk" Cumhur alimlərinə görə əsli "ألوكة" (əlukə) olan  "ألك" (ələkə) sözündən düzəlmişdir. "Əlukə" sözünün mənası "risalə"dir. Yəni, "mələk"  "rəsul" deməkdir. Bu cür adlanmaqlarının səbəbi isə Allah onları Özü ilə yaratdıqları arasında elçi olaraq  vəzifələndirib. Başqa bir rəyə əsasən isə "mələk" sözü, "ملك" (mələkə) feilindəndir və bu feilin əsli "ملك" ( mulk) sözüdür. Bu sözün  mənası " qüvvətlə götürmək" dir.  Allah mələklərə böyük güc-qüvvət verdiyi üçün belə adlandırılmışlar. Mələklər barədə məlumatı ancaq Allah və Rəsulunun dediklərindən öyrənirik. Onlar barəsində məlumat ala biləcəyimiz başqa mənbə yoxdur.
Şəri cəhətdən mələklərin vəsfi: Kəramətli qullardır, Nurdan yaranıblar,  Allahdan başqa heç kim onların ümumi sayını bilmir. Vəzifələri : Allaha ibadət etmək,  Allahın əmrlərini yerinə yetirmək, özlərinə aid vəzifələri icra etməkdir. Dedik ki, iman etmeyin şərtlərindən biri əməldə biruzə verməkdir. Mələklərə imanı  əməldə necə biruzə vermək olar? Bəzi məsələlərdə onlara müvafiq olmaqla:
1.  Allah və Rəsulunun önünə keçməmək
2. Peyğəmbərimizə (sallallahu aleyhi və səlləm) salavat  gətirmək
3. Namazda səfələri düz saxlamaq
4.Onlara əziyyət verən şeylərdən uzaq durmaq,məsələn sarımsaq yeyərək məscidə gəlməmək. Namazda sağ tərəfə tüpürməmək və s. İnsanlara əziyyat verən bir sıra şeylər , onlara da əziyyət verir.
Mələklərin dində yeri:
Onların mənziləsi Quranda vəsf olunduğunna görə çox ucadır:
1. Muqarrabun
2. Kiram
3. Bərarah
4. Əl-mələil-ə'lə
5. Allah onlara and içib
6. Onları Öz zikri ilə bərabər zikr edib
7. Allah onlara hörmət etməyi əmr edib. Və adları çəkilərkən onlara salam vərmək müstəhəbdir

Mələklər Nurdan yaranıb. Onların nə zaman yaradılması haqqında məlumat yoxdur, sadəcə olaraq insanlardan,  Cənnətdən və Cəhənnəmdən əvvəl yaradıldığı məlumdur.Mələklərə iman vacibdir, rükundur

Mələklər barədə təfsilatlı və ümumi məlumatlar varid olmuşdur, onların hamısına iman etmək vacibdir:
1. Adlarına
2. Saylarına
3. Vəsflərinə
4. Vəzifələrinə
Xüsusi adları:
Bir qrupun xüsusi adları:
1. Zəbəniyəh -Cəhənnəm maləkləri. Qəlblərində zərrə qədər rəhmət olmayan mələklər
2. Muaqqibət
3. Hafəzah
4. Səfərah- Allahla yaratdıqları arasında səfər edən
5. Səyyahun
Tək-tək mələklərin adları:
1. Cibril
2. Mikayıl
3. İsrafil
4. Məlik
5. Harut və Marut
6. Munkər və Nəkir
İl Allahin adidir cəbr, miyk, isr bunlar isə ibadət sözləridir. Abdullah kimi
Ümumi sayları çoxdur:
Beytul mə'mura hər gun 70 mi mələk girir
Goy uzundə barmaq boyda mələklərin səcdə etmədiyi yer yoxdur
Xüsusi sayları:
1. Arşı daşıyanların sayı
2. Cəhənnəmin başçısılarının sayı
3. Qəbrdə sorğu-sual edənlərin sayı