Allahı çox zikr edin! (Əl-Əhzab;41)

Göndərən Mövzu: İSLAM ŞƏRİƏTİ  (Oxunma sayı 13685 dəfə)

Ahlul-Quran

  • Administrator
  • Full Member
  • *****
  • Yazı sayı: 100
İSLAM ŞƏRİƏTİ
« : 01.21.2021, 00:10:10 »
İslam şəriəti Peyğəmbərimiz Muhammədin(sallallahu aleyhi və səlləm) nübuvvətinin başlamasından peyğəmbərimizin hicrətin 11ci ili vəfat etməsinə qədər olan 23 il ərzində meydana gəlmişdir.İslam şəriətinin mənbəsi Vəhydir, bu baxımdan 2 mərhələyə ayrılır:
1.Məkkə mərhələsi
2.Mədinə mərhələsi

Məkkə mərhələsi dedikdə, peyğəmbərlikdən sonra13 il müddətində Rasulullahın Məkkədə qalıb İslamı bəyan etdiyi dövr nəzərdə tutulur. Və bu müddət ərzində Rasulullah əsasən dinin əsaslarına dəvət edərək, insanları yaxşı olan işlərə çağırıb, rəzillikdən, zəlillikdən və pis işlərdən çəkindirmişdir. Bununla yanaşı çox az sayda əməli hökmləri əmr etmişdir. Məsələn, Ənam surasindəki bu ayə Məkkə ayəsi hesab olunur:
ُلْ تَعَالَوْا أَتْلُ مَا حَرَّمَ رَبُّكُمْ عَلَيْكُمْ ۖ أَلَّا تُشْرِكُوا بِهِ شَيْئًا ۖ وَبِالْوَالِدَيْنِ إِحْسَانًا ۖ وَلَا تَقْتُلُوا أَوْلَادَكُمْ مِنْ إِمْلَاقٍ ۖ نَحْنُ نَرْزُقُكُمْ وَإِيَّاهُمْ ۖ وَلَا تَقْرَبُوا الْفَوَاحِشَ مَا ظَهَرَ مِنْهَا وَمَا بَطَنَ ۖ وَلَا تَقْتُلُوا النَّفْسَ الَّتِي حَرَّمَ اللَّهُ إِلَّا بِالْحَقِّ ۚ ذَٰلِكُمْ وَصَّاكُمْ بِهِ لَعَلَّكُمْ تَعْقِلُونَ
De: “Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum: Ona heç nəyi şərik qoşmayın, valideynlərə yaxşılıq edin və yoxsulluq ucbatından uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Murdar əməl-lərin aşkarına da, gizlisinə də yaxınlaşmayın. Allahın, (öldürülməsini) haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə anlayasınız.(Əl-Ənam;151)
İkinci mərhələ Mədinə mərhələsidir. Buna Rasulullahın Mədinəyə hicrətindən sonrakı 10 il aiddir. Bu dövrdə Məkkə mərhələsində olduğu kimi dinin əsaslarına dəvət, xeyir işlərə təşviq, pis əməllərdən çəkindirməklə yanaşı, müsəlmanların həyatının islama uyğun tənzimlənməsi üçün, şəriət müxtəlif aspektlərdən hərtərəfli şəkildə bəyan olunmağa və tətbiq olunmağa başladı. Həmçinin İslam dövlətinin təməli qoyuldu. Qeyd edək ki,  Ərəb tarixində ilk dəfə dövlət məfhumunu İslam dini meydana gətirmişdir.Beləliklə, dövlətin sistemləşməsi üçün lazım olan hər cür qanunlar, fərdlərin hüquqları, vəzifələri İlahi əmrlə müəyyən olundu. İslam hakimə itaəti hər bir müsəlman üçün vacib etdi. Allah təala buyurur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ وَأُولِي الْأَمْرِ مِنْكُمْ
Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə itaət edin.(Nisa;59)
Əbu Hureyrədən rəvayət olunan hədisdə Rasulullah sallallahu aleyhi və səlləm belə deyir:
مَن أطاعَنِي فقَدْ أطاعَ اللَّهَ، ومَن يَعْصِنِي فقَدْ عَصَى اللَّهَ، ومَن يُطِعِ الأمِيرَ فقَدْ أطاعَنِي، ومَن يَعْصِ الأمِيرَ فقَدْ عَصانِي.
Kim mənə itaət edərsə,Allaha itaət etmiş sayılar,kim mənə asi olarsa, Allaha asi olmuş olar. Kim hakimə itaət edərsə, mənə itaət etmiş sayılar, kim hakimə asi olarsa, mənə asi olmuş sayılar.(Səhih Muslim;1835)
İslam Allah yolunda cihada çağırdı və cahiliyyə döyüşlərindən çəkindirdi. Müdafiə hərbinə izn verdi, Müharibə əsnasında uşaqların, yaşlıların, qadınların, qeyri-islami din xadimlərinin öldürülməsini və düşmən meyitlərinə əziyyət verilməsini qadağan etdi. Mədinə mərhələsində bunlarla yanaşı ailə münasibətləri, evlilik, boşanma, maliyyə məsələləri, miras, ibadət əhkamları və hər cür ictimai əlaqələr barədə qaydalar aydın olundu.

Hər iki mərhələdə İslam şəriəti 2 mənbədən qidalanıb:
1.Quran
2.Sünnə

Quran sözü
قَرَأَ، يَقْرَأُ
(Oxudu, oxuyur) feillərinin məsdəridir.
قِرَاءَة
(Oxumaq) sözü ilə eyni mənanı ifadə edir.
Lüğəvi cəhətdən "toplamaq", "cəm etmək", "üst-üstə yığmaq" anlamına gəlir
Rasulullahın dövründə Quran ayələri pərakəndə şəkildə lövhələrin üzərinə yazılmışdı. Tərtibat əzbərlənərək qorunurdu.
Peyğəmbərin vəfatından sonra
Yəmamə döyüşündə 70-dən çox qurra (qiraət alimi) səhabənin şəhid olması səbəbilə Xəlifə Əbu Bəkr zamanla hafizlərin azalması və yox olmasından narahat oldu. Bu minvalla da Quranın unudulma təhlükəsini nəzərə alaraq Quran əlyazmalarını bir yerə toplayıb bütöv bir kitab halına saldı. Və bu kitaba "mushaf" adını verdi.
Mushaf sözü "səhifələnərək yığılmış" və ya "bir yerdə cəm olunmuş səhifələr" mənasını verir.
Tövrat və İncildən fərqli olaraq Qurani-Kərim Peyğəmbərimizə bir dəfəyə nazil olmayıb. Bu barədə heç bir ixtilaf yoxdur. Buna dəlil olan bir çox ayələr var:

وَقَالَ الَّذِينَ كَفَرُوا لَوْلَا نُزِّلَ عَلَيْهِ الْقُرْآنُ جُمْلَةً وَاحِدَةً ۚ كَذَٰلِكَ لِنُثَبِّتَ بِهِ فُؤَادَكَ ۖ وَرَتَّلْنَاهُ تَرْتِيلًا
Kafirlər isə: “Quran ona bütöv nazil edilməli deyildimi?” - dedilər. Biz onu sənin qəlbinə yaxşıca yerləşdirmək üçün belə etdik və onu hissə-hissə oxuduq (vəhy etdik).
(Furqan;32)
َقُرْآنًا فَرَقْنَاهُ لِتَقْرَأَهُ عَلَى النَّاسِ عَلَىٰ مُكْثٍ وَنَزَّلْنَاهُ تَنْزِيلًا
Quranı insanlara aramla oxuyasan deyə, Biz onu hissələrə ayırıb, tədriclə nazil etdik.
(İsra;106)
Və s. Həm Quranda, həm də Sünnədə buna dəlil çoxdur.
Lakin Qurani-Kərim Peyğəmbərimizə nazil olmamışdan əvvəl, Lövhi-Məhfuzdan dünya səmasına bir gecədə, Qədr gecəsində nazil olmuşdur:
إِنَّا أَنْزَلْنَاهُ فِي لَيْلَةِ الْقَدْرِ
Həqiqətən, Biz onu ((Quranı)) Qədr gecəsində nazil etdik!
(Əl-Qadr;1)
Tədricən nazil olması Peyğəmbərin sonra isə səhabələrin hökmləri, ayələri, İslamı asan şəkildə qavraya bilmələri üçün, bu ayələrin onların qəlbində kök sala bilməsi üçün olub. Və Allah onu Qiyamətə qədər qoruyacağı yeganə haqq kitab təyin edib:

إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ
Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq.
(Əl-Hicr;9)
Rasulullah "ummi" idi, yəni yazmağı, oxumağı bacarmırdı. Quran nazil olduqdan sonra vəhy katibləri tərəfindən nazik ağ daşların, ağac qabıqlarının, enli sümüklərin üzərinə yazılırdı. Ən məşhur vəhy katibləri: dörd raşidi-xəlifə; Əbu Bəkr Əs-Sıddıq, Ömər bin Əl-Xattab, Osman bin Affan, Əli ibn Əbi Talib, daha sonra Zeyd bin Sabit, Muaviyə bin əbi Sufyan və Muaviyənin qardaşı Yəzid  və başqaları olmuşdur.
Vəhy katibləri ayələrin və surələrin tərtibatını Rasulullahın göstərişinə əsasən müəyyən edirdilər.

Quran iki üsulla qorunaraq bizim dövrümüzə çatmışdır:
1. Kitab şəklində
2. Əzbərlənərək nəsildən-nəslə ötürülmüşdur.

İslam şəriətinin ikinci mənbəsi Sünnədir.
Sünnə sözünün lüğəti mənası "yol"dur. Cabir bin Abdullahdan rəvayət olunan hədisdə rasulullah buyurur: مَنْ سَنَّ فِي الْإِسْلَامِ سُنَّةً حَسَنَةً فَعُمِلَ بِهَا بَعْدَهُ كُتِبَ لَهُ مِثْلُ أَجْرِ مَنْ عَمِلَ بِهَا ، وَلَا يَنْقُصُ مِنْ أُجُورِهِمْ شَيْءٌ . وَمَنْ سَنَّ فِي الْإِسْلَامِ سُنَّةً سَيِّئَةً فَعُمِلَ بِهَا بَعْدَهُ كُتِبَ عَلَيْهِ مِثْلُ وِزْرِ مَنْ عَمِلَ بِهَا ، وَلَا يَنْقُصُ مِنْ أَوْزَارِهِمْ شَيْءٌ )
Kim İslamda yaxşı bir yol açarsa, onun əcri qədər və özündən sonra, bu yol ilə əməl edənlərin, özlərindən heç nə əskiltmədən, əcrləri qədər ona savab yazılar. Və kim  İslamda  pis  bir yol açarsa, açdığı yolun günahı və özündən sonra, bu yol ilə əməl edənlərin, günahlarından heç nə əskiltmədən, ona da yazılar.
(Muslim;1017)
Sünnə dedikdə, peyğəmbərimizin dediyi sözlər, etdiyi əməllər, təsdiq etdikləri, əxlaqı, həyatı nəzərdə tutulur.
Sünnə bu baxımdan hədis sözü ilə sinonim sayıla bilər.və. Bu İslam şəriətinin ikinci mənbəsi sayılır.

Sünnə ilə Quranın əlaqəsi:

1.Qurandakı hər hansı bir hökm Sünnədə təkrarlanaraq təkid oluna bilər:
وَأَنْكِحُوا الْأَيَامَىٰ مِنْكُمْ وَالصَّالِحِينَ مِنْ عِبَادِكُمْ وَإِمَائِكُمْ ۚ إِنْ يَكُونُوا فُقَرَاءَ يُغْنِهِمُ اللَّهُ مِنْ فَضْلِهِ ۗ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ
İçinizdəki subayları, həmçinin kölələrinizdən və cariyələrinizdən münasib olanları evləndirin! Əgər onlar yoxsuldurlarsa, Allah Öz lütfü ilə onları zəngin edər. Allahın lütfü genişdir,O hər şeyi biləndir.
(ən-Nur;32)
Bunu təsdiq və təkid edən Hədis:
عَنْ عَبْدِاللَّهِ بْنِ مَسْعُودٍ : قَالَ لَنَا رَسُولُ اللَّهِ ﷺ: يَا مَعْشَرَ الشَّبَابِ، مَنِ اسْتَطَاعَ مِنْكُمُ الْبَاءَةَ فَلْيَتَزَوَّجْ، فَإِنَّهُ أَغَضُّ لِلْبَصَرِ، وَأَحْصَنُ لِلْفَرْجِ، وَمَنْ لَمْ يَسْتَطِعْ فَعَلَيْهِ بِالصَّوْمِ؛ فَإِنَّهُ لَهُ وِجَاءٌ.
Abdullah bin Məsuddan rəvayət olunan hədisdə Rasulullah buyurur:
"Ey gənclər! Sizdən evlənməyə gücü  çatan evlənsin. Çünkü evlilik, gözü və namusu (haramdan) qoruyur. İmkanı çatmayan isə oruc tutsun, bunun üçün ona əcr vardır.(Buxari, Muslim)
2. Qurandakı hər hansı bir hökm Sünnədə izah oluna bilər:
إِنَّ الصَّلَاةَ كَانَتْ عَلَى الْمُؤْمِنِينَ كِتَابًا مَوْقُوتًا
Çünki namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir.
(Ən-Nisa ;103)
Sünnədə isə namazın vaxtları baradə təfsilatlı məlumat verilib.
3. Qurandakı mövcud olmayan hər hansı əmr Sünnədə varid ola bilər:
Məsələn, Fitrə zəkatı barədə Quranda ayə nazil olmayıb, buna baxmayaraq sünnədə varid olan hədislərdə bu, müsəlmanlara vacib buyrulub.
Bu 3 halın hər birinin hökmü eynidir, sünnəyə əməl etmək Qurana əməl etməkdir:
وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانْتَهُوا ۚ Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin.
(Həşr;7)
وَمَا يَنْطِقُ عَنِ الْهَوَىٰ
O, öz istəyi ilə danışmır.
(Ən-Nəcm;53)

Bu barədə ayələr çoxdur.
İslam tövhid (monoteist) dinidir və Allah Subhanahu və təaləni, ibadətin istisnasız hər bir sahəsində; namaz, oruc, dua, sığınmaq, zəkat, sədəkə, ehsan və s. təkləşdirmək  bu dinin əsasıdır.
Tövhidin əksi isə şirkdir. Allah Subhanahu və təalə şirk üzrə ölən bir insana Cənnəti haram etmişdir.
إِنَّهُ مَنْ يُشْرِكْ بِاللَّهِ فَقَدْ حَرَّمَ اللَّهُ عَلَيْهِ الْجَنَّةَ وَمَأْوَاهُ النَّارُKim Allaha şərik qoşarsa, şübhəsiz ki, Allah cənnəti ona haram edər.
(Maidə;72)
İslam əqidəsinin xüsusiyyətləri:

1.Tövqifidir.Yəni İslam əqidəsinə aid olan bütün məsələlər Quran və Sünnədə bəyan olunmuşdur. Bu məsələdə hər bir müsəlmana vacibdir ki:
1. Əqidənin mənbəsini yalnız Kitab və Sünnə ilə məhdudlaşdırsın
2. Əqidə məsələlərində yalnız Kitab və Sünnədə gələnlərə əməl etsin.

Allah Dini kamil etmişdir və insanlardan yalnız Rasulullahın sözü mütləq qəbuldur.
2. Qeybidir. Yəni İslam əqidəsi özündə qeybi məsələləri cəm edir.  Allaha, mələklərinə iman, səmavi kitablara iman, Axirət gününə iman və s. Bir insanın bunları öz ağlı ilə dərk etməyi mümkün deyil.
Buna görə də hər bir müsəlmana vacibdir:
1. Allaha və Rəsuluna təslim olmaq. Yəni Quran və Sünnədə varid olanlara tam təslimiyyətlə iman etmək.
2.Qeybi məsələlərdə bizə Quran və Sünnədə bəyan olunandan kənara çıxmamaq və qeybi məsələlər haqqında münaqişə etməmək,  sələfin (səhabələrin,tabiinlərin, müctəhid imamların) fəhmi ilə kifayətlənmək.
3.Əqidəyə aid dəlilləri Rasulullahdan açıq-aydın hədis olmadıqca, yozmamaq, öz nəfsinə uyğun şərh etməmək.

3.Şumulidir.
Hər şeyi əhatə edir:
1. Bəşəriyyət haqqında insana müfəssəl məlumat verir.
2. Həyatın bütün sahələrinə toxunur.
3. İnsanı bütün həyatı boyu müşayiət edir. Dünyadan əvvəlki və dünyadakı həyatını, bərzəx və axirət aləmini əhatə edir.

4.Vəsatidir.  Vasat sözünün ərəb dilində bir sıra mənası var: orta, əfzəl, ədalətli.
İslam əqidəsi:
1. Ən xeyirli, ən üstündür.
2. Ən ədalətlidir
3. Orada nə ifrat yoxdur,nə də naqislik
« Son tənzimləmə: 01.21.2021, 00:16:27 Göndərən: Ahlul-Quran »