Bizi kafirlər üçün sınaq etmə.(Əl-Mumtəhinə;60)

Göndərən Mövzu: YARIŞIN!  (Oxunma sayı 5607 dəfə)

Ahlul-Quran

  • Administrator
  • Full Member
  • *****
  • Yazı sayı: 100
YARIŞIN!
« : 01.08.2023, 20:59:45 »
Praktika göstərir ki, vaxt məfhumu çox nisbidir.

Vaxtım yoxdur-cümləsi yalan olmasa da, yalnışdır.

Uzunlu yay günlərində çatdırmadığın işləri yayın son həftələrində hətta bu həftələrdən bir gündə stresin verdiyi təlaşla,  sürətlə görüb bitirmək olur.
Sonra isə digər işləri də bu sürətlə bitirmək istəyirsən, ama alınmır...çünki müvəffəq olmaq üçün ən əsas lazım olan şey vaxt deyil. Allahın tövfiqi və əzmdir, çalışmaq, "tələsməkdir"... Elə Allah sayılı günlərdən ibarət olan ömrümüzdə Axirət azuəsi yığmaq üçün bizi tələsdirir.
Allahın ayəsini  oxuyaq
وَفِي ذَٰلِكَ فَلْيَتَنَافَسِ الْمُتَنَافِسُونَ
Qoy yarışanlar bunun üçün yarışsınlar!
Başqa ayə
وَالسَّابِقُونَ الْأَوَّلُونَ مِنَ الْمُهَاجِرِينَ وَالْأَنْصَارِ وَالَّذِينَ اتَّبَعُوهُمْ بِإِحْسَانٍ رَضِيَ اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ
Dində hamını ötüb ke­çən ilk mü­hacirlərə və ənsarlara, həm­çinin yax­şı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razı­dır, onlar da Ondan razıdırlar.
Allah  bizə yarışmağı əmr edir.
Başqa ayətə baxaq:

 وَسَارِعُوا إِلَىٰ مَغْفِرَةٍ مِنْ رَبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا السَّمَاوَاتُ وَالْأَرْضُ أُعِدَّتْ لِلْمُتَّقِين
Rəbbiniz tərəfindən bağışlanmağa və müttəqilər üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan Cənnətə tələsin.
فَاسْتَبِقُوا الْخَيْرَاتِ
Elə isə, yaxşı işlər görməkdə yarışın!
Əl Bəqara 148

Allah bizi xeyirə nail olmaq üçün yarışmağa və tələsməyə çağırır

Vaxtın Sahibi vaxtımızın nə qədər AZ olduğunu bilir və bizi xeyirə nail olmaq üçün  tələsməyə, yarışmağa çağırır...
Savabını artırmaqla günahlarınla yarışmaq

Vaxtını Xeyirə sərf etməklə boş işlərə və ya günaha sərf etdiyin vaxtınla yarışmaq

Axirətin üçün azuqə tədarük etməklə səni rahat buraxmayan dünya azuqəsi ilə yarışmaq
Biz bu yolumuzu ancaq tələsməklə  və yarışmaqla qət edə bilərik
Tələsməyənlərin ömrü  sürətlə ötüb keçən yay fəsli kimi heç nəyə vaxt çatdırmadan tükənir, bitir...

Ahlul-Quran

  • Administrator
  • Full Member
  • *****
  • Yazı sayı: 100
Cvb: YARIŞIN!
« Cavabla #1 : 01.08.2023, 23:46:47 »

Allahu Təalə buyurur: "Şübhəsiz ki, yaxşılıq edənlərə Allahın mərhəməti çox yaxındır." (Əl-Əraf;56)
 Şeyxul-İslam İbn Teymiyyə (Allah rəhmət etsin) demişdir: " Yaxşılıq edənlərə Allahın rəhməti xüsusilə aid edilmişdir. Çünki yaxşılıq  mərhəmətlilərin ən mərhəmətlisi olan Allahdandır. Və onun yaxşılığı, davamlı yaxşılıq edənlərədir. Çünki hər bir əməlin əvəzi özünün növündən olur. Qul hər yaxşılıq etdikcə, Allah ona Öz rəhməti ilə yaxşılıq edir." ( Məcmuəl-Fətəvə 15/27)