“Şahid olun ki, biz müsəlmanlarıq!”(Əli İmran;64)

Göndərən Mövzu: QƏDƏRƏ İMAN TÖVHİDİN HANSI QİSMİNƏ AİDDİR?  (Oxunma sayı 13583 dəfə)

Ahlul-Quran

  • Administrator
  • Full Member
  • *****
  • Yazı sayı: 100
QƏDƏRƏ İMAN TÖVHİDİN HANSI QİSMİNƏ AİDDİR?
Tövhid 3 qismə bölünür.
1.RUBUBİYYƏ TÖVHİDİ
2. ULUHİYYƏ TÖVHİDİ
3. AD VƏ SİFƏTLƏR TÖVHİDİ
Rububiyyə tövhidi- Yaradanın, öldürənin, dirilindənin, ruzi verənin, idarə edənin yalnız Allah olduğuna iman etmək.
Qurandan dəlil:
وَقَالَ: قُلْ مَنْ يَرْزُقُكُمْ مِنَ السَّمَاءِ وَالْأَرْضِ أَمَّنَ يَمْلِكُ السَّمْعَ وَالْأَبْصَارَ وَمَنْ يُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَيُخْرِجُ الْمَيِّتَ مِنَ الْحَيِّ وَمَنْ يُدَبِّرُ الْأَمْرَ فَسَيَقُولُونَ اللَّهُ فَقُلْ أَفَلَا تَتَّقُونَ
De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqların və gözlərin sahibi kimdir? Ölüdən dirini, diridən də ölünü çıxardan kimdir? Hər cür işi nizamlayan kimdir?” Onlar: “Allah!” - deyə cavab verəcəklər. O zaman de ki: “Elə isə Allahdan çəkinmirsinizmi?! (Yunus;31)

Uluhiyyə tövhidi - Allahı ibadətin bütün növlərində təkləşdirməkdir.
Buna dəlil Quranın əksər ayələridir.

وَاعْبُدُوا اللَّهَ وَلَا تُشْرِكُوا بِهِ شَيْئًا
 Allaha ibadət edin  və ona heç nəyi şərik qoşmayın.. (Ən-Nisa 36)

Deməli,  bu tövhidə əməl etmək üçün Allaha ibadət etməklə bərabər, ayədən də göründüyü kimi, şirkdən çəkinmək vacibdir. Əks halda Allahı İbadətdə təkləşdirmiş olmarıq.
Ad və sifətlət tövhidi - Allahın ad və sifətlərinə onu heç bir məxluqa bənzətmədən,  Quran və sünnədə vəsf olunduğu kimi  və ya Özü haqda inkar etdiyini artırmadan və əskiltmədən iman etməkdir.

Dəlil Şura surəsi 11-ci ayə:

" ليس كمثله شيء و هو السميع البصير "
Onun bənzəri yoxdur,  Eşidən və Görəndir.
Tövhidin bu formada 3 qismə İbn Teymiyyə və bir çox əhli sünnə alimləri ayırıblar, çünki Quranın bütün ayələrinə nəzər yetirdikdə tövhid bu 3 qismdən kənara çıxmır.
1. Rububiyyə tövhidi
2. Uluhiyyə tövhidi
3. Ad və sifətlər tövhidi
Qədərə iman etmək imanın 6 şərtindən biridir. Qədərə iman etmək Rububiyyə tövhidinə aiddir.
Qəza və qədərə iman etmək,  yaradanın, ruzi verənin və bütün yaradılışı idarə edənin Allah olduğuna, yəni Rububiyyə Tövhidinə iman etməkdir.
İmam Əhmədin də dediyi kimi: "Qədər Allahın Qüdrətidir, Onun gizli saxladığı, lövhi məhfuzda yazılmış, Özündən başqa heç kimin bilmədiyi qüdrətindəndir. Qədərdə nəyin yazıldığını həmin şey baş vermədən və ya bu barədə təsdiqlənmiş bir məlumat olmadan Allahdan başqa heç kim bilmir. "
Qədərə iman mövzusunda İslam ümməti 3 qismə bölünür:
1. Qədərdə insanın tam təsirsiz olduğunu, onun fırtınaya düçar olmuş bir ağac misalında olduğunu, insanın heç bir gücünün, ixtiyarının, seçim haqqının olmadığını deyənlər.

Təbii ki, belə düşünənlər ,  həm dini cəhətdən zəlalətə uğrayıblar, həm də bu heç bir məntiqə heç bir  düşüncəyə uyğun deyil.
Əvvəla məntiqi cəhətdən yanaşaq:
Məsələn, gözünün qabağında  yaş palçıq var və sən ağ appaq ayaqqabı geyinmisən, əgər sən palçığa girmirsənsə , demək ki, seçim etmisən, demək ki, sən tamamilə özün seçim edə bilirsən. 
Bir də var, gözünün qabağında palçıq var , sən qaça-qaça gəlirsən , palçığı da görürsən, palçığa girmək istəmirsən,  amma , qəfil ayağın burxulur və palçığa düşürsən, bu halda isə sükan sənin əlində olmayıb.
 Deməli, insanın seçim haqqının olduğu və seçim haqqının olmadığı hallar var.
İndi isə Qurandan dəlil:
منكم من يريد الدنيا ومنكم من يريد الآخرة
Sizdən bəziləri dünyanı, bəziləri də axirəti istəyirdi
(Əli İmran ;152)
***
فَمَنْ شَاءَ فَلْيُؤْمِنْ وَمَنْ شَاءَ فَلْيَكْفُرْ
 Ona görə də istəyən inansın, istəyən inkar etsin.  (Əli İmran; 29)

 Və s.  Buna dəlil olan ayələr kifayət qədər çoxdur.
2-ci qism  isə ixtiyarın yalnız insanın əlində olduğunu, Allahın heç bir müdaxilə etmədiyini iddia edir və hətta bəziləri bu fikrində o qədər irəli gedirlər ki, (haşa) Allahın qulun əməllərindən bixəbər olduğunu deyirlər.
Bu batil olmağa məhkum bir fikirdir, çünki bu görüş Allahın elmini, qüdrətini, idarəsini, , bu gedişlə Allahın özünü təkzib etməyə gətirib çıxarır.
 Buna məntiqi dəlil, insanın başına gələn qeyri-ixtiyari  hadisələrdir, məsələn,  xəstənin öz kiçik bayırını saxlaya bilməməsi, həmçinin yıxılmaq istəməyənin qəfil yıxılması, ölmək istəməyənin ölməsi və s. İnsanın əlində olmayan sonsuz sayda hadisələr var.

Qurandan dəlil:
Allah kəhf mağarasında yuxuya dalan  insanlar haqqında deyir:
وَنُقَلِّبُهُمْ ذَاتَ الْيَمِينِ وَذَاتَ الشِّمَالِ
Biz onları sağ tərəfə və sol tərəfə çevirirdik.
(Əl-Kəhf;18)

Onlar 100 illərlə yuxuya dalan insanlar olub və bu dərin yuxda onlar qeyri- ixtiyari, Allahın istəyi ilə çevriliblər.
3-cü qisim insanlar isə başqaları doğru yolda tərəddüdə düşdükləri zaman Allahın hidayət nuru ilə haqqa müvəffəq etdiyi , əhli-Sünnə vəl-Cəmaa-dır. Onların görüşü belədir:
 İnsanın başına gələn hadisələr iki qismə bölünür:
1.  Allahın əlində olan, heç kimin dəyişə bilmədiyi,  insanlardan və digər məxluqlardan aslı olmayanlar. Məsələn: toxumun cücərməsi. yaşam və ölüm, xəstəlik və sağlamlıq və s.
2. Məxluqatın seçim haqqının olduğu  hadisələr. Buna da bir sıra misallar çəkmişdik..
İnsan isə nəyə məcbur olduğunu və nəyə məcbur olmadığını , nəyin onun əlində olduğunu , nəyə ixtiyarı çatmadığını çox gözəl bilir.
إِنَّ الْإِنْسَانَ لِرَبِّهِ لَكَنُود
Həqiqətən, insan Rəbbinə qarşı çox nankordur.
وَإِنَّهُ عَلَىٰ ذَٰلِكَ لَشَهِيدٌ
Əlbəttə, o özü də buna şahiddir.
(Əl-Adiyət ;6)
Fussilət 19-21-ci ayələrdə Allah buyurur:
وَيَوْمَ يُحْشَرُ أَعْدَاءُ اللَّهِ إِلَى النَّارِ فَهُمْ يُوزَعُونَ
O gün Allahın düşmənləri cəhənnəmə sürüklənmək üzrə toplanılacaqlar.
حَتَّىٰ إِذَا مَا جَاءُوهَا شَهِدَ عَلَيْهِمْ سَمْعُهُمْ وَأَبْصَارُهُمْ وَجُلُودُهُمْ بِمَا كَانُوا يَعْمَلُونَ
Nəhayət, ora gəldikləri zaman qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şahidlik edəcəkdir.
وَقَالُوا لِجُلُودِهِمْ لِمَ شَهِدْتُمْ عَلَيْنَا ۖ قَالُوا أَنْطَقَنَا اللَّهُ الَّذِي أَنْطَقَ كُلَّ شَيْءٍ وَهُوَ خَلَقَكُمْ أَوَّلَ مَرَّةٍ وَإِلَيْهِ تُرْجَعُونَ
Onlar öz dərilərinə: “Nə üçün əleyhimizə şahidlik etdiniz?” - deyəcəklər. Dəriləri də: “Hər şeyi danışdıran Allah bizi də danışdırdı. İlk dəfə sizi O yaratdı və Ona qaytarılırsınız”, - deyə cavab verəcəklər.

Qiyamət günü özünü təmizə çıxarmağın , əməllərinə bəraət qazandırmağın heç bir yolu olmayacaq.
Əgər qədərdə insanın heç bir seçim haqqı yoxdur, tam ixtiyarsızdır, başına gələnlər yalnız və yalnız Allahın ona seçdiyidir, rəyini götürsək, o zaman şəriətin , dinin, Allahın nemətlərinin və əzablarının  heç bir əhəmiyyəti olmaz , Cənnət və Cəhənnəm əhli  ədalətlə ayrılmaz, lakin əlbəttə ki, insan    öz əməllərini, yolunu Allahın izni ilə özü seçir. Allah Quranda deyir:
وَقَالَ قَرِينُهُ هَٰذَا مَا لَدَيَّ عَتِيدٌ
Onun yanındakı yoldaşı (mələk): “Bu yanımdakı hazırdır!” - deyəcəkdir.
أَلْقِيَا فِي جَهَنَّمَ كُلَّ كَفَّارٍ عَنِيدٍ
Allah əmr edib deyəcək: "Atın Cəhənnəmə hər bir inadcıl kafiri,
مَنَّاعٍ لِلْخَيْرِ مُعْتَدٍ مُرِيبٍ
Xeyrə mane olanı, həddi aşanı və (haqdan) şübhə edəni də!
الَّذِي جَعَلَ مَعَ اللَّهِ إِلَٰهًا آخَرَ فَأَلْقِيَاهُ فِي الْعَذَابِ الشَّدِيدِ
O, Allahla yanaşı özünə başqa bir ilah qəbul etmişdi. Buna görə də onu şiddətli əzabın içinə atın!”
قَالَ قَرِينُهُ رَبَّنَا مَا أَطْغَيْتُهُ وَلَٰكِنْ كَانَ فِي ضَلَالٍ بَعِيدٍ
Onun yoldaşı (şeytan): “Ey Rəbbimiz! Onu mən azdırmadım. O özü (haqdan) uzaq bir azğınlıq içində idi.
قَالَ لَا تَخْتَصِمُوا لَدَيَّ وَقَدْ قَدَّمْتُ إِلَيْكُمْ بِالْوَعِيدِ
Allah buyuracaq: “Mənim hüzurumda mübahisə etməyin! Mən daha əvvəl sizə xəbərdarlıq etmişdim.
(Qaf;23-29)
Allah batilə meyillənəni batilə müvəffəq edir, haqqa meyillənəni isə haqqa müvəffəq edir.