Ərəb əlifbası haqqında qısa məlumat

Ərəb dili dünyanın ən qədim və ən gözəl dillərindəndir. Həmçinin dünya dillərinin ən faydalısıdır. Belə ki, bu dildə oxuyub-yazdıqda insan,

beyninin hər iki yarımkürəsini işlədir. Bu hal digər dillər üçün səciyyəvi deyildir. Digər dillərdə oxuyarkən yalnız bir yarımkürə aktivləşir.

Buna görə də, ərəb dilində oxumaq beyin üçün çox faydalıdır.

Müqəddəs Quran ərəb dilində nazil olub. Allah (Azzə və Cəllə) buyurub:

إِنَّا أَنْزَلْناهُ قُرْآناً عَرَبِيًّا لَعَلَّكُمْ تَعْقِلُونَ

Həqiqətən, Biz onu ərəbcə Quran olaraq nazil etdik ki, başa düşə biləsiniz. (Yusuf; 2)
Buna görə, biz Quran oxumaq üçün ərəb əlifbasını öyrənməliyik. Gəlin başlayaq.

Ər-Rahmən və Ər-Rahim olan Allahın adı ilə!
Ərəb əlifbası –  əl-əbcədiyyə 28 hərfdən, əl-hicəiyyə isə 29 hərfdən ibarətdir. Bu əlifbalar arasındakı fərq hərflərin yerləşmə sırası və əl-hicəiyyədə əlif məddiyyənin (ləməlifin) əlavə , 29-cu hərf kimi qəbul edilməsidir. Bu hərfin ləməlif kimi göstərilməsinin səbəbi isə, əlif məddiyyənin tək halda heç bir səsinin olmaması və özünün sükunlu, özündən əvvəl gələn hərfin isə, hər zaman fəthəli olmasıdır. Buna görə də o, simvolik ləməlif kimi kimi göstərilir. Ərəb hərfləri sağdan sola yazılır. Ərəb dilində sözlər yazıldığı kimi tələffüz olunur və

hərəflər sözdə – başda, ortada, sonda işlənməyindən aslı olaraq müxtəlif formalarda yazılır. Əksər ərəb hərflərinin Azərbaycanca qarşılığı var.

 

SEE ALL Qeyd əlavə edin
SİZ
Şərhinizə əlavə edin

Kurs Kateqoriyaları

Online Kişiler

There are no users currently online