Haqq sənin Rəbbindəndir.(Əli İmran;60)

Göndərən Mövzu: RAMAZAN FƏTVALARI  (Oxunma sayı 4510 dəfə)

Ahlul-Quran

  • Administrator
  • Jr. Member
  • *****
  • Yazı sayı: 70
RAMAZAN FƏTVALARI
« : 12.03.2019, 03:14:14 »
RAMAZAN AYINA AİD BƏZİ MÜHİM FƏTVALAR



Ahlul-Quran

  • Administrator
  • Jr. Member
  • *****
  • Yazı sayı: 70
Müəzzinin Azan Verərkən Yeyib-İçməyin Hökmü
« Cavabla #1 : 12.03.2019, 03:15:07 »
Müəzzinin Azan Verərkən Yeyib-İçməyin Hökmü

Sual: Müəzzin azan verərkən yeyib içmək olarmı?

Cavab: Əgər müəzzin fəcr üçün azan verirsə, azana başladıqdan sonra yeyib-içmək olmaz. Ancaq əgər müəzzin fəcrdən əvvəl azan verirsə, (yeyib-içməkdə) problem yoxdur. Çünki Rasulullah (Allahın salamı ona olsun) buyurub ki, “İbnu ummi Məktum azan verənədək yeyin və için, çünki Bilal azanı gecə verir”.

İbnu ummi Məktum ona “səhərdir” deyilənə qədər azan vermirdi, çünki o, kor kişi idi. Ona “səhərdir” yəni, “səhərin əvvəlidir” deyilənə qədər azan vermirdi.

***********************************

http://www.alfawzan.af.org.sa/node/14891


Ahlul-Quran

  • Administrator
  • Jr. Member
  • *****
  • Yazı sayı: 70
Gecə Quran Oxumaq
« Cavabla #2 : 12.03.2019, 03:17:09 »
Gecə Quran Oxumaq

Sual:
Quranı gecə oxumaq əfzəldir, yoxsa gecə yatıb gün ərzində namazlardan sonra oxumaq?

Cavab:
Gecə və ya gündüz necə rahatdırsa, elə də oxusun. Gecə oxumaq daha əfzəldir. Gecə oxumaq ona görə daha əfzəldir ki, Cibril (Ona salam olsun) Quran oxumağı Muhamməd peyğəmbərə (Allahın salamı ona olsun) gecə öyrədirdi. Buna görə də gecə oxumaq daha üstündür.

***********************************

http://www.alfawzan.af.org.sa/node/14891

Ahlul-Quran

  • Administrator
  • Jr. Member
  • *****
  • Yazı sayı: 70
Qusmaq orucu pozurmu?
« Cavabla #3 : 12.03.2019, 03:20:04 »
Oruclu halda qeyri-ixtiyari qusanın hökmü nədir? Həmin günün orucunu qəza edir yoxsa yox?

Şeyx İbn Baz (Allah ona rəhmət etsin) belə cavab verir:
Hökmü budur ki, ona qəza düşmür, ancaq əgər özünü qusmağa təhrik edibsə, o zaman qəza etməlidir. Buna dəlil isə Rasulullahın ﷺ   hədisidir:
“Qeyri-ixtiyari qusan qəza etməz, özünü qusmağa təhrik edən isə qəza etməlidir.”
(Hədisi İmam Əhməd və 4 Əs-Sunən əsərlərinin sahibləri Səhih isnadla Əbu Hureyrədən rəvayət ediblər)

______________________

Şeyx İbn Bazın “Fətvalar və məqalələr toplusu” (15/265)


Ahlul-Quran

  • Administrator
  • Jr. Member
  • *****
  • Yazı sayı: 70
Ramazan Orucu İlə Birgə Nəzir Orucuna Niyyət Etmək
« Cavabla #4 : 12.03.2019, 03:22:08 »
Sual: Ramazan orucu tutan və bununla birgə nəzir orucuna da niyyət edənin hökmü nədir?

Cavab:
Bu icazəli deyil, nəzir orucu ayrıdır, Ramazan orucu ayrı. İlk öncə Ramazan orucunu tutmalı , sonra isə nəzir orucunu tutmalıdır. Lakin əgər desə ki: Allah üçün Ramazanda oruc tutmağa nəzir edərim, bu hal istisnadır. Və bu əslində nəzir deyil, şəriətdə olan vacibdir. Şəriətin əsaslarındandır, islamın rüknlarından biridir.

***********************************

http://www.alfawzan.af.org.sa/node/14891

Ahlul-Quran

  • Administrator
  • Jr. Member
  • *****
  • Yazı sayı: 70
Ramazanda Xeyir Əməllər
« Cavabla #5 : 12.03.2019, 03:23:28 »
Sual: Mübarək Ramazan ayında hansı xeyir əməllər etmək olar?

Cavab:
Ramazanda edilməli xeyir əməllər çoxdur. Onlardan ən əsası: Ramazanda və başqa vaxtlarda Allahın fərz etdiyi namaz, oruc kimi fərzləri qorumaqdır. Sonra isə nafilələri artırmaq, Quran oxumaq, təravih namazı qılmaq, gecə namazı, sədəqə, etikaf, zikri ;təsbih ,təhlil,təkbiri (subhanAllah, lə iləhə illəllah, Allahu əkbər) artırmaq, ibadət etmək üçün məscidlərdə oturmaq, orucu batil edən və ya ona xələl gətirən sözlərdən,haram əməllərdən, məkruhlardan qorumaq.

***********************************

http://www.alfawzan.af.org.sa/node/14891

Ahlul-Quran

  • Administrator
  • Jr. Member
  • *****
  • Yazı sayı: 70
Orucludan qan çıxmasının hökmü
« Cavabla #6 : 12.03.2019, 03:25:03 »
Oruclu olduğu halda, bir yeri qanayanın orucu pozulur, yoxsa oruca davam etməlidir?

Şeyx İbn Baz (Allah ona rəhmət etsin) belə cavab verir:
Oruclunun hicamədən başqa qanın çıxması orucunu pozmur. Amma əgər hicamə edibsə, səhih olan orucunun pozulduğu rəyidir. Bu barədə alimlər arasında ixtilaf var, Ancaq düzgün olan orucun pozulduğudur. Buna dəlil isə Rasulullahın ﷺ   hədisidir:
أفطر الحاجم والمحجوم
“Hicamə edənin də, etdirənin də orucu pozulur.”
Ancaq əgər oruclu halda ayağı və ya əli yaralanarsa, orucu  səhih sayılır, bu onun orucuna zərər vermir”

Mənbə:
https://binbaz.org.sa/fatwas/11862/%D8%AE%D8%B1%D9%88%D8%AC-%D8%A7%D9%84%D8%AF%D9%85-%D9%84%D8%A7-%D9%8A%D9%81%D8%B3%D8%AF-%D8%A7%D9%84%D8%B5%D9%88%D9%85-%D8%A7%D9%84%D8%A7-%D8%A8%D8%A7%D9%84%D8%AD%D8%AC%D8%A7%D9%85%D8%A9

Ahlul-Quran

  • Administrator
  • Jr. Member
  • *****
  • Yazı sayı: 70

Sual: Təravih namazında Quranı mushafdan oxumaq düzgündürmü?

Cavab: Təravih namazında Quranı əzbərdən oxuya bilməyən üçün mushafdan oxumaqda bir problem yoxdur. Çünki o, Quranı əvvəldən axıracan oxuyacaq. Qurani-hafiz deyilsə, mushafdan oxusun, bəzi sələflər belə edərdi.

***********************************

http://www.alfawzan.af.org.sa/node/14891

Ahlul-Quran

  • Administrator
  • Jr. Member
  • *****
  • Yazı sayı: 70
Ramazanın Qəzası, Yoxsa Şəvval Orucu
« Cavabla #8 : 12.03.2019, 03:27:52 »
Sual: Qadın qəza orucları çoxdur. Şəvval orucunu ötürməmək üçün, ilk olaraq şəvvalın 6 gününü tuta bilərmi?

Cavab: Xeyir, ilk olaraq Ramazanı tamamlamalıdır. Çünki Rasulullah (Ona Allahın salamı olsun) deyib: “Kim Ramazan orucunu tutarsa, sonra isə şəvvaldan 6 gün tutarsa…”.Qadın isə Ramazanı tutmayıb. Nə qədər ki, Ramazandan qəzası var, o, Ramazanı tam tutmuş sayılmır.

***********************************

http://www.alfawzan.af.org.sa/node/14891

Ahlul-Quran

  • Administrator
  • Jr. Member
  • *****
  • Yazı sayı: 70
İllərlə Oruc Tutmayıb
« Cavabla #9 : 12.03.2019, 03:29:15 »
Sual: Bir kişi namaz qılsa da, illərlə Ramazan orucu tutmayıb. Nə etməlidir? Hamsını qəza etməlidir, yoxsa onun üçün kəffarə vermək kifayətdir?

Cavab:
Xeyir, kəffarə kifayət deyil, qəzalarını tutmalıdır. O, ötürdüyü orucları qəza etməlidir. Çünki o, müsəlmandır, oruc isə islamın ərkanlarından biridir. Əgər üzürlü səbəbdən -xəstəlik, səfər- orucları ötürsə, qəzasını tutmalıdırsa, tənbəlliyə görə ötürübsə necə tutmaya bilər? Ən düzü onun qəza etməyidir. Lakin əgər vacibliyini inkar edərək tərk edibsə, o zaman o mürtəd (dinindən dönmüş) sayılır. Əgər namaz qılıb, qayıdıb, Allaha tövbə edərsə, yenidən islama daxil olar. Ancaq əgər orucun vacibliyini qəbul edərək tənbəllikdən tərk edibsə, bu halda qəzalarını tutub və hər gün üçün bir miskin yedizdirməlidir.

***********************************

http://www.alfawzan.af.org.sa/node/14891


Ahlul-Quran

  • Administrator
  • Jr. Member
  • *****
  • Yazı sayı: 70
Ramazan məqsədilə evi bəzəməyin hökmü
« Cavabla #10 : 12.03.2019, 03:30:50 »
Pr.D. Şeyx Süleyman Ər-Ruheyli . Peyğəmbər ﷺ məscidinin müəllimi
Sual:

Ramazan ayı yaxınlaşır, özümüzə və övladlarımıza bu ayın digər aylar kimi olmadığını hiss etdirmək üçün evimizi  müxtəlif zinət əşyaları ilə, məsələn, şarlar, çilçıraqlar, afişalarla bəzəmək icazəlidirmi?
Cavab:
Bu sonradan uydurulmuş bir bidətdir.
Evdən bəzəklər, işıqlar, rəngarəng şeylər, Ramazan çıraqları və s. zinətlər asmaq müsəlmanlar arasında Fatimilər və ondan sonra gələnlərin dövründə yayılmış bidətlərdəndir.
Şübhəsiz ki, bidət insan duyğularına xoş gəlib, onların həva və həvəslərini bəzəyir.
Peyğəmbərimiz ﷺ   Ramazan daxil olarkən , o,  bu aydakı xeyirə ən çox həris olan insan olmasına baxmayaraq nə evini, nə də məscidini bəzəmirdi, nə də bunu əmr etmirdi. Bunu nə səhabələr, nə tabiinlər, nə də 4 məzhəb imamından heç kim etməyib. Hətta bu barədə ümmətin heç bir aliminin kitablarında bir şey oxuya biməzsən.
Bu Ramazana , ibadətə aid olan bir işdir, adət deyil. İbadət tərəfə aid olan bir şeydir. Çünki ibadət ayı ilə əlaqəlidir, buna görə də adətə yox ibadətə  daxil olmuş olur.
Ona görə də biz bunu tərk etməliyik.
Ramazana yaxınlaşdığımızı  Nəbinin ﷺ  etdiyi kimi Şaban ayında orucları çoxaltmaqla, Ramazanın fəzilətli günlərini xatırlamaqla və Ramazan daxil olduğunu Rasulullahın etdiyi kimi müjdə verməklə nəfsimizə  hiss etdirməliyik.
Şeyx Süleyman Ər-Ruyheyli (Dəlilut-talib lineylil-mətalib əsərinin şərhi, şənbə günü, 9 Şaban, 1438)
« Son tənzimləmə: 12.03.2019, 03:41:18 Göndərən: Ahlul-Quran »

Ahlul-Quran

  • Administrator
  • Jr. Member
  • *****
  • Yazı sayı: 70
Şaban ayı orucunun hikməti
« Cavabla #11 : 12.03.2019, 03:45:08 »
İbn Rəcəb demişdir:

Şaban ayı orucu Ramazan ayı orucuna çətinlik  və əziyyətlə başlamamaq üçün bir təcrübədir. Bununla insan oruca alışır və əvvəlcədən orucun şirinliyini və ləzzətini dadır və Ramazan ayına qüvvətli və gümrah şəkildə daxil olur.
Şaban ayı Ramazan ayına  giriş olduğu üçün, Ramazanı qarşılamağa hazırlıq və Ər-Rahmənə itaətə nəfslərin alışması məqsədilə  Ramazan  ayı üçün varid olan oruc və Quran qiraəti şaban ayında da buyrulub.

______________________

(Lətaiful-məarif; 138)