İnsanlarla xoş danışın... (Əl-Bəqara; 83)

Göndərən Mövzu: Azan və İqamə  (Oxunma sayı 13403 dəfə)

Ahlul-Quran

  • Administrator
  • Full Member
  • *****
  • Yazı sayı: 100
Azan və İqamə
« : 01.20.2021, 23:50:45 »
Azanın sözləri:

Allahu Əkbər! (4 dəfə)
(Allah Ən ucadır)

Əşhədu ən lə iləhə illəllah! (2 dəfə) (Şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq  məbud yoxdur)

Əşhədu ənnə Muhəmmədən rasulullah! (2 dəfə)
(Şəhadət edirəm ki, Muhamməd Allahın rəsuludur)

Hayyə aləs-saləh (2 dəfə)
(Namaza tələsin)

Hayyə aləl-fələh (2 dəfə)
(Nicat tapmağa tələsin)

Allahu Əkbər! (2 dəfə)
(Allah Ən ucadır)

Lə iləhə illəllah (1 dəfə)
(Allahdan başqa ibadətə layiq məbud yoxdur)



İqamənin sözləri:

Allahu Əkbər! (2 dəfə)
(Allah Ən ucadır)

Əşhədu ən lə iləhə illəllah! (1 dəfə) (Şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq  məbud yoxdur)

Əşhədu ənnə Muhəmmədən rasulullah! (1 dəfə)
(Şəhadət edirəm ki, Muhamməd Allahın rəsuludur)

Hayyə aləs-saləh (1 dəfə)
(Namaza tələsin)

Hayyə aləl-fələh (1 dəfə)
(Nicat tapmağa tələsin)

Qad qamətissaləh (2 dəfə)
(Namaz üçün ayağa qalxın)

Allahu Əkbər! (2 dəfə)
(Allah Ən ucadır)

Lə iləhə illəllah (1 dəfə)
(Allahdan başqa ibadətə layiq məbud yoxdur)

Ahlul-Quran

  • Administrator
  • Full Member
  • *****
  • Yazı sayı: 100
Cvb: Azan və İqamə
« Cavabla #1 : 01.20.2021, 23:52:31 »
Azandan sonra oxunan zikirlər:

اللهم رب هذه الدعوة التامة، والصلاة القائمة، آت محمدًا الوسيلة والفضيلة، وابعثه مقامًا محمودًا الذي وعدته
Allahummə Rabbə həzihi-d-də'vati-t-təmməti va-s-saləti-l qaiməh əti Muhəmmədəni-l-vasilətə va-l-fadılətə, vəb'ashu məqa­mən məhmudəni-l-ləzi va'adtəh

Bu tam dəvətin və qılınacaq namazın Rəbbi olan Allahım! Muhəmmədə vasitəçilik haqqı və fəzilət ver. Onu vəd etdiyin təriflənən mə­qama çatdır.

                         ***
Müəzzin şəhadətləri dedikdən, onu təkrarlamaq sonra isə bu zikri demək müstəhəbdir:

رضيت بالله ربا وبالإسلام دينا وَبِمُحَمَّدٍ نَبِيًّا ورسولاً
Radıtu billəhi rabbən və bil isləmi dinən  və bi Muhammədin nəbiyyən və rasulən
Rəbb olaraq  Allahdan, din olaraq İslamdan, Nəbi və Rəsul olaraq Muhamməddən razı qaldım.

                        ***
Müəzzin Həyya aləssaləh və həyya aləl fələh sözlərini deyərkən aşağıdakı zikri   demək sünnədir:

 لَا حَوْلَ وَلَا قُوَّةَ إِلَّا بِالله
Lə haulə və lə quvvətə illə billəh
Güc və qüvvət yalnız  Allahdandır.

Ahlul-Quran

  • Administrator
  • Full Member
  • *****
  • Yazı sayı: 100
Cvb: Azan və İqamə
« Cavabla #2 : 01.20.2021, 23:54:50 »
Azanın və iqamənin şərtləri:
1. Niyyət
2. Vaxtın girməsi ( sübh namazı istisnadır)
3. Sözlərin bir-birinin ardınca , uzun fasilə verilmədən deyilməsi
4. Azanın və ya İqamənin sözlərini bir nəfərin əvvəldən sonacan oxuması.(Məsələn, azanın sözlərinin yarısını bir nəfər, digər yarısını isə başqa bir nəfər oxuya bilməz)
5. Sözləri səhvsiz düzgün demək
6. Cümlələri Sünnədə varid olan sayda demək


Müəzzinin şərtləri:
1. Kişi olmaq
2. Ağıllı olmaq ( dəli olmamaq)
3. Müsəlman olmaq
4. Baliğ, mumeyyiz olmaq (Azyaşlı uşağın azanı etibarlı sayılmır, çünki azanla namaz vaxtı, oruc vaxtı, təqvim təyini və s. kimi mühim məsələlər təyin olunur)
5. Adil, etibarlı olmaq, fasiq insan müəzzin ola bilməz

Azanı və ya iqaməni pozan amillər:
1. Cümlələr arasında uzun fasilə vermək
2. Cümlələr arasında qısamüddətli olsa da günah işlətmək (söymək, təhqir etmək, qeybət qırmaq və s.)
3. Namaz vaxtının girməməsi (sübh namazı istisnadır)
4. Dindən dönmək.