Allah batili silib yox edər.(Əş-Şura;24)

Göndərən Mövzu: RAMAZANIN SON ON GÜNÜ VƏ QƏDR GECƏSİ  (Oxunma sayı 1605 dəfə)

Ahlul-Quran

  • Administrator
  • Jr. Member
  • *****
  • Yazı sayı: 70
RAMAZANIN SON ON GÜNÜ VƏ QƏDR GECƏSİ
« : 05.28.2019, 02:04:03 »
Hafiz ibnu Rəcəb (Allah ona rəhmət etsin ) deyib: İstiğfar bütün saleh əməllərin sonudur. Namaz, həcc , gecə namazı istiğfarla sonlandırılır. Bütün məclislərin sonunda istiğfar edilir. Əgər zikr məclisidirsə, istiğfar onun özündəndir və əgər boş bir məclisdirsə istiğfar onun kəffarəsidir.
Ramazan orucunu da Allahdan bağışlanma diləyərək sonlandırmaq lazımdır.
Lətaiful Məarif 1/214

Ahlul-Quran

  • Administrator
  • Jr. Member
  • *****
  • Yazı sayı: 70
Qədr gecəsini heç bir şübhə olmadan necə bilmək olar?
« Cavabla #1 : 05.28.2019, 02:05:15 »
Qədr gecəsini heç bir şübhə olmadan necə bilmək olar?
İbn Baz (Allah ona rəhmət etsin) buyurub: Kim axır on günün hamısında namazla , Quranla, dua və başqa xeyir işlərlə çalışarsa Qədr gecəsinə şübhəsiz nail olar. Və əgər bunları imanla və Allahdan əcrini umaraqdan edərsə, Allahın Qədr gecəsini əda edənə vəd etdiyi mükafata yiyələnər.
Məcmuəl Fətəvə İbn  Baz ( 6/398)