Elə isə yetimə xor baxma! (Əd-Duha;9)

Göndərən Mövzu: HƏDƏS NƏDİR?  (Oxunma sayı 15048 dəfə)

Ahlul-Quran

  • Administrator
  • Full Member
  • *****
  • Yazı sayı: 101
HƏDƏS NƏDİR?
« : 02.28.2022, 02:34:24 »
Ərəbcə "hədəs" dedikdə, dəstəmazsız və ya qüslsüz olmaq nəzərdə tutulur. Kiçik hədəs dedikdə dəstəmazsız, böyük hədəs dedikdə isə qüslsüz olmaq nəzərdə tutulur. Hədəsdən təharət , yəni hədəsi aradan qaldırmaq namazın şərtidir. Bunun üçün sudan , su tapılmadıqda isə təyəmmüm üçün torpaqdan istifadə olunur. Sular cumhur alimlərinin rəyinə əsasən  (yəni fiqh alimlərinin əksəriyyətinə görə) 3 qismə ayrılır:
1. Tahur
2. Tahir
3. Nəcis
Hədəsdən təmizlik "tahur"  su ilə olur. Tahur yəni dəyişikliyə uğramamış, təmiz  olan və təmizləyən sudur. Buna yağış, dəniz, çay , bulaq, quyu suları, ərimiş qar suyu və s. sular aiddir.
"Tahir" isə dəyişikliyə uğramış, təmiz,lakin təmizləməyən mayedir, məsələn, meyvə şirəsi, kompot, sirkə, çay və s. Bunla dəstəmaz almaq icazəli deyil.
Ancaq əgər əsli dəyişməmiş, lakin ətrafdakı amillərdən təsirlənmiş su isə tahur sayılır, dəstəmaz üçün yararlıdır. Buna ətrafdakı hər hansı bir qoxunun, tüstünün nüfuz etdiyi və ya duz əlavə olunmuş suyu misal göstərmək olar. Çünki bu su öz əsl halında qalmaqdadır
Bu cür su ilə , həmçinin nəcis yandırılaraq qızdırılmış su ilə dəstəmaz almaq məkruhdur (bəyənilmir) lakin icazəlidir.
Boyat su ilə dəstəmaz almaq Cumhur alimlərinin rəyinə əsasən icazəlidir.
Günəş altında qızdırılmış su ilə dəstəmaz almaq isə icazəlidir, məkruh deyildir.
Başqasının dəstəmaz suyu ilə dəstəmaz almağın hökmü:
1. Hədəsdən təharət üçün istifadə edilmiş su ilə təkrar dəstəmaz almaq icazəli deyil.
2. Dəstəmazlı bir insanın yenidən dəstəmaz alması üçün istifadə etdiyi sudan başqasının təkrar dəstəmaz alması icazəlidir.
Çünki birinci halda hədəs aradan qaldırılıb, ikinci halda isə hədəs olmayıb.
Nəcis qarışmış suyun hökmü:
Az suya qarışarsa:
1. Dadı, iyi , rəngi dəyişsə, bu su nəcisdir.
2. Dadı, iyi , rəngi dəyişməsə, bu suyun hökmündə ixtilaf var, İmam Əbu Hanifə, İmam Şafii və  İmam Əhmədə görə bu suyun hökmü nəcisdir.
2 qullə -qulləteyn ( 160.5 litr) suya qarışarsa:
1. Dadı, iyi , rəngi dəyişsə, bu su nəcisdir.
2. Dadı, iyi , rəngi dəyişməsə, bu suyun hökmü tahurdur. Dəstəmaz almaq üçün yararlıdır.
Qullə - iri tutumlu saxsı qablara deyilir. İki qullə su minimum 160.5 litr sudur