Mömin nəyə sevinməlidir, necə sevinməlidir, niyə sevinməlidir, nəyə kədərlənməli, necə kədərlənməlidir?
Allah bütün bunların ədəbini bizə Muhammədin şəriəti ilə öyrədib.
Möminin sevinci də, kədəri də onun üçün xeyirdir. Əgər Allahın bərəkət verdiyi bir insandırsa, o zaman bu sevinc və ya kədər, təkcə ona yox ətrafında olanlara da xeyir verir.
قُلْ بِفَضْلِ اللَّهِ وَبِرَحْمَتِهِ فَبِذَٰلِكَ فَلْيَفْرَحُوا هُوَ خَيْرٌ مِمَّا يَجْمَعُونَ
De: “Allahın lütfü (İslam) və mərhəməti (Quran) ilə - məhz bunlarla sevinsinlər. Bu, onların (dünyada) yığdıqlarından daha xeyirlidir”.
(Yunus;58)
Əvvəla mömin Allah dini ilə sevinir.
Real sevincimizdən nümunə gətirim: məsələn, dünən Fizuli şəhəri alındı. Niyə sevinirik? Çünki Allahin əmrini yerinə yetirdik.
Kafirləri bizə aid torpaqlardan Allahın izni ilə çıxartdıq. Bir çoxumuzun sevdikləri məhz o cəbhədə savaşır , hansı ki, ora ən qəliz cəbhə sayılırdı, müsəlman qardaşlarımızın nisbətən daha əmin-aman hala gəldiklərinə sevinirik və s.
Bütün bunlara aid ayələri dəfələrlə əvvəlki paylaşımlarda qeyd etmişəm.
Məsələn:
وَاقْتُلُوهُمْ حَيْثُ ثَقِفْتُمُوهُمْ وَأَخْرِجُوهُمْ مِنْ حَيْثُ أَخْرَجُوكُمْ ۚ
Onları (sizə qarşı vuruşanları) harada görsəniz öldürün! Sizi çıxartdıqları yerdən siz də onları çıxardın!
(Əl-Bəqara;191)
انما الاعمال بالنيات وانما لكل امرئ ما نوى.
"Əməllər niyyətlərə görədir və hər kəs niyyətinə müvafiq qarşılıq alar”
(Buxari,Muslim)
Kimin niyyəti necədirsə, özü bilər, möminin niyyəti Allahın sözünün daim uca olmasıdır
وَكَلِمَةُ اللَّهِ هِيَ الْعُلْيَا ۗ وَاللَّهُ عَزِيزٌ حَكِيمٌ
Ancaq Allahın Sözü ucadır. Allah Qüdrətlidir, Müdrikdir.
(Tövbə;40)
Bəs mömin necə sevinməlidir və ya kədərlənməlidir?
İstər kiçik sevinc(kədər) olsun istər böyük, ən birinci mərhələ dil ilə Allaha həmd etməkdir:
وَعَنْ أبي يَحْيَى صُهَيْبِ بْنِ سِنَانٍ قَالَ: قَالَ رَسُولُ الله ﷺ: عَجَباً لأمْرِ الْمُؤْمِنِ إِنَّ أَمْرَهُ كُلَّهُ لَهُ خَيْرٌ، وَلَيْسَ ذَلِكَ لأِحَدٍ إِلاَّ للْمُؤْمِن: إِنْ أَصَابَتْهُ سَرَّاءُ شَكَرَ فَكَانَ خَيْراً لَهُ، وَإِنْ أَصَابَتْهُ ضَرَّاءُ صَبَرَ فَكَانَ خيْراً لَهُ. رواه مسلم.
Əbu Yahya Suheyb ibnu Sənan Rasulullahın (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət edir:"Möminin halı təəccüblüdür.Başına gələn hər iş onun üçün xeyirlidir, bu hal mömindən başqa heç kimə aid deyil; ona xoş bir şey üz verərsə, şükr edər və bu onun üçün xeyirlidir, ona pis bir şey üz verərsə, səbr edər və bu onun üçün xeyirlidir
(Muslim)
Qısa bir şəkildə: sevindikdə: "əlhəmdulilləh"(Allaha həmd olsun),
kədərləndikdə :
"Əlhəmdulilləhi alə kulli hal" (hər bir halda Allaha həmd olsun)
#fayda
Kədərə gəldikdə isə bu da mömin üçün digər insanlardan fərqlidir.
Əvvəla mömin başına gələnləri başqaları ilə deyil Allahla əlaqələndirir.
İmanın 6 şərtindən biri:
Xeyir və şərrin Allahdan olduğuna iman etmək.
قُلْ لَنْ يُصِيبَنَا إِلَّا مَا كَتَبَ اللَّهُ لَنَا هُوَ مَوْلَانَاDe: “Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz.
(Tövbə;51)
قُلْ مَنْ ذَا الَّذِي يَعْصِمُكُمْ مِنَ اللَّهِ إِنْ أَرَادَ بِكُمْ سُوءًا أَوْ أَرَادَ بِكُمْ رَحْمَةً ۚ وَلَا يَجِدُونَ لَهُمْ مِنْ دُونِ اللَّهِ وَلِيًّا وَلَا نَصِيرًا
De: “Əgər Allah sizə bir pislik (etmək) istəyərsə, sizi Ondan kim qoruya bilər? Ya da sizə bir yaxşılıq (etmək) istəsə, (Ona kim mane ola bilər)?” Onlar özləri üçün Allahdan başqa nə bir himayəçi, nə də bir yardımçı tapa bilərlər.
(Əhzab 17)
Həmçinin bu məqamda əşyalardan kömək ummağa islamin münasibətini də qeyd edim:
مَنْ تَعَلَّقَ تَـمِيمَةً فَلَا أَتَمَّ اللهُ لَهُ، وَمَنْ تَعَلَّقَ وَدَعَةً فَلَا وَدَعَ اللهُ لَهُ [ رواه أحمد
Rasulullah (sallallahu aleyhi və səlləm) buyurmuşdur:
Kim (bəlanı aradan qaldırmaq, ziyanı dəf etmək və ya xeyir ummaq üçün) talisman taxarsa, Allah onun işini heç tamamlamasın! Kim (gözdəymədən qorunmaq üçün) gözmuncuğu taxarsa Allah ona heç rahatlıq verməsin