Hədisin səhih olması üçün 5 şərt tələb olunur.
1. İTTİSAL
İttisal ravilər zəncirində qırılma olmamasıdır. Hədis Muttasıl olmalıdır, hər bir ravi özündən əvvəlki ravi ilə bir dövrdə yaşamış, hədisi rəvayət edərkən bilavasitə görüşmüş və hədisi duyğu orqanlarına aid feillərlə başlayaraq rəvayət etmiş olmalıdır.Məsələn, Eşitdim, Gördüm, Mənə dedi, Mənə xəbər verdi və s.
2. ƏDALƏT
Ravilər ədalətli olmalı, böyük və kiçik günahlardan çəkinən, fisqdən, hər cür şirk, bidət, batil əməllərdən uzaq təqvalı biri olmalıdır.
Təqvalı olmayan ravidən hədis qəbul edilməz.
3. ŞƏZ OLMAMALIDIR.
Yəni
Siqa (alimlər arasında etibarlı, düzgün danışmağı ilə tanınan) ravinin özündən daha siqa olan ravinin mətninə müxalif mətn rəvayət etməsidir.
4.İLLƏ OLMAMALIDIR.
Hədisin zahiri düzgün görünsə də daxildə görünməyən bir problemin olmasına deyilir.
Məsələn, buna nümunə deyək: hər hansı ravi hədisi öz müəllimindən rəvayət edir, lakin əslində hədisin mətnini müəllimindən deyil başqa insandan eşidib. Və həmin müəllimin onunla bir dövrdə bir şəhərdə yaşaması və onun müəllimi olması rəvayətin zahirdə səhih olduğunu göstərsə də, söz birbaşa müəllimdən deyil başqa bir nəfərdən eşidildiyi üçün, hədis səhih saylmır
5. DABT:
Bir ravinin əzbərlədiyi hədisi, özündən sonrakı raviyə, dəyişiklik etmədən özündən əvvəlki ravidən eşitdiyi kimi çatdırmasıdır. Yəni yaddaşında dəqiq saxlama bacarığının olmasıdır
Bu 5 şərt Səhih Buxaridə və Səhih Muslimdə keçən bütün hədislərdə ödənilib. Lakin Buxarinin hədisi qəbul etmə kriteriaları Muslimdən daha yüksək olduğu üçün Buxari Qurandan sonra ən səhih kitab sayılır
Bunu daha sadə dillə belə izah edək, bəzi Quran müəllimələrinə səhifə təhvil verəndə bir səhifədə 1 səhv edirsənsə, onu tam mükəmməl səhvsiz əzbərləməyincə , 2ci səhifəyə keçməyə icazə vermir. Bəziləri isə səhifədə 1 səhv etməyi adi qəbul edir, daha mülayim yanaşır. Buxari və Muslimin arasında da fərq təxminən belədir.
Bu yazdıqlarım hədislərin qəbul sisteminin izahından az bir hissədir. Hədis elmi məlumatın əsrlər boyu nəsildən nəslə hərf dəyişikliyinə belə uğramadan dəqiq keçməsi üçün mükəmməl qurulmuş bir sistemdir. Allah İslam alimlərini başımızın üstündən əskik etməsin.
Qeyd edim ki, müasir dövümüzün ən böyük muhaddisi Nasıruddin Əl-Albanidir (Allah ona rəhmət etsin).
Sonra isə Abdul Muhsin Əl-Bədri Əl-Abbaddır (Allah onu qorusun və ömrünü Allaha itaət üzərində uzatsın).
Həqiqətən bu möcüzəvi sistem, Allahın müvəffəqiyyətindən başqa heç cür qurula bilməz...
Muhamməd Peyğəmbərə, onun zövcələrinə, ailəsinə , səhabələrinə və Qiyamətə qədər onların yolunu davam edənlərin üzərinə olsun.