Sual: Qadınların Ramazanda hansı qaydalara əməl etməlidir?
Cavab: Qadınlara bu ayda aşağıdakı qaydalara əməl etmək vacibdir:
1. İslamın rükunlarından biri olan orucu kamil şəkildə tutmalıdır. Lakin əgər oruc tutmağına maneə olan heyz, nifas, xəstəlik , səfər, hamiləlik, süd vermə halları olarsa, orucu açıb, sonra isə başqa günlərdə qəzalarını tutmağa əzm etməlidir.
2. Allahı Quran oxumaqla, təsbihlə (subanAllah deməklə), təhlillə (Lə iləhə illəllah deməklə), təhmidlə (əlhamdulilləh deməklə), təkbirlə (Allahu Əkbər deməklə), fərz namazlarını vaxtında qılmaqla, qadağan olunmuş vaxtlardan başqa nafilə namazlarını artırmaqla yad etməlidir.
3. Dili haram sözlərdən; qeybətdən, dediqodudan, yalan sözdən, qarğamaqdan, söyməkdən, gözü harama baxmaqdan: açıq-saçıq kinolardan, şəkillərdən və yad kişilərə şəhvətlə baxmaqdan qorumalıdır.
4. Evdə oturmalı və ehtiyac olmadan evdən çıxmamalıdır. Çıxdıqda isə örtülərək, ədəblə, həya ilə, kişilərə qarışmayaraq, onlarla bir başa və ya telefonda gizli danışmayaraq çıxmalıdır. Allah (subhanəhu və təalə) buyurur:
فَلَا تَخْضَعْنَ بِالْقَوْلِ فَيَطْمَعَ الَّذِي فِي قَلْبِهِ مَرَضٌ وَقُلْنَ قَوْلاً مَّعْرُوفاً
(Yad kişilərlə) Nazlana-nazlana danışmayın, yoxsa qəlbində xəstəlik olan tamaha düşər. (Şəriətə) müvafiq qaydada danışın.(Əl-Əhzab; 32)