De: “O Allah Təkdir! (Əl-İxlas;1)

Axrıncı Yazılar

Səhifə: 1 ... 8 9 [10]
91
FƏRZ ORUCLAR / Müstəhazə kimə deyilir?
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 05.11.2019, 11:50:51 »
Sual: Müstəhazə kimə deyilir? Müstəhazə olan qadın ərinə halaldırmı?

Cavab: İstihazə heyz və ya nifasdan əlavə qadından axan qandır. Bu halda olan qadına isə müstəhazə deyilir. Hökmü təmiz qadınla eynidir. Oruc tutur, namaz qılır və ərinə də halaldır. Daimi ayaq yolu problem olanlar kimi hər namaz üçün dəstəmaz alır. Belə qadın peyğəmbərdən (Allahın salamı və xeyir-duası onun üzərinə olsun) varid olan səhih hədislərə əsasən, qan axınını pambıq və ya başqa bir şeylə saxlamalıdır ki, bədəninə və paltarına bulaşmasın.

(İbn Bazın fətvalar toplusu15/195)

92
FƏRZ ORUCLAR / İstihazə Qanının Hökmü
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 05.11.2019, 11:49:42 »
Sual: Qadından axan, lakin nə heyz, nə də nifas olmayan qanın hökmü nədir?

Cavab:
Əgər Ramazan günündə nə heyz, nə də nifas olmayan belə qan gələrsə, ona oruc və namaz vacibdir. Hər namaz üçün dəstəmaz alsın, nə orucunu, nə də namazını qəza etməsin.

Ləcnə Dəimə (10/150)

   
93
FƏRZ ORUCLAR / Ramazanda gündüz vaxtı uşağı düşənin orucunun hökmü
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 05.11.2019, 11:47:54 »
Sual: Ramazanda gündüz vaxtı uşağı düşənin orucunun hökmü nədir?

Cavab:Əgər doğulan uşaq insan kimidirsə, yəni əli, ayağı və s. varsa, o zaman qadın təmizlənənə qədər nifas müddətini gözləyir və ya (təmizlənməsə) 40 gün gözləyir. Sonra isə qüsl alıb ötürdüyü günlərdəki vacib orucların qəzasını tutur.Əgər bütün qəzalarını növbəti Ramazan girməmişdən əvvəl tutub qurtararsa, miskin yedizdirmir. Əgər 40 gündən tez təmizlənərsə, üzür aradan qalxdığı üçün qüsl alıb, namazlarını qılıb oruclarını tutur. Lakin əgər doğulan insana oxşamazsa, onun orucu səhihdir, axan qan isə xəstəlik qanı sayılır, növbəti aybaşı vaxtınacan hər namaz üçün dəstəmaz alıb namazını qılıb, orucunu tutur. 

Ləcnə Dəimə (10/224)   



94
FƏRZ ORUCLAR / Niyə Orucun Qəzası Var, Namazın Qəzası Yoxdur?
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 05.11.2019, 11:46:45 »
 

Sual: Heyzli qadının orucu qəza edib, lakin namazı qəza etməməsindəki hikmət nədir?

Cavab: Aydındır ki, hər bir müsəlmana hikmətini dərk etsə də, etməsə də, Allahın ona vacib buyurduğuna əməl etmək və qadağan etdiyi bütün haramlardan çəkinmək vacibdir. O, Allahın bütün əmrləri qullarının xeyri üçün , qadağaları isə onları ziyandan çəkindirmək üçün etdiyinə iman gətirməlidir. Həmçinin bilməlidir ki, Allahın şəriətdə buyurduğu hər bir şeydə hikmət var və bu hikmətlərdən istədyini qullarına açıqlayıb.Və Allah istədiyi mömin qulunun Onun əmirlərinə təslim olmağı ilə imanını artırır.

İkincisi isə: Məlumdur ki, namazın sayı orucdan fərqli olaraq çoxdur, gecə və gündüz 5 vaxt fərz namaz qılınır. Bu namazları qəza etmək heyz olan qadın üçün çətindir.Oruc isə il ərzində bir dəfədir, ola bilsin ki, bir və ya iki gün heyz olur. Allah (Subhanahu və Təalə) doğru buyurur:

يريد الله أن يخفف عنكم وخلق الإنسان ضعيفاً

Allah sizin üçün (şəriət hökmlərini) yüngülləşdirmək istəyir, çünki insan zəif yaradılmışdır.(Ən-Nisa;28)

Ləcnə Dəimə (5/397)

   
95
FƏRZ ORUCLAR / Sufra və Kudranın (Sarı və Qəhvəyi axıntının) Hökmü
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 05.11.2019, 11:45:25 »
 

Sual : Bütün ay boyu sufra və kudradan (sarı və qəhvəyi axıntıdan) ibarət qan gəlir, bu halda orucunun hökmü nədir?

Cavab: Buxaridə rəvayət olunduğuna görə Ummu Attıyə (Allah ondan razı olsun) deyib: “Biz sufranı və kudranı heç nə saymırdıq”, Əbu Davudda isə belə rəvayət olunub: “Biz təmizlikdən sonra sufranı və kudranı heç nə saymırdıq”.

Buna əsasən, qadın heyzdən təmizləndikdən sonra gələn sufra və kudra onun orucuna və namazına təsir etmir. Namaz qılmalı və oruc tutmalıdır. Əri ilə cinsi əlaqədə də ola bilər. Çünki o təmiz qadın hökmündədir. Lakin o, namaz üçün ancaq namazın vaxtı girdikdən sonra dəstəmaz almalıdır. Yuyunub təmizlənir, qanın yayılmasının qarşısını alır,sonra isə dəstəmaz alıb istədiyi kimi fərz və nafilə namazlarını qılır.

İbn Useymin “Fətvalar toplusu”(19/263)
96
FƏRZ ORUCLAR / Heyz və Nifas Olmayan Qanın Hökmü
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 05.11.2019, 11:43:25 »
 

Sual: Qadından axan, lakin nə heyz, nə də nifas olmayan qanın hökmü nədir?

Cavab: Əgər Ramazan günündə nə heyz, nə də nifas olmayan belə qan gələrsə, ona oruc və namaz vacibdir. Hər namaz üçün dəstəmaz alsın, nə orucunu, nə də namazını qəza etməsin.

Ləcnə Dəimə (10/150)
97
FƏRZ ORUCLAR / Qadınlar üçün qaydalar
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 05.11.2019, 11:42:30 »
Sual: Qadınların Ramazanda hansı qaydalara əməl etməlidir?
Cavab: Qadınlara bu ayda aşağıdakı qaydalara əməl etmək vacibdir:

1. İslamın rükunlarından biri olan orucu kamil şəkildə tutmalıdır. Lakin əgər oruc tutmağına maneə olan heyz, nifas, xəstəlik , səfər, hamiləlik, süd vermə halları olarsa, orucu açıb, sonra isə başqa günlərdə qəzalarını tutmağa əzm etməlidir.

2. Allahı Quran oxumaqla, təsbihlə (subanAllah deməklə), təhlillə (Lə iləhə illəllah deməklə), təhmidlə (əlhamdulilləh deməklə), təkbirlə (Allahu Əkbər deməklə), fərz namazlarını vaxtında qılmaqla, qadağan olunmuş vaxtlardan başqa nafilə namazlarını artırmaqla yad  etməlidir.

3. Dili haram sözlərdən; qeybətdən, dediqodudan, yalan sözdən, qarğamaqdan, söyməkdən, gözü harama baxmaqdan: açıq-saçıq kinolardan, şəkillərdən və yad kişilərə şəhvətlə baxmaqdan qorumalıdır.

4. Evdə oturmalı və ehtiyac olmadan evdən çıxmamalıdır. Çıxdıqda isə örtülərək, ədəblə, həya ilə, kişilərə qarışmayaraq, onlarla bir başa və ya telefonda gizli danışmayaraq çıxmalıdır. Allah (subhanəhu və təalə) buyurur:

فَلَا تَخْضَعْنَ بِالْقَوْلِ فَيَطْمَعَ الَّذِي فِي قَلْبِهِ مَرَضٌ وَقُلْنَ قَوْلاً مَّعْرُوفاً

(Yad kişilərlə) Nazlana-nazlana danışmayın, yoxsa qəlbində xəstəlik olan tamaha düşər. (Şəriətə) müvafiq qaydada danışın.(Əl-Əhzab; 32)

98
FƏRZ ORUCLAR / Qadınların orucu ilə bağlı fətvalar
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 05.11.2019, 11:28:24 »
Qadınların orucu ilə bağlı məsələlərdə Sələfi alimlərin fətvaları
99
FƏRZ ORUCLAR / Ramazanı Qarşılayarkən Sələfi Salehin Halı
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 05.05.2019, 18:56:25 »
 

Sual: Sələfi Saleh (Allah onlardan razı olsun) bu əzəmətli ayı necə hal üzrə qarşılayardı? Onların yolu, ədəbi, üsulu necə idi?

İkincisi, zat-aliləri, şeyx, müsəlman yaşadığı bu gecələr və gündüzlərdən xeyir əldə etmək üçün necə hazırlaşmalıdır? Orucun hökmünü, orucu pozan şeyləri bilməklə elmi cəhətdən hazırlaşmaq-bəzi insanlar bundan qafil olurlar, oruca aid məsələləri öyrənmirlər, şeyx (Allah onu qorusun) bunlara görə onları tənbeh edə bilərmi?

Cavab: ƏrRahmən və ƏrRahim olan Allahın adı ilə. Və aleykum əssalam və rahmətullahi və bərakətuhu. Allah sənə bərəkət versin. Sələflərin Ramazandakı hallarına gəldikdə isə, kitablarda  etibarlı sənədlərlə mövcud olduğuna görə, onlar Ramazan ayı girməmişdən əvvəl Allahdan (Azzə və Cəllə) onları bu aya çatdırmağını istəyərdilər. Çünki onlar bu aydakı əzəmətli xeyri və ümümi mənfəəti bilirdilər. Ay girdikdən sonra isə, Allahdan bu ayda onları saleh əmələ müvəffəq etməsini diləyirdilər. Ay sona çatdıqdan sonra isə Allahdan əməllərinin qəbulunu istəyirdilər. Allah (Azzə və Cəllə ) buyurub:

وَالَّذِينَ يُؤْتُونَ مَا آتَوْا وَقُلُوبُهُمْ وَجِلَةٌ أَنَّهُمْ إِلَى رَبِّهِمْ رَاجِعُونَ أُولَئِكَ يُسَارِعُونَ فِي الْخَيْرَاتِ وَهُمْ لَهَا سَابِقُونَ

Rəbbinə qayıdacaqlar deyə yerinə yetirməli olduqlarını qəlbi qorxa-qorxa yerinə yetirənlər. (Əl-Muminun; 60)

Çox əməl etməyə çalışırdılar, əməldən sonra isə hüznlənərək düşünürdülər: “əməllərimiz həqiqətən qəbul olubmu?!”. Çünki onlar Allahın əzəməti barədə elm sahibi idilər. Bilirdilər ki, Allah yalnız onun rızası üçün və yalnız rəsulunun (Ona Salam olsun) sünnəsinə müvafiq edilən əməli qəbul edir. Onlar öz nəfislərini təmizə çıxartmırdılar. Əməllərinin batil olmasından qorxurdular. Ona görə də əməllərini tam düzgün şəkildə yerinə yetirməyə həris idilər. Çünki Allah (Cəllə və Alə ) buyurub:

إِنَّمَا يَتَقَبَّلُ اللَّهُ مِنَ الْمُتَّقِينَ

Allah ancaq müttəqilərdən  qəbul edər! (Əl-Maidə;27)

Bu ayda dünya işlərini azaldıb, ibadət üçün daha çox zaman ayırardılar. Vaxtlarını Allahın (Azzə və Cəllə ) evlərində oturmaqla keçirərdilər. Və deyərdilər ki, oruclarımızı qoruyuruq, heç kimin qeybətini etmirik. Həmiçinin Quran oxuyardılar. Allahın  (Azzə və Cəllə) kitabını öyrənərdilər. Vaxtlarını boş keçirməkdən qoruyardılar. Hazırda çox adamlarda olduğu kimi səhlənkarlıq etməzdilər, vaxtlarını yeyib-içməyə, əyləncəyə sərf etməzlilər. Gecələrini namaz qılmaqla, gündüzlərini orucla, Quran oxumaqla, Allahın zikri ilə, xeyir əməllərlə keçirərdilər. Bir dəqiqə, bir an belə ötürmədən saleh əməllər işləyərdilər.

http://www.alfawzan.af.org.sa/node/14891
100
FƏRZ ORUCLAR / Ramazanın yaxınlaşmağı münasibətilə nəsihət
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 05.02.2019, 23:52:31 »
Şeyx Saleh bin Fovzan Əl-Fovzandan (Allah onu qorusun) soruşulub:
Ramazanın yaxınlaşmağı münasibətilə müsəlmanlara nəsihətiniz nədir?
Cavab:
“Müsəlmanlara Allahdan onları Ramazana çatdırmasını , onları namaza, oruca və saleh əməllərə müvəffəq etməsini istəmələri vacibdir. Çünki bu müsəlmanın həyatında bir fürsətdir.
“Kim Ramazanı imanla , Allahdan əcrini umaraq oruc tutarsa, onun keçmiş günahları bağışlanar.”
“Kim Ramazanda imanla , Allahdan əcrini umaraq gecə namazı qılarsa, onun keçmiş günahları bağışlanar.”
Bu müsəlmanın həyatında elə bir fürsətdir ki, ola bilsin ki bir daha geri gəlməsin.
Müsəlman Ramazanın gəlməsi ilə sevinir və müjdələnir. Gecələri namaz qılmaqla, gündüzləri oruc tutub Quran oxumaqla keçirir. Zikr (Allahı yad etmək) isə müsəlman üçün qənimətdir.
Ancaq kim ki, Ramazanı fəsadlı proqramlara teleseriallara baxmaqla, ordakı mükafatları əldə etməyə çalışmaqla,  keçirərsə, onlar şeytanın  ordularıdır.  Şeytan oları bu işlərə təyin edib. Müsəlman bütün bunlardan çəkinib, insanları da çəkindirməlidir.
Ramazan, əyləncə, oyun, teleseriallar, mükafatlar, müsabiqələr, vaxtı zay etmək ayı deyil.
Audio link:
http://cutt.us/4w6Ss
Allahım bizi Ramazana çatdır, bizi onun üçün salamat et və onu bizdən təslim al (qəbul et).
Səhifə: 1 ... 8 9 [10]