رَبَّنَا وَسِعْتَ كُلَّ شَيْءٍ رَحْمَةً وَعِلْمًا
“Ey Rəbbimiz! Sənin mərhəmətin və elmin hər şeyi əhatə etmişdir. (Ğafir;7)
Birdən dünyada heç bir təsəllisi olmayan , çox acı dərdlər olur. Amma Allahın Elmi və Mərhəməti ilə hər şeyi əhatə etdiyini xatırlayanda, sənin sevdiyini , Allahın daha çox sevdiyini və sənə acı gələni Allahın rəhməti ilə etdiyini və bunun əslində görmədiyimiz, başa düşmədiyimiz nemət olduğunu dərk etmək insan üçün qurtuluşdur, bunlar, ən xoşbəxt möminə aid ən gözəl hislərdir.