Bizi kafirlər üçün sınaq etmə.(Əl-Mumtəhinə;60)

Göndərən Mövzu: Qadınların orucu ilə bağlı fətvalar  (Oxunma sayı 12133 dəfə)

Ahlul-Quran

  • Administrator
  • Full Member
  • *****
  • Yazı sayı: 100
Qadınların orucu ilə bağlı fətvalar
« : 05.11.2019, 11:28:24 »
Qadınların orucu ilə bağlı məsələlərdə Sələfi alimlərin fətvaları

Ahlul-Quran

  • Administrator
  • Full Member
  • *****
  • Yazı sayı: 100
Qadınlar üçün qaydalar
« Cavabla #1 : 05.11.2019, 11:42:30 »
Sual: Qadınların Ramazanda hansı qaydalara əməl etməlidir?
Cavab: Qadınlara bu ayda aşağıdakı qaydalara əməl etmək vacibdir:

1. İslamın rükunlarından biri olan orucu kamil şəkildə tutmalıdır. Lakin əgər oruc tutmağına maneə olan heyz, nifas, xəstəlik , səfər, hamiləlik, süd vermə halları olarsa, orucu açıb, sonra isə başqa günlərdə qəzalarını tutmağa əzm etməlidir.

2. Allahı Quran oxumaqla, təsbihlə (subanAllah deməklə), təhlillə (Lə iləhə illəllah deməklə), təhmidlə (əlhamdulilləh deməklə), təkbirlə (Allahu Əkbər deməklə), fərz namazlarını vaxtında qılmaqla, qadağan olunmuş vaxtlardan başqa nafilə namazlarını artırmaqla yad  etməlidir.

3. Dili haram sözlərdən; qeybətdən, dediqodudan, yalan sözdən, qarğamaqdan, söyməkdən, gözü harama baxmaqdan: açıq-saçıq kinolardan, şəkillərdən və yad kişilərə şəhvətlə baxmaqdan qorumalıdır.

4. Evdə oturmalı və ehtiyac olmadan evdən çıxmamalıdır. Çıxdıqda isə örtülərək, ədəblə, həya ilə, kişilərə qarışmayaraq, onlarla bir başa və ya telefonda gizli danışmayaraq çıxmalıdır. Allah (subhanəhu və təalə) buyurur:

فَلَا تَخْضَعْنَ بِالْقَوْلِ فَيَطْمَعَ الَّذِي فِي قَلْبِهِ مَرَضٌ وَقُلْنَ قَوْلاً مَّعْرُوفاً

(Yad kişilərlə) Nazlana-nazlana danışmayın, yoxsa qəlbində xəstəlik olan tamaha düşər. (Şəriətə) müvafiq qaydada danışın.(Əl-Əhzab; 32)

« Son tənzimləmə: 05.12.2019, 13:52:28 Göndərən: Ahlul-Quran »

Ahlul-Quran

  • Administrator
  • Full Member
  • *****
  • Yazı sayı: 100
Heyz və Nifas Olmayan Qanın Hökmü
« Cavabla #2 : 05.11.2019, 11:43:25 »
 

Sual: Qadından axan, lakin nə heyz, nə də nifas olmayan qanın hökmü nədir?

Cavab: Əgər Ramazan günündə nə heyz, nə də nifas olmayan belə qan gələrsə, ona oruc və namaz vacibdir. Hər namaz üçün dəstəmaz alsın, nə orucunu, nə də namazını qəza etməsin.

Ləcnə Dəimə (10/150)

Ahlul-Quran

  • Administrator
  • Full Member
  • *****
  • Yazı sayı: 100
 

Sual : Bütün ay boyu sufra və kudradan (sarı və qəhvəyi axıntıdan) ibarət qan gəlir, bu halda orucunun hökmü nədir?

Cavab: Buxaridə rəvayət olunduğuna görə Ummu Attıyə (Allah ondan razı olsun) deyib: “Biz sufranı və kudranı heç nə saymırdıq”, Əbu Davudda isə belə rəvayət olunub: “Biz təmizlikdən sonra sufranı və kudranı heç nə saymırdıq”.

Buna əsasən, qadın heyzdən təmizləndikdən sonra gələn sufra və kudra onun orucuna və namazına təsir etmir. Namaz qılmalı və oruc tutmalıdır. Əri ilə cinsi əlaqədə də ola bilər. Çünki o təmiz qadın hökmündədir. Lakin o, namaz üçün ancaq namazın vaxtı girdikdən sonra dəstəmaz almalıdır. Yuyunub təmizlənir, qanın yayılmasının qarşısını alır,sonra isə dəstəmaz alıb istədiyi kimi fərz və nafilə namazlarını qılır.

İbn Useymin “Fətvalar toplusu”(19/263)

Ahlul-Quran

  • Administrator
  • Full Member
  • *****
  • Yazı sayı: 100
Niyə Orucun Qəzası Var, Namazın Qəzası Yoxdur?
« Cavabla #4 : 05.11.2019, 11:46:45 »
 

Sual: Heyzli qadının orucu qəza edib, lakin namazı qəza etməməsindəki hikmət nədir?

Cavab: Aydındır ki, hər bir müsəlmana hikmətini dərk etsə də, etməsə də, Allahın ona vacib buyurduğuna əməl etmək və qadağan etdiyi bütün haramlardan çəkinmək vacibdir. O, Allahın bütün əmrləri qullarının xeyri üçün , qadağaları isə onları ziyandan çəkindirmək üçün etdiyinə iman gətirməlidir. Həmçinin bilməlidir ki, Allahın şəriətdə buyurduğu hər bir şeydə hikmət var və bu hikmətlərdən istədyini qullarına açıqlayıb.Və Allah istədiyi mömin qulunun Onun əmirlərinə təslim olmağı ilə imanını artırır.

İkincisi isə: Məlumdur ki, namazın sayı orucdan fərqli olaraq çoxdur, gecə və gündüz 5 vaxt fərz namaz qılınır. Bu namazları qəza etmək heyz olan qadın üçün çətindir.Oruc isə il ərzində bir dəfədir, ola bilsin ki, bir və ya iki gün heyz olur. Allah (Subhanahu və Təalə) doğru buyurur:

يريد الله أن يخفف عنكم وخلق الإنسان ضعيفاً

Allah sizin üçün (şəriət hökmlərini) yüngülləşdirmək istəyir, çünki insan zəif yaradılmışdır.(Ən-Nisa;28)

Ləcnə Dəimə (5/397)

   

Ahlul-Quran

  • Administrator
  • Full Member
  • *****
  • Yazı sayı: 100
Ramazanda gündüz vaxtı uşağı düşənin orucunun hökmü
« Cavabla #5 : 05.11.2019, 11:47:54 »
Sual: Ramazanda gündüz vaxtı uşağı düşənin orucunun hökmü nədir?

Cavab:Əgər doğulan uşaq insan kimidirsə, yəni əli, ayağı və s. varsa, o zaman qadın təmizlənənə qədər nifas müddətini gözləyir və ya (təmizlənməsə) 40 gün gözləyir. Sonra isə qüsl alıb ötürdüyü günlərdəki vacib orucların qəzasını tutur.Əgər bütün qəzalarını növbəti Ramazan girməmişdən əvvəl tutub qurtararsa, miskin yedizdirmir. Əgər 40 gündən tez təmizlənərsə, üzür aradan qalxdığı üçün qüsl alıb, namazlarını qılıb oruclarını tutur. Lakin əgər doğulan insana oxşamazsa, onun orucu səhihdir, axan qan isə xəstəlik qanı sayılır, növbəti aybaşı vaxtınacan hər namaz üçün dəstəmaz alıb namazını qılıb, orucunu tutur. 

Ləcnə Dəimə (10/224)   




Ahlul-Quran

  • Administrator
  • Full Member
  • *****
  • Yazı sayı: 100
İstihazə Qanının Hökmü
« Cavabla #6 : 05.11.2019, 11:49:42 »
Sual: Qadından axan, lakin nə heyz, nə də nifas olmayan qanın hökmü nədir?

Cavab:
Əgər Ramazan günündə nə heyz, nə də nifas olmayan belə qan gələrsə, ona oruc və namaz vacibdir. Hər namaz üçün dəstəmaz alsın, nə orucunu, nə də namazını qəza etməsin.

Ləcnə Dəimə (10/150)

   

Ahlul-Quran

  • Administrator
  • Full Member
  • *****
  • Yazı sayı: 100
Müstəhazə kimə deyilir?
« Cavabla #7 : 05.11.2019, 11:50:51 »
Sual: Müstəhazə kimə deyilir? Müstəhazə olan qadın ərinə halaldırmı?

Cavab: İstihazə heyz və ya nifasdan əlavə qadından axan qandır. Bu halda olan qadına isə müstəhazə deyilir. Hökmü təmiz qadınla eynidir. Oruc tutur, namaz qılır və ərinə də halaldır. Daimi ayaq yolu problem olanlar kimi hər namaz üçün dəstəmaz alır. Belə qadın peyğəmbərdən (Allahın salamı və xeyir-duası onun üzərinə olsun) varid olan səhih hədislərə əsasən, qan axınını pambıq və ya başqa bir şeylə saxlamalıdır ki, bədəninə və paltarına bulaşmasın.

(İbn Bazın fətvalar toplusu15/195)


Ahlul-Quran

  • Administrator
  • Full Member
  • *****
  • Yazı sayı: 100
Heyz Ağrısı Hiss Edən Qadının Orucu Pozulurmu?
« Cavabla #8 : 05.11.2019, 15:41:11 »
 

Sual:Heyz ağrısı hiss edən qadının orucu pozulurmu?

Cavab: Günəş batmazdan əvvəl heyz gələrsə, özünü orucu açılmış say və həmin günü qəza etməlisən. Amma heyzdən əvvəl gələn ağrı orucu pozmur. Əgər ağrı gün batanadək davam edərsə, amma qan gəlməzsə, oruc səhih sayılır və həmin günün qəzası tutulmur.

(Şeyx İbn Baz, Nurun aləddarb fətvaları 3/1223)

Ahlul-Quran

  • Administrator
  • Full Member
  • *****
  • Yazı sayı: 100
Hamilə Qadına Övladına Ziyandırsa, Oruc Tutmaq Vacibdirmi?
« Cavabla #9 : 05.11.2019, 15:44:46 »
 

Sual: Hamiləliyinin 8-ci ayında olan qadın, Ramazan günlərində hava çox isti olmağına baxmayaraq oruc tutdu və açmadı. Bu müddət ərzində uşaq qarnında çox hərəkət edirdi. Bir həftədən sonra isə uşaq ölü doğuldu.Bu halda anaya günah varmı?

Cavab: Şübhə yoxdur ki, ona əziyyət verdiyi halda oruc tutan hamilə qadın səhv edib. Və Allahın ona verdiyi rüsxətə müxalif olub. Əgər uşağın qadının bu əməli səbəbilə ölməsi dəqiqləşərsə, qadın buna cavabdehdir. Həmçinin, kəffarə ödəməlidir. Yəni, bir qul azad etməli, qul tapmasa, iki ay ard-arda oruc tutmalıdır. Bu halda kasıb yedizdirə bilməz. Bu bilməyərəkdən adam öldürən üçündür. Bilərəkdən öldürənin - Allah qorusun!- kəffarəsi yoxdur. Çünki Allah buyurur:

وَمَنْ يَقْتُلْ مُؤْمِنًا مُتَعَمِّدًا فَجَزَاؤُهُ جَهَنَّمُ خَالِدًا فِيهَا وَغَضِبَ اللَّهُ عَلَيْهِ وَلَعَنَهُ وَأَعَدَّ لَهُ عَذَابًا عَظِيمًا

Hər kim qəsdən bir mömini öldürərsə, onun cəzası içərisində əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəblənər, onu lənətləyər və onun üçün böyük bir əzab hazırlayar.(Ən-Nisa;93)

Bu halda cəzası budur və ona heç bir kəffarə fayda verməz.

Bilməyərəkdən öldürdükdə isə onun kəffarəsi var. Əgər uşağın ölüm səbəbi onun əməli olduğu aydınlaşarsa, cərimələnir və uşağın varisinə qanbahası ödəməli olur. Lakin elm əhlinə görə bu qanbahası tam adamınkı kimi yox, “ğurra” olur. Yəni ananın qanbahasının 1/10-i. Məlumdur ki, qadının qanbahası kişinin qanbahasının yarısı qədərdir. Əgər kişinin qanbahası hazırda yüz mindirsə, deməli qadınınki əlli mindir. Uşağın qanbahası isə, bu əlli minin onda biri olur, yəni beş min.

Amma əgər uşağın ölüm səbəbi qadının əməli olduğu dəqiqləşməsə, bu zaman qadına heç bir günah yoxdur. Və məsuliyyətdən azad olunur. Deməli, uşağın ölüm səbəbinin qadının əməli olub-olmadığını araşdırmaq vacibdir.

İbn Useymin “Fətvalar toplusu”(19/157)

Ahlul-Quran

  • Administrator
  • Full Member
  • *****
  • Yazı sayı: 100
Sual: Kişi zövcəsini Ramazan ayında gündüz vaxtı cinsi yaxınlığa məcbur edir. Bu halda qadın da zihar kəffarəsi verməlidirmi?

Cavab:
Bu halda qadına ərinə itaət etmək və ya buna imkan vermək haramdır. Çünki o fərz orucundadır. Qadın bacardığı qədər ona qarşı çıxmalıdır. Ərinə də belə halda onunla əlaqədə olmaq haramdır. Əgər ərini dəf edə bilmirsə, o zaman qadına nə qəza, nə də kəffarə düşmür, Çünki o bunu ikrahla edib. Zihar kəffarəsi dedikdə yəqin ki, qadın Ramazanada gündüz vaxtı əlaqədə olanın kəffarəsini nəzərdə tutur. Çünki üzərinə Ramazan orucu fərz olan adam bu ayda gündüz vaxtı əlaqədə olarsa, ona qəza ilə birgə qul azad etmək vacibdir. Əgər qul tapmazsa, iki ay ar-arda oruc tutmalıdır. Bunu da bacarmazsa, 60 miskin yedizdirməlidir.

Ancaq əgər ona oruc fərz olmadığı halda əlaqədə olarsa, məsələn, əgər zövcəsi ilə bərabər səfərdədirsə, oruc tutub sonra elə həmin günü zövcəsi ilə yaxınlıq edərsə, ancaq bu günün qəzasını tutmalıdır. Çünki bu halda ona oruc fərz deyil. Deməli , səfərdə olana gündüz vaxtı orucunu açmaq icazəlidir.

İbn Useymin “Fətvalar toplusu”(19/339)

Ahlul-Quran

  • Administrator
  • Full Member
  • *****
  • Yazı sayı: 100
Sual: Qadın deyir ki, mən Ramazanda zərurətə görə 6 gün orucumu açdım. Zərurətimin səbəbi isə imtahanlar idi. Çünki onlar Ramazan ayında başladı və çox çətin fənlər idi. Əgər orucumu açmasa idim, çətin olduqlarına görə onları oxuya bilməzdim. Xahiş edirəm ki, Allahın məni bağışlaması üçün nə etməli olduğumu mənə deyəsiniz.

Cavab: Əvvəla bunu zərurət saymaq xətadır. Daha yaxşı olardı ki, “ehtiyac duydu” və ya başqa buna oxşar söz işlədilsin. Ikincisi, Ramazanda imtahanlara görə orucu açmağı da xətadır, olmaz. Çünki gecə oxuya bilərdi. Və ümumiyyətlə bunda orucu açmasına zərurət yoxdur. O Allaha (Azzə və cəllə) tövbə etməlidir və qəzalarını tutmalıdır.Çünki o etinasizliq səbəbi ilə yox səhv anlayış səbəbi ilə oruclarını ötürüb.

İbn Useymin “Fətvalar toplusu”(19/84)



Ahlul-Quran

  • Administrator
  • Full Member
  • *****
  • Yazı sayı: 100
Sual: Ramazanda qadına heyzi dayandırmaq üçün dərmandan istifadə etmək icazəlidirmi?

Cavab: Bilgə və əmin həkimlər bu dərmanın ziyanının olmadığını və qadınlıq orqanlarına təsir etmədiyini təsdiq edərlərsə, Ramazanda qadına heyzi saxlamaq üçün dərmandan istifadə etmək icazəlidir. Lakin bundan çəkinmək daha yaxşıdır. Çünki Allah qadına Ramazanda heyz gələrsə, orucunu açmağa rüsxət verib.Ötürdüyü orucların başqa günlərdə qəzasını tutmağı buyurub və dini cəhətdən onun bu əməlindən razı olub.

Ləcnə Dəimə (10/150)

Ahlul-Quran

  • Administrator
  • Full Member
  • *****
  • Yazı sayı: 100
Qadın Heyzdən Fəcr Namazından Əvvəl Təmizlənərsə
« Cavabla #13 : 05.11.2019, 15:54:15 »
Sual: Sübh namazından əvvəl heyzdən təmizlənən qadının həmin günü oruc tutmasının hökmü nədir?

Cavab: Həmin günü oruc tutmalıdır. Hətta sübh namazı girdikdən sonra qüsl alsa belə. Qüslü fəcr namazına qədər təxirə salmaq oruca təsir etmir.

Ləcnə Dəimə (10/327)

   

Ahlul-Quran

  • Administrator
  • Full Member
  • *****
  • Yazı sayı: 100
On Bir Yaşında İlk Dəfə Heyz Oldu, Ona Oruc Vacibdirmi?
« Cavabla #14 : 05.11.2019, 15:56:07 »
Sual: Qız ilk dəfə 11 yaşında heyz olub, lakin sağlamlığı ona oruc tutmağa imkan vermir, buna gücü çatmır. Bu halda ona düşən nədir, oruc tutmalıdırmı?

Cavab: Belə halda oruc tutmalıdır. Çünki heyz 9 və daha böyük yaşda gələrsə, qadınların büluğa çatma əlaməti sayılır. Əgər gücü çatarsa, orucu öz vaxtında tutmaq ona vacibdir. Ancaq gücü çatmasa və ya hər hansı bir məşəqqət olsa, orucu aça bilər. Və bu halda ona gücü çatdığı başqa günlərdə ötürdüyü orucalrın qəzasını tutmaq vacib olur.

Ləcnə Dəimə (10/145)