Allah batili silib yox edər.(Əş-Şura;24)

Göndərən Mövzu: TÖVHİDN FƏZİLƏTİ  (Oxunma sayı 489 dəfə)

Ahlul-Quran

  • Administrator
  • Newbie
  • *****
  • Yazı sayı: 46
    • Profilə bax
TÖVHİDN FƏZİLƏTİ
« : 12.03.2019, 04:16:12 »
Tövhid haqqında sözlər

Şeyxulisləm İbn Teymiyyə rahiməhullah demişdir:

"Tövhid ilə qul güclənir və zənginləşir."

"Kim insanların ən güclüsü olmaq istəyərsə onda Allaha təvəkkül etsin."

"İstiğfar ilə Allah onu bağışlayar və əzabı ondan uzaqlaşdırar."

{Bağışlanmalarını dilədikləri halda Allah onlara əzab verən deyildir.} (Əl-Ənfal; 33)

Qulun kasıblığı və möhtaclığı yalnız tövhid ilə aradan qalxar.

Tövhid mütləqdir, tövhidsiz insan fəqirdir, möhtacdır, əldə edə bilmədiyi ehtiyaclarını istəməyin əzabı içərisindədir:
Allah-Təala deyir: {Allah Ona şərik qoşulmasını əsla bağışlamaz.}  (Ən-Nisa;48)

O tövhid və istiğfarla zənginlik və səadət əldə edər. Ona əzab verən şey ondan uzaqlaşar. Güc və qüvvət sahibi yalnız Allahdır.

Qul Allaha ibadət etməyə möhtac olduğu kimi, daima Ona təvəkkül etməyə, Onun köməyinə möhtacdır.

O daima Allaha möhtaclığını və Allahın onun məbudu və yardımçısı olmasına duyduğu ehtiyacını etiraf etməlidir.

Güc və qüvvət sahibi yalnız Allahdır. Sığınacaq və Allahdan (əzabından) xilas olmaq üçün nicat yeri yalnız Ona yönəlməkdir.

(Məcmu'ul-fətəva (1/55-56))