Elm tələb edənə Cənnətin yolu necə asanlaşır?
1.Allah ona em tələb etməyi asanlaşdırır və beləliklə savabları çoxalır və Cənnətə daxil olur.
2.Allah ona bu elmi ilə əməl etməyi asanlaşdırır.
3.Allah ona tələb etmədiyi başqa bir elmi açır:
وَالَّذِينَ اهْتَدَوْا زَادَهُمْ هُدًى وَآتَاهُمْ تَقْوَاهُمْ
Doğru yolla gedənlərə gəldikdə isə, (Allah) onlara hidayətini artırar və onları təqvalı olmağa müvəffəq edər.(Muhamməd;17)
4. Allah ona Sırat körpüsündən keçməyi asanlaşdırır.
Allah kimi elm tələb etməyə müvəffəq edibsə, demək ki, onun üçün xeyir istəyib:
عن معاوية رضي الله عنه قال سَمِعْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «مَنْ يُرِدِ اللَّهُ بِهِ خَيْرًا يُفَقِّهْهُ فِي الدِّينِ»
Müaviyədən (Allah ondan razı olsun) rəvayət olunur: Rasulullahın (sallallahu aleyhi və səlləm) belə dediyini eşitdim: "Allah bir qulu üçün xeyir istədikdə onu dində fəqih edir ( trc: yəni, elm öyrənib əməl etməyə müvəffəq edir)." (Buxari, Muslim)
İbnul-Qayyim Miftəhu dərus-Səadəh (Xoşbəxtlik diyarının açarı) əsərində "fiqh" sözünün şər'i mənasını belə izah etmişdir: "Fiqh- Quranı və Sünnəni öyrənmək və bu bilik ilə əməl etməkdir"
Elm tələb etmək Ər-Razzaq olan Allahın ruzisidir, Allahın qula bəxş etdiyi müvəffəqiyyətdir. Bu "ruzini" Allahdan davamlı istəmək lazımdır.
Əgər elm tələb etməyə müvəffəq olmusansa, bu Allahın sənə nemətidir, başqalarından üstünlüyün deyil. Və əgər bir gün elmdən uzaqlaşsan və ya ölsən, sənin yoxluğunla Allahın dini ziyana düşməyəcək. Çünki Qiyamətə qədər Allahın kitabını qoruyan insanlar çox olacaq. Əgər nemət verilənlərdənsənsə, nemətinin şükrünü et və bu nemətin səndən deyil, Rəbbindən olduğunu unutma.
في رواية لسلم (1037) (لَا تَزَالُ طَائِفَةٌ مِنْ أُمَّتِي قَائِمَةً بِأَمْرِ اللَّهِ لَا يَضُرُّهُمْ مَنْ خَذَلَهُمْ أَوْ خَالَفَهُمْ حَتَّى يَأْتِيَ أَمْرُ اللَّهِ وَهُمْ ظَاهِرُونَ عَلَى النَّاسِ)
Muslimdə (1037) rəvayət edilən hədisdə Rasulullah (sallallahu aleyhi və səlləm) deyir: "Ümmətimdən bir qrup Allahın əmri gələnə qədər (Qiyamət qopana qədər) doğru yolda (bir-birinə yol göstərməkdə, dəstək olmaqda) davam edəcək, bu qrupa köməkdən üz döndərənlər və ya müxalif olanlar onlara heç bir zərər verə bilməyəcək, insanlar arasında bu qrup hər zaman mövcud olacaq (heç zaman əskik olmayacaq)"