Rəbbinin intiqamı çox şiddətlidir!(Əl-Buruc;12)

Göndərən Mövzu: MAİDƏ SURƏSİ; 5  (Oxunma sayı 4944 dəfə)

Ahlul-Quran

  • Administrator
  • Full Member
  • *****
  • Yazı sayı: 100
MAİDƏ SURƏSİ; 5
« : 01.08.2023, 20:44:47 »


Kitab əhli qadınla evlənmək , yəni , nəsrani (xristian), yəhudi qadınla evlənmək müsəlman kişiyə icazəlidirmi?

Bəli, Quranda qeyd olunan şərtlər daxilində evlənmək icazəlidir:

وَالْمُحْصَنَاتُ مِنَ الْمُؤْمِنَاتِ وَالْمُحْصَنَاتُ مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ مِن قَبْلِكُمْ إِذَا آتَيْتُمُوهُنَّ أُجُورَهُنَّ مُحْصِنِينَ غَيْرَ مُسَافِحِينَ وَلَا مُتَّخِذِي أَخْدَانٍ ۗ وَمَن يَكْفُرْ بِالْإِيمَانِ فَقَدْ حَبِطَ عَمَلُهُ وَهُوَ فِي الْآخِرَةِ مِنَ الْخَاسِرِينَ
... iffətli mömin qadınlar və sizdən əvvəl kitab verilmişlərdən azad və iffətli qadınlar namuslu olub zina etməmək və aşna saxlamamaq şərtilə, mehrlərini də verdiyiniz təqdirdə (onlarla evlənməyiniz sizə halaldır). Kim iman etməkdən üz çevirərsə, onun əməli boşa getmişdir və o, axirətdə zərər çəkənlərdən olacaqdır.(Əl-Maidə;5)
Bu ayədə bütün şərtlər  qeyd olunub.

 Ən birinci Allah وَالْمُحْصَنَاتُ مِنَ الْمُؤْمِنَاتِ
"Yəni iffətli mömin qadınlar" Müsəlman kişinin mömin qadınla evlənməsi, kafir qadın ilə evlənməsindən daha üstündür. Bu səbəblə də Allah ilk olaraq mömin qadını qeyd edib. Sonra isə alternativ olaraq, kitab əhli ilə evlənməyin icazəli olduğunu qeyd edib və ardınca bəzi şərtlər sadalayıb...
وَالْمُحْصَنَاتُ مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ
Yəni kitab əhlindən iffətli olan qadınlarla.
اللإحصان
Sözünün ərəbcə 3 mənası var:
1. Evli
2. Azad (qul olmayan)
3. İffətli

Şəriətimizdə evli qadınla evlənmək haramdır, ayədə bu nəzərdə tutulmur.
Şəriətimizdə kölə qadınla evlənmək halaldır,  deməli ayədəki mənası bu da deyil. Yəni qul qadınla evlənmək üçün "mütləq azad olunmalıdır" şərti yoxdur.
Demək ki, ayədə nəzərdə tutulan (ihsan) "iffətli" mənasındadır.

Abırsız,  həyasız , əxlaqsız, iffətsiz, pozulmuş bir qadınla evlənmək müsəlman kişiyə icazəli deyil.  İstər  bu qadın müsəlman olsun, istərsə də, əhli kitab.
الْخَبِيثَاتُ لِلْخَبِيثِينَ وَالْخَبِيثُونَ لِلْخَبِيثَاتِ ۖ وَالطَّيِّبَاتُ لِلطَّيِّبِينَ وَالطَّيِّبُونَ لِلطَّيِّبَاتِ
Murdar qadınlar murdar kişilərə, murdar kişilər də murdar qadınlara məxsusdur. Təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara məxsusdur (yaraşır)(Ən-Nur;24)
Ayədə də qeyd olunduğu kimi, "İffətsiz qadınla iffətsiz kişi evlənər."

İstər əhli kitab olsun, istər də müsəlman.

2-ci şərt:
وَالْمُحْصَنَاتُ مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ مِنْ
 قَبْلِكُمْ
Ayədə deyilir ki, "sizdən əvvəl kitab verilmişlərdən..." yəni o kitaba iman gətirmişlərdən. Adı xristian ,yəhudi özü isə öz dinində kafir olanlar, məsələn, Allaha inanmayanlar, şəri cəhətdən əhli kitab sayılmırlar, onlar öz dinlərindən çıxmış sayılırlar. Yəni xristian ölkəsində yaşayan hər kəs , xristian deyil, əgər xristian dini inancında deyilsə,  öz dininə küfr edibsə, müsəlmana onunla evlənmək halal deyil.

3-cü şərt:
إِذَا آتَيْتُمُوهُنَّ أُجُورَهُنَّ مُحْصِنِينَ غَيْرَ مُسَافِحِينَ وَلَا مُتَّخِذِي أَخْدَانٍ
 namuslu olub zina etməmək və aşna saxlamamaq şərtilə, mehrlərini də verdiyiniz təqdirdə...
Yəni, necə ki, müsəlman qadınla evlənəndə,  nikahsız sevgili olmaq  dinimizdə icazəli deyil, eləcə də , kitab əhli ilə, şəriətin qoyduğu hüdudlardan kənar münasibətdə olmaq icazəli deyil.
1.Yəni zina etməyəcəksən ( buna  zinanın hər növü aiddir)
2. Qeyri-ciddi şəriətə müxalif  əlaqə qurmayacaqsan
3. Mehrini ödəməklə şər'i nikahla ailə quracaqsan. Kafir qadının vəlisi müsəlman kişi qohumlarından (ata, qardaş, əmi və s. )  olur, əgər müsəlman qohumu yoxdursa, müsəlmanlardan ( qazi, elm tələbəsi, məscid imamı və s. ) ona vəli təyin olunur.

Bura kimi hər şey aydındır, siz bir də ayənin sonuna baxın:
وَمَنْ يَكْفُرْ بِالْإِيمَانِ فَقَدْ حَبِطَ عَمَلُهُ وَهُوَ فِي الْآخِرَةِ مِنَ الْخَاسِرِينَ
Kim iman etməkdən üz çevirərsə, onun əməli boşa getmişdir və o, axirətdə zərər çəkənlərdən olacaqdır.

Ayənin sonunda kafir qadınla ailə quran kişini gözləyən təhlükəni Allah bilir və bu səbəblə də ona xəbərdarlıq edir, xatırlatma edir,

Kim iman etməkdən üz çevirərsə, onun əməli boşa gedər və axirətdə də zərərçəkənlərdən olacaqdır.
Çünki kafirlə oturub-duran bir insanın Allahın dinində zəifləməsi və zamanla dindən soyuması, son olaraq dinindən çıxması çox labüddür.  Kafirə meyl  edən bir kişi , öz əli ilə öz dinini təhlükəyə saldığını bilməlidir.
"المرء على دين خليله فلينظر أحدكم من يخالل".. رواه أحمد
İnsan dostunun dinindədir, hər kəs kiminlə dostluq etdiyinə diqqət yetirsin.
(Əhməd rəvayət edib)

وَاللَّهُ يُرِيدُ أَنْ يَتُوبَ عَلَيْكُمْ وَيُرِيدُ الَّذِينَ يَتَّبِعُونَ الشَّهَوَاتِ أَنْ تَمِيلُوا مَيْلًا عَظِيمًا
Allah sizin tövbələrinizi qəbul etmək istəyir. Öz nəfsinə uyanlar isə sizi böyük bir əyriliklə (düz yoldan) sapdırmaq istəyirlər.(Ən-Nisa ;27)

İslam dininin hüdudları nə cahilə, nə də kafirə uyğun deyil.
Musiqiyə qulaq asmamaq
İçki içməmək,
İsti yay günlərində hicabla, örtülü geyimlə gəzmək,
1 ay oruc tutub gecələri namaz qılmaq.
Və s. Cənnətə gedən yola ancaq Allahdan qorxan insan ixlasla səbr edər.

Allah hər bir saleh müsəlman, mömin kişiyə Cənnətə gedən yolun bütün çətinliyinə sevərək səbr  edib, onunla birgə addımlayan Salehə zövcə nəsib etsin.

هَا أَنْتُمْ أُولَاءِ تُحِبُّونَهُمْ وَلَا يُحِبُّونَكُمْ
Bəli, siz o kimsələrsiniz ki, onları sevirsiniz, onlar isə sizləri sevməzlər.
(Əli İmran ;119)
Allah onların (kitab əhlinin) müsəlmanları sevmədiyini Quranda deyir, hətta müsəlmanlar onları sevsə belə.
وَمَنْ أَصْدَقُ مِنَ اللَّهِ قِيلًا
Allahdan daha doğru danışan kimdir?!  (Ən-Nisa;122)

Peyğəmbər sallallahu aleyhivə səlləm demişdir:
لاَ تُصَاحِب إِلاَّ مُؤْمِنًا، وَلاَ يَأْكُل طَعَامَكَ إِلاَّ تَقِي
Mömindən başqası ilə yaxınlıq etmə, çörəyini də Allahdan haqqı ilə qorxan(təqvalı insan) yesin
(Tirmizi)

Bu maidə surəsi 5-ci ayənin təfsiri və ayədəki hökmün (kişinin əhli kitabdan olan qadınla evliliyi hökmünün) şərhidir.