Ərafa günü orucu Aşura orucundan daha fəzilətlidir:
"Çünki Aşura orucu Musa peyğəmbərə (aleyhisalam) aiddir, Ərafa orucu isə Rasulullaha (sallallahu aleyhi və səlləm)"
(İbn Həcər "Fəth əl-Bəri";4/249)
Əbu Qatadədən (radiyallahu anhu) rəvayət olunur ki, Rasulullah sallallahu aleyhi və səlləm demişdir: "#Ərafa günü keçən ilin və növbəti ilin günahlarına kəffarədir." ( Muslim rəvayət edib)
Nə üçün #Aşura orucu bir ilin #ərafa orucu isə iki ilin (bir il keçmiş, bir il gələcək) günahlarına kəffarədir?
Bunun iki səbəbi var:
Birincisi: Ərafa günü haram (yəni müharibəyə başlamaq şəri cəhətdən haram olan ay)aydadır (Zilhiccə ayında), ondan əvvəlki ay (Zilqadə) və sonrakı ay ( Muharram) da haram aylardır. Aşura orucunda isə belə deyil.
İkincisi: Ərafa günü orucu Aşura orucundan fərqli olaraq bizim Şəriətimizə xasdır. Buna görə də peyğəmbərimiz Mustafanın (sallallahu aleyhi və səlləm) bərəkəti ilə onun fəzilətini artırır.
(İmam İbnil Qayyim (rahiməhullah) Bədəi' ul-Fəvəid 4/211)