Yalnız Səndən kömək diləyirik (Əl-Fatihə;5)

Göndərən Mövzu: İnsanla heyvanın fərqi  (Oxunma sayı 5245 dəfə)

Ahlul-Quran

  • Administrator
  • Full Member
  • *****
  • Yazı sayı: 100
İnsanla heyvanın fərqi
« : 01.08.2023, 23:41:14 »
Bəzi heyvanlar çox ağıllı olur, çətinliklərdən baş açır, yeni şeylər kəşf edir. Yeni bacarıqlara yiyələnir və s.   Buna nümunələr çoxdur. İnsanlar kimi, yaşamaq üçün yeni yollar, vərdişlər əldə edirlər, yemək üçün çaba sərf edirlər. Bəzilərinin hobbiləri, əlavə üstün qabiliyyətləri belə ola bilir,  bu fil kimi)))

Ahlul-Quran

  • Administrator
  • Full Member
  • *****
  • Yazı sayı: 100
Cvb: İnsanla heyvanın fərqi
« Cavabla #1 : 01.08.2023, 23:42:38 »
fəaliyyət,  çətinliklərlə mübarizə aparmaq,  çözüm tapmaq, heç də ağılsız varlıqlar kimi görünmürlər, elə deyilmi?

Ahlul-Quran

  • Administrator
  • Full Member
  • *****
  • Yazı sayı: 100
Cvb: İnsanla heyvanın fərqi
« Cavabla #2 : 01.08.2023, 23:43:24 »
Heyvanlarda olan bu keyfiyyətlər , insanlarda da var, bəzilərində az var bəzilərində çox ...
Bəzilərində bütün bu sayılanlar heyvanlardan da azdır.
"İnsanın heyvandan fərqi ağlıdır".... deyirlər.
"Heyvanlarda olan instinkdir, ağıl deyil"... deyirlər....
Əgər ağıl dedikdə zəka nəzərdə tutulursa, onda  elə əslində insanda olan da instinkdir.
Bəs o hansı ağıldır ki, insanı heyvandan fərqli edir ? Ağıl nədir?
Haşiyəyə çıxıb , yadıma düşən adını unutduğum bir türk şairinin Allaha müraciət edərək yazdığı iki misrasını qeyd etmək istəyirəm:

 Özbaşına bırakıp da insanı,
Yapma arzın en korkulu hayvanı....

İnsanı heyvandan fərqləndirən onun əxlaqi və etiqadi dəyərləridir.
Bu dəyərlərdən nə qədər uzaqlaşsa, o qədər "heyvanlaşar",
Bu dəyərlərə nə qədər sarılsa, bir o qədər daha üstün məxluqa , insana çevrilər.
Etiqadi dəyərləri izhar edən orqanlar
Göz
Qulaq

Qəlbdir.
Bu orqanlar heyvanlarla insanlarda müştərəkdir. Amma icra etdiyi funkaiyaları  fərqlidir, gəlin baxaq:
Heyvanlar baxır
İnsanlar görür
(Bəsirəti ilə, haqqı görür)
*
Heyvanlar eşidir
İnsanlar duyur
( haqqı, hidayəti, doğru olanı duyur)
*
Heyvanlar fikirləşir, düşünür
İnsanlar Allahı dərk edir.
Allah Quranda deyir:
لَهُمْ قُلُوبٌ لَا يَفْقَهُونَ بِهَا وَلَهُمْ أَعْيُنٌ لَا يُبْصِرُونَ بِهَا وَلَهُمْ آذَانٌ لَا يَسْمَعُونَ بِهَا ۚ أُولَٰئِكَ كَالْأَنْعَامِ بَلْ هُمْ أَضَلُّ ۚ أُولَٰئِكَ هُمُ الْغَافِلُونَ
Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır.
(Əl-Əraf;179)
Allah buyurur ki,
 "Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar."

Çünki  heyvandan fərqli olaraq bəzən insan kor , kar, dərrakəsiz olmaqla kifayətlənmir, inkar edir, mübahisə edir.

وَلَقَدْ صَرَّفْنَا فِي هَٰذَا الْقُرْآنِ لِلنَّاسِ مِنْ كُلِّ مَثَلٍ ۚ وَكَانَ الْإِنْسَانُ أَكْثَرَ شَيْءٍ جَدَلًا
Biz bu Quranda insanlar üçün hər cür məsəli ətraflı izah etdik. İnsan isə ən çox mübahisə edəndir.
(Əl-Kəhf ; 54)
أَمْ تَحْسَبُ أَنَّ أَكْثَرَهُمْ يَسْمَعُونَ أَوْ يَعْقِلُونَ ۚ إِنْ هُمْ إِلَّا كَالْأَنْعَامِ ۖ بَلْ هُمْ أَضَلُّ سَبِيلًا
Yoxsa sən onların əksəriyyətinin söz dinləyəcəyini, yaxud düşünəcəyinimi zənn edirsən? Onlar heyvan kimidirlər, hətta daha da azğın bir yoldadırlar.
(Furqan;44)
وَلَوْ شِئْنَا لَرَفَعْنَاهُ بِهَا وَلَٰكِنَّهُ أَخْلَدَ إِلَى الْأَرْضِ وَاتَّبَعَ هَوَاهُ ۚ فَمَثَلُهُ كَمَثَلِ الْكَلْبِ إِنْ تَحْمِلْ عَلَيْهِ يَلْهَثْ أَوْ تَتْرُكْهُ يَلْهَثْ ۚ ذَٰلِكَ مَثَلُ الْقَوْمِ الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا ۚ فَاقْصُصِ الْقَصَصَ لَعَلَّهُمْ يَتَفَكَّرُونَ

سَاءَ مَثَلًا الْقَوْمُ الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا وَأَنْفُسَهُمْ كَانُوا يَظْلِمُونَ
Biz istəsəydik, bunun (həmin ayələrin) sayəsində onu ucaldardıq. Lakin o, dünyaya meyl saldı və öz istəyinə uydu. Onun məsəli itin məsəlinə bən-zəyir; onu qovsan da dilini çıxardıb ləhləyər, qovmasan da. Ayələrimizi yalan hesab edənlərin məsəli belədir. Bu əhvalatları (onlara) danış ki, bəlkə fikirləşələr.

Ayələrimizi yalan sayıb özlərinə zülm edən adamlar barəsindəki məsəl necə də pisdir!
(Əl-Əraf 176,177)
Əxlaqi dəyərlər isə olduqca çoxdur:
Abır, ismət, həya, namus, qeyrət, hörmət, təmizlik, təvazökarlıq, gözütoxluq, alicənablıq, gözəl zənn, səbr və s.

Bunların əksi heyvani xüsusiyyətlərdir
Qurandan və sünnədən  nümunələrə baxaq:
وَاقْصِدْ فِي مَشْيِكَ وَاغْضُضْ مِنْ صَوْتِكَ ۚ إِنَّ أَنْكَرَ الْأَصْوَاتِ لَصَوْتُ الْحَمِيرِ
Yerişində mötədil ol və səsini alçalt! Şübhəsiz, səslərin ən çirkini uzunqulaqların səsidir.
(Loğman;19)
قَالَ رسولُ اللَّه ﷺ: أَكْمَلُ المُؤمِنِينَ إِيمَانًا أَحسَنُهُم خُلُقًا، وخيارُكُم خِيَارُكُمْ لِنِسَائِهمْ.
رواه الترمذي وَقالَ: حديث حسن صحيح.

Rasulullah (sallallahu aleyhi və səlləm) demişdir:
" Ən kamil imanlı möminlər, əxlaqı ən gözəl olanlardır, sizin ən xeyirliniz, qadınlarına qarşı ən yaxşı davranandır"
(Tirmizi, hədis həsən səhihdir)
 لَا تَعْبُدُونَ إِلَّا اللَّهَ وَبِالْوَالِدَيْنِ إِحْسَانًا وَذِي الْقُرْبَىٰ وَالْيَتَامَىٰ وَالْمَسَاكِينِ وَقُولُوا لِلنَّاسِ حُسْنًا

 “Allahdan başqasına ibadət etməyin! Valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə və yoxsullara yaxşılıq edin! İnsanlarla xoş danışın! (Əl-Bəqara;83)
Və s.
Gözəl əxlaqa dair nümunələr çoxdur.
Allahın razılığını qazanmaq, gözəl insan olmaq üçün daha çox çalışmalıyıq.

Allah hər birimizi , valideynlərimizi, ailəmizi,övladlarımızı razı qaldığı əməllərə müvəffəq etsin❣️