Praktika göstərir ki, vaxt məfhumu çox nisbidir.
Vaxtım yoxdur-cümləsi yalan olmasa da, yalnışdır.
Uzunlu yay günlərində çatdırmadığın işləri yayın son həftələrində hətta bu həftələrdən bir gündə stresin verdiyi təlaşla, sürətlə görüb bitirmək olur.
Sonra isə digər işləri də bu sürətlə bitirmək istəyirsən, ama alınmır...çünki müvəffəq olmaq üçün ən əsas lazım olan şey vaxt deyil. Allahın tövfiqi və əzmdir, çalışmaq, "tələsməkdir"... Elə Allah sayılı günlərdən ibarət olan ömrümüzdə Axirət azuəsi yığmaq üçün bizi tələsdirir.
Allahın ayəsini oxuyaq
وَفِي ذَٰلِكَ فَلْيَتَنَافَسِ الْمُتَنَافِسُونَ
Qoy yarışanlar bunun üçün yarışsınlar!
Başqa ayə
وَالسَّابِقُونَ الْأَوَّلُونَ مِنَ الْمُهَاجِرِينَ وَالْأَنْصَارِ وَالَّذِينَ اتَّبَعُوهُمْ بِإِحْسَانٍ رَضِيَ اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ
Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar.
Allah bizə yarışmağı əmr edir.
Başqa ayətə baxaq:
وَسَارِعُوا إِلَىٰ مَغْفِرَةٍ مِنْ رَبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا السَّمَاوَاتُ وَالْأَرْضُ أُعِدَّتْ لِلْمُتَّقِين
Rəbbiniz tərəfindən bağışlanmağa və müttəqilər üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan Cənnətə tələsin.
فَاسْتَبِقُوا الْخَيْرَاتِ
Elə isə, yaxşı işlər görməkdə yarışın!
Əl Bəqara 148
Allah bizi xeyirə nail olmaq üçün yarışmağa və tələsməyə çağırır
Vaxtın Sahibi vaxtımızın nə qədər AZ olduğunu bilir və bizi xeyirə nail olmaq üçün tələsməyə, yarışmağa çağırır...
Savabını artırmaqla günahlarınla yarışmaq
Vaxtını Xeyirə sərf etməklə boş işlərə və ya günaha sərf etdiyin vaxtınla yarışmaq
Axirətin üçün azuqə tədarük etməklə səni rahat buraxmayan dünya azuqəsi ilə yarışmaq
Biz bu yolumuzu ancaq tələsməklə və yarışmaqla qət edə bilərik
Tələsməyənlərin ömrü sürətlə ötüb keçən yay fəsli kimi heç nəyə vaxt çatdırmadan tükənir, bitir...