Pr.D. Şeyx Süleyman Ər-Ruheyli . Peyğəmbər ﷺ məscidinin müəllimi
Sual:
Ramazan ayı yaxınlaşır, özümüzə və övladlarımıza bu ayın digər aylar kimi olmadığını hiss etdirmək üçün evimizi müxtəlif zinət əşyaları ilə, məsələn, şarlar, çilçıraqlar, afişalarla bəzəmək icazəlidirmi?
Cavab:
Bu sonradan uydurulmuş bir bidətdir.
Evdən bəzəklər, işıqlar, rəngarəng şeylər, Ramazan çıraqları və s. zinətlər asmaq müsəlmanlar arasında Fatimilər və ondan sonra gələnlərin dövründə yayılmış bidətlərdəndir.
Şübhəsiz ki, bidət insan duyğularına xoş gəlib, onların həva və həvəslərini bəzəyir.
Peyğəmbərimiz ﷺ Ramazan daxil olarkən , o, bu aydakı xeyirə ən çox həris olan insan olmasına baxmayaraq nə evini, nə də məscidini bəzəmirdi, nə də bunu əmr etmirdi. Bunu nə səhabələr, nə tabiinlər, nə də 4 məzhəb imamından heç kim etməyib. Hətta bu barədə ümmətin heç bir aliminin kitablarında bir şey oxuya biməzsən.
Bu Ramazana , ibadətə aid olan bir işdir, adət deyil. İbadət tərəfə aid olan bir şeydir. Çünki ibadət ayı ilə əlaqəlidir, buna görə də adətə yox ibadətə daxil olmuş olur.
Ona görə də biz bunu tərk etməliyik.
Ramazana yaxınlaşdığımızı Nəbinin ﷺ etdiyi kimi Şaban ayında orucları çoxaltmaqla, Ramazanın fəzilətli günlərini xatırlamaqla və Ramazan daxil olduğunu Rasulullahın etdiyi kimi müjdə verməklə nəfsimizə hiss etdirməliyik.
Şeyx Süleyman Ər-Ruyheyli (Dəlilut-talib lineylil-mətalib əsərinin şərhi, şənbə günü, 9 Şaban, 1438)