Haqq sənin Rəbbindəndir.(Əli İmran;60)

Axrıncı Yazılar

Səhifə: [1] 2 3 ... 10
1
ƏHLİ SUNNƏ VƏL CƏMƏANIN ƏQİDƏSİ / Cvb: 3 ƏSAS
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 07.28.2024, 21:33:44 »
*الأَصْلُ الثَّالِثُ*

3-cü əsas
مَعْرِفَةُ نَبِيِّكُمْ مُحَمَّدٍ ـ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ
Peyğəmbəriniz Muhammədi (Allahın salamı və xeyir-duası onun üzərinə olsun) tanımaq
وَهُوَ مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ عَبْدِ الْمُطَّلِبِ بْنِ هَاشِمٍ، وَهَاشِمٌ مِنْ قُرَيْشٍ، وَقُرَيْشٌ مِنَ الْعَرَبِ، وَالْعَرَبُ مِنْ ذُرِّيَّةِ إِسْمَاعِيلَ بْنِ إِبْرَاهِيمَ الْخَلِيلِ عَلَيْهِ وَعَلَى نَبِيِّنَا أَفْضَلُ الصَّلاةِ وَالسَّلامِ، وَلَهُ مِنَ الِعُمُرِ ثَلاثٌ وَسِتُّونَ سَنَةً، مِنْهَا أَرْبَعُونَ قَبْلَ النُّبُوَّةِ، وَثَلاثٌ وَعِشْرُون َنَبِيًّا رَسُولًا. نُبِّئَ بـ( اقْرَأ )، وَأُرْسِلَ بـ ( الْمُدَّثِّرْ )، وَبَلَدُهُ مَكَّةُ وَهاجر إلَى المَدِينة.
O, Haşim oğlu Abdulmuttalibin oğlu Abdullahın  oğlu Muhamməddir. Haşim Qureyşdəndir, Qureyş isə Ərəblərdəndir. Ərəblər isə İbrahim Xəlilin oğlu İsmayılın nəslindəndir. İbrahimə də, bizim peyğəmbərimizə də ən üstün xeyir-dua və salam olsun. 40 il peyğəmbərlikdən əvvəl, 23 il peyğəmbər olmaqla, cəmi 63 il yaşayıb, Vətəni məkkədir. Mədinəyə hicrət edib
بَعَثَهُ اللهُ بِالنِّذَارَةِ عَنِ الشِّرْكِ، وَبالَدْعُوة إِلَى التَّوْحِيدِ، وَالدَّلِيلُ قَوْلُهُ تَعَالَى: ( يَا أَيُّهَا الْمُدَّثِّرُ * قُمْ فَأَنذِرْ * وَرَبَّكَ فَكَبِّرْ * وَثِيَابَكَ فَطَهِّرْ * وَالرُّجْزَ فَاهْجُرْ * وَلاَ تَمْنُن تَسْتَكْثِرُ * وَلِرَبِّكَ فَاصْبِرْ )[المدثر: 1ـ7]. وَمَعْنَى: ( قُمْ فَأَنذِرْ ): يُنْذِرُ عَنِ الشِّرْكِ، وَيَدْعُو إِلَى التَّوْحِيدِ. ( وَرَبَّكَ فَكَبِّرْ ) : أَيْ: عَظِّمْهُ بِالتَّوْحِيدِ. ( وَثِيَابَكَ فَطَهِّرْ ): أَيْ: طَهِّرْ أَعْمَالَكَ عَنِ الشِّرْكِ. ( وَالرُّجْزَ فَاهْجُرْ ): الرُّجْزَ: الأَصْنَامُ، وَهَجْرُهَا: تَرْكُهَا، وَالْبَرَاءَةُ مِنْهَا وَأَهْلُهَا، أَخَذَ عَلَى هَذَا عَشْرَ سِنِينَ يَدْعُو إِلَى التَّوْحِيدِ، وَبَعْدَ الْعَشْرِ عُرِجَ بِهِ إِلَى السَّمَاءِ، وَفُرِضَتْ عَلَيْهِ الصَّلَواتُ الْخَمْسُ، وَصَلَّى فِي مَكَّةَ ثَلاثَ سِنِينَ، وَبَعْدَهَا أُمِرَ بالْهِجْرَةِ إِلَى الْمَدِينَةِ، وَالْهِجْرَةُ الانْتِقَالُ مِنْ بَلَدِ الشِّرْكِ إِلَى بَلَدِ الإِسْلامِ.
وَالْهِجْرَةُ فَرِيضَةٌ عَلَى هَذِهِ الأُمَّةِ مِنْ بَلَدِ الشِّرْكِ إِلَى بلد الإِسْلامِ، وَهِيَ بَاقِيَةٌ إِلَى أَنْ تَقُومَ السَّاعَةُ، وَالدَّلِيلُ قَوْلُهُ تَعَالَى: ( إِنَّ الَّذِينَ تَوَفَّاهُمُ الْمَلآئِكَةُ ظَالِمِي أَنْفُسِهِمْ قَالُواْ فِيمَ كُنتُمْ قَالُواْ كُنَّا مُسْتَضْعَفِينَ فِي الأَرْضِ قَالْوَاْ أَلَمْ تَكُنْ أَرْضُ اللّهِ وَاسِعَةً فَتُهَاجِرُواْ فِيهَا فَأُوْلَئِكَ مَأْوَاهُمْ جَهَنَّمُ وَسَآءتْ مَصِيرًا * إِلاَّ الْمُسْتَضْعَفِينَ مِنَ الرِّجَالِ وَالنِّسَآء وَالْوِلْدَانِ لاَ يَسْتَطِيعُونَ حِيلَةً وَلاَ يَهْتَدُونَ سَبِيلًا * فَأُوْلَئِكَ عَسَى اللّهُ أَن يَعْفُوَ عَنْهُمْ وَكَانَ اللّهُ عَفُوًّا غَفُورًا )[النساء: 97ـ99]. وَقَوْلُهُ تَعَالَى: ( يَا عِبَادِيَ الَّذِينَ آمَنُوا إِنَّ أَرْضِي وَاسِعَةٌ فَإِيَّايَ فَاعْبُدُونِ )[العنكبوت: 56].
قَالَ الْبُغَوِيُّ ـ رَحِمَهُ اللهُ ـ:نزلت هَذِهِ الآيَةُ فِي المُسْلِمِينَ الَّذِينَ بِمَكَّةَ ولَمْ يُهَاجِرُوا، نَادَاهُمُ اللهُ بِاسْمِ الإِيمَانِ.
وَالدَّلِيلُ عَلَى الْهِجْرَةِ مِنَ السُّنَّةِ: قَوْلُهُ ـ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ـ : (لا تَنْقَطِعُ الْهِجْرَةُ حَتَّى تَنْقَطِعَ التَّوْبَةُ، وَلا تَنْقَطِعُ التَّوْبَةُ حَتَّى تَطْلُعَ الشَّمْسُ مِنْ مَغْرِبِهَا).
فَلَمَّا اسْتَقَرَّ فِي الْمَدِينَةِ أُمِرَ بِبَقِيَّةِ شَرَائِعِ الإِسْلامِ، مِثلِ: الزَّكَاةِ، وَالصَّوْمِ، وَالْحَجِّ، وَالأَذَانِ، وَالْجِهَادِ، وَالأَمْرِ بِالْمَعْرُوفِ وَالنَّهْيِ عَنِ الْمُنْكَرِ، وَغَيْرِ ذَلِكَ مِنْ شَرَائِعِ الإِسْلامِ، أَخَذَ عَلَى هَذَا عَشْرَ سِنِينَ، وَتُوُفِّيَ ـ صَلواتُ اللهِ وَسَلامُهُ عَلَيْهِ ـ وَدِينُهُ بَاقٍ. وَهَذَا دِينُهُ، لا خَيْرَ إِلا دَلَّ الأُمَّةَ عَلَيْهِ، وَلا شَرَّ إِلا حَذَّرَهَا مِنْهُ، وَالْخَيْرُ الَّذِي دَلَّهَا عَلَيْهِ التَّوْحِيدُ، وَجَمِيعُ مَا يُحِبُّهُ اللهُ وَيَرْضَاهُ، وَالشَّرُ الَّذِي حَذَّرَهَا مِنْهُ الشِّرْكُ، وَجَمِيعُ مَا يَكْرَهُ اللهُ وَيَأْبَاهُ. بَعَثَهُ اللهُ إِلَى النَّاسِ كَافَّةً، وَافْتَرَضَ طَاعَتَهُ عَلَى جَمِيعِ الثَّقَلَيْنِ الْجِنِّ وَالإِنْسِ؛ وَالدَّلِيلُ قَوْلُهُ تَعَالَى: ( قُلْ يَا أَيُّهَا النَّاسُ إِنِّي رَسُولُ اللّهِ إِلَيْكُمْ جَمِيعًا )[الأعراف: 158]. وَكَمَّلَ اللهُ بِهِ الدِّينَ؛ وَالدَّلِيلُ قَوْلُهُ تَعَالَى: ( الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَرَضِيتُ لَكُمُ الإِسْلاَمَ دِينًا )[المائدة: 3]. وَالدَّلِيلُ عَلَى مَوْتِهِ ـ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ـ قَوْلُهُ تَعَالَى: ( إِنَّكَ مَيِّتٌ وَإِنَّهُم مَّيِّتُونَ * ثُمَّ إِنَّكُمْ يَوْمَ الْقِيَامَةِ عِندَ رَبِّكُمْ تَخْتَصِمُونَ )[الزمر: 30، 31].
وَالنَّاسُ إِذَا مَاتُواْ يُبْعَثُونَ؛ وَالدَّلِيلُ قَوْلُهُ تَعَالَى: ( مِنْهَا خَلَقْنَاكُمْ وَفِيهَا نُعِيدُكُمْ وَمِنْهَا نُخْرِجُكُمْ تَارَةً أُخْرَى )[طه: 55]. وقَوْلُهُ تَعَالَى: ( وَاللَّهُ أَنبَتَكُم مِّنَ الأَرْضِ نَبَاتًا * ثُمَّ يُعِيدُكُمْ فِيهَا وَيُخْرِجُكُمْ إِخْرَاجًا )[نوح: 17، 18]. وَبَعْدَ الْبَعْثِ مُحَاسَبُونَ وَمَجْزِيُّونَ بِأَعْمَالِهِمْ، وَالدَّلِيلُ قَوْلُهُ تَعَالَى: ( وَلِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ لِيَجْزِيَ الَّذِينَ أَسَاؤُوا بِمَا عَمِلُوا وَيَجْزِيَ الَّذِينَ أَحْسَنُوا بِالْحُسْنَى )[النجم: 31].
وَمَنْ كَذَّبَ بِالْبَعْثِ كَفَرَ، وَالدَّلِيلُ قَوْلُهُ تَعَالَى: ( زَعَمَ الَّذِينَ كَفَرُوا أَن لَّن يُبْعَثُوا قُلْ بَلَى وَرَبِّي لَتُبْعَثُنَّ ثُمَّ لَتُنَبَّؤُنَّ بِمَا عَمِلْتُمْ وَذَلِكَ عَلَى اللَّهِ يَسِيرٌ )[التغابن: 7].
وَأَرْسَلَ اللهُ جَمِيعَ الرُّسُلِ مُبَشِّرِينَ وَمُنْذِرِينَ؛ وَالدَّلِيلُ قَوْلُهُ تَعَالَى: ( رُّسُلًا مُّبَشِّرِينَ وَمُنذِرِينَ لِئَلاَّ يَكُونَ لِلنَّاسِ عَلَى اللّهِ حُجَّةٌ بَعْدَ الرُّسُلِ )[النساء: 165].
وَأَّولُهُمْ نُوحٌ عَلَيْهِ السَّلامُ، وَآخِرُهُمْ مُحَمَّدٌ ـ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ـ وَهُوَ خَاتَمُ النَّبِيِّينَ؛ وَالدَّلِيلُ عَلَى أَنَّ أَوَّلَهُمْ نُوحٌ قَوْلُهُ تَعَالَى: ( إِنَّا أَوْحَيْنَا إِلَيْكَ كَمَا أَوْحَيْنَا إِلَى نُوحٍ وَالنَّبِيِّينَ مِن بَعْدِهِ )[النساء: 165].
وَكُلُّ أُمَّةٍ بَعَثَ اللهُ إِلَيْهِا رَسُولًا مِنْ نُوحٍ إِلَى مُحَمَّدٍ ـ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ـ يَأْمُرُهُمْ بِعِبَادَةِ اللهِ وَحْدَهُ، وَيَنْهَاهُمْ عَنْ عِبَادَةِ الطَّاغُوتِ؛ وَالدَّلِيلُ قَوْلُهُ تَعَالَى: ( وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَّسُولًا أَنِ اعْبُدُواْ اللّهَ وَاجْتَنِبُوا الطَّاغُوتَ ) [النحل: 36]. وَافْتَرَضَ اللهُ عَلَى جَمِيعِ الْعِبَادِ الْكُفْرَ بِالطَّاغُوتِ وَالإِيمَانَ بِاللهِ.
قَالَ ابْنُ الْقَيِّمِ ـ رَحِمَهُ اللهُ تَعَالَى: مَعْنَى الطَّاغُوتِ مَا تَجَاوَزَ بِهِ الْعَبْدُ حَدَّهُ مِنْ مَعْبُودٍ أَوْ مَتْبُوعٍ أَوْ مُطَاعٍ. وَالطَّوَاغِيتُ كَثِيرُونَ وَرُؤُوسُهُمْ خَمْسَةٌ: إِبْلِيسُ لَعَنَهُ اللهُ، وَمَنْ عُبِدَ وَهُوَ رَاضٍ، وَمَنْ دَعَا النَّاسَ إِلَى عِبَادَةِ نَفْسِهِ، وَمَنْ ادَّعَى شَيْئًا مِنْ عِلْمِ الْغَيْبِ، وَمَنْ حَكَمَ بِغَيْرِ مَا أَنْزَلَ اللهُ؛ وَالدَّلِيلُ قَوْلُهُ تَعَالَى: (لاَ إِكْرَاهَ فِي الدِّينِ قَد تَّبَيَّنَ الرُّشْدُ مِنَ الْغَيِّ فَمَنْ يَكْفُرْ بِالطَّاغُوتِ وَيُؤْمِن بِاللّهِ فَقَدِ اسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقَىَ لاَ انفِصَامَ لَهَا وَاللّهُ سَمِيعٌ عَلِيمٌ) [البقرة: 256]. وَهَذَا هُوَ مَعْنَى لا اله إِلا اللهُ، وَفِي الْحَدِيثِ: ( رَأْسُ الأَمْرِ الإِسْلامِ، وَعَمُودُهُ الصَّلاةُ، وَذِرْوَةُ سَنَامِهِ الْجِهَادُ فِي سَبِيلِ اللهِ).
وَاللهُ أَعْلَمُ. وَصَلَّى اللهُ عَلَى مُحَمَّدٍ وَعلى آله وَصَحْبِهِ وَسَلَّمَ
Allah ən yaxşı biləndir. Muhammədə, ailəsinə, səhabələrinə Allahın salamı və xeyir-duası olsun.
2
ƏHLİ SUNNƏ VƏL CƏMƏANIN ƏQİDƏSİ / Cvb: 3 ƏSAS
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 06.06.2024, 15:06:53 »

بسم الله الرحمن الرحيم
Öyrənəcəyimiz bu Üsulus Sələsə mətni Muhəmməd bin AbdulVahhabın əsərlərindən biridir. Üsulus Sələsə müsəlmanlar üçün faydalı və ən vacib, ən əsas, ən mühüm mətnlərdən biridir. Hər bir müsəlmanın onu bilməsinə ehtiyacı vardır. Hər bir müsəlman Üsulus Sələsəni öyrənməli və onu həyatında tətbiq etməlidir. Çünki müsəlmanın dünya və axirət səadəti bu 3 əsasdan asılıdır. Dinimiz İslam bu 3 əsas üzərində qurulmuşdur. Peyğəmbərimiz (salləllahu aləyhi və səlləm)  demişdir:
ذاقَ طَعْمَ الإيمانِ مَن رَضِيَ باللَّهِ رَبًّا، وبالإسْلامِ دِينًا، وبِمُحَمَّدٍ رَسولً
Kim Rəbb olaraq Allahdan,din olaraq İslamdan və rəsul olaraq da Muhəmməddən(salləllahu aləyhi və səlləm)razı qalarsa,imanı dadmış olar. (Səhih Muslim;34) Buradakı Rəbb olaraq Allahdan, din olaraq İslamdan və rəsul olaraq da Muhəmməddən (salləllahu aləyhi və səlləm)- bu üçündən  razı olmaq 3 əsas deməkdir. Biz bu duanı: رضيت بالله ربًا، وبالإسلام دينًا، وبمحمد رسولًا-hər gün 5 dəfə azan verilərkən şəhadətlərdə müəzzin "Rəsullah"sözünü deyəndə oxuyuruq.Yəni Rəbb olaraq Allahdan,din olaraq İslamdan və rəsul olaraq Muhəmməddən (saalləllahu aləyhi və səllə) razı qaldıq. Bundan əlavə biz səhər və axşam zikrlərində, yəni hər gün sübh namazından sonra günəş çıxana qədər və məğrib namazından 1 saat əvvəl yəni, günəşin batmasına 1 saat qalmışa qədər, bu duanı deyirik. Bu duanın gün ərzində bu qədər təkrarlanmasının səbəbi odur ki,o bizim dinimiz, həyatımız və axirətimiz üçün ən əsas olan şeyləri əhatə edir. Yəni, bu 3 əsasın gün ərzində bu qədər təkrarlanmasının səbəbi, bu 3 inancdan razı qalmağımızın, bizim həyatımız və təbii ki,  ölümdən sonra da bizə lazım olan ən əsas şey olmasıdır.
Muhəmməd (salləllahu aləyhi və səllə) demişdir: "Meyidi qəbirə qoyduqdan sonra, yəni basdırdıqdan sonra iki mələk gələr və insanın yanında oturub soruşar: ﻣﻥ ﺭﺑﻙ؟ ﻣﺎ ﺩﻳﻧﻙ؟ ﻣﻥ ﻧﺑﻳﻙ؟ -Rəbbin kimdir? Dinin nədir? Peyğəmbərin kimdir? " Buna görə də,  3 əsas bizim üçün bu qədər böyük əhəmiyyətlidir.  Çünki insan qəbrə girərkən ondan həmin bu 3 əsas soruşulacaqdır: Sənin Rəbbin kimdir? Dinin nədir? Peyğəmbərin kimdir? Dünyada bu 3 əsasa əməl etməliyik ki,qəbir sorğu-sualında da bunlara cavab verə bilək. Deməli,  insan qəbrə qoyularkən ilk soruşulan şey həmin bu 3 əsasdır. Bu səbəbə görə də, müəllif Muhəmməd bin AbdulVahhab bu 3 əsası bir əsər kimi formalaşdırıb və bütün kitabı bu 3 əsasa həsr edib. Əvvəllər insanlar bu 3 əsasa çox diqqət edirdilər, onu öyrənməyə həris idilər. Muhəmməd bin AbdulVahhab 3 əsası bizim əlimizdə olan bu qısa mətndə cəmləşdirib ki, hər bir insan-ən balaca uşaqdan tutmuş, ən yaşlı insana qədər- öyrənməyi rahat olsun. Bu əsəri yazıldıqdan sonra məscidlərdə, mədrəsələrdə, alimlərin yanında tədris olunmağa başlanıldı. Hətta o dövrdə bəzi müəllimlər bu əsərə din deyirdilər. Deyirdilər ki,dini oxu! Çünki dinin əsasıdır. Dinin üzərində qurulduğu 3 əsasdır. Məsələn, "Ey filankəs! Dini oxu!-deyirdilər. Çünki dinimiz elə bu 3 əsasdan ibarətdir. Allaha (Subhənəhu və Təalə) həmd olsun ki, bizi bu kitabı öyrənməyə, bu kitabı başa düşməyə müvəffəq  edib və buna görə də, Allaha (Subhənəhu və Təalə) şükr edib əsərin şərhinə başlayırıq.

İlk söz "Bismilləhir Rahmənir Rahim"dir və ümumiyyətlə Allah (Subhənəhu və Təalə) surələri "Bismilləhir Rahmənir Rahim"-lə başlayıb, bundan əlavə də bütün peyğəmbərlər öz risalələrini, məktublarını, yazılarını "Bismilləhir Rahmənir Rahim"-lə başlayıblar. Necə ki,Muhəmməd (salləllahu aləyhi və səlləm) hansısa bir insana nə isə yazanda, onu, "Rahmən və Rahim olan Allahın adı ilə" başlayırdı. Həmçinin digər peyğəmbərlərdə. Qurani-Kərimdə deyilir:
إِنَّهُ مِنْ سُلَيْمَانَ وَإِنَّهُ بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
O (məktub) Süleymandandır və (onda deyilir:) “Mərhəmətli və Rəhmli Allahın adı ilə! (Ən-Nəml;30)

Bu ayət da ona dəlalət edir ki, təkcə peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) deyil,bütün peyğəmbərlər öz yazılarını Allahın adı ilə başlayırdılar və xeyirli bir işə "Bismilləh"-lə başlamaq sünnədir,sələflərin yoludur.Eləcə də bu əsər Allahın adı ilə başlayıb. Çünki ən xeyirli işlərdən biridir və alimlər həmişə öz əsərlərini Ər-Rahmən və Ər-Rahim olan Allahın adı ilə başlayıblar.
اعْلمْ رَحِمَكَ اللهُ أَنَّهُ يَجِبُ عَلَيْنَا تَعَلُّمُ أَرْبَع مَسَائِلَ
Allah sənə rəhm etsin bil ki,bizim üzərimizdə öyrənilməsi vacib olan 4 məslə vardır. Bu əsərin "اعلم" - "bil ki" sözü ilə başlamasınında çox əhəmiyyətli bir səbəbi var. Allah (Subhənəhu və Təalə) Qurani-Kərimdə 30-a yaxın ayəni bu feillə başlayıb$ فاعلم، اعلموا və s. feilləri ilə müraciətlərə başlayıb. Həmin bu 30-a yaxın ayət ən əzəmətli ayətlərdir. Məsələn:
فَٱعْلَمْ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّا ٱللَّ
Bil ki,həqiqətən Allahdan başqa ibadətə layiq məbud yoxdur. (Muhamməd;19)
Yəni ən böyük əmrlər bu "اعلم" feili ilə başlayır. Bunun səbəbi isə həmin bu əzəmətli əmrləri qeyd etməmişdən əvvəl Allah (Subhənəhu və Təalə) qulunun fikrini cəmləşdirmək istəyidir. Yəni ki, qul fikrini cəmləşdirsin ki,bu feildən sonra ona ən böyük əmrlər gələcəkdir. Bu səbəbdən, müəllif də, həmin bu əsərini "اعلم" feili ilə başlayıb. Çünki bu "اعلم"-dən sonra çox mühüm məsələləri zikr edəcək. İkinci sözü isə "رحمك الله"-"RahiməkAllah"-dır. RahiməkAllah-yəni, "Allah (Subhanəhu və Təalə) sənə rəhm etsin" deməkdir. Nəyə görə "RahiməkAllah" deyir?- Əvvəla, bu nəsihətin əlamətidir və nəsihət edənlər kiməsə nə isə nəsihət edəndə, onun yaxşılığını istədikləri üçün Allahın (Subhənəhu və Təalə) onlara rəhm edib, xeyirlərə nail etməsini istədikləri üçün "RahiməkAllah"-yəni dua ilə başlayardılar. Yəni nəsihət edənlərin xüsusiyyəti, sözlərini demədən əvvəl səmimi bir dua etmələridir. Ümumiyyətlə, "رحمك الله" iki mənada işlənir: "غفر الله لك" və " رحمك الله". "ĞafərAllahu lək" "-Yəni Allah sənin keçmişdə olan bütün günahlarını bağışlasın."RahiməkAllah" isə Allahdan (Subhənəhu və Təalə) sənin üçün rəhmət, hidayət,doğru yol,doğru söz və saleh əməllərə müvəffəq olmağını istəyirəm" -deməkdir. Yəni bu insan bir insana "iələm RahiməkAllah" deyirsə həmin bu müəllif nəzərdə tutur ki,"Bil, ey Allah (Subhənəhu və Təalə) sənin günahlarını bağışlasın və səni ən xeyirli,ən üstün xeyirlərə müvəffəq etsin"."Bil ki".......-yəni öz əsərini bu formada başlamışdır.
3
FAYDALAR / MÖMİN NİYƏ VƏ NƏ ÜÇÜN SEVİNMƏLİDİR?
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 01.09.2023, 00:00:23 »

Mömin nəyə sevinməlidir, necə sevinməlidir, niyə sevinməlidir, nəyə kədərlənməli, necə kədərlənməlidir?

Allah bütün bunların ədəbini bizə Muhammədin şəriəti ilə öyrədib.
Möminin sevinci də, kədəri də onun üçün xeyirdir. Əgər Allahın bərəkət verdiyi bir insandırsa, o zaman bu sevinc və ya kədər, təkcə ona yox ətrafında olanlara da xeyir verir.
قُلْ بِفَضْلِ اللَّهِ وَبِرَحْمَتِهِ فَبِذَٰلِكَ فَلْيَفْرَحُوا هُوَ خَيْرٌ مِمَّا يَجْمَعُونَ
De: “Allahın lütfü (İslam) və mərhəməti (Quran) ilə - məhz bunlarla sevinsinlər. Bu, onların (dünyada) yığdıqlarından daha xeyirlidir”.
(Yunus;58)
Əvvəla mömin Allah dini  ilə sevinir.

Real sevincimizdən nümunə gətirim: məsələn, dünən Fizuli şəhəri alındı. Niyə sevinirik? Çünki Allahin əmrini yerinə yetirdik.
Kafirləri bizə aid torpaqlardan Allahın izni ilə çıxartdıq. Bir çoxumuzun sevdikləri məhz o cəbhədə savaşır , hansı ki, ora ən qəliz cəbhə sayılırdı, müsəlman qardaşlarımızın nisbətən daha əmin-aman hala gəldiklərinə sevinirik və s.
Bütün bunlara aid ayələri dəfələrlə əvvəlki paylaşımlarda qeyd etmişəm.
Məsələn:
 وَاقْتُلُوهُمْ حَيْثُ ثَقِفْتُمُوهُمْ وَأَخْرِجُوهُمْ مِنْ حَيْثُ أَخْرَجُوكُمْ ۚ
Onları (sizə qarşı vuruşanları) harada görsəniz öldürün! Sizi çıxartdıqları yerdən siz də onları çıxardın!
(Əl-Bəqara;191)

انما الاعمال بالنيات وانما لكل امرئ ما نوى.
"Əməllər niyyətlərə görədir və hər kəs niyyətinə müvafiq qarşılıq alar”
(Buxari,Muslim)

Kimin niyyəti necədirsə, özü bilər, möminin niyyəti Allahın sözünün daim uca olmasıdır
وَكَلِمَةُ اللَّهِ هِيَ الْعُلْيَا ۗ وَاللَّهُ عَزِيزٌ حَكِيمٌ
Ancaq Allahın Sözü ucadır. Allah Qüdrətlidir, Müdrikdir.
 (Tövbə;40)
Bəs mömin necə sevinməlidir və ya kədərlənməlidir?
İstər kiçik sevinc(kədər) olsun istər böyük, ən birinci mərhələ dil ilə  Allaha həmd etməkdir:
  وَعَنْ أبي يَحْيَى صُهَيْبِ بْنِ سِنَانٍ  قَالَ: قَالَ رَسُولُ الله ﷺ: عَجَباً لأمْرِ الْمُؤْمِنِ إِنَّ أَمْرَهُ كُلَّهُ لَهُ خَيْرٌ، وَلَيْسَ ذَلِكَ لأِحَدٍ إِلاَّ للْمُؤْمِن: إِنْ أَصَابَتْهُ سَرَّاءُ شَكَرَ فَكَانَ خَيْراً لَهُ، وَإِنْ أَصَابَتْهُ ضَرَّاءُ صَبَرَ فَكَانَ خيْراً لَهُ. رواه مسلم.
Əbu Yahya Suheyb ibnu Sənan  Rasulullahın (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət edir:"Möminin halı təəccüblüdür.Başına gələn hər iş onun üçün xeyirlidir, bu hal mömindən başqa heç kimə aid deyil; ona xoş bir şey üz verərsə, şükr edər və bu onun üçün xeyirlidir, ona pis bir şey üz verərsə, səbr edər və bu onun üçün xeyirlidir
(Muslim)
Qısa bir  şəkildə: sevindikdə: "əlhəmdulilləh"(Allaha həmd olsun),
kədərləndikdə :
"Əlhəmdulilləhi alə kulli hal" (hər bir halda Allaha həmd olsun)

#fayda
Kədərə gəldikdə isə bu da mömin üçün digər insanlardan fərqlidir.
Əvvəla mömin başına gələnləri başqaları ilə deyil Allahla əlaqələndirir.
İmanın 6 şərtindən biri:
Xeyir və şərrin Allahdan olduğuna iman etmək.
قُلْ لَنْ يُصِيبَنَا إِلَّا مَا كَتَبَ اللَّهُ لَنَا هُوَ مَوْلَانَاDe: “Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz.
(Tövbə;51)
قُلْ مَنْ ذَا الَّذِي يَعْصِمُكُمْ مِنَ اللَّهِ إِنْ أَرَادَ بِكُمْ سُوءًا أَوْ أَرَادَ بِكُمْ رَحْمَةً ۚ وَلَا يَجِدُونَ لَهُمْ مِنْ دُونِ اللَّهِ وَلِيًّا وَلَا نَصِيرًا
De: “Əgər Allah sizə bir pislik (etmək) istəyərsə, sizi Ondan kim qoruya bilər? Ya da sizə bir yaxşılıq (etmək) istəsə, (Ona kim mane ola bilər)?” Onlar özləri üçün Allahdan başqa nə bir himayəçi, nə də bir yardımçı tapa bilərlər.
(Əhzab 17)
Həmçinin bu məqamda əşyalardan kömək ummağa islamin münasibətini də qeyd edim:

مَنْ تَعَلَّقَ تَـمِيمَةً فَلَا أَتَمَّ اللهُ لَهُ، وَمَنْ تَعَلَّقَ وَدَعَةً فَلَا وَدَعَ اللهُ لَهُ  [ رواه أحمد
Rasulullah (sallallahu aleyhi və səlləm) buyurmuşdur:
Kim (bəlanı aradan qaldırmaq, ziyanı dəf etmək və ya xeyir ummaq üçün) talisman taxarsa, Allah onun işini heç tamamlamasın! Kim (gözdəymədən qorunmaq üçün) gözmuncuğu taxarsa Allah ona heç rahatlıq verməsin

4
QURAN/QURAN ELMLƏRİ / Cvb: QURAN ÖYRƏNMƏK İSTƏYİRƏM
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 01.08.2023, 23:56:14 »

Hər bir müsəlman gündəlik Quran oxumalıdır. Və ona  heç bir halda bunu tərk etmək üçün üzr yoxdur.
Səfərdə olsan, xəstə olsan, ruzi dalınca getsən, hətta Allah yolunda cihad edərkən belə gündəlik Quran miqdarını tərk etməməlisən, buna heç nə, heç vaxt üzr deyil. Allah belə buyurur:
فَاقْرَءُوا مَا تَيَسَّرَ مِنَ الْقُرْآنِ ۚ عَلِمَ أَنْ سَيَكُونُ مِنْكُمْ مَرْضَىٰ ۙ وَآخَرُونَ يَضْرِبُونَ فِي الْأَرْضِ يَبْتَغُونَ مِنْ فَضْلِ اللَّهِ ۙ وَآخَرُونَ يُقَاتِلُونَ فِي سَبِيلِ اللَّهِ ۖ فَاقْرَءُوا مَا تَيَسَّرَ مِنْهُ
Ona görə də Qurandan sizə asan gələn yeri oxuyun! O, içinizdən xəstə olanları, eləcə də Allahın lütfündən (ruzi) axtarmaq üçün yer üzündə səfər edənləri və Allah yolunda vuruşanları bilir. Elə isə ondan (Qurandan) sizə asan gələn yeri oxuyun! (Muzzəmmil;20)

Hələ də üzrümüz varmı?

Allah bilir ki, sən nə halda hansı vəziyyətdə ola bilərsən, yenə də "Qurandan sənə asan gələn yeri oxu" deyir.
 Allah halımızı bizdən yaxşı bilir.
5
FAYDALAR / ALİMLƏRDƏN FAYDALI SÖZLƏR
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 01.08.2023, 23:55:43 »

İmam İbnul-Qayyim (Allah rəhmət etsin) demişdir: Günahlar nemətlərin odudur, od odunu əritdiyi kimi, nemətləri əridər, Allah nəmətlərinin itməsindən  və bəxş etdiyi sağlamlığın xəstəliyə çevrilməsindən qorusun" (Tariqul-Hicrateyn; 271)


İbn Teymiyyə (Allah rəhmət etsin) demişdir:
"Əgər  avamlar fərz namazını ötürməyin alimlərin ittifaqına görə Ramazan ayını ötürməyə bərabər olduğunu bilseydilər, onu vaxtında qilmaq üçün  çalışardılar." (Minhəcus-Sunnə 5/230)


Şeyxül-İslam İbn Teymiyyə (Allahın ona rəhmət etsin) deyib:
Qulun Allahın elçisinə olan ehtiyacı, xəstənin həkimə olan ehtiyacından daha güclüdür. Çünki həkim olmadıqda xəstəni gözləyən ən ağır aqibət ölümdür. Amma əgər qula risalənin nuru çatmasa, onun qəlbi ölər və bir daha həyata qayıtmaz, bədbəxtliyə düçar olar və bir daha xoşbəxtliyi dadmaz. Rəsula tabe olmaqdan başqa qurtuluş yoxdur. Allah bu qurtuluşu yalnız möminlərə və peyğəmbərə yardım edənlərə aid etmişdir.
(Fətvalar toplusu 19/97)

Surələrin əvvəlində "bəsmələ"nin deyilməsinin lazım olduğuna dair qiraət alimləri arasında heç bir ixtilaf yoxdur.
(Ğaysun-nəf'i fil-qiraət əssəb'i, səhifə 34)


Məşruqdan Rasulullahın (sallallahu aleyhi və səlləm) belə dediyi rəvayət olunur:
"Ey Bilal, malından Allah yolunda xərclə və Ərşin sahibinin onu azaldacağından narahat olma"
(Təbərani ;Əl-Kəbir,1/344)

Muhamməd Əl-Mənnəvi (Allah ona rəhmət etsin): "İbadətlərin ən şərəflisi və itaətlərin ən xalis  olanı qəlbin bütün kədəri  ilə Rəbbinə yönəlməsidir və ona hər hansı sıxıntı üz verdikdə çıxış yolunu, başqasından deyil,  yalnız Ondan gözləməsidir." (Fəydul-Qadir; 2/44)


6
FAYDALAR / Cvb: İSTİĞFARIN FƏİLƏTİ
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 01.08.2023, 23:52:22 »

İmam İbnul-Qayyim (Allah rəhmət etsin) demişdir: Günahlar nemətlərin odudur, od odunu əritdiyi kimi, nemətləri əridər, Allah nəmətlərinin itməsindən  və bəxş etdiyi sağlamlığın xəstəliyə çevrilməsindən qorusun" (Tariqul-Hicrateyn; 271)
7
ORUC / RAMAZAN AYI MÜNASİBƏTİLƏ TƏBRİK ETMƏK OLARMI?
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 01.08.2023, 23:51:21 »

İbn Useymin (Allah rəhmət eləsin) demişdir: "Ramazan ayının gəlişi münasibətilə təbrik etməkdə bir problem yoxdur. Bu insanlar arasında dua məqsədilə yayılmış adətdir, təbrik edərək bir-birinə dua edirlər. Elm əhlindən bəziləri Rasulullahın (sallallahu aleyhi və səlləm) əshabını Ramazan münasibətilə
"Sizə Ramazan gəldi" deyərək , müjdələdiyini qeyd etmişdir."
(Ramazan görüşləri,səh 30)
8
ORUC / Cvb: ORUCLA BAĞLI FAYDALAR
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 01.08.2023, 23:49:41 »
İbnul-Qayyim demişdir: " Əməl sahiblərinin ən üstünü , gördüyü əməldə Allahı ən çox zikr edənlərdi. Oruc tutanların ən üstünü, oruc əsnasında Allahı ən çox zikr edənlərdir. Sədəqə verənlərin ən üstünü , sədəqə verərkən Allahı ən çox zikr edənlərdir. Bu bütün digər əməllərə də aiddir. (Əl-Vəbilus-Sayyib,  səh. 104)
9
ORUC / ORUCLA BAĞLI FAYDALAR
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 01.08.2023, 23:48:49 »

İbn Useymin (Allah rəhmət eləsin) demişdir: Oruc tutan namazla, zikrlə ,dua ilə və Quran qiraəti ilə məşğul olmalıdır. Əgər o orucu ilə bir sıra ibadətləri cəmləyərsə, oruclu ikən özünü ibadətlərə alışdırarsa, bu onun üçün asanlaşar." ( Oruc və zəklatla bağlı fətvalar; 556)
10
FAYDALAR / Cvb: YENİ İL QEYD ETMƏYİN HÖKMÜ. DƏVƏTİN ƏDƏBİ
« Axrıncı Yazı Göndərən: Ahlul-Quran 01.08.2023, 23:47:32 »

Hafiz ibnu Racəb (Allah ona rəhm etsin) demişdir: Faydalı elm əhlinin əlamətlərindən biri odur ki, onlar özlərində nə bir məqam nə bir üstünlük görməzlər. Qəlblərində hər cür tərifə ikrah edərlər və başqaları yanında kibirlənməzlər".( Bəyənu fadli-ilmis-Sələf  alə ilmil-xaləf; səh:80)
Səhifə: [1] 2 3 ... 10