Anki proqramının istifadəsi
Anki yükləmək
Android cihazları üçün – https://play.google.com/store/apps/details?id=com.ichi2.anki
İOS (İphone/İpad) cihazları üçün (pulludur) – https://itunes.apple.com/us/app/ankimobile-flashcards/id373493387?mt=8
Kompyuter üçün – https://apps.ankiweb.net/ bu səhifədə DOWNLOAD düyməsinə basıb, sizə münasib olanı seçin – Mac yaxud Windows
Ankini quraşdırmaq
Quraşdırdığınız zaman dil seçimi verilir, yaxud sizin telefonunuza uyğun dildə quraşdırılır. Bunu dəyişmək üçün
Qeydiyyatdan keçmək
Telefonunuz xarab olsa kartlarınızın itməməsi, kompyuterdə düzəltdiyiniz kartları telefonda işlətməniz üçün və s. sizə Ankidə qeydiyyatdan keçməyi məsləhət görürük
https://ankiweb.net/about – bura gedin və SİGN UP düyməsinə basın
Sizdən emailinizi iki dəfə daxil etmək və məxfi söz fikirləşib yazmaq tələb olunacaq.
Cihazda öz hesabınıza girmək
Qeydiyyatdan keçəndən sonra cihazlarınızda hesabınıza daxil olun
Kompyuter və telefon arasında eşitləmə (sinxronlaşma)
Bəzən Anki sual verir – Cihaza yukleyim (Dowload library) yoxsa cihazdan yukleyim (Upload library)
Bu cihazda etdiyiniz dəyişiklikləri saxlamaq istəsəz onda Upload seçin
Başqa cihazda etdiyiniz dəyişiklikləri saxlamaq istəsəz Downloada basın
Tövsiyə edirik tez-tez sinxronizə düyməsinə basasız
Bu videoda Anki haqqında danışılır https://youtu.be/7E-f4TdpB6s
Anki ilə irəliləyişinizi izləmək
İlk öyrənməyə başlayanda irəliləyiş etdiyini, öyrəndiyini hiss edirsən. Amma müəyyən vaxtdan inkişaf elə də gözə çarpmır. Lakin Anki vasitəsi ilə (gündəlik işləsəz) siz inkişafınızı izləyə bilərsiz
Münasib dəstəni (Deck) seçib statistikaya baxın
Ən axıra gedəndə (cihazda ən sağa, kompyuterdə ən aşağı) kartlarınızın tipini görə bilirsiz
Açıq yaşıl – öyrənməyə başladığınız kartlardı
Tünd yaşıl artıq yetişmiş, yaxşı bildiyiniz kartlardı (təkrar müddəti 21 gündən çox olan)
Qara – hələ başlamadığınız
Məsələn, yuxarıda göstərir ki, 564 kartdan 20% yəni 112 kartı öyrənməyə başlamısız.
Ehtiyat nüsxələr
Çox xahiş edirəm, aradı bir ehtiyat nüsxələri çıxarıb uzaq yerlərdə saxlayın (Dropbox, GoogleDrive, YandexDisk və s kimi)
Bundan ötrü
Yaxud tək dəstəni saxlamaq üçün
Əgər siz Ankini tam gücünə istifadə etsəz, çəkdiyiniz əziyyəti itirmək sizə çox ağır gələ bilər
Ona görə, Ehtiyat igidin yaraşığıdır.
Anki sizin məlumat bazanızdır
Kartlarınızı, məlumatınızı bir yerdə görmək üçün bura baxın
Dəstənizi ayarlayın
Seçeneklər (Options) düyməsindən gündəlik yeni kartların sayını dəyişə bilərsiz. Məqsədinizə uyğun.
Gəlin qeyd edək bunu nə üçün edirik.
Məsələn, mən ərəb dilindən 100 söz bilirəm. Arzum – ərəbcə kitab oxuyub başa düşməkdir. Bundan ötrü mənə B2 səviyyəsi gərəkir. B2 səviyyəsinə 4000-5000 söz bilməklə çata bilərəm. (+ əlbəttə müəyyən qrammatika)
Deməli mənə hələ 3900 söz öyrənmək lazımdır.
Bu səviyyəyə nə vaxta çatmaq istəyirəm. Məsələn 13-14 aya (1 ildən bir az çox)
3900 bölürük 390 günə – təxminən günə 10 yeni söz götürsəm ilə bu söz sayına çatmaq ehtimalı var.
Amma nəzərə alın ki, tətil, qonaq, iş, səfər və s məsələlər ola bilər, ona görə günə 12-15 söz götürsəm daha real olar məqsədə çatmaq. İnşəAllah.
Ümumiyyətlə, düzgün yanaşmaqla, uzun müddətə günə 12-15 yeni söz götürmək – gündəlik 1 saat vaxt tutur (təkrarlarla birlikdə)
Qısa müddət üçün gündəlik 30-40 yeni söz götürmək mümkündür.
0 responses on "ANKİ proqramı haqqında"