“Şahid olun ki, biz müsəlmanlarıq!”(Əli İmran;64)

Göndərən Mövzu: ƏL-MAİDƏ; 2 (FAYDA)  (Oxunma sayı 20725 dəfə)

Ahlul-Quran

  • Administrator
  • Full Member
  • *****
  • Yazı sayı: 101
ƏL-MAİDƏ; 2 (FAYDA)
« : 01.08.2023, 22:05:47 »
وَتَعَاوَنُوا عَلَى الْبِرِّ وَالتَّقْوَىٰ ۖ وَلَا تَعَاوَنُوا عَلَى الْإِثْمِ وَالْعُدْوَانِ ۚ وَاتَّقُوا اللَّهَ ۖ إِنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ
Yaxşılıq və təqvada (günahlardan çəkinməkdə) yardımlaşın! Günah və düşmənçilikdə isə yardımlaşmayın! Allahdan qorxun! Həqiqətən, Allahın cəzası şiddətlidir.
(Əl-Maidə;2)
Allah insanlara bir-biri ilə münasibətdə düstur verir. Yaxşı işlərdə və təqvada yaradımlaşın. Pis işlərdə yardımlaşmayın.çünki insanlar arasındakı münasibət bu iki hal üzərə olur. İstər ailə münasibəti olsun, istər dost-tanış, istər iş-güc , istər qohumluq, istər qonşu münasibətləri olsun.  Ya sən xeyir əhlisən, danışığınla , davranışınla, işinlə, əməlinlə ətrafındakılara xeyir verirsən, ya da şər verirsən, insanları xeyirdən uzaqlaşdırırsan. Bu həm ümumi həm də fərdi münasibətlərə aiddir.Məsələn, adam var, onunla oturanda xeyir danışırsan, münasibətdə olduqda, ibadətin yaxşılaşır, ondan mənəvi, maddi, fiziki ziyana düşmürsən. Və insan da var ki, onunla münasibət səni Allahın zikrindən, zikr əhlindən uzaqlaşdırır və ya daha betəri, baş verir, onunla ünsiyyətdən sonra qeybətə, günahlara, haramlara, insanlarla ədavətə, münasibətlərin pozulmasına meyl edirsən və insan var ki, öz xeyri naminə başqasına fiziki, mənəvi , maddi əziyyət verir. Hansı qrupa daxil olduğunu hərə özü üçün təyin etməlidir.Yaxşı işlərdə yardımlaşmaq dedikdə Allah nə nəzərdə tutur.  Ayədə bu söz belə keçir:
 "وَتَعَاوَنُوا عَلَى الْبِرِّ وَالتَّقْوَى"
"Birr" və "təqvada" yardımlaşın. "Birr"- "yaxşılıq etmək " qəlb əməlidir, "təqva" isə bunun zahiri təzahürüdür.

Allah "Birr" sözünü təfsilatlı şəkildə Quranda belə izah edir:
لَيْسَ الْبِرَّ أَنْ تُوَلُّوا وُجُوهَكُمْ قِبَلَ الْمَشْرِقِ وَالْمَغْرِبِ وَلَٰكِنَّ الْبِرَّ مَنْ آمَنَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَالْمَلَائِكَةِ وَالْكِتَابِ وَالنَّبِيِّينَ وَآتَى الْمَالَ عَلَىٰ حُبِّهِ ذَوِي الْقُرْبَىٰ وَالْيَتَامَىٰ وَالْمَسَاكِينَ وَابْنَ السَّبِيلِ وَالسَّائِلِينَ وَفِي الرِّقَابِ وَأَقَامَ الصَّلَاةَ وَآتَى الزَّكَاةَ وَالْمُوفُونَ بِعَهْدِهِمْ إِذَا عَاهَدُوا ۖ وَالصَّابِرِينَ فِي الْبَأْسَاءِ وَالضَّرَّاءِ وَحِينَ الْبَأْسِ ۗ أُولَٰئِكَ الَّذِينَ صَدَقُوا ۖ وَأُولَٰئِكَ هُمُ الْمُتَّقُونَ
Yaxşı əməl (ibadət vaxtı) üzünüzü şərqə və qərbə tərəf çevirməyiniz deyildir. Yaxşı əməl sahibləri o kəslərdir ki, Allaha, axirət gününə, mələklərə, kitablara və peyğəmbərlərə inanar, mal-dövlətini sevməsinə baxmayaraq onu qohum-əqrəba, yetimlər, yoxsullar, yolda qalanlar, dilənçilər və qulların azad olunması üçün sərf edər, namazı qılar, zəkatı verər, əhd etdikləri zaman əhdlərinə sadiq qalar, darlıqda, çətinlikdə, eləcə də döyüş vaxtı səbir edərlər. Onlar sadiqlərdir, əsil müttəqilərdir.(Əl-Bəqara;177)
"Birr" hər hansısa bir əməli yerinə yetirmək deyil, buna inanmaqdır, iman etməkdir, həqiqətin varmaqdır, onu başa düşməkdir, etdiyini dərk etməkdir. ALLAH ayənin sonunda deyir ki,
أُولَٰئِكَ الَّذِينَ صَدَقُوا ۖ وَأُولَٰئِكَ هُمُ الْمُتَّقُونَ
Onlar sadiqlərdir, əsil müttəqilərdir.
 Onlar sidq ürəklə əməl edən, Allah üçün yaşamağı, hər əməli Allah üçün etməyi dərk edənlərdir. Və Allah deyir ki, əsl müttəqilər onlardır. Müttəqi Allaha ibadət edib haramlardan çəkinənlərə deyilir. ALLAH isə bu ayədə deyir ki, müttəqilər , əsl təqva əhli, o "birr" olan insanlardır. Yəni etdiyini imanla edənlər. Çəkindiyindən Allah üçün çəkinənlərdir.

Talq ibn Habib demişdir:"Fitnə baş verdikdə, onu təqva ilə dəf edin", Soruşurlar:"Təqva nədir?" Deyir: "Allahdan savabını umaraq, Allahdan gələn nur ilə iitaət edib saleh əməllər görmək, və  Allahdan gələn nur ilə pis aqibətdən qorxaraq asi olmaqdan, pis əməllərdən çəkinməkdir"
Allahdan gələn Nur ilə itaət etmək və.Allahdan gələn nur ilə pis əməllərdən çəkinmək dedikdə bunları imanla etmək nəzərdə tutulur. Çünki imandan qaynaqlanmayan əməl ( ibadət hərəkətləri) itaət sayılmır. İtaət imanla edilən hərəkətlərə deyilir.