Elə isə yetimə xor baxma! (Əd-Duha;9)

Göndərən Mövzu: Ramazan oğrularına diqqət!  (Oxunma sayı 16085 dəfə)

Ahlul-Quran

  • Administrator
  • Full Member
  • *****
  • Yazı sayı: 101
Ramazan oğrularına diqqət!
« : 05.02.2019, 22:41:30 »
Ramazan oğrularına diqqət!
1.   Televizor
Bu oğru teleseriallar və mənasız proqramları ilə orucun səhhətinə xələl gətirib əcrinin azalmasına səbəb olur.
2.   Bazarlar.
Bu oğru malı və vaxtı hesabsız zay etmək üzrə mütəxəssisdir. Bazarlara getməyi məhdudlaşdır.
3.   Gecə oyaq qalmaq
Vaxtın ən dəyərlisini oğurlayan bu oğru qulu gecənin axır  üçdə birində təhəccüd namazından, istiğfar və tövbəndən məhrum edir.
4.   Mətbəx
Bu oğruya sərf etdiyin vaxt səbəbilə özünə növbənöv yemək içmək hazırlayırsan. Bu bəzən elə bir həddə çatır ki, yeməklərin müxtəlifliyi əlini ağzına apardığın say qədər olur.
5.   Telefon
Bəzi insanlar telefonu qaldırmaqla qeybət, aravurma , sözgəzdirmə, yalan, nəfsini və ya başqasını öymək, sirr açmaq, bir-biri ilə dalaşaraq haqqına girmək, özünə aid olmayan işlə məşğul olmaq, Allahın zikrindən uzaq məclislər və s. dil ilə edilən xətalar sayılandan olduqca çoxdur,  bütün bunlarla günah qazanırlar.
6.   Xəsislik
Sədəqə sənin oddan qorunmağına səbəbdir. Ən əfzəl sədəqələrdən biri də Ramazan ayında edilən sədəqədir. Gizli və aşkar sədəqə verməyə tələs.
7.   Allahın zikrindən uzaq məclislər
Bu oğru Qiyamət günü səni həsrət içində qoyar , Allah qorusun.
ﻗﺎﻝ النبي صلى ﺍﻟﻠﻪ ﻋﻠﻴﻪ ﻭﺳﻠﻢ :
 ﻣﺎ ﺟﻠﺲ ﻗﻮﻡ ﻣﺠﻠﺴﺎ ﻟﻢ ﻳﺬﻛﺮﻭﺍ ﺍﻟﻠﻪ ﺗﻌﺎﻟﻰ ﻓﻴﻪ , ﻭﻟﻢ ﻳﺼﻠﻮﺍ ﻋﻠﻰ ﻧﺒﻴﻬﻢ إﻻ ﻛﺎﻥ ﻋﻠﻴﻬﻢ ﺗﺮﺓ , ﻓإﻥ ﺷﺎﺀ ﻋﺬﺑﻬﻢ ﻭإﻥ ﺷﺎﺀ ﻏﻔﺮ ﻟﻬﻢ .
 رواه الترمذي وقال حديث حسن
Allahın nəbisi ﷺ   buyurub:
Əgər bir məclisdə Allahın zikr edilməz və Nəbiyə salavat gətirilməzsə, bu məclis orda olanlar üçün Qiyamət günü həsrət olar. Allah istərsə, onlara əzab edər, istərsə də, bağışlayar.
(Tirmizi rəvayət edib və sənədinin “həsən” olduğunu qeyd edib.)
Sən Allahın bizə əmr etdiyi kimi et:
 ( ﻓﺎﺫﻛﺮﻭﺍ ﺍﻟﻠﻪ ﻗﻴﺎﻣﺎ ﻭﻗﻌﻮﺩﺍ ﻭﻋﻠﻰ ﺟﻨﻮﺑﻜﻢ ) .
 .... ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edin. (Ən-Nisa;103)
8. Oğruların ən böyüyü
Facebook və WhatsApp
Bu ayı lazımınca dəyərləndir, ola bilsin ki bu sənin son Ramazanındır
Sizə və özümə bu aya hazırlaşmağı tövsiyə edirəm.
(Sitatın sonu)